Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
həmin andaca qaçıb gözdən itdilər, boynuna ip salınmış Gülsarı tək-tənha iki 
adamın əlində qaldı. İrəlidə ilxıçı durmuşdu, o biri adam da onun  
 
yanında idi və burada təzəlikcə peyda olub, ilxının böyür-başında atılıb 
düşməkdən Gülsarının zəhləsini aparmış ilxıçı uşaqları ortalıqda  
 
çığırışırdılar. 
Atı dəhşət bürüdü. O sıçrayıb bir də şahə qalxdı. Sonra bir də, iki də... 
Günün işığı gözlərinə düşdü, gözləri qamaşdı, kölgələndi.  
 
Dağ-daş uçunub yerə gəldi, adamlar baş-ayaq göründülər. Bayaqdan qabaq 
ayaqları ilə eşib sovurduğu qara boşluq bir anlığa Gülsarının gözlərini 
tutdu,  
 
o yenə inadından əl çəkmədi. 
Gülsarı nə qədər çox inad göstərirdisə, ip onun boynunu bir o qədər çox 
sıxırdı və nəfəsi çəkilə-çəkilə at ipin çəkildiyi  
 
tərəfə getməli olurdu. Sonra adamlar yıxıldılar, ip bircə saniyəliyə boşaldı 
və Gülsarı sürətlə qabağa dartınıb adamları arxasınca sürüdü. Arvadlar  
 
qışqırışdılar, uşaqları qovub alaçıqlara yığdılar. Ancaq ilxıçıların ayağa 
qalxmaları çox da uzun sürmədi, qəzil ip təzədən Gülsarının boynuna  
 
sarındı. Bu dəfə elə bərk sarındı ki, nəfəs almaq da mümkün olmadı və 
taqətdən düşmüş Gülsarı əlacsız qalıb dayandı. 
İpi əlinə dolaya-dolaya Tanabay  
 
yan tərəfdən Gülsarıya doğru yeriyirdi. Gülsarı bir gözü ilə ona baxırdı. 
Tanabayın paltarı cırılmışdı, ancaq o, əsla hirsli deyildi. İlxıçı ağır- 
 
ağır nəfəs alırdı, yaralanmış dodaqlarını muşqurdaraq, astadan az qala 
pıçıltı ilə çağırırdı: 
– Hə, hə, Gülsarı, dur görüm, qorxma, dayan! Tanabayın  
 
dalınca köməkçisi gəlirdi. O, kəndiri bərk-bərk əlində saxlamışdı. Nəhayət, 
Tanabay lap yaxınlaşıb əlini Gülsarıya toxundurdu, atın başını sığalladı  
 
və arxaya çevrilmədən öz köməkçisinə qısaca buyruq verdi: 
– Yüyəni. 
Tanabay yüyəni alıb: 
– Dayan, Gülsarı, mənim ağıllı atım, dayan, – dedi və bir əli  
 
ilə atın gözlərini qapayıb, cilovu onun başına keçirdi. 
İndi atı cilovlamaq lazım idi, belinə yəhər qoymaq lazım idi. Başına yüyən 
salınanda Gülsarı  
 
fısıldadı, qurtulub qaçmaq istədi. Ancaq ilxıçı cəld tərpənib onun üst 
dodağından yapışdı. 
Tanabay: 
– Burğu! – dedi və köməkçi qayış burğunu qaça-qaça  
 
gətirib atın dodağına qoydu, əlinə bir ağac da alıb onu burduqca burdu. At 
ağrıdan dal ayaqlarının üstündə oturdu – daha müqavimət göstərməyin vaxtı  
 


keçmişdi. Soyuq dəmir dəhnələr onun dişlərində cingildəyirdi, ağzının 
yanlarını əzirdi. Gülsarının belinə də nəsə qoymuşdular, döşündən qayışla  
 
çəkirdilər, dartıb bərk-bərk sıxırdılar. Gülsarı durduğu yerdə valay vururdu, 
ancaq buna dözmək asan idi. Dodağının dəhşətli ağrısı ona hər şeyi  
 
unutdurmuşdu. Gülsarının gözü kəlləsinə çıxmışdı; nə tərpənə bilirdi, nə də 
nəfəs ala bilirdi. Ağrı onu o qədər çaşdırmışdı ki, o heç belində adam  
 
oturduğunu da hiss etməmişdi. 
Burğu dodağından götürüləndən sonra Gülsarı özünə gəldi. Dartılmış, 
ağırlaşmış halda o, bir müddət mat-məəttəl dayanıb  
 
qaldı, sonra gözlərini qıyıb yan-yörəsinə baxdı və birdən belində oturmuş 
adamı gördü. At qorxub irəli cumdu, ancaq qaçmaq mümkün deyildi – dəhnələr  
 
ağzını didib dağıdırdı, belindəki adamın ayaqları bərk-bərk onun böyürlərinə 
sıxılmışdı. Gülsarı yenə də şahə qalxdı, kişnəyib ayaqlarını yerə döydü,  
 
vurnuxdu, silkələndi, yəhəri, insanı, dəhnəni – hər şeyi kənara tullayıb azad 
olmaq üçün o yenə qaçmağa cəhd elədi. Lakin ip Gülsarının boğazında  
 
idi. Başqa bir at üstündə oturmuş o biri ilxıçı ipin ucunu bərk-bərk, əlində 
saxlamışdı. Gülsarı eyni bir dairə ətrafında fırlanmağa başladı. Çox  
 
fırlandı, ancaq dairədən kənara çıxa bilmədi. İnsanlara da elə bu lazım idi. 
Üstündə oturmuş adam onu fasiləsiz qamçılayırdı, çəkmələrinin dabanı ilə  
 
böyrünə, qarnına vururdu. Buna baxmayaraq, Gülsarı üstündəki adamı iki dəfə 
yerə vura bildi. Ancaq adam yenə də ayağa durdu və onun belində oturdu. 
Mübarizə çox çəkdi, lap çox çəkdi və bütün bu vaxt ərzində dünya Gülsarının 
başına dolandı. Yer fırlandı, göy fırlandı, göydəki buludlar, yerdəki  
 
dağlar, uzaqdakı atlar Gülsarının başına dolandı, yaxındakı alaçıqlar 
Gülsarının başına dolandı. Sonra o yorulub yavaş-yavaş addımlamağa başladı.  
 
Susamışdı. Bərk susamışdı. 
Gülsarını su içməyə də qoymadılar. Axşam azca tapqırını boşaldıb, pəyənin 
yaxınlığında onu yəhər altında saxladılar.  
 
Yüyənin uclarını yəhərin qaşına elə bərkitdilər ki, Gülsarı başını dümdüz 
tutmalı oldu, nə tərpənə bildi, nə uzana bildi. Üzəngiləri də qaldırıb  
 
yəhərin qaşından salladılar. Gördüyü ağlasığmaz dəhşətlərdən çaşıb qalmış 
Gülsarı bütün gecəni beləcə dayandı. Dəhnələr atın ağzını hələ də  
 
incidirdi, azca dodağını tərpədəndə ağrıdan dəhşətə gəlirdi. Gülsarının ağzı 
dəmir dadırdı – dəmirin necə də pis dadı varmış! Ağzının qıraqları  
 
şişmişdi – dəhnələr o şişmiş yerləri əzib göynədirdi. Döşündəki qayış yerləri 
də göynəyirdi. Yəhər belini əzmişdi, hələ də sıxırdı, ağrıdırdı.  
 
Gülsarının su içməyi gəlirdi. Yaxındakı çayın şırıltısı onun yanğısını daha 
da artırırdı. Orada – çayın qırağında, həmişəki kimi, atlar otlayırdı.  
 
Atlar kişnəyirdilər, dırnaqları ilə qumu xışıldadırdılar; gecə ilxıçıların 
səsi də bu səsə qarışırdı. Adamlar alaçıqların qabağında tonqal qırağında  


 
oturub dincəlirdilər. Uşaqlar it kimi hürüşüb, itlərə sataşırdılar. O isə 
tək-tənha dayanmışdı. Hamı ondan üz döndərmişdi. Sonra ay çıxdı. Dağlar  
 
zülmətin içindən yavaş-yavaş baş qaldırdı və ayın sarı işığında aram-aram 
titrəşdi, tərpəndi. Bir-bir ulduzlar da alışıb yandı, ulduzlar daha da  
 
yaxından göründü. Öz əvvəlki yerində Gülsarı yenə də tərpənməz qaldı, ancaq 
onu çağıran vardı. Gülsarını çağıran balaca kəhər qulan idi, onlar bir  
 
yerdə böyümüşdülər, həmişə bir gəzmişdilər. O balaca qulanın alnında ağ 
ulduzu vardı. Gülsarı ilə qaçmağı sevirdi. Yekə ayğırlar çoxdan idi ki, onun  
 
dalınca düşürdü, ancaq qulan onları yaxın qoymurdu. Axı o, hələ çox balaca 
idi və Gülsarının özü də o qədər böyüməmişdi ki, o balaca qulanı yekə  
 
ayğırlar kimi qorxuda bilsin. 
Qulanın kişnəməsini Gülsarı haradansa lap yaxından eşitdi. Bəli, o idi, o 
səsi Gülsarı yaxşı tanıyırdı. İstədi qulana  
 
cavab versin, ancaq zədələnmiş, şişmiş ağzını açmağa qorxurdu. Qulan özü 
Gülsarını tapdı. Alnındakı ağ ulduzu parladaraq onun yanına qaçıb gəldi.  
 
Qulanın quyruğu da, ayaqları da sulu idi; çaydan keçib gəlmişdi, özü ilə 
sərin suyun iyini gətirmişdi. O, üzünü Gülsarının üzünə sürtdü, qalın isti  
 
dodaqlarını boynunda-boğazında gəzdirib onu şirin-şirin qoxladı. Fınxırıb 
Gülsarını dalınca çağırdı. Ancaq Gülsarı yerindən tərpənə bilmədi. Sonra  
 
qulan başını Gülsarının boynuna qoyub, dişləri ilə onun yalını qaşımağa 
başladı. İndi gərək Gülsarı da başını qulanın boynuna qoyaydı, onun süysününü  
 
qaşıyaydı. Ancaq Gülsarı bunu da eləyə bilmədi, çünki onun tərpənmək təhəri 
yox idi. Gülsarı su içmək istəyirdi. Kaş bu qulan ona su içirdə biləydi!  
 
Bala qulan qaçıb gedəndə Gülsarı onun dalınca baxdı, o isə dalına baxmadan 
qaçdı, çayın o tərəfində zülmətə qarışıb yox oldu. Bu necə gəliş idi, bu  
 
necə gediş idi? Gülsarının gözlərindən yaş axdı. Gilə-gilə yaş damcıları onun 
üzündən süzüldü, axıb səssiz-səmirsiz ayaqları altına töküldü. Ömründə  
 
ilk dəfə idi ki, Gülsarı ağlayırdı. 
Səhər tezdən baxıcı gəldi. Yamyaşıl dağlara baxıb gərnəşdi, gülə-gülə 
ufuldayıb belinin ağrısından şikayətləndi: 
–  
 
Uf, Gülsarı, Gülsarı, dünən yaxşı yordun məni... Nə? Üşüyürsən? Bax gör necə 
büzüşmüsən. Yox, bu olmadı, qardaş. 
O, atın boynunu sığalladı, xoş,  
 
məzəli sözlər dedi. Gülsarı haradan biləydi ki, insan nə deyir, nə danışır. 
Ancaq insan dediyi sözlərin mənasını yaxşı bilirdi: 
– Sən məndən incimə,  
 
dost. Həmişə boş-bekar gəzmək olmaz. Öyrənəcəksən – işlər yaxşı olacaq. Qaldı 
ki, əzab-əziyyət, bu da gərək olsun, əziyyətsiz iş aşmaz. Dünya,  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə