Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   ...   47

Gülsarı hələ də hərəkətsiz dayanmışdı. Qıçlarını bir-birinə  
 
qısıb, belini aşağı əymişdi, hər şeyə biganə, hər şeyə laqeyd – elə bil at 
durduğu yerdəcə quruyub ağaca dönmüşdü. 
Tanabay fikirdən-xəyalatdan ayılıb  
 
özünü ata yetirdi. Onun ardı-arası kəsilməyən həzin iniltisinə qulaq asıb: 
– Sən ki yuxulayırsan, – dedi. – Halın xarabdır, eləmi? Axı, a qardaş, nə  
 
oldu sənə? 
Tələsə-tələsə Tanabay Gülsarının soyuq qulaqlarını ovxaladı. Əlini atın 
yalına saldı. Yal da soyuq idi, nəm idi. Üstəlik, yalın əvvəlki  
 
ağırlığından əsər-əlamət qalmamışdı. – Tanabay bunu hiss eləyib təşvişə 
düşdü. “Qocalıb, – dedi. – Lap qocalıb. Yazığın yalcığazı da tamam tülənib  
 
gedib. Hamımız qocalırıq, hamımızın axırımız birdir”. Beləcə dərdli-dərdli 
düşünərək Tanabay mat-məəttəl atın qarşısında dayandı. O, çıxılmaz  
 
vəziyyətdə qalmışdı, nə edəcəyini bilmirdi. Əgər atı da, arabanı da burada 
qoyub piyada getsəydi, Tanabay hələ gecə yarı olmamış evə çata bilərdi,  
 
çünki onun dərə dibindəki keşikçi koması buradan çox da uzaqda deyildi. Orada 
– çaydan bir verst yarım yuxarıda məskən salmış su qarovulçusunun  
 
qonşuluğunda Tanabay arvadı ilə yaşayırdı. Yayda biçənəklərə baxırdı, qışda 
tayalara göz qoyurdu ki, çobanlar otu vaxtından əvvəl daşıyıb mal-qaraya  
 
yedirtməsinlər. 
Belə bir işlə məşğul olan adam, şübhəsiz ki, atsız ötüşə bilməzdi, Tanabayın 
da atı vardı, ancaq bu at deyildi, ayrı at idi. 
Keçən  
 
payız Tanabayın kolxoz idarəsinə işi düşdü. Haradasa aqronomluq oxuyub gəlmiş 
təzə briqadir onu görüb: 
– Əmi, – dedi, – zəhmət olmasa, tövləyə baş  
 
çəkin, sizə başqa at ayırmışıq. Bir az qocatəhərdir, ancaq pis deyil, sizin 
iş üçün yarayar. 
Tanabay şübhələndi. 
– O necə atdır? – dedi, – Əl-ayaq  
 
altda ölənlərdən deyil ki? 
– Özünüz gedib baxarsız, – dedilər. – Sarıtəhər şeydir. Görsəz tanıyarsız. 
Haçansa, deyirlər, siz onu saxlamısız. 
Tanabay  
 
birbaş tövləyə yollandı və kəhər atı həyətdə görəndə onun ürəyi yerindən 
oynadı. “Ölmədik, yenə də görüşdük”, – dedi. Qocalıb tanınmaz hala düşmüş  
 
ata baxdı. Gülsarıdan imtina eləməyə ürəyi gəlmədi. Atı götürüb apardı. Evdə 
arvad Gülsarını zorla tanıdı. 
– Doğrudanmı, bu həmin Gülsarıdır? – dedi. 
–  
 
Odur, özüdür ki var, – deyə Tanabay arvadın üstünə kəkələndi, çünki o, 
söhbətin uzanacağından ehtiyat eləyirdi. 


Gülsarı ilə bağlı olan xatirələrin  
 
dərinliyinə getmək lazım deyildi. Çünki cavan vaxtı Tanabay günah işlər 
dalınca bu atın üstündə getmişdi. İndi söhbət həmin o cavanlıq günahının  
 
üstünə gələ bilərdi, buna görə Tanabay bir də ucadan kəkələndi: 
– Nə durmusan, bir şey qızdırsana. Acından it kimi ölürəm! 
– Neynim, a kişi, mat  
 
qalmışam, deyirəm, nə pis şey imiş qocalıq. Bu hara, o at hara? Deməsəydin 
odur, heç inanmazdım. 
Tanabay: 
– Burda təəccüblü bir şey yoxdur, – dedi. –  
 
Elə bilirsən biz ondan yaxşı gündəyik? Halva-halva deməynən ağız şirin olmaz. 
Hər şeyin öz vaxtı-vədəsi var. 
Arvad fikirli-fikirli başını buladı: 
– Elə  
 
mən də bunu deyirəm də! – Sonra gülümsəyib zarafatla əlavə elədi: – Yenə 
atınla gecə səfərinə gedəcəksənmi? Getsən, bir söz demərəm. 
Tanabay: 
– Başına  
 
söz qəhətdir? – dedi. – Çaşdığından dalını arvadına sarı çevirdi. Zarafata 
zarafatla cavab vermək lazım idi. O isə utandığından samanlığın talvarına  
 
dırmaşıb, orada xeyli vaxt ot-ələflə əlləşdi. Elə bilirdi ki, arvad o 
əhvalatı unudub, yox balam, unutmayıbmış. 
Qadın ocağı da yandırdı, xörəyi də  
 
qızdırdı, ancaq Tanabay otla eşələnməkdən əl çəkmədi. Nəhayət, arvadı onu 
qapıdan səsləyib aşağı endirdi: 
– Düş, – dedi, – düş gəl, xörəyini bir də  
 
qızdırmayacağam ki! 
Daha qadın heç vaxt o söhbətə qayıtmadı, köhnə xırmanları sovurmağın nə 
mənası vardı?.. 
Tanabay bütün qışı ata qulluq elədi, ona  
 
isti kəpək verdi, doğranmış çuğundur yedirtdi. Axı atın ağzı da kardan 
düşmüşdü – dişlərinin bircə kötüyü qalmışdı. Buna baxmayaraq, Tanabay atı,  
 
necə deyərlər, dirildib ayaq üstə qoymuşdu, bəs indi bu nə olan iş idi? Niyə 
Gülsarı yerə mıxlanıb qalmışdı? İndi Tanabay nə etməli idi? 
Yox, atı  
 
çölün düzündə qoyub getmək onun işi deyildi. 
Tanabay ata təkan verdi, at səntirəyib ayaqlarının yerini dəyişdi, ancaq bir 
addım da gedə bilmədi. 
– Necə  
 
deyirsən, Gülsarı, bəs getməyək, burda qalaq? – Tanabay ata dil tökdü. Sonra 
nəsə fikirləşdi. – Dayan, – dedi, – dayan görüm, mən bu saat gəlirəm. 
Qamçının dəstəyilə o, arabanın küncündəki kisəni dartıb çıxartdı, kisədəki 
bağlamanı götürdü. O kisədə Tanabay gəlininə kartof aparmışdı, ancaq  
 


bağlamanı öz evindən götürmüşdü, arvadının yol üçün qoyduğu çörək idi, yaddan 
çıxıb eləcə də qalmışdı. Tanabay çörəyin yarısını böldü, xırda-xırda  
 
doğrayıb arxalığının ətəyinə tökdü, atın ağzına tutdu. Gülsarı çörəyin 
qoxusunu dərindən ciyərinə çəkdi, ancaq yeyə bilmədi. Əlacı kəsilmiş Tanabay  
 
çörəyi ovcuna yığıb az-az atın ağzına dürtməli oldu, at tədricən hərəkətə 
gəldi, çənəsini tərpətməyə başladı. Tanabay sevindi: 
– Belə ha! – dedi. – Ay  
 
maşallah, ye görüm, bəlkə birtəhər burdan tərpənək, yavaş-yavaş gedək çıxaq 
evimizə. Çətini gedib çıxanacandır. Evdə hər şey yaxşı olacaq. Arvad  
 
yaxşı-yaxşı baxacaq sənə. Diriləcəksən, qorxma, diriləcəksən. 
Tanabay beləcə yalvarırdı. Atın ağzından axan su ovcuna töküldükcə o, ürəkdən 
sevinirdi,  
 
çünki get-gedə Tanabay o suyun isindiyini hiss eləyirdi. 
Sonra o, cilovu əlinə götürüb, qətiyyətlə irəli dartdı. 
– Gedək! – dedi. – Gedək! Durmağın  
 
mənası yoxdur. 
At tərpəndi. Araba cırıldadı. Təkərlər daşlı yolda aram-aram səslənməyə 
başladı. Onlar yavaş-yavaş yola düzəldilər – qoca at və qoca  
 
Tanabay. 
Qoca at son gücünü toplayıb gedirdi. Arabanı zorla çəkib aparırdı. Tanabay 
atın barəsində düşünürdü: “Zəifləyib, yaman zəifləyib”. Tanabay  
 
ürəyində atla danışırdı: “Yaşından xəbərin varmı, Gülsarı? İyirmi olar, yəqin 
olar. Bəlkə iyirmidən də çox olar...” 

 
Onlar müharibədən sonra  
 
tapışmışdılar. Döyüşlərdə Şərqdən vurub Qərbdən çıxan yefreytor Tanabay 
Bakasov Kvantun ordusu təslim olanda hərbi xidmətdən azad edilmişdi. O, altı  
 
il dava yollarında ayaq döymüşdü. Bir dəfə arabada zədələnmişdi, bir dəfə 
döşünə qəlpə dəymişdi, ancaq Allah nəzərini ondan əsirgəməmişdi, iki ay  
 
hospitalda yatandan sonra Tanabay gedib öz cəbhə yoldaşlarına qoşulmuşdu. 
Cəbhədən evə qayıdanda vağzaldakı satıcı qızlar Tanabaya “baba” demişdilər.  
 
Ancaq Tanabay inciməmişdi, çünki burada, necə olsa, sataşmaq məsələsi də 
vardı. O, əlbəttə, cavan deyildi, amma sən deyən qocaya da oxşamırdı. Dava  
 
onu kifayət qədər bozartmışdı, bığında ağ tüklər də var idi, lakin Tanabay 
təkcə sir-sifətdən bir az qoca görünürdü. Özü də, ürəyi də cavan idi.  
 
Gəlməyindən bir il keçməmiş arvadı onun üçün bir qız dünyaya gətirmişdi, o 
biri il ikincisini doğmuşdu. İndi qızların hər ikisi ərli-uşaqlı idi.  
 
Yaydan-yaya gəlib-gedirdilər. Böyük qızın əri sürücü işləyirdi. Görürdün ki, 
budur, hamını maşına doldurub gətirib. Yox, Tanabay qızlarından,  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə