Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   ...   47

 
zülmətin qoynuna axışdılar. Onlar uçurumdan qopan daş kimi bir-birinə 
dəydilər, bir-birlərini hərəkətə gətirdilər – bu gedişin qarşısını saxlamaq  
 
mümkün deyildi. Gülsarı heç nə anlamadan qaçır, təri dabanından süzülürdü. 
Birdən haradasa güllə açıldı, sonra ikinci güllənin səsi dağlara düşdü.  
 
Qaça-qaça atlar ilxıçının qəzəbli çığırtısını eşitdilər. O tanış səs əvvəl 
haradansa yan tərəfdən gəlirdi, get-gedə yavuqlaşdı, sonra lap irəlidən  
 
eşidildi. Nəhayət, öz səsi ilə Tanabay sel kimi baş alıb gedən at sürüsünü 
haqladı, səs ilxını arxasınca apardı. Gecə idi. Qaranlıq idi. Yenə də  
 
əvvəlkitək qar yağırdı. Ancaq hava nə qədər qaranlıq olsa da, o tanış səsin 
dalınca getmək bayaqkı kimi qorxulu deyildi. İndi baxıcı burada idi. O  
 
qabaqda, durmadan at çapırdı, halbuki hər addımda dərin yarğanlar vardı, 
qorxunc uçurumlar vardı. O durmadan çağırırdı: “Qayıt, qayıt, qayıt-a-ayt!”  
 
Səsi tükənsə də, sinəsi xırıldasa da çağırırdı və o qorxunc qaraltıdan hifz 
olunmaq üçün atlar bu tanış xırıltılı səsin dalınca qaçırdılar. 
Dan  
 
sökülənə yaxın Tanabay atları qovub əvvəlki yerlərinə gətirdi. Atlar, nəhayət 
ki, dayandılar. Tərləmiş ilxıdan buxar qalxdı, buxar duman kimi göyə  
 
ucaldı. Bellərini zorla tərpədən atlar əvvəlki qorxunun təsirindən bir müddət 
burada da titrəşdilər. Onlar qar yedilər. Tanabay da qar yedi. O,  
 
çömbəlib bir tərəfdə oturdu, qarı ovuc-ovuc ağzına doldurdu. Sonra Tanabay 
üzünü əlləri ilə örtüb xeyli vaxt hərəkətsiz qaldı. Qarsa hələ də yağırdı.  
 
Atların isti çiyinlərində qar əlbəəl əriyirdi, çiyinlərindən damcılar 
süzülürdü – bulanıq, sarı damcılar... 
Dağların qalın qarı əriyib getdi, hər  
 
tərəf yaşıl ota büründü. Gülsarı günbəgün kökəldi, ətə-qana doldu. İlxı 
tükünü dəyişib təzələndi, dağın-daşın görkəmi də başqalaşdı. Atlar qışın  
 
soyuğunu da, aclığını da unutdular, ancaq insan unutmadı. İnsan dəhşətli 
şaxtaları unutmadı, canavar ulaşan gecələri unutmadı; üşüyüb yəhər üstdə  
 
donmasını, keyiyib taxtaya dönmüş əl-ayağını qızdırarkən ağlamamaq üçün 
ocağın qırağında dodağını dişlədiyi dəqiqələri insan unuda bilmədi. O yazın  
 
qurtarmaq bilməyən şaxtaları, donub qurğuşun qabıq qoyan torpağı yaddan 
çıxmadı. İlxıya tələfat düşdü, zəif atlar qırıldı və bir gün dağdan enib  
 
kolxoz idarəsində tələfat aktına gözüyumulu qol çəkəndən sonra birdən-birə 
içindən necə odlanıb qışqırmağını, yumruğunu sədrin stoluna necə  
 
çırpmağını da insan unuda bilmədi: 
– Sən mənə belə baxma! Mən sənin üçün faşist deyiləm! Hanı sənin töylən? 
Otun, yulafın, duzun hanı sənin? Quruca  
 
havanın ümidinə qalmışıq! Heç belə təsərrüfatçılıq olarmı?! Sən bir mənim 
əyin-başıma bax! Evimə-eşiyimə, günümə-güzəranıma bax! Doyunca çörək də  


 
tapıb yeyə bilmirik. Dava ki davadır, orda da bundan min pay yaxşı idi. Hələ 
bir tərs-tərs üzümə də baxırsan, elə baxırsan ki, elə bil mən o atları  
 
əlimlə boğub öldürmüşəm! 
O, bu sözləri deyərkən sədrin necə susub durmağı, onun bomboz bozarmağı da 
Tanabayın yadında idi. Tanabay dediyi sözlərdən  
 
utanmışdı. Tanabay kolxoz sədrindən üzr istəmişdi: 
– Bağışla, Çoro, bağışla məni, hirsləndim, artıq-əskik danışdım. 
Rəngi bomboz bozarmış Çoro: 
– Gərək  
 
sən məni bağışlayasan, – demişdi və bu vaxt onun anbardarı çağırmağı Tanabayı 
daha da utandırmışdı. 
– Buna beş kilo un ver. 
– Bəs uşaq bağçası necə  
 
olsun? 
– Nə uşaq bağçası, canım? Yenə nə dolaşıq salmısan! Ver dedim, ver getsin. 
Artıq söz lazım deyil! 
Tanabay undan imtina etmək istəmişdi, çünki  
 
süd vaxtına bir şey qalmamışdı, tezliklə kumıs olacaqdı. Ancaq sədrin yazıq 
görkəmi və onun belə hirsli-hirsli anbardara təpinməyi Tanabayın əl- 
 
ayağını soyutmuşdu. O, susmağa məcbur olmuşdu. Sonra o unun əriştəsindən 
xörək yeyəndə hər dəfə Tanabay boğazını yandırıb, arvadının üstünə  
 
qışqırmışdı: 
– Bu nədir? Məni yandırmaqmı istəyirsən? 
Arvad isə hər dəfə sakitcə cavab vermişdi: 
– Qoy soyusun, uşaq deyilsən ki. 
Bəli, o heç nəyi  
 
unutmamışdı. Hər şey, hər şey yadında idi... 
Sonra may gəlmişdi, isti may! O mayı necə unutmaq olardı?! Qızmış ayğırların 
səsi dağı-daşı ağzına  
 
almışdı, onlar kişnəyirdilər, tək-təkə döyüşürdülər, başqa ilxılardakı 
madyanların dalına düşürdülər. 
O qızğın ayğırları qovmaqdan zara gəlmiş  
 
ilxıçılar öz aralarında tez-tez söyüşürdülər, hətta bəzən tutaşmaq da olurdu, 
qamçı da işə düşürdü. Ancaq bunlar Gülsarıya aid deyildi. O yaz Gülsarı  
 
özgə bir həyat başlamışdı. O yaz gah gün düşür, gah da yağış yağırdı – örüşdə 
ot dizə çıxırdı. Ayağı altında yamyaşıl çəmənlər, başı üstdə dağların  
 
ağappaq qarı – o çağlar Gülsarı üçün unudulmaz çağlar idi, əsil gənclik dövrü 
idi. Gülsarı böyüyür, qüvvətlənirdi; daha o, yaş yarımlıq day deyildi.  
 
Arxadan nazilib, çiyindən enlənmişdi – üçbucaq şəklinə düşmüşdü. Gülsarının 
başı da əsil kəhər atların başına oxşayırdı – əyri burnu, geniş açılmış  
 
iri gözləri, qalın və bərk dodaqları vardı. Gülsarı gözəl at olmuşdu. Lakin 
özü bundan xəbərsiz idi. Gülsarı hər şeydən xəbərsiz idi. O, yalnız  


 
qaçmaq istəyirdi, qaçırdı, ilxıçını zara gətirirdi. Qaçıb özü kimi cavan 
atları da dalınca aparanda yaşıdlarının içində Gülsarı bir sarı ulduz kimi  
 
axırdı. O, daşlı cığırlardan keçirdi, sıldırım qayalardan aşırdı. Bir naməlum 
qüvvə Gülsarını dağların başına qaldırırdı, dibsiz dərələrə endirirdi.  
 
Gecələr ulduzların altında yatarkən gündüz qaçdığı yerlər Gülsarının yuxusuna 
girirdi. Gündüzlər ayağı altında beşik kimi yırğalanan torpağı,  
 
qulağında səslənən küləyi, hətta dırnaqlarının taqqıltısını da Gülsarı 
təkrar-təkrar yuxuda görürdü. 
Həmişə atların üstündə olan ilxıçı da Gülsarı  
 
üçün hər gün gördüyü şeylərdən biri idi – nə artıq, nə də əskik. Demək olmaz 
ki, Gülsarı onu sevirdi, ancaq atın öz sahibinə heç bir nifrəti də yox  
 
idi, çünki Tanabay Gülsarını incitmirdi. Gülsarı çox uzağa qaçanda hərdən 
ilxıçı söyüş söyürdü, hərdən də, fürsət tapıb, kəməndin ucunu bir-iki dəfə  
 
ona ilişdirə bilirdi. Belə vaxtlarda Gülsarı bərk diksinirdi, ağrıdan yox, 
qorxudan diksinirdi və addımlarını daha da yeyinlədirdi. İlxının yanına  
 
qayıdanda o, nə qədər bərk qaçırdısa, bir elə sahibinin xoşuna gəlirdi, 
Tanabayın necə xoşlandığını Gülsarı onun səsindən hiss eləyirdi. Hərdən  
 
Tanabay atın üstündə oxuyurdu, bu vaxtlar Gülsarının ondan xoşu gəlirdi; həm 
qaçmaq, həm də mahnı eşitmək ata ləzzət verirdi. O mahnıları Gülsarı  
 
sonralar da çox eşitdi və yaxşı-yaxşı yadında saxladı – cürbəcür mahnılar 
idi, şən mahnılar, qəmli mahnılar, bəzisi qısa, bəzisi uzun, sözlüsü də,  
 
sözsüzü də vardı. İlxıçı mahnı oxuyanda Gülsarı həmişə xoşlanırdı. Bir də 
ilxı duz yeyən vaxtlar atın öz sahibindən çox xoşu gəlirdi. İri-iri daş  
 
duzu ilxıçı payaların üstündəki təknələrə atırdı. Atlar yan-yana 
düzülürdülər, duzu ləzzətlə yalayırdılar. Elə bu duzun üstündə də Gülsarı ələ  
 
keçdi. 
Günlərin bir günündə ilxıçı boş vedrəni dınqıldadıb atları çağırdı: “Po, po, 
po!” Atlar qaçıb gəldilər. Dayanıb atlarla birgə duz yalayanda  
 
Gülsarı nə baxıcının başqa birisi ilə gəlib yaxında hərlənməyinə fikir verdi, 
nə də onun əlindəki kəmənddən qorxub ehtiyat elədi. Bunun Gülsarıya  
 
dəxli yox idi. Kəməndlə minik atlarını, sağmal madyanları tuturdular, Gülsarı 
kimiləri tutmurdular. Gülsarı azad idi. Birdən necə oldusa, qəzil onun  
 
başına atıldı, sürüşüb boynuna düşdü. Başqa atlar belə vaxtlarda 
dartınırdılar, dikəlib şahə qalxırdılar, ancaq Gülsarı heç yerindən də 
tərpənmədi.  
 
Onun heç nədən xəbəri yox idi, hələ ip Gülsarını qorxutmurdu, o, sakitcə 
dayanıb duz yalayırdı. Sonra Gülsarının çaya qaçıb su içməyi gəldi. Ancaq  
 
boynundakı ip dartıldı, onu hərəkət etməyə qoymadı. Gülsarı ömründə belə şey 
görməmişdi. O sıçradı, fısıldadı, gözlərini bərəldib şahə qalxdı. Atlar  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə