Qm və E” kafedrası “MİkrobiologiYA, sanitariya və GİGİyena” fənnindən imtahan testləri



Yüklə 0,9 Mb.
səhifə1/7
tarix15.10.2018
ölçüsü0,9 Mb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ

QM və E” kafedrası

MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA”

fənnindən imtahan testləri

Tərtib etdi: assistent Qurbanova Sevda Oqtay qızı



G Ə N C Ə – 2017

MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA” fənnindən



imtahan testləri

  1. Mikrobiologiya elminin inkişafında aşağıdakı alimlərdən hansı çürümə və qıcqırma proseslərini öyrənmişdir?

    1. Paster

    2. Kox

    3. İvanovski

    4. Qamaleya

    5. Voytkeviç



  1. Mikrobiologiya termini yunan sözü olmaqla nə deməkdir?

    1. kiçik, həyat, elm

    2. xırda, cisim, elm

    3. ulduzlar haqqında elm

    4. gözə görünməyənlər haqqında elm

    5. göbələklər haqqında elm



  1. Aşağıdakılardan hansı mikrobların morfologiyasına aid edilir?

    1. ölçüləri

    2. virulentlik

    3. qram üsulu ilə boyanma

    4. parazitlik

    5. anaerobluq



  1. Basil hansı mikroblara deyilir?

    1. çöpvari mikroblar spor əmələ gətirərsə

    2. çöpvari mikrob spor əmələ gətirmirsə

    3. qamçıları olan mikroblara

    4. kürəcik şəklində olanlara

    5. kapsula əmələ gətirənlərə



  1. Sarsinlər bölünərkən hansı formada birləşirlər?

    1. mərtəbəli paket formada

    2. cüt-cüt

    3. üzüm salxımına bənzəyən

    4. dörd-dörd topa şəklində

    5. zəncir şəklində



  1. Prokariotların ilk təsnifatını kim vermişdir?

    1. Berq

    2. Krasilnikov

    3. Kox

    4. Darvin

    5. Paster



  1. Bakteriyalar qidalanma tipinə görə hansı qruplara bölünür?

    1. avtotroflar, heterotroflar

    2. saprofitlər, parazitlər, avtotroflar

    3. fotosintez edənlər, xemosintez edənlər, parazitlər

    4. çürüdücü bakteriyalar, turşuducu bakteriyalar, saprofitlər, parazitlər

    5. xemosintez edənlər, saprofitlər



  1. Aşağıdakılardan hansıları mikroorqanizmlərin morfoloji xüsusiyyətlərini əks etdirmir?

    1. parazitlik

    2. uzunluğu

    3. kapsula əmələgətirmə

    4. spor əmələgətirmə

    5. forması



  1. Xarici görünüşünə görə bütün bakteriyalar hansı üç formaya ayrılırlar?

    1. koklar, çöpvari, qıvrım

    2. Btetrakoklar, stafilokoklar, basillər

    3. diplokoklar, spiroxetlər, çöplər

    4. koklar, basillər, stafilokoklar

    5. qıvrım, diplokoklar, basillər



  1. Morfoloji göstəricilər kimi hüceyrənin:

    1. forması, ölçüləri, hərəkətliyi, sporəmələgətirmək qabiliyyəti, spordaşıyıcılarının olması, qamçıların yerləşməsi və vegetativ çoxalma xüsusiyyətləri öyrənilir

    2. forması, tənəffüsü, maddələr mübadiləsi; sporəmələgətirmə, hərəkətliliyi öyrənilir

    3. tənəffüsü, hərəkəti, qidalanması; sporəmələgətirmə, hərəkətliliyi öyrənilir

    4. maddələr mübadiləsi, çoxalması; sporəmələgətirmə, ölçülər öyrənilir

    5. forması hərəkəti, qidalanması və maddələr mübadiləsi



  1. Cinsiyyətli çoxalma xarakterindən asılı olaraq mayalar hansı sinifə aiddirlər?

    1. kisəli göbələklər

    2. bazidimisetlər

    3. arximisetlərə

    4. fikomisetlərə

    5. mükəmməl olmayan göbələklər



  1. Qıvrım formalı mikroblara aşağıdakılar aiddir?

    1. vibrionlar, spirillər, spiroxetlər

    2. koklar, basillər; spiroxetlər

    3. streptokoklar, bakteriyalar

    4. çarsinlər, stafilokoklar; spiroxetlər

    5. basillər, monokoklar; spiroxetlər



  1. Təmiz kultura nədir?

    1. bir mikrob növündən ibarət olan toplum

    2. bir neçə mikroorqanizmlər növündən olan mikroblar toplusu

    3. eyni qida mühitində yetişdirilmiş mikroblar

    4. spor daşıyıcıları olmayan mikroblar

    5. distillə suda yetişdirilmiş mikroblar



  1. Binar nomenklatura istifadə etməklə mikroorqanizmlərin:

    1. növünü və cinsini göstərilir

    2. növünü və xüsusi xassəsini göstərilir

    3. cinsini və formasını göstərilir

    4. növünü və hərəkətini göstərilir

    5. formasını və xüsusi xassəsini göstərirlər



  1. Aerob bakteriyalarda plazmatik membranın daxili qatında ........ .

    1. tənəffüs sistemi yerləşir

    2. həzm sistemi yerləşir

    3. nüvə yerləşir

    4. kapsula yerləşir

    5. selik yerləşir



  1. Zooqliya nəyə deyilir?

    1. 1-4 bakteriyanı əhatə edən kapsulaya

    2. bakteriyanın möhtəviyyatına

    3. mikrobun fermentlər sisteminə

    4. plazmatik membranın daxili qatına

    5. bir qrup mikroba



  1. Qram mənfi bakteriyaların qılafı:

    1. 4 qatlıdır

    2. 2 qatlıdır

    3. 3 qatlıdır

    4. 5 qatlıdır

    5. bir qatdan ibarətdir



  1. Qram müsbət bakteriyalarda qılaf:

    1. 2 qatlıdır

    2. 1 qatlıdır

    3. 3 qatlıdır

    4. 4 qatlıdır

    5. 5 qatlıdır



  1. Protoplazmatik membran aşağıdakılardan ibarətdir:

    1. lipoidlərdən, proteinlərdən və karbohidratlardan

    2. proteinlərdən və fermentlərdən

    3. karbohidratlardan və proteidlərdən

    4. lipidlərdən və qlükozadan

    5. proteinlərdən, selikdən və fermentlərdən



  1. Göbələklər sinfində aşağıdakı orqanizmlər birləşib:

    1. xlorofili olmayan

    2. xlorofili olan

    3. spor əmələ gətirənlər

    4. qamçıları olanlar

    5. qamçısız olanlar



  1. Mikroorqanizmləri təsnifatlaşdırarkən onların təmiz kulturalarının hansı əlamətləri öyrənilir?

    1. morfoloji, fizioloji, biokimyəvi

    2. hərəkətliyi, spor əmələ gətirməsi, tənəffüsü

    3. tənəffüs prosesi, qidalanması

    4. aerob və anaerob olması, çoxalma xüsusiyyətləri

    5. temperatur amilinə münasibəti, qram üsulu ilə boyanma



  1. Mikroorqanizmlər siniflərinin tərkibi hansı ardıcıllıqda düzgün verilib?

    1. sıra, ailə, cinslər, növlər

    2. cinslər, ailələr, növlər, sıralar

    3. sıralar, cinslər, növlər, ailələr

    4. növlər, sıralar, ailələr, cinslər

    5. ailələr, sıralar, növlər, cinslər



  1. Maya göbələklərin hüceyrələrində hansı element birləşmələri üstünlük təşkil edir?

    1. fosfor və kali

    2. natri və fosfor

    3. kükürd və fosfor

    4. kali və dəmir

    5. kali və kükürd



  1. Mukor göbələyi hansı sinfə aid edilir?

    1. fikomisetlər

    2. arximisetlər

    3. askomisetlər

    4. bazidiomisetlər

    5. mükəmməl olmayan göbələklər



  1. Askomisetlər hansı quruluşa malikdirlər?

    1. mitsel çox hüceyrəlidir, bir nüvəlidirlər, xüsusi inkişaf tsiklinə malikdirlər

    2. mitsel bir hüceyrəli, çox nüvəlidir

    3. tumurcuq şəklindədirlər, çox nüvəlidirlər

    4. xlorofilli mitselə malikdir, bir hüceyrəlidir

    5. çox hüceyrəli mitseli var, spor əmələ gətirmirlər

  2. Hansı halda Mucor göbələyinin quruluşu düzgün verilib?

    1. bir hüceyrəli, şaxələnmiş, mitselə malikdirlər, arakəsmələr yoxdu, mitsel çox nüvəlidir

    2. şaxələnmiş bir hüceyrə şəklində mitselə malik, sporangi daşıyıcıları ucunda yumru sporangilərdə sporlar yerləşir, sporangilərin xarici səthində quzuqulaq turşusunun kalsium duzları kristalları var

    3. şaxələnmiş çox hüceyrəli mitselə malik, sporlar qonidilər üzərində yerləşir

    4. çox hüceyrəli mitselə malikdirlər, spor əmələ gətirirlər xüsusi spor daşıyıcıları üzərində – bazidilərdə

    5. mitsel əsasən çoxhüceyrəlidir; cinsiyyətli çoxalma məlum deyil



  1. Aspergilus ailəsindən olan göbələklərdə (Penisillum cinsi) quruluş hansı halda düzgün verilib?

    1. şaxələnmiş arakəsməli mitseli vardır. Sporlar qonidilər adlanır. Onlar mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edən və ucunda fırça şəklində şaxələnən çıxıntılardan zəncirvari inkişaf edir

    2. şaxələnməmiş, arakəsməli mitseli vardır; sporlar bazidilər adlanır; onlar yuxarıya doğru inkişaf edən mitsel çıxıntılarının ucunda başcıq şəklində inkişaf edir

    3. şaxələnmiş, arakəsməsiz mitseli vardır. Sporlar bazidilər adlanır. Sporlar, mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edən və ucunda fırça şəklində şaxələnən çıxıntılardan inkişaf edir

    4. şaxələnmiş, arakəsməli mitseli vardır; sporlar qonidilər adlanır; başcıqlarda inkişaf edir

    5. şaxələnməmiş, arakəsməsiz mitseli vardır. Sporlar qonidilər adlanır. Onlar mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edir və ucunda fırça şəklində çıxıntılardan zəncirvari inkişaf edirlər



  1. Virus sözü nə deməkdir?

    1. zəhər

    2. xırda

    3. keçici

    4. yeyən

    5. dəyişkən



  1. Aşağıdakılardan hansıları viruslar üçün xarakterlidir?

    1. yalnız orqanizm hüceyrəsi daxilində və toxuma kulturasında inkişaf edirlər

    2. işıq mikroskopunda görünürlər

    3. qidalı mühitdə yetişirlər

    4. xəstəlik törətmək gücünü dəyişə bilmirlər

    5. hüceyrə daxilində çoxalmırlar



  1. Virusları kəşf edən hansı alimdir?

    1. İvanovski

    2. Piroqov

    3. Seçenov

    4. Pavlov

    5. Paster



  1. Bakteriofaqlar hansı qrup mikroorqanizmlərə aid edilir?

    1. viruslara

    2. bakteriyalara

    3. koklara

    4. çöplərə

    5. sarsinlərə



  1. Bakteriofaqın quruluşu hansı halda düzgün verilib?

    1. başcıq, və çıxıntısı vardır, qılafla örtülmüşlər

    2. başcıq və bədən, qılafsızdırlar

    3. başcıq, çıxıntı və kapsula vardır

    4. başcıq və kapsula vardır

    5. başcıq, çıxıntı vardır; qılafla örtülməmişlər



  1. Hansı ifadə doğrudur?

    1. faq ətraf mühitdən azotu və digər birləşmələri mənimsəməyə qadirdir

    2. faq ətraf mühitdən karbon dörd oksidi və suyu mənimsəməyə qadirdir

    3. faq kükürdlü birləşmələri parçalayır

    4. faq bakteriyanın təsiri ilə öz morfoloji və fizioloji xassələrini dəyişmir

    5. bakteriofaqlar mikroblar olan yerdə yoxdur



  1. Viruslar orqanizmə hansı yolla daxil ola bilməz?

    1. əl sıxarkən

    2. qida ilə

    3. hava ilə

    4. qan ilə

    5. damlalarla



  1. Bakteriofaqların təsiri ilə bakteriya ya ölür, ya da öz morfoloji və fizioloji xassələrini dəyişir. Bakteriya həll olur. Bunu hansı alim öyrənmişdir?

    1. Qamaleya

    2. Pavlov

    3. İvanovski

    4. Paster

    5. Kox



  1. Fiziologiya elmi mikroorqanizmlərdə nəyi öyrənmir?

    1. ölçülərini və formasını

    2. tənəffüsü

    3. qidalanmanı

    4. inkişaf və çoxalmasını

    5. bir-biri ilə qarşılıqlı münasibətlərini və ətraf mühitlə münasibətini



  1. Mikroorqanizmlərdə də maddələr mübadiləsinin iki tərəfi vardır:

    1. plastik mübadilə və enerji mübadiləsi

    2. su mübadiləsi və mineral mübadilə

    3. karbohidrat mübadiləsi və enerji mübadiləsi

    4. zülal mübadiləsi və mineral mübadiləsi

    5. lipidlərin mübadiləsi və enerji mübadiləsi



  1. Mikroorqanizmlərin kimyəvi tərkibi hansı halda doğru göstərilib?

    1. 80%-88% su, 20%-12% quru maddə

    2. 60%-70% su, 40%-30% quru maddə

    3. 70%-80% su, 30%-20% quru maddə

    4. 75%-80% su, 25%-20% quru maddə

    5. 50% su, 50% quru maddə



  1. Bakteriyaların sporlarında su:

    1. azdır

    2. çoxdur

    3. eynidir

    4. yoxdur

    5. hamısı sudur



  1. Mikroorqanizmlərin tərkibində su hansı halda lazımsızdır?

    1. çoxalmada

    2. qidalanmada

    3. daxildə maddələrin hərəkətini təmin edir

    4. dispers mühit yaradır

    5. suyun iştirakı ilə maddələr mübadiləsi reaksiyaları gedir



  1. Bakterial hüceyrə sərbəst suyu itirdikdə nə baş verir?

    1. maddələr mübadiləsi zəifləyir

    2. maddələr mübadiləsi dəyişmir

    3. maddələr mübadiləsi güclənir

    4. nisbi sakitlik dövrü başlayır

    5. mikrob fəallaşır



  1. Mikrob hüceyrəsi sərbəst və birləşmiş suyunu itirərsə:

    1. mikrob məhv olar

    2. mikrob spora çevrilər

    3. mikrob fəallaşır

    4. mikrobun fəaliyyəti dəyişməz

    5. mikrob zəifləyər



  1. Bakterial hüceyrənin quru maddəsini təşkil edən əsas maddə hansıdır?

    1. zülal

    2. karbohidrat

    3. lipidlər

    4. minerallar

    5. su



  1. Hansı halda bakteriyalarda, maya göbələklərində və kif göbələklərində quru maddədə zülalın payı müvafiq olaraq düzgün göstərilmişdir?

    1. 50-80%, 40-60%, 15-40%

    2. 40-60%, 50-80%, 15-40%

    3. 15-40%, 50-80%, 40-60%

    4. 50-80%, 15-40%, 40-60%

    5. 15-40%, 40-60%, 50-80%



  1. Karbohidratlar mikroorqanizmlərdə quru maddənin:

    1. 10-30%-ni təşkil edir

    2. 20-25%-ni təşkil edir

    3. 15-30%-ni təşkil edir

    4. 50%-ni təşkil edir

    5. ümumiyyətlə yoxdur



  1. Karbohidratlar bakteriya hüceyrəsində hansı rolu oynamırlar?

    1. katalitik funksiyanı həyata keçirirlər

    2. enerji mənbəyidirlər

    3. hüceyrə membranına daxildirlər

    4. ehtiyat qida mənbəyidirlər

    5. kapsulanın quruluşunda iştirak edirlər



  1. Bakterial hüceyrənin tərkibində olan yağlar və yağa bənzər maddələr protoplazmatik membran tərkibində hansı funksiyanı daşıyır?

    1. yarım keçiricilik qabiliyyətini təmin edirlər

    2. ehtiyat qida mənbəyidirlər

    3. tənəffüs zamanı əhəmiyyətlidirlər

    4. enerji mənbəyidirlər

    5. suyun ötürülməsini təmin edirlər



  1. Mineral maddələr mikroorqanizmlərdə hansı funksiyanı daşıyır?

    1. osmotik təzyiq yaradırlar və protoplazmada kolloid vəziyyəti yaradırlar

    2. katalitik funksiyanı yerinə yetirir

    3. tənəffüs proseslərini tənzimləyirlər

    4. enerji mənbəyidir

    5. heç bir əhəmiyyəti yoxdur



  1. Hansı mikroorqanizmlər qrupu narıncı və sarı rəngli piqment əmələ gətirir və heyvan yemlərinin «A» provitamini (karotinlərlə) ilə zənginləşdirmək üçün istifadə olunur?

    1. bəzi maya göbələklər

    2. bəzi bakteriyalar

    3. bəzi viruslar

    4. bəzi kif göbələkləri

    5. bakteriofaqlar



  1. Qida maddələrinin mikrob hüceyrəsinə daxil olmasını tənzimləyən:

    1. protoplazmatik membrandır

    2. protoplazmadır

    3. nüvədir

    4. ribosomlarda

    5. mitoxondrilərdir



  1. Kapsula və selik hüceyrə membranından qidanın keçməsində hansı rolu oynayır?

    1. keçməsini dayandırmır

    2. keçməsini dayandırır

    3. heç bir rol oynamır

    4. D)yalnız suyu keçirir

    5. E)yalnız quru maddəni ötürür



  1. Qida maddələrinin mikrob hüceyrəsinə daxil olması hansı yol ilə gedir?

    1. diffuziya və adsorbsiya yolu ilə

    2. yalnız diffuziya ilə

    3. yalnız adsorbsiya ilə

    4. müvəqqəti komplekslər yaratmaqla

    5. kationlar şəklində



  1. Hansı ifadə ətraf mühitlə müqayisədə hüceyrə sitoplazmasında olan osmotik təzyiqi düzgün əks etdirir?

    1. xeyli yüksəkdir

    2. xeyli aşağıdır

    3. xaricnən bərabərdir

    4. fərqlidir

    5. azalır sonra qalxır



  1. Plazmoliz nə zaman baş verir?

    1. hüceyrə suyu itirəndə

    2. hüceyrə suyu udanda

    3. xaricdə və daxildə qatılıq bərabər olanda

    4. hava isti olanda

    5. hava soyuq olanda



  1. Yüksək qatılıqlı mühitdə inkişaf edən mikroorqanizmlər necə adlanır?

    1. osmofillər

    2. qalofillər

    3. psixrofillər

    4. mezofillər

    5. termofillər



  1. Plazmoptiz nə zaman baş verir?

    1. hüceyrəyə su çox daxil olduqda

    2. hüceyrədə suyun miqdarı dəyişmədikdə

    3. hüceyrə suyu itirdikdə

    4. hüceyrə yüksək qatılıqlı mühitə düşdükdə

    5. hüceyrədə zülalın miqdarı artdıqda



  1. Mənimsənilən qida elementlərindən ən əhəmiyyətlisi hansıdır?

    1. karbon

    2. azot

    3. hidrogen

    4. natrium

    5. fosfor



  1. Karbonu mənimsəmək tipindən asılı olaraq bütün mikroorqanizmləri hansı qruplara ayrılırlar:

    1. avtotroflara və heterotroflara

    2. avtotroflara və saprofitlərə

    3. fotosintetiklərə və xemosintetiklərə

    4. fotosintetiklərə və parazitlərə

    5. saprofitlərə və parazitlərə



  1. Üzvi karbona ehtiyacı olmayan və özləri üzvi maddə sintez edən mikroorqanizmlər hansılardır?

    1. fotosintez və xemosintez edənlərdir

    2. xemosintez edənlərdir

    3. termofillərdir

    4. saprofitlər

    5. simbioz həyatsürənlər



  1. Nitrifikasiya bakteriyaları hansılardır?

    1. ammonyakı nitrit turşusuna, sonra isə nitrat turşusuna çevirirlər; azad olunan enerji hesabına CO2 –ni mürəkkəb üzvi maddələr sintezinə daxil edirlər

    2. dəmir bakteriyaları, dəmirin birləşmələrini parçalayıb enerji əldə edirlər

    3. kükürdlü bakteriyalar, kükürd birləşmələrinin enerjisindən faydalanırlar

    4. azotobakter, atmosfer azotunu parçalayırlar

    5. çürüdücü bakteriyalar, üzvi qalıqları parçalayırlar



  1. Saprofit qidalanma hansı halda baş verir?

    1. Süd laktozasını bakteriyalar süd turşusuna çevirəndə

    2. günəş enerjisi ilə xlorofildə, CO2 və Sudan üzvi maddə sintez ediləndə

    3. qeyri üzvi birləşmələrin parçalanmasından ayrılan enerji hesabına üzvi maddə sintez etdikdə

    4. vərəm çöplərinin ağ ciyərdə çoxalması baş verdikdə

    5. dezintiriya çöpü bağırsaqda yaşayanda



  1. Hazır üzvi maddəni parçalayan heterotroflar hansı iki qrupa ayrılırlar?

    1. saprofitlər və parazitlər

    2. xemosintetiklər və parazitlər

    3. termofillər və psixrofillər

    4. xemosintetiklər və saprofitlər

    5. osmofillər və termofillər



  1. Tənəffüs prosesində mikroorqanizmlərdə nə baş verir?

    1. üzvi maddə parçalanır, enerji ayrılır

    2. üzvi maddə sintez olunur, enerji sərf olur

    3. qeyri üzvi birləşmələr parçalanır

    4. qeyri üzvi birləşmələr sintez olunur

    5. istilik udulur



  1. Bütün mikroorqanizmlər tənəffüs tipinə görə:

    1. aeroblara və anaeroblara ayrılırlar

    2. aftotroflara və heterotroflara ayrılırlar

    3. termofillərə və psixrofillərə ayrılırlar

    4. fotosintez edənlərə və saprofillərə ayrılırlar

    5. nitrifikasiya edənlərə və aftotroflara ayrılırlar



  1. Anaerob mikroorqanizmlər iki qrupa ayrılırlar:

    1. obliqat və fakultativ anaeroblar

    2. aftotroflar və heterotroflar

    3. termofillər və saprofillər

    4. obliqatlar və nalofitlər

    5. fakultativlər və saprofitlər



  1. Bakterial hüceyrənin forması və həcmi dəyişir, RNT artır, maddələr mübadiləsi çox fəal gedir, qida maddələri toplanır. Bunlar nə zaman baş verir?


    1. : user data -> files
      files -> Ə.Ə. NƏBİyev, E. N. Dostiyari xurma meyvəSİNDƏn müXTƏLİF ÇEŞİDDƏ Qİda məhsullari istehsali texnologiyasinin təDQİQİ baki “elm” 2010 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti
      files -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tarixli saylı əmri ilə dərc olunması üçün qrif verilmişdir
      files -> «Mexanika və metallurgiya» kafedrası «ƏMƏk mühafiZƏSİ» fənnindən
      files -> Azərbaycan texnologiya universiteti Qİda müHƏNDİSLİYİ VƏ ekspertiza fakultəSİ Qİda müHƏNDİSLİYİ kafedrasi
      files -> Azərbaycan Texnologiya Universiteti “Qida və tekistil mühəndisliyi” fakultəsi
      files -> TiKİŞ MƏmulatlarinin keyfiYYƏt göSTƏRİCİLƏRİ” FƏnnindən imtahan testləri


      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə