Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
o yolları çox gedib-gəlmişdi, təki at yıxılmayaydı, yeriyə biləydi. 
Bu haqda düşünə-düşünə Tanabay uzaqdan gələn maşının işığını gördü. Bir cüt 
parlaq  
 
işıq şarı gecənin zülmətini yarmışdı. Titrəşən uzun şüalarını qabağa 
tuşlayaraq, öz işıq əlləri ilə yolları arayır, sürətlə irəli gəlirdi. Tanabay  
 
atla birgə körpüdə dayanmışdı. Maşının onlara heç bir köməyi dəyə bilməzdi, 
ancaq Tanabay işığın yaxınlaşmağını gözləyirdi. Elə-belə gözləyirdi, nə  
 
üçün gözlədiyini heç özü də bilmirdi. “Nəhayət ki, bir dənəsi gəlib çıxdı”, – 
Tanabay maşını görməyinə şad idi, gecənin bu vaxtında insanla  
 
rastlaşmağına sevinirdi. Zorba yük maşınının gur işığı Tanabayın gözünə 
düşürdü, o üzünü əlləri ilə örtmüşdü. 
Maşının kabinində oturmuş iki nəfər  
 
körpüdə dayanmış qocaya və onun yanındakı yəhərsiz, yüyənsiz axsaq yabıya 
bayaqdan bəri idi ki, təəccüblə baxırdı; qocanın yanındakı at, sanki, at  
 
deyildi, səfil-sərgərdan it idi, insanın dalınca düşmüşdü. Maşın körpünü 
işıqlandıranda oradakı adam da adama oxşamırdı, cansız-cəsədsiz kölgəyə  
 
bənzəyirdi, büzüşüb bir tərəfdə qalmışdı. 
Kabində, sürücünün yanında, qulaqlı papaqda oturmuş uzundraz oğlan boynunu 
qabağa uzadıb: 
– Qəribədir, –  
 
dedi, – gecənin bu vaxtında bu kişi burada neyniyir? 
– Həmin adamdır, yoldakı arabanın sahibidir, – deyə sürücü əyləci çəkib 
maşını saxladı və başını  
 
çölə çıxarıb ucadan qışqırdı: – Bu nə işdir, ay kişi? O arabanı sənmi yolda 
qoymusan? 
Tanabay: 
– Bəli, – dedi, – mən qoymuşam. 
– Deyirəm axı. Baxırıq,  
 
yolun ortasında arabafason bir şey dayanıb, yanında da heç kəs yox. İstədik 
dəmir-dümürünü götürək, gördük ki, havayı şeydir, kara gəlməz. 
Tanabay  
 
dinmədi. 
Sürücü maşından düşdü, əsnəyib araq qoxusu verə-verə qocanın yanından keçdi, 
bir-iki addım aralandı, dayanıb yolun ortasını isladandan sonra  
 
geri dönüb soruşdu: 
– Nə olub sənə, kişi, niyə yolda qalmısan? 
– At çəkmədi, azarlayıb, özü də qoca atdır, tabı qalmayıb. 
– Hım. Bəs indi səfər  
 
haradır? 
– Evə. Sarıqous dərəsinə. 
– Ba-a! Dağamı? Çox uzaq oldu! O səmtə getmirəm. Yoxsa çıxardın üstə, aparıb 
sovxoza qoyardım, səhər ordan çıxıb  
 


gedərdin. 
– Sağ ol. Mən tək deyiləm, at var yanımda. 
– Bu ölü cəmdəyimi deyirsən? Burax bunu, a kişi, burax başına, bax budur, bu 
yarğanacan itələ,  
 
qurtarsın getsin, qurd-quşa yem olar. Kömək lazımdır eləyək. 
Tanabay hirsindən qapqara qaraldı: 
– Sür, – dedi, – sür get! 
Sürücü: 
– Özün bil, – dedi.  
 
Şit-şit gülümsəyib kabinə girdi və qapını bərkdən çırpıb əlavə elədi: – 
Qocanın ağlı azalıb. 
Maşın getdi, işığını da özü ilə aparıb getdi. Xəbərdarlıq  
 
siqnallarının tünd-qırmızı işığına qərq olmuş yarğanın üstündə körpü zağ-zağ 
titrədi. 
Maşın körpünü keçəndən sonra kabində, sürücünün yanında qulaqlı  
 
papaqda oturmuş oğlan çevrilib bir daha geriyə baxdı. 
– Kişini niyə ələ salırsan, – dedi, – belə bir iş sənin də başına gələ 
bilərdi. 
– Boş şeydir, –  
 
deyə sürücü əsnəyə-əsnəyə sükan çarxını burdu. – Belə şeyləri çox görmüşük. 
Mən onun xeyri üçün dedim. O nə idi axı, bir ölü yabı deyildimi? Keçmişin  
 
qalığı. İndi, əzizim, texnika hər şeyin canıdır. Hər yerdə! Lap müharibədə 
də! Bu cür atların və qocaların dövranı çoxdan qurtarıb. 
Oğlan dedi: 
– Sən  
 
vəhşisən! 
Sürücü sükan çarxını bir də burub cavab verdi: 
– Bəli, mən beləyəm! 
Yenə gecə. Yenə yol. Qoca at və qoca insan. 
– Çu, çu, tərpən görüm, belə  
 
ha, yeri, qardaş!.. Tanabay atı körpünün dalındakı cığıra salmışdı. 
Qaranlıqda zorla seçilən o dar cığırla onlar yavaş-yavaş yol gedirdilər. Hələ 
ay  
 
dağların dalından tamam çıxmamışdı, ulduzlar soyuq göydə soyuq-soyuq 
parlayır, ayın çıxmasını gözləyirdilər. 
 

 
Gülsarının ilk dəfə yəhər altda gəzdiyi  
 
o ilin payızında ilxı uzun müddət örüşdən enmədi. Payız olduqca yumşaq keçdi, 
qış da yaxşı gəldi, qar tez-tez yağdı, ancaq yerdə qalmadı, yem sarıdan  
 
korluq olmadı. Yazda atlar yenə də döşlərə endi, sonra çöllər yaşıllaşdı, 
ilxı düzə axışdı. 
Tanabayın davadan sonrakı həyatında o çağlar, bəlkə də, ən  
 


gözəl çağlar idi. Qocalığın boz yabısı hələ onda, necə deyərlər, dağlar 
dalında idi, o isə cavan kəhər at üstdə gəzirdi. Bu at onun əlinə bir neçə il  
 
sonra düşsəydi, bəlkə də, Tanabayı bu qədər xoşbəxt eləyə bilməzdi, onda isə 
Tanabay doğrudan da xoşbəxt idi. Bu atın belində adam içinə çıxmaqdan,  
 
bircə Allah bilir ki, Tanabay necə həzz alırdı. Bunu Gülsarı yaxşı bilirdi. 
Hətta Tanabayın hərdənbir lovğalanmağı da olurdu. Xüsusən çöldə, kənd  
 
arasında – o yerdə ki arvadlar dəstə ilə işə gedirdilər. Hələ onlardan xeyli 
uzaqda ikən Tanabay yəhərin üstündə dikəlirdi, yay kimi dartınıb dümdüz  
 
otururdu və onun şövqündən, sevincindən at da həvəsə gəlirdi. Gülsarı 
quyruğunu qaldırıb az qala onun çiyni ilə bir tuturdu, o çapdıqca külək 
yalını  
 
darayırdı. Astadan fısıldaya-fısıldaya Gülsarı yel kimi əsirdi, quş kimi 
uçurdu, belindəki adamı çox asanlıqla aparırdı. Ağ, qırmızı ləçək bağlayan  
 
qadınlar qaçışıb yolların kənarına səpələnirdilər, yaşıl taxıl zəmilərinə 
doluşub dizəcən yox olurdular. Yolların qırağında, zəmilərin içində  
 
arvadlar dəstə ilə ovsunlanıb qalırdılar, onlar dəstə ilə dönürdülər, dəstə 
ilə baxırdılar, Gülsarısa dayanmadan çapırdı. Qadınların şən sifətləri  
 
arxada qalırdı; ağ dişləri, gülən gözləri... 
Qadınlar çığırışırdılar: 
– Bir dayan, ay ilxıçı! 
Sonra onlar gülüşürdülər, Tanabayı zarafatla  
 
hədələyirdilər: 
– Ehtiyatlı ol, əlimizə keçərsən! 
Bəzən qadınlar Tanabayı doğrudan da ələ keçirirdilər, qol-qola verib yolu 
kəsirdilər. (İt olasan,  
 
arvad içinə düşməyəsən). Onlar Tanabayı yəhər üstdə dartışdırırdılar, 
şaqqanaq çəkib gülür, arı kimi vızıldaşır, qamçını Tanabayın əlindən almağa  
 
çalışırdılar. Arvadların səs-küyündən qulaq batırdı: 
– De görək nə vaxt kumıs gətirəcəksən? 
– Biz burda, çölün düzündə axşamacan qabıq qoyuruq, sən at  
 
çapıb kef eləyirsən! 
Tanabay: 
– Sizi kim məcbur eləyir? – deyirdi. – Buraxın, atçılığa gəlin. Ancaq 
ərlərinizə deyin ki, indidən başlarına çarə  
 
qılsınlar. Çünki dağlarda donacaqsınız – buz lüləsi kimi – sizdən onlara 
arvad olmayacaq. 
Arvadlar daha da qızışırdılar: 
– Aha, belə de, belə de! – Və  
 
hər şey təzədən başlanırdı. 
Tanabayın özü də arvadlarla zarafat eləməyi xoşlayırdı, ancaq Tanabay 
arvadların heç birini heç vaxt ata mindirməmişdi.  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə