Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   2   3   4   5   6   7   8   9   ...   74

UOT-9:91:910.4 
Aysel SƏFƏROVA
Turizm və Sosial-mədəni servis xidməti ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
seferova.1993@list.ru 
Azərbaycanda turizmin əhalinin sosial-mədəni
səviyyəsinə təsirinin xüsusiyyətləri
The characteristics impact of tourism social-cultural
level of the population in Azerbaijan
Характеристика воздействия туризма на
социально-культурный уровень населения в Азербайджане
Abstract: The social impact of tourism development refer to changes
in the quality of life of residents of tourist destination. Social impacts not
only benefit for the development of tourism but also interaction between
residents and visitors and 405 promote social transformation. The speed
and concentration and the magnitude and direction of social impacts must
be taken into account when attempting to attribute the cause of social im-
pacts. The social and cultural impacts of tourism are the way in which
tourism is contributing to change in value system, individual behavior, fam-
ily relationship, life style, safety level, moral conduct, religion, language,
interpersonal relationship at the destination. This social impact effect on
the local people of host communities of their direct and indirect association
with tourists.
Keywords: Tourism, Social Damage, Cultural Damage, Socio-Cul-
tural Contribution, Azerbaijan
Резюме: Социальное  воздействие  туристических  разработок
ссылается к изменениям качеству жизни резидентов туристических
назначений. Социальное воздействие не только плюс для разработки
туризма, но и положительно взаимодействие между резидентами и
клиентами и промоутерской социальной трансформации. Скорость и
концентрация,  величина  и  направление  социальных  воздействий
должны быть взяты в счет при попытке приписывать причины соци-
альных воздействий. Социальные и культурные причины воздействия
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
16


туризма, методы в которых туризм содействует к изменению системы
значения, индивидуальному поведению, семейным отношениям, жиз-
ненному стилю, уровня безопасности, моральным рассуждениям, ре-
лигии, языку, к меж личному отношению в назначениях.
Ключевые слова: Туризм, социальный урон, культурный урон,
социально культурный вклад, Азербайджан
Turizm  fəaliyyətləri  məşğulluq,  ölkə  iqtisadiyyatında  inkişaf  ,
bölgələrarası balansın pozulmasını aradan qaldırmaqla, ödəmələr sis te -
mində borcların azaldılması kimi təsir göstərməklə yanaşı, cəmiyyətin
sosial quruluşunun formalaşmasında də əhəmiyyətli rol oynayır. Turizmin
sosial təsirləri, mövcud ictimai dəyərlərə ,fərdi davranışlara, əxlaqi qay-
dalara, cəmiyyətin sosial quruluşuna birbaşa və dolayı olaraq göstərdiyi
təsiri ifadə etməkdə istifadə olunan geniş anlayışdır. Sosial qarşılıqlı əlaqə
və dəyişikliyin əsas ünsürlərindən olan turizm sənayeləşmiş ölkələrdən
inkişaf etmiş ölkələrə (İEÖ) doğru reallaşaraq, inkişaf etmiş ölkələrdən
gələn turistlər öz ölkələrinin dəyərinin daşıyıcısı vəziyyətində olurlar. Bu
şəkildə  turizm,  inkişaf  etmiş  cəmiyyətin  dəyərlərini,  davranış
xüsusiyyətlərini və təşkilati strukturlarını inkişaf etməkdə olan cəmiyyətə
yayaraq təsir göstərir. Lakin bu qarşılıqlı müddət ərzində turizmin ev
sahibi kimi cəmiyyət üzərində bir sıra müsbət və mənfi təsirləri meydana
çıxır. Bu təsirlərin mənfi nəticələrinin minimuma endirilməsi əhalinin mü-
vafiq  sahədə  davranış  xüsusiyyətləri  ilə  müqayisə  olunması  ilə
mümkündür.Bu araşdırma Azərbaycan xalqının turizmdə sosial-mədəni
cəhətdən  dünyagörüşünün  müəyyən  edilməsi  məqsədilə  həyata
keçirilmişdir (6).
Çox geniş bir anlayış olan turizm, insanların gündəlik həyatının vərdiş
etdikləri  mühitdən  ayrılaraq  sosial-mədəni  və  iqtisadi  xüsusiyyətləri
özündə birləşdirən bir mühiti ,dəyişiklik şəraitində yaşamalarını və qısa,
orta, uzun müddətli , davamlı olaraq gecələmələrini ifadə etməkdədir. Bu
mənada  turizm  ölkəyə  valyuta  gətirməklə  və  məşğulluq  yaratmaq
xüsusiyyəti ilə iqtisadi, turistlərə xidmət təqdim etmə, onların əyləncə,
istirahət və digər ehtiyaclarını təmin etmə və fərqli mədəniyyətlərini bir
araya gətirmə xüsusiyyəti ilə sosial-mədəni, ekoloji bir fəaliyyətdir (1). 
Turistlərin həyat tərzləri və davranış xüsusiyyətləri təmasda olduğu
əhaliyə təsir göstərir. Hər il turizm ilə bağlı minlərlə insanın ailə,  mədəni,
siyasi  quruluşunda  həmçinin  ictimai  quruluşda  çox  əhəmiyyətli
dəyişikliklər meydana gəlməkdədir.Turist və bölgə əhalisinin iqtisadi, təhsil
və mədəniyyət səviyyələri baxımından oxşar xüsusiyyətlər olduqda ictimai
17
Azərbaycanda turizmin əhalinin sosial-mədəni
səviyyəsinə təsirinin xüsusiyyətləri


dəyişmə daha az yaşanır. Turizmin ictimai və mədəni təsirləri müsbət və
mənfi olmaq üzrə iki ölçüdə göstərilə bilər.Bunlar cədvəl 1-də gös təril -
mişdir: (1)
Turizm  fərqli  mədəniyyətlərin  tanınması  üçün  əhəmiyyətli  bir
vasitədir.  Lakin  turizm  fəaliyyəti  ilə  mədəni  birliklərinin  olması  da
lazımdır. Əks təqdirdə turizm , mədəni quruluşun formalaşması üçün mənfi
faktor ola bilər. Mədəniyyət və turizm arasında bir-birini tamamlayan bir
əlaqənin olması zəruridir.Yerli əhali turizmin mənfi təsirlərindən ən çox
zərər görən qrupdur. Belə ki ,görülən işlərdə turizmin ekoloji və bəzi sosial-
mədəni təsirləri yerli xalq tərəfindən narahatçılığa səbəb olur. Bu təsirin
yerli əhalinin yaşama müddəti və turizmin inkişafı müddətilə bağlı olduğu
düşünülür. Ev sahibi olaraq yerli əhali turizmin xüsusilə kütləvi turizmin
iqtisadi gəlir gətirməsi arzusunda olduğuna baxmayaraq , kütləvi turizmin
gətirdiyi  ekoloji  problemlərdən  və  həll  edilə  bilməyən  ictimai
anlaşılmazlıqlardan narazıdır. Ətraf mühit amillərinin istifadə hüququnun
sonradan  gələnlər  tərəfindən  yerli  əhalinin  əlindən  alınması,  əvvəlcə
narazılıq daha sonra isə qarşıdurmalara səbəb olur. Bu səbəbdən yerli
əhalinin turizmin inkişaf prosesindən uzun müddətli bir müvəffəqiyyət
gözləməsi uğursuzluğa gətirib çıxara bilər.(7)
Turizmin əhaliyə sosial-mədəni cəhətdən müsbət və mənfi təsirləri
Turizmin  əhaliyə  sosial-mədəni
cə   hətdən müsbət təsirləri
Turiz min  əhaliyə  sosial-mədəni
cə hət dən mənfi təsirləri
• Əhali arasında sülh və xoş mü -
na sibəti artırır.
•  Əhalinin  öz  üzərində  işləmək
vər dişi və xarici dil səviyyələrini
ar tıraraq mədəni səviyyənin yük -
səl dilməsinə imkan yaradır.
• Yerli mədəniyyətin can lan ma sı -
na kömək edərək, bölgənin mə də -
niy  yətinə güclü təsir edir.
• Yerli əhalidə bir maraq və fəa -
liy   yət sahəsi meydana gətirir.
• Sosial münasibətləri zəngin ləş -
di rir.
• Gənclərin dəyər və inanc qu ru -
lu  şuna  mənfi  təsir  göstərərək,
geyim və həyat normalarında də -
 yi  şik  liklər meydana gətirir
• Turist qəbul edən ölkənin ana
di  linin itirilməsinə səbəb olur.
• Adət-ənənələrin unudulmasına
gə tirib çıxarır.
• Pis vərdişləri artırır.
• Ailə əlaqələrini zəiflədir.
• İrqi gərginliklərə yol açır.
Aysel Səfərova
18


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə