Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
yəhəri üstünə düşdü. Qazax atlısı, nə qədər çalışdısa, Tanabayın əlindən 
qurtulub qaça bilmədi. Gülsarının cəldliyi sayəsində o şığıyıb qara kəhərin  
 
lap boynundan asıldı. Nəhayət, Tanabay keçinin ayağından yapışdı, onu özünə 
tərəf çəkməyə başladı. Ova sağdan həmlə eləmək Tanabay üçün əlverişli  
 
idi, üstəlik, o, cilovu da buraxmışdı, hər iki əli boş idi. Buna görə də, 
Tanabay keçini dartıb yarıyacan ələ keçirə bildi. 
– İndi möhkəm dur, qazax  
 
qardaş! 
– Qələt eləyirsən, qonşu, verməyəcəyəm! 
Onlar əlbəyaxa oldular. Bir ovun üstünə şığımış iki qartal kimi tutaşdılar. 
Atlılar söyüşdülər,  
 
fısıldadılar, bir-birini qorxutmaq üçün vəhşi kimi nərə çəkdilər; əllər bir-
birinə sarıldı, dırnaqların qanı axdı. Adamların bu dəli savaşına  
 
qoşulmuş atlar da qəzəblə kişnədilər, bir-birinə aman vermədən batan al-
qırmızı günəşə doğru səyirtdilər. 
Bizim üçün belə qorxmaz oyunlar qoyub gedən  
 
atalarımıza min rəhmət! 
Yenə keçi hər iki atlının əlində idi və yenə atlar günəşə doğru çapırdılar. 
Savaşın son həddi yaxınlaşırdı. Var gücünü  
 
səfərbər eləmiş atlılar dişlərini qıcayıb səssiz-səmirsiz çarpışırdılar, 
onların hər ikisi keçinin cəmdəyini öz ayaqlarının arasına almaq istəyirdi,  
 
onların hər ikisi bu savaşda qalib gəlmək istəyirdi. Qazax güclü idi. Onun 
yoğun və möhkəm biləkləri vardı, üstəlik, o, Tanabaydan çox-çox cavan idi.  
 
Ancaq təcrübə də az iş deyil, o hər addımbaşı Tanabayın dadına çatırdı. Heç 
gözlənilmədən Tanabay sağ ayağını üzəngidən çıxartdı, onu kəhər atın  
 
böyrünə dirədi. İndi, ovu özünə tərəf çəkə-çəkə, Tanabay ayağı ilə rəqibin 
atını itələyirdi və qazağın əlləri yavaş-yavaş boşalırdı. 
Məğlub olan rəqib  
 
son vasitəyə əl atdı. 
– Bərk dur! – deyib elə bir təkan verdi ki, Tanabay az qaldı top kimi 
yəhərdən sıçrasın. Ancaq o, yəhərin üstündə bərk dayandı.  
 
Qalib sevinci ilə nərə çəkib, atın başını döndərdi. Tanabay, zəhmətlə 
qazandığı qəniməti ayaqları arasında sıxaraq, qaçmağa üz qoydu. Bu yandansa  
 
böyük bir atlı dəstəsi onun üstünə gəlirdi. 
– Gülsarı! Gülsarı! Tutun, qoymayın! Qazaxlar hər tərəfdən qışqırışırdılar: 
– Oybay, Tanabay qoyma qaçdı! 
İndi əsas məsələ qaçıb qazaxlardan uzaqlaşmaq idi, indi gərək öz həmyerliləri 
tezliklə Tanabayı əhatə edəydilər. 
Səmtini qazaxlardan o yana salmaq  
 
üçün Tanabay cilovu bərk-bərk çəkib bir daha atın başını çöndərdi. At onun ən 
adi hərəkətlərini də başa düşürdü. Qovanların əlindən xilas olmaq üçün  
 


o, gah o yana, gah bu yana səyirdir, ən çətin vəziyyətlərdən çıxış tapırdı. 
Atın üstündə çapa-çapa Tanabay ürəyində Gülsarıya təşəkkür eləyirdi: “Sağ  
 
ol, Gülsarı, sağ ol, mənim qəşəng atım, ağıllı atım!..” 
Gülsarı az qala qarnı üstdə sürünüb çox çətin bir maneəni dəf elədi və birbaş 
qaçmağa üz  
 
qoydu. Bu vaxt Tanabayın həmyerliləri tez özlərini yetirdilər, yanlardan atın 
dövrəsinə çəpər çəkdilər, sıxlaşıb arxa tərəfi möhkəmlətdilər və böyük  
 
bir dəstə ilə onlar hay vurub irəli axışdılar. Ancaq qazaxların dəstəsi yenə 
də onların qarşısına çıxdı. Qırğızlar atların başını bir daha döndərməli  
 
oldular, yenidən geriyə çəkilib, yenidən irəli cumdular. Havada uça-uça 
qanadlarını dəyişən bir dəstə quş kimi onlar gah o səmtə, gah bu səmtə  
 
səyirdərək, geniş çöldə at çapdılar. Qovanlar qovdu, qaçanlar qaçdı. Yenə toz 
havaya qalxdı. Yenə səsdən qulaq batdı. Öz atı ilə birgə yerə dəyən  
 
kim, yəhərdən qopub atın başından aşan kim... adamlar yıxılırdılar da, 
dururdular da, ancaq bu maraqlı oyundan heç kəs əl çəkmək istəmirdi, oyun  
 
hamını vəcdə gətirmişdi, hamını valeh eləmişdi. Belə yerdə heç kəs heç kəs 
üçün cavabdeh deyildir. Cəsarət və qorxmazlıq eyni anadan doğulmuşdur. 
 
 
Günəş öz son şüalarını üfüqlərdən yığışdırıb getməkdə idi. Düzlər boz rəngə 
bürünmüşdü, ancaq axşamın mavi sərinliyində atlar hələ də çapırdılar,  
 
oyun hələ də davam eləyirdi. Daha heç kəs hay verib qışqırmırdı, heç kəs heç 
kəsi qovmurdu, atlılar çapmaqdan həzz alırdılar və səssiz-səmirsiz çapıb  
 
gedirdilər. Sonu görünməyən atlı dəstəsi bir qara dalğa kimi bu təpədən-o 
təpəyə aşdıqca atların ayağı altında torpaq səslənirdi. Bəlkə, bu səsdəki  
 
musiqini dinləmək üçün atlılar belə səssiz-səmirsiz çapırdılar? Kim bilir, 
qazax dombrasının və qırğız komuzunun gur səsi də, bəlkə, bu səsdən  
 
yaranmışdır! 
Atlılar çaya yaxınlaşırdılar. Qabaqda, axşam toranına bürünmüş kolluqlar 
arasında, çay bozara-bozara axırdı. Daha bir şey qalmamışdı.  
 
Çayın o tayında oyun qurtaracaqdı – kənd orada idi. Tanabay və onu əhatə 
eləyən atlılar hələ də çiyin-çiyinə çapırdılar. Hələ dəstə dağılmamışdı.  
 
Ortalıqda Gülsarı gedirdi, atlılar onu, qiymətli yük aparan gəmi kimi, 
müşayiət eləyirdilər. 
Gülsarı yorulmuşdu, yaman yorulmuşdu. Bugünkü oyun onu  
 
bərk incitmişdi, lap haldan-halətdən salmışdı. Yanınca at sürən iki nəfər 
Gülsarının cilovundan yapışmışdı, onlar Gülsarını yıxılmağa qoymurdular.  
 
Qalan atlılar Tanabayı üzük qaşı kimi araya almışdılar. Tanabaysa keçini 
yəhərin qabaq tərəfinə qoyub, döşü ilə hələ də mühafizə eləyirdi. Tanabayın  
 
başı hərlənirdi, o özünü birtəhər yəhərin üstündə saxlamışdı. Yaxında adamlar 
olmasaydılar, bəlkə, Tanabayın özü də, atı da yıxılardı. Bir vaxt ata- 


 
babalar da, yəqin ki, əldə etdikləri qəniməti belə qaçırtmışdılar, yəqin ki, 
bu yolla onlar igid pəhləvanları əsirlikdən qurtarmışdılar... 
Bu da çay,  
 
bu da çəmən, bu da çay keçidi. Çaydakı keçid yeri qaranlıqda zorla seçilirdi. 
Atlılar dəstə ilə suya tökülüşdülər, çay kükrədi, coşub-daşdı. Suyun  
 
xışıltısı və at nallarının çıqqıltısı altında onlar Gülsarını dartıb o biri 
sahilə çıxartdılar. Vəssalam! Qələbə çalındı! 
Atlıların biri keçini  
 
Tanabaydan alıb sürətlə kəndə sarı çapdı. Qazaxlar çayın o tayında qaldılar. 
Qırğızlar onlara əl eləyib: 
– Sağ olun! – dedilər. – Belə şən oyunlara  
 
həmişə siz gələsiz! 
– Sağlıqla qalın! – deyə qazaxlar o biri sahildən səsləndilər. – İnşallah, 
payızda görüşərik! 
Sonra axşam idi, şər qarışmışdı,  
 
Tanabay qonaqlıqda əyləşmişdi, Gülsarını həyətdə başqa atların yanına 
bağlamışdılar. Gülsarı heç vaxt bu qədər yorulmamışdı, onun bugünkü 
yorğunluğu  
 
ilk dəfə yəhər altda gəzdiyi o günün yorğunluğunu xatırladırdı. Ancaq, indiki 
ilə müqayisədə, o vaxtkı Gülsarı söyüd çubuğu kimi namnazik bir şey  
 
idi. Evdə Gülsarının söhbətini eləyirdilər. 
– İçək Gülsarının sağlığına, Tanabay, o olmasaydı, oyun əldən getmişdi. 
– O qara kəhər də az aşın duzu  
 
deyildi ha, şir kimi bir şey idi. Hələ yiyəsini demirəm. O gədə çox uzağa 
gedəcək! 
– Onu düz deyirsən. Ancaq bir şey mənim gözümün qabağından çəkilib  
 
getmir: əlbəyaxadan sonra gördünmü Gülsarı neçə əyilib keçdi, az qaldı ki, 
qarnı yerə dəysin. Yadıma salıram – tüklərim biz-biz olur. 
– Ba! Buna söz  
 
ola bilməz ki! Keçmişlərdə bu cür atların üstündə batırlar gəzərdi. At deyil, 
görsətmə şeydir! 
– Tanabay, madyanların yanına bunu nə vaxt  
 
buraxacaqsan? 
– Elə hərdən indi də qaçır, ancaq mən bilən, tezdir hələ. Gələn yaz əsil 
vaxtı olacaq. Fikrim var payızda qatım ilxıya, yesin, bir az  
 
əmələ gəlsin... 
O axşam kişilər çox oturdular, oyunu təpədən-dırnağacan təhlil eləyib, atı 
təriflədilər, Gülsarısa həyətdə dayandı, cilovunu gəmirə- 
 
gəmirə tərini soyutdu. Bu gecə o, səhərəcən ac-susuz ayaq üstdə qalmalı idi. 
Ancaq Gülsarıya əzab verən aclıq deyildi. Onun beli ağrıyırdı, qıçları  
 
özünün deyildi, dırnaqları od tutub yanırdı, bayaqkı oyunun hay-küyü hələ də 
atın qulaqlarında səslənirdi. Gülsarı arabir diksinirdi, fısıldayıb  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə