Qloballaşma şƏRAİTİNDƏ DÖVLƏTİn maliYYƏ-kredit siyasəTİ VƏ onun iNKİŞaf perspektiVLƏRİ



Yüklə 234,63 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü234,63 Kb.
#68439


«İqtisadiyyat və audit ».–2010.-№1-2.-S.35-39.

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ DÖVLƏTİN MALİYYƏ-KREDİT 

SİYASƏTİ VƏ ONUN İNKİŞAF PERSPEKTİVLƏRİ

İqtisadi  inkişafın  yeni  mərhələsi  Azərbaycanın  qabaqcıl  dünya  ölkələri  ilə  rəqabət  aparmaq  bacarığını

ortaya qoymuş, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir.

Son  altı  il  (2003-2009-cu  illər)  sosial-iqtisadi  inkişaf  baxımından  respublikamız  üçün  xüsusilə  uğurlu

olmuşdur.  Bu  illər  ərzində  qəbul  olunan  proqramlar  və  layihələr  uğurla  başa  çatdırılmış,  iqtisadiyyatın  dinamik

inkişafı,  həyata  keçirilən  ardıcıl,  məqsədyönlü  islahatlar,  biznesin  inkişafı  üçün  yaradılan  münbit  şərait  bir  çox

nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də daim diqqət mərkəzində saxlanılmış və yüksək qiymətləndirilmişdir.

Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü artıq başa çatmışdır. İqtisadi sahədə Azərbaycanın belə bir

nailiyyətə  imza  atmasını şərtləşdirən  əsas  amillərdən  biri  həyata  keçirilən  uğurlu  islahatlar  olmuşdur.  Ötən  əsrin

son onilliyində Azərbaycanda əsası ümummilli liderimiz Heydər  Əliyevin  tərəfindən  qoyulan  islahatlar  Prezident

İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir.

Məlumdur  ki,  iqtisadiyyatın  dinamik  inkişafında  tarazlığın  qorunub  saxlanılmasında  dövlətin  rolu

böyükdür.  Dövlət  ölkənin  iqtisadi  həyatının  tənzimlənməsində  fəal  iştirak  edir.  Bu  baxımdan,  iqtisadiyyatın

tənzimlənməsi  dövlətin  iqtisadi  siyasətinin  mahiyyətini  təşkil  edir.  Dövlət  iqtisadiyyatın  bütün  parametrlərini

tənzimləmək məqsədilə bir sıra tədbirlərdən (iqtisadi, siyasi və hüquqi) istifadə edir.

Dövlət  maliyyə-kredit  sistemi  vasitəsilə  düzgün  pul-kredit,  büdcə-vergi  siyasətini  həyata  keçirməklə,

dövlətin maliyyəsini formalaşdırır və onu daim artırır.

Bir  qayda  olaraq,  dövlət  maliyyəsinin  səmərəli  idarə  edilməsi  üçün  uzunmüddətli  perspektiv  tədbirlərin

proqnozlaşdırılması və həyata keçirilməsi tələb olunur.

Dövlət maliyyəsinin idarə olunmasında dövlətin maliyyə-kredit sisteminin tərkib hissəsi sayılan pul-kredit

və  büdcə-vergi  siyasətinin  rolunu  nəzərdən  keçirək.  Məlumdur  ki,  dövlətin  idarə  olunmasında  mühüm  əhəmiyyət

kəsb edən ölkə iqtisadiyyatı Mərkəzi Bank tərəfindən birbaşa deyil, pul-kredit sisteminin vasitəsilə tənzimlənir. Pul

tədavülü  və  kredit  sahəsində  uzlaşdırılmış  tədbirlər  sistemi  kimi,  bu  siyasət  əsas  makroiqtisadi  göstəricilərin

tənzimlənməsinə  istiqamətlənir.  Qiymət  sabitliyinin  təmin  edilməsi,  istehsalın  real  həcminin  artması,  tədiyə

balansının sabitliyi pul-kredit siyasətinin əsas məqsədləridir. Bu məqsədlərə nail olunması qlobal vəzifələrdir.

Bütövlükdə pul-kredit siyasətinin səmərəliliyi qısa və uzunmüddətli iqtisadi proseslər, pula tələb və təklifə

təsir edən amillər, pul kütləsinin dəyişməsi ilə qiymət səviyyəsi, istehsalın həcmi, məşğulluğun səviyyəsi, mübadilə

məzənnəsi  və  s.  əsas  makroiqtisadi  parametrlərin  qarşılıqlı  əlaqələri  barədə  təsəvvürlərin  reallığından  asılıdır.

Azərbaycanda pul-kredit siyasətinin formalaşması iki qrup amillərin qarşılıqlı fəaliyyəti  ilə şərtlənir. Birinci qrup

amil  iqti sadi  inkişafın  xüsusiyyətlərini,  daha  doğrusu,  mərkəzləşdirilmiş  planlı  iqtisadi  sistemdən  bazar  tipli

müasir qarışıq iqtisadiyyata keçidi, ikinci qrup amil isə bu prosesin həyata keçirildiyi konkret sosial-iqtisadi şəraiti

səciyyələndirir.

Dövlətin  pul-kredit  siyasətinin  bir-birinə  əks  olan  xüsusilə  iki  növünü  -  əsasən,  "mülayim"  pul-kredit

siyasəti və "sort", başqa sözlə, "bahalı" pul-kredit siyasətini nəzərdən keçirək.

Mülayim pul-kredit siyasətini bəzən ucuz pul siyasəti də adlandırırlar. Belə olduğu təqdirdə Mərkəzi Bank

bir sıra zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qalır.

Mərkəzi Bank, ilk  növbədə,  açıq bazarda  dövlət  qiymətli  kağızlarını alaraq,  onlardan  əldə  olunmuş  gəliri

əhalinin hesablarına və bankların ehtiyat hesablarına yerləşdirir, daha sonra faizlərin uçot dərəcələrini aşağı salır.

Bu  cür  hal  depozit  əməliyyatlarını  genişləndirib,  kredit  faizlərini  azaltmaqla,  kommersiya  banklarına  geniş

imkanlar  yaradır  və  nəticədə  pul  kütləsinin  həcmi  artır.  Digər  tərəfdən,  iqtisadiyyatın  kreditləşdirilməsi

imkanlarının  genişlənməsinə  səbəb  olan  bankların  məcburi  ehtiyat  normalarını  aşağı  endirməklə,  mülayim

pul-kre dit  siyasəti,  pul  kütləsinin  həcmi  və  kredit  faizlərinin  aşağı  salınması  vasitəsilə  iqtisadiyyatın

tənzimlənməsinə nail olunur.

Qeyd  olunduğu  kimi,  dövlətin  pul-kredit  siyasətinin  ikinci  növü  sərt  pul-kredit  siyasətidir  ki,  bununla  da

əlaqədar  Mərkəzi  Bank  bir  sıra  tədbirlər  həyata  keçirir.  Bu  halda  açıq bazarda  dövlət  qiymətli  kağızlarını alaraq

kommersiya  banklarının  ehtiyat  vasitələrini  azaltmaqla,  bankların  kredit  imkanları məhdudlaşır  və  pul  kütləsinin

azalmasına  səbəb  olur.  Eyni  zamanda,  bank  faizlərinin  uçot  dərəcələrini  artırır  və  bankların  məcburi  ehtiyat

normalarını yüksəldir.

Fikrimizcə,  nəzərdən  keçirdiyimiz  bu  iki  növ  pul-kredit  siyasəti  elastik  pul-kredit  siyasətini  xarakterizə

edir.


Onu  da  qeyd  etmək  lazımdır  ki,  Mərkəzi  Bankın həyata  keçirdiyi  pul-kredit  siyasətinin  əsas  metodlarına

məcburi  ehtiyatlar  siyasəti,  açıq bazara  çıxma  əməliyyatları, depozit  siyasəti,  valyuta  siyasəti,  diskont  siyasəti  və

yenidən maliyyələşmə daxil edilir.

Ümumiyyətlə, pul-kredit siyasəti metodları ilə iqtisadiyyata dövlətin təsiri pul sferası ilə mal və xidmətləri

istehsal edən sferaların sıx qarşılıqlı əlaqəsini nəzərdə tutur. Burada bazar iqtisadiyyatının əsas infrastrukturu olan

bank-kredit  sistemi  bələdçi  kimi  çıxış  edir.  Qloballaşma  şəraitində  sabit,  müasir  bank  sisteminin  yaradılması




pul-kredit siyasətinin həyata  keçirilməsində  zəruri  şərt  hesab  edilir.  Bu  baxımdan, qloballaşan  bazar  iqtisadiyyatı

şəraitində  ölkənin  ən  vacib  və  mürəkkəb  problemi,  pul-kredit  siyasətinin  məqsədi  müəyyən  edilməli  və

tənzimlənmə vasitələri düzgün seçilməlidir.

Digər tərəfdən, pul-kredit siyasətinin uğuru, eyni zamanda, pul tənzimlənməsinin seçilmiş  prinsiplərindən

çox  asılıdır.  Respublikamızda  Mərkəzi  Bankın  pul  tənzimlənməsinin  mühüm  xüsusiyyəti  monetar  siyasətin

prinsiplərinə istiqamətlənməsidir.

Azərbaycanda  Mərkəzi  Bank  inflyasiyanı  nəzarətə  götürmək  üçün  sort  pul-kredit  siyasətindən  istifadə

etməklə,  pul  kütləsinin  məhdudlaşdırılmasında  başlıcası  istehsal  sferasına  keçərək  məcmu  tələbin  kəmiyyətinə

deyil, quruluşuna təsir göstərir. Bununla da pul kütləsinin məhdudlaşdırılması vasitəsilə şərtlənən tələbin ixtisarı,

ilk növbədə, istehlak mallarının qiymətinin aşağı salınmasına səbəb olur. Təcrübədə pul kütləsini məhdudlaşdırmaq

və onun yerinin spekulyativ sferalara dəyişdirilməsi yolu ilə inflyasiyanın nəzarətə götürülməsi iqtisadiyyatın real

sektorunu vəsaitsiz qoymaqla, nəticə etibarilə ödəmələr böhranı yaranmış olur. Onda belə bir qənaətə gəlmək olar

ki,  iqtisadiyyatın  dezinteqrasiyası  şəraitində  pul  kütləsinin  məhdudlaşdırılması  siyasətinin  həyata  keçirilməsi

başlıca  məqsədə  -  inflyasiyanın  nəzarətə  götürülməsinə  nail  olmağa  gətirib  çıxarmır,  əksinə,  iqtisadiyyatın  real

sektorunun tənəzzülü fonunda məcmu tələbin məhdudlaşdırılması ilə artıq mövcud makroiqtisadi nisbətlərin təkrar

istehsalmı davam  etdirmiş  olur.  Pul-kredit  siyasətini  tənzimləmək  üçün  istifadə  olunan  və  tərəfimizdən  nəzərdən

keçirilən bütün vasitələr bərabər səviyyədə aktiv və digər tərəfdən, onun bu siyasətin on vacib amili olan rəqabətə

təsirinin eyni olmasıdır.

Bununla  əlaqədar  olaraq,  Mərkəzi  Bank  tərəfindən  iki  istiqamətdə:  kommersiya  banklarına  təsir  edən

amillər və bütün kredit institutlarına təsir edən amillər ilə tədbirlər həyata keçirilməlidir.

Beləliklə,  araşdırmanın  nəticəsi  olaraq  qeyd  etmək  lazımdır  ki,  pul-kredit  sisteminin  tənzimlənməsi,

fikrimizcə,  real  iqtisadi  şərait  nəzərə  alınmaqla  həyata  keçirilməli,  eyni  zamanda,  adekvat  metodlar  və  vasitələr

işlənib  hazırlanmalıdır.  Qloballaşma  şəraitində  bazar  iqtisadiyyatı  dövrünü  yaşayan  ölkəmiz  iqtisadi  inkişafın

hazırkı mərhələsində səmərəli bank-kredit sistemini formalaşdıraraq, "mülayim" və "bahalı" pul siyasətinin çevik 

uzlaşdırılması    əsasında  özünün  pul-kredit  siyasətinin  əsas  parametrlərini  müəyyənləşdirməklə,  bütün  sferalarda

iqtisadi inkişafın yüksək artım tempinin təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına, inflyasiyanın qarşısının

vaxtında alınmasına nail olmaq mümkündür.

Qeyd etmək lazımdır ki, dövlət pul-kredit sistemini tənzimləmək məqsədilə uçot məzənnələri, açıq bazarda

əməliyyatlar  və  məcburi  ehtiyatlanma  sistemi  vasitəsilə  iqti sadiyyata  təsir  etməkdə  istifadə  edirsə,  maliyyə

siyasətinin  əsas  tərkib  hissəsi  kimi,  vergi  sistemi  vasitəsilə  vergi  məzənnələrini  dəyişməklə  istehsala  yönəldilən

gəlirlərin ölçüsünə təsir göstərir. Bütövlükdə dövlətin büdcə-vergi siyasəti maliyyə-kredit siyasətinin tərkib hissəsi

olmaqla,  iqtisadi  sabitliyə  xidmət  etməlidir.  Maliyyə-kredit  siyasəti  isə  makroiqtisadi  siyasətin  bir  elementi

olmaqla, ölkənin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına yönəldilməlidir.

Dövlət  büdcəsi  hökumətin  fəaliyyətinin  maliyyələşdirilməsi  üçün  istifadə  olunan  ən  iri  pul  fondudur  ki,

əsasən  Vergilər  Nazirliyi  və  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  istehsal  ,  xidmət  və  xarici  iqtisadi  fəaliyyət

zamanı mallara tətbiq olunan vergi və rüsumlara əsasən yığılan  ödənişlər,  habelə  icarə  haqqı və  müəyyən  hissəsi

neftdən daxilolmalar hesabına formalaşır.

Hazırda  əksər  ölkələrdə  büdcə  gəlirlərinin  əsas  hissəsini  vergi  daxilolmaları  təşkil  edir.  Eyni  zamanda,

büdcə  gəlirlərinin  formalaşdırılmasında  dövlət  istiqrazları  və  qiymətli  kağızların  emissiyası  da  müəyyən  rol

oynayır. Vergi siyasəti həm dövlət, həm də bazarın digər iştirakçıları üçün iqtisadiyyatın real sektorunun maliyyə

vəziyyətinin  yaxşılaşdırılmasını  təmin  edə  biləcək  əlverişli  vergiyə  cəlbetmə  şərtlərinin  yaradılmasına

istiqamətlənməlidir.  Onun  əsas  vəzifələrinə  ödəməmələrin  səviyyəsinin  azaldılması  və  vergi  bazasının

optimallaşdırılması  məqsədilə  vergi  qanunvericiliyinin  kompleks  şəkildə  yenidən  qurulması,  mövcud  vergi

güzəştlərinin dövri olaraq yenidən nəzərdən keçirilməsi, vergi inzibatçılığının sərtləşdirilməsi və s. tədbirlər aiddir.

Büdcə siyasətinin əsas vəzifələrindən biri dövlət  büdcəsində  yaranan  problemlərin aradan qaldırılmasıdır.

Bu  baxımdan,  "Büdcə  sistemi  haqqında"  Azərbaycan  Respublikasının  2002-ci  il  2  iyul  tarixli  358-IIQ  nömrəli

Qanununa  əsasən,  hər  il  üçün  "Dövlət  büdcəsi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda  büdcənin

gəlirlər  və  xərclər  hissəsi  təsdiq  olunur.  Dövlət  büdcəsinin  gəlirlər  və  xərclər  hissəsində  il  ərzində  yaranması

proqnozlaşdırılan  problemlər  "Büdcə  sistemi  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  ilə  tənzimlənir.

Dövlət  büdcəsində  yarana  bilən  problemlərin  vaxtında  aradan  qaldırılması  məqsədilə  bir  sıra  aktual  vəzifələrin

yerinə  yetirilməsi  də  vacib  hesab  edilir.  Bu  vəzifələrə  büdcə  xərclərinin  səmərəliliyinin  artırılması;  nəzarət

sis temini

 gücləndirilməsi;

 dövlət


 gəlirlərinin

 və


 büdcə

 vəsaitlərinin

 xəzinədarlığın

 hesablarında

mərkəzləşdirilməsi;  büdcə  vəsaitlərinin  təyinatı  üzrə  və  məqsədli  xərclənməsinə  dair  çevik  mexanizmin  işlənib

hazırlanması;  məqsədli  dövlət  proqramlarının  həyata  keçirilməsinin  optimallaşdırılması;  dövlətin  daxili  və  xarici

borclanma siyasətinə uyğun idarə olunmasının təkmilləşdirilməsi aid edilə bilər.

Dövlətin büdcə siyasəti əsasən investisiya və sosial yönümlü olmalıdır.

2003-2009-cu illər üzrə dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən

büdcənin gəlirlər və xərclər hissəsini nəzərdən keçirməklə ölkənin böyük dinamik inkişafa malik olduğunu görərik.



Dövlət büdcəsinin gəlirləri və xərclərinin dinamikası 


(2003-2009-cu illər)

İllər

Gəlirlər,

mln. manatla

Artım, %-lə

Xərclər,

mln. manatla

Artım, %-lə

2003

1220,9


100,0

1234,5


100,0

2004

1509,5


123,6

1502,1


121,7

2005

2055,2


168,3

2140,7


173,7

2006

3868,8


316,9

3790,1


307,0

2007

6006,6


492,0

6086,2


493,0

2008

10762,7


881,5

10774,2


872,7

2009

12177,0


997,4

12355,0


1000,8

Cədvəldən göründüyü kimi, 2008-ci və 2009-cu illər üzrə 2003-cü il ilə müqayisədə həm büdcənin gəlirləri

və həm də xərcləri  ən yüksək hədlə - müvafiq olaraq, gəlirlər hissəsi 881,5 və 997,4 faiz artımla, xərclər hissəsi,

müvafiq olaraq, 872,7 və 1000,8 faiz artımla müşayiət olunmuşdur. Bu illər ərzində sosial və investisiya yönümlü

olduğunu  nəzərə  alaraq,  dövlət  büdcəsi  büdcə  təşkilatlarında  çalışanların  əməkhaqqının  ödənilməsinə,  əhalinin

aztəminatlı təbəqələrinə  kompensasiyaların  verilməsinə,  müasir  texnologiyanı tətbiq  etməklə  istehsal  sahələrinin

yaradılmasına, infrastruktur  layihələrinin  yerinə  yetirilməsinə  və  bununla  da  işsizliyin səviyyəsinin  azaldılmasına

və dövlət büdcəsində nəzərdə tutulan digər təyinatlı xərclərə yönəldilmişdir.

Dünya iqtisadi  böhranı şəraitində  inkişaf  etmiş  dövlətlərin  iqtisadiyyatında  geriləmə  müşahidə  olunsa  da,

Azərbaycanda  artım  tempinin  nəzərə  çarpması  büdcə  gəlirlərinin  tam  formalaşmasına  yönəlmişdir.  Ölkənin

sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun hazırlanaraq parlamentdə qəbul edilən 2010-cu ilin dövlət büdcəsində

dünya  iqtisadiyyatında  növbəti  illərdə  gözlənilən  meyillər  də  nəzərə  alınmaqla,  büdcə  vəsaitləri  əsasən  əhalinin

maddi rifah halının yaxşılaşdırılmasına, investisiya qoyuluşlarının həyata keçirilməsinə və makroiqtisadi sabitliyin

təmin olunmasına istiqamətlənmişdir.

Qeyd  etmək  lazımdır  ki,  dünyada  qlobal  maliyyə  və  iqtisadi  böhranın  tüğyan  etdiyi  bir  zamanda  ölkənin

2010-cu  il  üçün  təsdiq  olunmuş  dövlət  büdcəsində  sosial  yönümlü  xərclərin  xüsusi  çəkisi  34,4%  (3  milyard  878

milyon  manat)  təşkil  edir  ki,  bu  da  2009-cu  ilin  büdcəsindəki  göstəricidən  təxminən  1,8  faiz  çoxdur.  Digər

tərəfdən, büdcədə bütün sosial layihələrə, elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilmişdir. Belə

ki, 2009-cu  il  ilə  müqayisədə  2010-cu  ildə  dövlət  büdcəsi  xərclərinin  tərkibində  sosial  müdafiə  və  sosial  təminat

xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz təşkil

etmişdir.

Ümumiyyətlə,  belə  nəticəyə  gəlmək  olar  ki,  büdcə  siyasəti  iqtisadiyyatın  bütün  sahələrinin  inkişafı üçün

əsas şərtdir.

Fikrimizcə,  büdcə-vergi  siyasətinin  səmərəliliyini  artırmaq  məqsədilə  bir  sıra  tədbirlərin  görülməsi  də

vacibdir.

Belə tədbirlər sırasına:

• büdcə-vergi siyasətinin dövrü olaraq təkmilləşdirilməsi;

• büdcənin gəlir və xərclərinə nəzarəti gücləndirməklə şəffaflığın təmin edilməsi;

• gəlir və xərclərin strukturanun optimallaşdırılması;

• investisiya layihələrinin maliyyələşdirilməsinin genişləndirilməsi;

• büdcədənkənar fondların və bütün səviyyəli büdcələrin balanslaşdırılması;

•  pul-kredit  və  büdcə-vergi  siyasətinin  vahidliyinin  qarşılıqlı  əlaqələrinin  uzlaşdırılması  vasitəsilə  təmin

edilməsi;

• dövlət mülkiyyətindən istifadənin səmərəliliyinin artırılması;

• beynəlxalq maliyyə münasibətlərinin inkişafının təmin edilməsi;

• ümumi daxili məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin daim artırılması aiddir.

Büdcə-vergi sistemində əsas strategiya, ilk növbədə, real büdcənin təmin olunmasını tələb edir. Real büdcə

ölkənin  makroiqtisadi  göstəriciləri  əsasında  tərtib  olunmaqla,  sosial-iqtisadi  problemlərin  həlli  məqsədilə  vergi

yığımları vaxtında büdcəyə təmin olunmalıdır. Bu zaman formalaşan gəlirlər hesabına büdcənin xərclərini ödəmək

mümkün olar.  Qeyd  olunanları nəzərə  almaqla,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  iqtisadiyyatın  və  maliyyə-kredit

sisteminin  sabitləşdirilməsi  üçün  bütün  səviyyəli  büdcələrin  balanslılığının  təmin  edilməsi  və  makroiqtisadi

göstəricilərin real proqnozu əsasında təsdiq olunması, vergiqoyma bazasının genişləndirilməsi məqsədilə kompleks

tədbirlərin  görülməsi,  Mərkəzi  Bank  tərəfindən  manatın  valyuta  əməliyyatları  və  valyuta  hesabları  üzərində

nəzarətin  gücləndirilməsi  yolu  ilə  sabitləşdirilməsi,  pul-kredit  siyasətinin  faiz  dərəcələrinin  tənzimlənməsi

istiqamətində dövri olaraq zəruri tədbirlər görülməlidir.

Ümumiyyətlə,  fikrimizcə,  dövlət  tərəfindən  iqtisadi  həyatın  tənzimlənməsi  məqsədilə  pul-kredit  və

büdcə-vergi  siyasəti  daim  təkmilləşdirilməli,  onun  gələcək  perspektiv  imkanları  araşdırılmalıdır.  Bunun  üçün



dövlət iqtisadi artımın tarazlığının qoruması məqsədilə iqtisadiyyatın bəzi sahələrini stimullaşdırmalı, yeni texnika

və  texnologiyanın  tətbiqi  ilə  investitsiya-innovasiya  siyasətini  gücləndirməklə  yeni  istehsal  sahələrini  yaradaraq

əlavə  iş  yerlərini  açmalı  və  əhalinin  məşğulluq  səviyyəsini  artırmalı,  bu  problemli  məsələni  daim  nəzarətdə

saxlamalıdır. Eyni zamanda, baş verən qlobal maliyyə və iqtisadi böhranın fəsadlarının qarşısının vaxtında alınması

üçün  qabaqlayıcı  təxirəsalınmaz  tədbirlər  görülməklə  inflyasiyanı  idarə  etməli,  xarici  valyutaya  nisbətdə  milli

valyutanın dayanıqlığı təmin olunmalıdır.



N.M. VAHABZADƏ, 

Azərbaycan Respublikası Dövlət Sosial 

Müdafiə Fondunun aparıcı məsləhətçisi

ƏDƏBİYYAT:

1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu. 2 iyul 2002-ci il.

2. "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunları (2003-2010-cu illər).

3. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və

nəticələr. (Dərslik). - Bakı: "Təfəkkür" NPM, 2002.

4. Sadıqov M.M. Azərbaycan Respublikasının maliyyə potensialının formalaşma problemləri. - Bakı: Elm,

2001.

5.  Мусаев  А.Ф.,  Садыгов  M.M.,  Магеррамов  Р.Б.,  Салаев  Р.А.  Налоги  и  налогообложение  в



Азербайджане (Учебник). - Баку: Елм, 2005.

6.  Финансы  и кредит: Учебник  /  Под  ред.  Н.Г.Кузнецова, К.В.Кочмола, Е.Н.Алифановой.  -  Ростов

н/Д: Феникс, 2010.

ФИНАНСОВО-КРЕДИТНАЯ ПОЛИТИКА ГОСУДАРСТВА 

И ПЕРСПЕКТИВЫ ЕЕ РАЗВИТИЯ В УСЛОВИЯХ ГЛОБАЛИЗАЦИИ

Резюме

В  статье  приведен  подробный  анализ  сути  денежно-кредитной  и  бюджетно-налоговой  политики,

которая считается составной частью финансово-кредитной системы государства в условиях глобализации,

исследована  роль  денежно-кредитной  политики  в  экономике  страны  и  мероприятия,  осуществляемые  с

целью своевременного предотвращения инфляции как результат правильного регулирования, проводимого

Центральным Банком, и изучено рациональное использование денежной массы. В статье также нашли свое

отражение налогообложение с учетом ситуации, происходящей в мировой экономике посредством создания

условий  для  должного  осуществления  налоговой  политики,  и  обеспечение,  посредством  правильного

направления, формирования государственного бюджета.

FINANCIAL AND CREDIT POLICY OF THE STATE AND 

PROSPECTS OF ITS DEVELOPMENT IN A GLOBALIZING

Summary

The paper presents a detailed analysis of the effect of monetary management and budgetary and tax policy,

which is considered an integral part of the financial and credit system of the state in a globalizing, explored the role

of monetary and credit policy in the economy of the state and the activities carried out in order to timely prevent

infla tion as the result of proper management conducted by the Central Bank, and studied the efficient management

of  money  supply.  The  paper  also  reflects  the  taxation  with  consideration  of  the  situation  occurring  in  the  global

econ omy  by  creating  conditions  for  the  proper  implementation  of  tax  policies  and  ensuring  through  proper

direction the formation of the state budget.



Yüklə 234,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə