Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   ...   47

– Biri var! – dedi. – O yanda, sağ tərəfdə otlayan o səməndi görürsənmi? Bax 
o at uzağa  
 
gedəcək. 
– O top kimi yupyumru olanımı deyirsən? Kənardan balaca görünür bir az. 
Deyəsən, beldən də o qədər saz deyil. 
– Baxma, cinsindəndir. Bir azdan  
 
qəşəng at olacaq. 
– Axı onun harası yaxşıdır? Nəyinə qəşəng deyirsən? 
– Yorğadır. Anadangəlmə. 
– Nə olsun? 
– Beləsinə az rast gəlmişəm. Keçmişlərdə bu  
 
cür atın qiyməti yox idi. Belə atdan ötrü igidlər cıdır vaxtı başlarından 
keçirdilər. 
Tanabayın bir az kefi durulurdu: 
– Yaxşı, – dedi, – gedək  
 
baxaqmı? 
Onlar atları mahmızlayıb, yan tərəfdən ilxının izinə düşdülər, səməndi 
sürüdən ayırdılar, qabaqlarına qatıb qovmağa başladılar. Qaçmaq atın  
 
özünün də ürəyindən imiş. O, sevinclə telini yellədib fınxıraraq irəli cumdu, 
ayaqlarını görünməmiş bir incəliklə hərəkətə gətirib ilxıya qayıtmaq  
 
üçün böyük bir qövs yaratdı. Təəccübündən Tanabay çığırdı, uşaq kimi atılıb 
düşdü. Torqayın özü də sevincini gizlədə bilmədi. Qürrələnib: 
– Bəs necə  
 
bilirdin! – dedi. 
Onlar atın dalınca yortaraq balaca uşaq kimi qışqırırdılar və onların coşqun 
səsi elə bil ata qamçı kimi dəyirdi. At get-gedə  
 
yerişini sürətləndirirdi, ancaq onun atdığı addımlarda zərrə qədər də 
gərginlik hiss olunmurdu, o, yerişini bircə dəfə də çaşdırmırdı, dümdüz irəli  
 
gedirdi, sanki, quş kimi uçurdu. 
Onlar sürünü dərə yuxarı saldılar, atlar dördnala getdi, ancaq səmənd öz 
yerişindən düşmədi. 
Torqay atın üstündə  
 
qışqırıb papağını yellətdi: 
– Tanabay! Tanabay! Görürsənmi? Qiyamət səs eşitməyi var. Bax gör necə 
qulaqlarını şəkləyir. Qayıt, qayıt, qayıt-a-ay! 
Nəhayət, səmənd qayıdıb ilxıya qarışdı, ilxıçılar ondan əl çəkdilər. Ancaq 
sonra mindikləri atı toxtatmaq üçün dolandırıb vərdiş eləyəndə də onlar  
 
xeyli vaxt özlərinə gələ bilmədilər. Səmənd hər ikisini vəcdə gətirmişdi. 
– Sağ ol, Torqay ağa, qəşəng at bəsləmisən. Lap ürəyim açıldı. 
– Qəşəngdir, –  
 
deyib qoca da təsdiqlədi. Sonra ciddiləşib əlavə etdi: – Çalış ki, gözə 
gəlməsin. Bir də, məbada, indidən səs-küy salasan. Yaxşı at da gözəl qız kimi  
 
bir şeydir, müştərisi həmişə çox olur. Qız ki qızdır, yaxşı ələ düşəndə 
görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə  


 
olur – baxanda ürəyinin qabığı gedir. At da bunun kimi. Atı zay eləmək asan 
şeydir. 
– Narahat olma, Torqay ağa, bu işdən mənim də başım çıxır, balaca  
 
deyiləm ki. 
– Özün bil. Mən dedim ürəyimdə qalmasın. Adı Gülsarıdır. Yadında saxla. 
– Gülsarı? 
– Bəli. Keçən yay nəvəm gəlmişdi. Yamanca bəyəndi. Adını  
 
da özü qoyub getdi. Onda bu, biryaşar dayça idi. Gülsarı – saxla yadında. 
Qoca Torqay söhbətcil kişi imiş. O, bütün gecəni tədbir tökdü, Tanabay  
 
səbirlə qulaq asdı. 
Torqayı və onun arvadını Tanabay aparıb yeddi verstlikdən yola saldı. 
Köçəbədə iki boş alaçıq qaldı – onun birində Tanabayın  
 
ailəsi yaşayacaqdı. O biri alaçıq Tanabayın köməkçisindən ötrü idi. Ancaq 
köməkçi hələ gəlib çıxmamışdı. Hələ Tanabay tək idi. 
Qoca Torqay həmişəlik  
 
ayrılıb gedəndə Gülsarıdan bir də söhbət saldı: 
– Hələlikdən səməndə dəymə, – dedi. – Heç kəsə etibar eləmə. Yazda özün 
minərsən, öyrədərsən. Çox da  
 
gücə salmayasan. Yəhər altda heç vaxt bərk qovmaginən. Belini vurdurarsan, 
yerişini korlayarsan, atı heyif eləyərsən. Bir də, məbada qoyasan tərli- 
 
tərli su içə; qolu alınar, qançır olar. Minib öyrədəndən sonra, ölməsəm sağ 
qalsam, bir mənə də göstərərsən... 
Beləliklə də Torqay öz yüklü dəvəsini  
 
arxasınca çəkərək, arvadı ilə birgə çıxıb getdi. İlxı Tanabaya qaldı, alaçıq 
Tanabaya qaldı, dağlar Tanabaya qaldı... 
Gülsarınınsa heç nədən xəbəri  
 
yox idi, bilmirdi ki, onun barəsində nə qədər söhbət olub, nə qədər söhbət 
olacaq və bütün bu söhbətlər nə ilə qurtaracaqdır!.. 
O, ilxıda həmişəki  
 
kimi azad gəzirdi. Dağlar da həmişəki dağlar idi, otlar da, çaylar da. Bircə 
ilxıçı dəyişmişdi, əvvəlki qocanın yerinə indi başqa adam gəlmişdi. Təzə  
 
ilxıçının əynində göy şineli vardı, başına qulaqlı əsgər papağı qoyurdu. 
Çığıranda səsi azca xırıldayırdı, ancaq o səs gur idi. Hökmlü idi. İlxı  
 
tezliklə ona öyrəşdi. Qoy gəzsin, çığırsın, nə ziyanı var! Sonra qar yağdı. 
Tez-tez yağdı və uzun müddət yerdə qaldı. Atlar dırnaqları ilə qarı  
 
eşdilər, axı, ot qarın altında idi. Soyuqdan ilxıçının rəngi qaraldı, əlləri 
cadar-cadar oldu. O, ayağına keçə çəkmə geydi, iri kürkə büründü. Tükü  
 
artsa da, uzansa da, Gülsarı üşüməyə başladı, xüsusən gecələr onun üçün yaman 
soyuq olurdu. Şaxtalı gecələrdə atlar bir-birinin böyrünə qısıldı,  
 
səhər gün doğanacan onlar qırov bağladılar. 


Ancaq ilxıçı yanlarından əskik olmadı. O, at üstdə dolanıb kürkünün qollarını 
şappıldatdı, əlini, üzünü  
 
ovxaladı. Hərdən yoxa çıxsa da, yenə qayıdıb gəldi. İlxıçı getməyəndə daha 
yaxşı olurdu. O qışqıranda, yaxud üşüyüb hönkürtü salanda atlar başlarını  
 
qaldırırdılar, qulaqlarını şəkləyirdilər, ancaq onu görən kimi rahatlanıb, 
küləyin vıyıltısı altında, asudə mürgüləyirdilər. O qış Gülsarı Tanabayın  
 
səsini çox eşitdi və o səsi ömrü boyu unutmadı. 
Gecələrin birində dağlarda boran qalxdı. İri, kövrək qarı külək atların 
yallarına doldurdu,  
 
quyruqlarına yüklədi, gözlərinə çırpdı. İlxıya çaxnaşma düşdü. Atlar bir-
birinin böyrünə qısılıb titrəşdilər. Qorxulu, vahiməli bir fısıltı ilə qoca  
 
madyanlar dayları, qulanları qovub ortalığa yığmağa başladılar. Onlar 
Gülsarını itələyib qırağa çıxartdılar və Gülsarı sürünün arasına heç cür keçə  
 
bilmədi. O, təpik atdı, atları itələdi, ancaq yenə kənarda qaldı və kənarda 
qaldığına görə yekə, zəhmli ayğır onunla çox pis rəftar elədi. O gün  
 
nədənsə, yekə ayğır yaman narahat idi. O, bir yerdə qərar tuta bilmirdi. 
Gəzinirdi. Yoğun, qüvvətli ayaqları ilə qarı eşirdi, ilxını bir yerə  
 
yığırdı, dağılmağa qoymurdu. Yekə ayğır başını aşağı əyib, qulaqlarını 
şəkləyəndə daha dəhşətli görünürdü. Bu qorxunc, dəhşətli görkəmdə o, hərdən  
 
irəli cumub qaranlıqda gözdən itir, orada fısıldaya-fısıldaya gəzişib yenə 
hirsli-hirsli atların yanına qayıdırdı. Yekə ayğır atları bir addım da  
 
bir-birindən aralanmağa qoymurdu. Birdən o, Gülsarının kənarda olduğunu 
gördü. Əvvəlcə Gülsarını döşü ilə itələdi, sonra geri dönüb dal ayaqları ilə  
 
ona elə bir təpik ilişdirdi ki, ağrıdan Gülsarının az qaldı nəfəsi kəsilsin. 
Gülsarı içində nəyinsə qopub düşdüyünü zənn elədi, zərbədən inildədi,  
 
özünü ayaq üstə zorla saxladı. Belə bir cəzadan sonra özbaşınalıq eləmək 
Gülsarının heç ağlına da gəlmirdi. O, bir küncdə qısılıb durmuşdu, böyrünün  
 
ağrısını çəkirdi, altdan-altdan qudurmuş, qızmış ayğıra baxırdı. Atlar da 
sakitcə dayanmışdılar. Birdən Gülsarının qulağına qəribə bir səs gəldi.  
 
Qurd səsi idi. Bu səsi Gülsarı heç vaxt eşitməmişdi. O, bir anlıq, qorxudan, 
vahimədən qupquru qurudu. İlxı səksəndi, nəfəs çəkmədən o səsə qulaq  
 
asdı. Ətrafa sükut çökdü. O sükut çox dəhşətli sükut idi. Qar yağırdı, qar 
hələ dayanmamışdı, Gülsarının üzünü isladırdı. Görəsən, ilxıçıya nə  
 
olmuşdu? Bu saat o, yaman lazım idi. Gülsarı onun səsini eşitmək istəyirdi, 
çuxasının his, tüstü qoxusunu nəfəsinə çəkmək istəyirdi. Ancaq o, yox  
 
idi. Heç yanda yox idi. Gülsarı başını qaldırıb ətrafa baxdı və qorxudan 
bütün bədəni lərzəyə gəldi. Onun yan tərəfi ilə bir qara kölgə sürünürdü.  
 
Gülsarı diksinib yerindən sıçradı. İlxı çaxnaşdı. Yel kimi götürüldü. 
Ağlasığışmayan bir qorxu, vahimə içində atlar vəhşi səslə kişnəyərək, seltək  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə