Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

qardaş, belə şeydir – bir mayallaq aşdırmasa əl çəkməz. Ancaq sonrası yaxşı 
olacaq, hər daşın qabağında məəttəl qalmayacaqsan. Acmısan, hə? Su  
 
istəyirsən? Bilirəm... 
O, Gülsarını çaya apardı. Dəhnəni atın yaralı ağzından ehmalca çıxartdı. 
Gülsarı əsə-əsə ağzını suya saldı, içdi, soyuq su  
 
gözlərini göynətdi. O su necə də dadlı idi, necə də şirin, idi! Buna görə 
Gülsarı insana minnətdar idi. 
Əzab qurtardı. Tezliklə Gülsarı belindəki  
 
yəhərə o qədər öyrəşdi ki, daha nə sıxıntı çəkdi, nə ağırlıq hiss elədi. 
Üstündəki adamı da Gülsarı rahatca, sevinə-sevinə apardı. İnsan onun  
 
yüyənindən yapışdı; yapışdı ki, bərk qaçmasın, ancaq Gülsarı qaçdı, quş kimi 
uçdu, tərlan kimi süzdü. O, yəhərin altında elə qəşəng yeriməyə öyrəndi  
 
ki, insanların ağzı açıla qaldı. İnsanlar onu təriflədilər: 
– Belinə su dolu vedrə qoysan, bir damcı yerə düşməz! 
Keçmiş ilxıçı qoca Torqay isə  
 
Tanabaya təşəkkür elədi: 
– Sağ ol, – dedi, – yaxşı bəsləmisən. İndi gör bu at nələr eləyəcək! 
 

 
Köhnə arabanın təkərləri boş yolda aram-aram  
 
taqqıldayırdı. Hərdən səs kəsilirdi. At taqətdən düşüb dayanırdı. Araya 
çökmüş ölü sükutda o, ürəyinin səsini eşidirdi. Səs Gülsarının qulaqlarına  
 
vururdu: tum-tup, tum-tup, tum-tup... 
Qoca Tanabay cilovu buraxıb gözləyirdi ki, at rahat nəfəs alsın, sonra o, 
cilovları yenə də əlinə götürürdü: 
–  
 
Gedək, Gülsarı, gedək, bir bax, axşam düşür. 
Bayaqdan bəri onlar beləcə sürünürdülər. O vaxtacan süründülər ki, at tamam 
dayandı. Daha onun araba  
 
çəkməyə taqəti yox idi. Yenə Tanabay təşvişə düşdü, atın yan-yörəsində 
hərlənib: 
– Sən neynirsən, – dedi, – Gülsarı? Bir bax, gecə düşür. 
Ancaq atın  
 
dil qanmaq təhəri yox idi. O, arabanın qabağında gicələ-gicələ qalmışdı. 
Başının ağırlığından gözləri böyümüş Gülsarı fasiləsiz yırğalanırdı, özünü  
 
ayaq üstdə zorla saxlayırdı. Atın qulağında gurlayan səs də get-gedə 
güclənməkdə idi: tum-tup, tum-tup, tum-tup. Tanabay qəhərləndi: – Bağışla, –  
 
dedi, – Gülsarı. Gərək mən bunu əvvəlcədən biləydim. Cəhənnəm olsun bu araba, 
bütün bu zir-zibil cəhənnəm olsun, bircə səni aparıb evə çıxarda  
 
bilsəydim... 
O, çuxasını çiynindən tullayıb, atı tələsə-tələsə dişlədən açdı. Xamutu 
Gülsarının başından çıxarıb arabanın içinə atdı: 


– Vəssalam! –  
 
dedi. Çuxasını əyninə geyib, qoşqudan açılmış ata baxdı. Xamutu götürülmüş at 
öz böyük, son dərəcə böyük kəlləsi ilə axşamın qaranlığında, soyuq  
 
çölün ortasında bir quru kölgə kimi durmuşdu və Tanabay təəccüblə ona 
baxırdı: – Dədəm vay, sən nə hala düşmüsən, Gülsarı. Sənin bu gününü 
görsəydi,  
 
Torqay qəbirdən dikələrdi... 
O, atın yüyənindən yapışdı, yenə onlar yavaş-yavaş yola düzəldilər. Qoca at 
və qoca insan. Araba arxada qaldı, irəlidəsə,  
 
qərb tərəfdə yolun üstünə tünd-bənövşəyi zülmət çökdü. Gecə çölün üstünü 
aldı, dağları basmarladı, üfüqlərin işığını uddu. 
Tanabay asta-asta  
 
addımlayırdı, atla bağlı olan illəri xatırlayırdı, insanların barəsində acı-
acı düşünürdü: “Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda  
 
düşürük. Gözləyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda 
adamın qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-gücünə  
 
qiymət qoyuruq. Qaldı ki, dilsiz-ağızsız heyvan ola. Səni kimlər minməyib, 
Gülsarı? Belində kimlər çapmayıb sənin? İndi qocalmısan, hamının yadından  
 
çıxmısan. Gedirsən, ayaqlarını zorla sürüyürsən. Axı sən belə deyildin, 
Gülsarı. Bir at idin ki, dünyalara dəyərdin!..” 
O gedir, xatirələrsə bir- 
 
birinin dalınca gəlirdi, keçmişin bu qədər yaxın olmağına özü də təəccüb 
eləyirdi. Haçan nə olmuşsa, bu saat Tanabayın gözü qabağında idi. Görünür  
 
ki, dünyada itib gedən bir şey yox imiş. Əvvəllər öz keçmişi barədə Tanabay 
hərdənbir, ara-sıra düşünmüşdü, daha doğrusu, bu haqda düşünmək  
 
istəməmişdi, indi isə oğlu və gəlini ilə söhbətdən sonra, ölməkdə olan atı 
yedəkləyib gecənin zülmətində yol gedə-gedə, o ötüb keçən illərə bir ürək  
 
ağrısı və kədərlə nəzər salırdı. Tanabayın gözləri önündə o illər birbəbir 
cana gəlirdi. 
Beləcə fikir-xəyalat içində Tanabay yol gedirdi və arxada  
 
sürünə-sürünə gələn atın yüyənini get-gedə daha bərkdən çəkməli olurdu. Bir 
qolu keyiyib quruyanda Tanabay yüyəni o biri çiynindən aşırırdı, yenə atı  
 
arxasınca çəkirdi. Sonra Tanabay yoruldu. Bu cür getmək də çətinləşdi. O 
dayanıb bir müddət Gülsarının dincəlməyini gözlədi və birdən nəsə fikirləşib  
 
yüyəni atın başından çıxartdı. 
– Qabağa düş, – dedi. – Özün get, necə gedirsən get. Mən dalınca gəlirəm. Mən 
səni buraxıb getmərəm. Di yeri görüm,  
 
yeri get yavaş-yavaş. 
İndi at qabaqda idi, Tanabay yüyəni çiyninə atıb onun dalınca gedirdi. Bəlkə 
yüyəni də tullayaydı? Yox, onu tullamaq olmazdı.  
 


Gülsarı dayananda Tanabay da dayanırdı, gözləyirdi, at qüvvə toplayırdı və 
onlar yenidən yola düzəlirdilər. Qoca at və qoca insan. 
Tanabay qəmli-qəmli  
 
gülümsədi: bu yolda, bax elə buradaca bir vaxt Gülsarı onun altında yel kimi 
çapıb gedərdi, o çapdıqca toz qalxardı, toz havada yumaq kimi burulardı.  
 
Öz dediklərinə görə, bu tozu görəndə çobanlar Gülsarını neçə verstdən 
tanıyardılar, gözlərini yola dikib heyran-heyran tamaşa eləyərdilər. Atın 
ayağı  
 
altından qalxan toz çöllərə ağ naxışlar vurarmış və küləksiz havalarda o toz 
reaktiv təyyarələrin tüstüsütək yol üstdən sallana-sallana qalarmış.  
 
Belə vaxtda çoban da, heç şübhəsiz, əlini gözünün üstünə qoyarmış: “Odur, 
Gülsarıdır!” – deyərmiş və yola baxa-baxa, o atın üstündə yel kimi çapana,  
 
yəqin ki, paxıllıq eləyərmiş. Belə bir at üstdə çapmaq dünyada qırğız üçün ən 
böyük şərəf deyildimi? 
Gülsarı neçə-neçə kolxoz sədrləri yola salmışdı,  
 
cürbəcür adamlar idilər – ağıllısı da vardı, axmağı da; düzü də, əyrisi də 
vardı. Sədrlik etdikləri ilk gündən başlayaraq onlar Gülsarının belində  
 
gəzmişdilər və yalnız sədrlikdən düşəndə bu adamlar atın belindən də düşməli 
olmuşdular. Tanabay düşünürdü: “İndi o adamlar görəsən, haradadırlar?  
 
Səhərdən axşamacan minib çapdıqları Gülsarını, heç olmasa, hərdənbir, yada 
salırlarmı?” 
Beləcə sürünə-sürünə onlar yarğanın üstündəki körpüyə  
 
çatdılar. Burada bir daha dayandılar. Gülsarının qıçları büküldü, o uzanmaq 
istədi, ancaq buna yol vermək olmazdı: əgər at uzansaydı, sonra heç bir  
 
qüvvə onu yerdən qaldıra bilməzdi. 
Tanabay acıqlandı: 
– Tez ol dur, ayağa dur! – dedi. Qışqırıb əlindəki yüyəni atın başına vurdu. 
Sonra atı vurduğuna  
 
görə o hirslənib daha da ucadan bağırdı: – Neynirsən, heç ağlın varmı sənin? 
Yıxılıb gəbərməkmi istəyirsən? Olmaz! Qoymaram! Qalx görüm, tərpən  
 
görüm! – O, atın yalından yapışıb dartmağa başladı. 
Gülsarı bükülmüş qıçlarını zorla açıb ağır-ağır inildədi. Tanabay Gülsarının 
gözlərinə baxmağa  
 
cəsarət eləmədi, halbuki qaranlıq idi, heç nə görmək mümkün deyildi. O, əlini 
atın böyür-başında gəzdirdi, qaşıdı, sığalladı, sonra əyilib qulağını  
 
atın sol böyrünə dayadı. Gülsarının ürəyi dəyirman daşı kimi çırpınırdı. 
Beləcə beli əyilmiş halda Tanabay xeyli vaxt atın böyründə dayandı, sonra  
 
dikəldi, belinin ağrısını duyub dikəldi və çarəsiz halda başını bulayaraq, 
belə qərara gəldi ki, atı qaytarıb körpünün dalındakı dərəyə endirsin.  
 
Oradakı dar cığırla getsəydilər, bəlkə evə tez çatardılar. Doğrudur, belə 
zülmət bir gecədə o yolda azmaq da olardı, ancaq Tanabay özünə arxayın idi,  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə