Qlobal iQTİsadiyyat və TƏHLİL



Yüklə 425,75 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix27.03.2018
ölçüsü425,75 Kb.
#35362
  1   2   3   4   5   6   7   8   9   10   11


 

 

2013 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

N-1, 2016 



 

Mündəricat 

 

1. 

QLOBAL İQTİSADİYYAT VƏ TƏHLİL 

BÖLMƏSI

 

1.1. 


Qlobal proseslər, bazarlarda vəziyyət və 

aparılan siyasət



 

1.2. 


Mərkəzi banklarda modelləşdirmə və 

proqnozlaşdırma aparatı 

1.3. 

İnkişaf iqtisadiyyatı üzrə tədqiqatlar 



1.4. 

Mərkəzi banklar və qlobal maliyyə 

sistemi 

1.5. 


Ödəniş sistemləri üzrə son  meyillər və 

qlobal tədqiqatlar 

1.6. 

Qlobal maliyyə mərkəzləri 



 

2. 

FUNDAMENTAL TƏDQİQATLAR BÖLMƏ-

Sİ (AZƏRBAYCAN MƏRKƏZİ BANKI)

 

2.1. Əmanətçilərin davranışının 



determinantları: heterogen panel 

qiymətləndirmə 

2.2. Azərbaycanda əmək bazarı 

2.3. Postn

eft dövründə inflyasiyanın 

proqnozlaşdırılması: qeyri-xətti modellər 

uğurludur? 

 

3. MALİYYƏ SAVADLIĞI  



4. İQTİSADİ SÖZLÜK 

 

Son tədqiqat işləri 



1.

 

 

Əmanətçilərin davranışının determinantları: 

heterogen panel qiymətləndirmə (ingilis dilində) 

Tədqiqat  işində  əmanət  sahiblərinin  makroiqtisadi, 

alternativ investisiya və bank xarakterli şoklara reaksiyası 

müa

sir panel dinamik sıralar metodu vasitəsilə qiymətlən-

diril

mişdir. Müəyyən olunmuşdur ki, məzənnə riski kifayət 

qədər  əhəmiyyətli  amildir.  Azərbaycanda  əmanətçilərin 

müx

təlif  risklərə  reaksiyası  dəyişkən  olsa  da,  iqtisadi 

ədəbiyyatda  aşkarlanmış  həddən  orta  hesabla  daha 

kəskindir... 

2.

 

Azərbaycanda əmək bazarı (ingilis dilində) 

Tədqiqat  işində  müəyyən  olunmuşdur  ki,  müstəqillik 

illərində Azərbaycanda işçi qüvvəsində iştirak səviyyəsi və 

məşğulluq yüksəlmiş, gənclər və qadınlar arasında işsizlik 

səviyyəsi  aşağı  həddə  qalmış,  yoxsul  məşğulluğun  payı 

aşağı düşmüşdür. Lakin ibtidai təhsilli işçilərin və özünü-

məşğul  əhalinin  məşğulluqda  payı  yüksəlmiş,  əməyə 

çəkilən  xərclər  əmək  məhsuldarlığını  izafi  olaraq 

üstələmişdir ki, bu da gələcək iqtisadi artım üçün təhdidlər 

doğurur...  

3.

 

 

Postneft dövründə inflyasiyanın proqnozlaşdırılma-

sı: qeyri-xətti modellər uğurludur? (ingilis dilində) 

Tədqiqat  işində  inflyasiyanın  proqnozlaşdırılması 

məqsədilə  müxtəlif  modellər  yoxlanmışdır.  Müəyyən 

olunmuşdur  ki,  qeyri-xətti  modellər  birdəyişənli 

avtoreqressiv  modellərlə  müqayisədə  orta  proqnozun 

dəqiqliyinə  daha  yaxşı  təminat  verir,  lakin  üçdəyişənli 

VAR  modellərindən  və  təsadüfi  dolaşma  modellərindən 

geri qalır. Bundan başqa proqnoz diapazonunda ehtimalın 

sıxlığına  görə  qeyri-xətti  modellər  xətti  və  təsadüfi 

dolaşma modellərindən daha üstündür... 

Tədqiqatlar  və  inkişaf  mərkəzinin  buraxılışı  olan 

Tədqiqat  Bülleteni  Azərbaycan  Mərkəzi  Bankının 

rəsmi  internet  səhifəsində  elektron  formada  

yerləşdirilir(www.cbar.az). 

TƏDQİQAT 

BÜLLETENİ

 

 



Az

ərbaycan 

Respublikası 

M

ərkəzi 

Bankı 

 

T



ədqiqatlar və inkişaf mərkəzi

 

 

 



 

 

N1, 2016 

 

1.

 

QLOBAL İQTİSADİYYAT VƏ 

TƏHLİL BÖLMƏSI 

1.1.

 

Qlobal proseslər, bazarlarda 

vəziyyət və aparılan siyasət 

İqtisadi  fəallıq.  Dünya  iqtisadiyyatının  artım 

tempi 2015-

ci  ildə  baş  verən  əhəmiyyətli 

makroiqtisadi  dəyişiklər  nəticəsində  azalaraq 

3.1%  təşkil  etmişdir  ki,  bu  da  öz  növbəsində 

qarşıdakı  iki  il  üçün  artım  perspektivlərinin 

pisləşməsi  ətrafında  risklərin  artmasına  səbəb 

olmuşdur.  Gözləntilərin  pisləşməsində  həm 

İEÖ-də, həm də İEOÖ-də baş verən iqtisadi və 

qeyri-iqtisadi 

proseslər  əhəmiyyətli  rol 

oynamışdır. 

BVF 

cari 


ildə 

qlobal 


iqtisadiyyatın  artım  tempinin  yalnız  cüzi 

miqdarda  (0.1  faiz  bəndi)  yüksələcəyini 

proqnoz edir. 

İEÖ-də  iqtisadi  artımın  yalnız  2017-ci 

ildə 2%-ə yüksələcəyi gözlənilir. Artımın belə 

ləng  bərpası  –  zəif  tələb,  böhranın 

nəticələrinin  tam  aradan  qaldırılmaması, 

əlverişsiz  demoqrafiya,  aşağı  məhsuldarlıq 

kimi faktorlarla əlaqələndirilir. 

2016-17-


ci  illərdə  ABŞ-da  iqtisadi 

artımın  keçən  ilki  səviyyədə  (2.4%)  qalacağı 

proqnoz edilir. Əmək bazarının davamlı olaraq 

inkişaf etməsinə baxmayaraq ixracın və qeyri-

rezident  investortlar  tərəfindən  yatırımların 

azalması 

iqtisadi 

artımın 


sürətini 

tormozlamışdır.  Büdcə  məhdudiyyətinin 

aradan  qaldırılması  və  əmlak  bazarında 

müşahidə edilən müsbət meyllərin xalis ixraca 

dolların  möhkəmlənməsindən  və  emal 

sənayesində  artımın  zəifləməsindən  gələ 

biləcək neqativ təsirləri azaldacağı gözlənilir. 

Avrozonada 2015-

ci ildə artımın ötən ilə 

nisbətən  (2014:  0.9%)  0.7  faiz  bəndi  yüksək 

olmasına  baxmayaraq  cari  ildə  artımın 

dəyişməyəcəyi 

gözlənilir. 

Artımın 

sürətlənməsinə  mənfi  təsir  edən  amillər  kimi 

investisiyaların  aşağı,  işsizliyin  isə  yüksək 

səviyyəsi  və  tədiyə  balansında  pisləşmələr 

qeyd edilə bilər. 

2015-


ci  ildə  Yaponiyada  iqtisadi  artım 

və  inflyasiya  gözlənilən  həddən  aşağı 

olmuşdur.  Artımın  cari  ildə  eyni  səviyyədə 

(0.5%),  növbəti  ildə  isə  mənfi  diapazona 

keçməsi    proqnozlaşdırılır.  Buna  əsas  səbəb 

kimi özəl istehlakın aşağı səviyyəsi qeyd edilir 

ki,  bu da öz növbəsində istehlak vergilərinin 

artmasından neqativ formada təsirlənir. 



İEOÖ-də  artımın  2016-cı  ildə  4.6% 

təşkil  edəcəyi  proqnozlaşdırılır,  lakin  bu 

artımın    ölkələrdən  asılı  olaraq  qeyri-bərabər 

paylanacağı  və  son  onilliyin    ortalamasından 

zəif  olacağı  gözlənilir.  Bu  prosesdə  rol 

oynayan  əsas  amillər  aşağıdakılardır:  neft 

ixracatçılarında  artımın  zəifləməsi  (ucuz  neft 

və  gəlirlərin  azalması  nəticəsində  artım 

perspektivinin  pisləşməsi);  Çində  artımın 

zəifləməsi 

və 

inkişaf 


modelinin 

transformasiyası; Şərqi Asiya ölkələrində həm 

daxili,  həm  də  xarici  tələbin  zəifləməsi  ilə 

iqtisadi  aktivlikdə  durğunluğun  yaşanması; 

əmtəə ixracatçısı olan bir sıra Latın Amerikası 

ölkələrində,  xüsusilə  də    Brazilyada  iqtisadi 

geriləmənin daha da dərinləşməsi. 

BVF-

nun 

hesablamalarına 

görə, 

Ukrayna, Liviya və Yəməndə baş verən siyasi 

proseslər  qlobal  iqtisadi  artımın    0.1  faiz 

bəndi aşağı olmasına səbəb olmuşdur. 

Xarici  ticarət.  2015-ci  ildə  qlobal 

ticarət  azalaraq  son  beş  ilin  ən  aşağı 

səviyyəsinə  düşmüşdür. 2015-ci  ildə  qlobal 

məhsul ixracı 13%, xidmət ixracı isə 6% (ABŞ 

dollarında)  azalmışdır.  Ticarətdə  mənfi 

dinamikanın  əsas  mənbəyi  tələbin  daralması, 

bir  çox  məzənnələrin  ABŞ  dollarına  qarşı 

dəyər  itiməsi  və  hökumətlərin  himayəçi 

siyasətləridir. 

Məzənnədə 

baş 

verən 


dalğalanmalar xüsusilə Avrozona, Koreya, Çin 

və  Yaponiyada  ticarət  əlaqələrinə  ciddi  ziyan 

vurmuşdur. 

Yerli 


valyutada 

ticaətin 

səviyyəsinə nəzər yetirdikdə daralmanın  daha 

kiçik  və  ya  müsbət  olduğunu  görmək  olar 

(UNCTADSTAT). 

 




Yüklə 425,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə