Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

göstərir. Ölkə üçün pis bir reklam fəaliyyə-tinin aparılması nəticəsində hər
kəsdə ölkənin pis olduğu düşüncəsi formalaşacaq.
2. Hər bir turistdə sərhəd qonşusu ölkələrdə də var olan "şey" ləri gör -
mək üçün minlərlə kilometr kənara getmə istəyi formalaşır. Bu baxımdan
öl kənin xüsusi istiqamətlərini onlara tanıtmaq (reklam etmək) lazımdır.
3. Reklam fəaliyyətinin düzgün təşkili insan zehnində həmin ölkə
haqqında bir daha unutmayacağı bir imic yaradır.
4. Reklam fəaliyyətlərinin təşkilində ünsiyyət vasitə və kanalları yaxşı
seçilməlidir.
5. Beynəlxalq turizmin qarşısındakı ən böyük maneə xərclərlə bağ lı -
dır. Reklam kampaniyaları ilə turistlərin ölkəyə gələrkən qa za na caq la rı mə -
də ni imtiyaz və status fərqlilikləri daha da qabardılmalıdır.
6. İnsanların səyahətə çıxmaq istəkləri bir ölçüdə "moda" halını al -
mış dır. Reklam fəaliy-yətinin təşkili insanlarda bu fikri aradan qaldıraraq
öl  kəni (yaşından, dilindən, irqindən və.s) hər kəsin getdiyi bir yerə çevir -
mə lidir.
7. İnsanlar daima uzaq yerlərə gedə bilmək xəyalını qururlar. Reklam
və təqdimat fəaliy-yətləri ilə onların bu xəyallarının reallaşdığı mühit yarat-
maq lazımdır.
8. Həm özünüzü aludəçilikdən qorumalı, həm də potensial müş tə ri -
lə rin aludə olduğu məqamları öyrənməlisiniz. Bu sizi reklam fəa liy yət lə -
rinizdə potensial müştərinizin də heç maraq dairəsində olmayan mövzulara
yö nəlmə səhvindən qurtaracaq.
9. Gediləcək xarici ölkəni seçərkən hansı faktorların daha üstün gəl -
di yini diqqət mərkə-zində saxlamalısınız. Məsələn Amerikalılar ge də cək -
ləri ölkəni maraqlı şəhərlər, gözəl ətraf mühit, tarixi yerlərə baxaraq seçir.
10. Reklam materiallarında satmağı nəzərdə tutduğunuz məhsulu
göstərməlisiniz.
11. Ölkənizin fərqli etməyə çalışın. İnsanları ölkəyə gəlməyə razı
edəcək əhəmiyyətli faktorlardan ən əsası başqalarında olmayandır.
12. İstifadə edəcəyiniz reklam və təqdimat fəaliyyətlərində asanlıqla
xa  tırlanacaq və üzərində danışılacaq motivlərdən istifadə etməyə ça lışıl -
malıdır.
13. Reklam və təqdimat materiallarında əllə çəkilən naxışlar yerinə
daha effektiv olan fo-toşəkillər istifadə etməklə ölkəni cəlbedici edə bilərik.
14.  Təqdim  etdiyiniz  məhsulun  müxtəlifliyini  ortaya  qoymaqla
insanları birdən çox yerə getməyə razı sala bilmək üçün çalışmaq lazımdır.
15. Ziyarətçilərin ökədə qalma müddətlərini artırmağı təmin edəcək
yollar  taparaq,  yalnız  böyük  şəhərləri  deyil  kiçik  ibadət  yerlərinin  və
qalaların olduğu yerləri də tanıtmaq lazımdır.
25
Turizmdə reklamın xüsusiyyətləri


16. Ölkənin çatışmayan və ortaya çıxan problemlərini axtararaq tapıb
ortaya çıxartmaq lazımdır. Əks halda bu yöndə yaranan narazıçılıqlar
dildən dilə yayılacaq və bunu düzəltmək üçün çəkilən xərclər daha da
artacaqdır. Nəticədə bu halın daha tez göz önünə çıxması ölkəyə daha
ucuza başa gələcəkdir.
7. Mövsümlərarası tətbiq olunacaq endirimli qiymətlərin təqdimatı
ölkə üçün çox vacibdir. Beləcə potensial turist kütləsinin genişlənməsini
təmin  etməklə,  ölkənin  turizm  sənayesinin  quruluşuna  müsbət  kömək
etmək olar.
Bu prinsiplərdən irəli gələn məsələlər həll olunduğu təqdirdə reklam
fəaliyyətinin ortaya çıxaracağı konkret nəticələr:
1. Ölkəyə istiqamətlənən turizm hərəkətləri artım göstərirsə bu artımı
sürətlənə bilər.
2.  Məlumat  ötürülməsi  yolu  ilə  adların,  hadisələrin,  yerlərin
yaddaşlarda qalması prosesinə kömək olacaq proseslər sürətlənir. 
3. Uzun dövr davam edəcək ölkəyə istiqamətli bir turizm hərəkəti
"ənənəsi" yarana bilər.
4. Müxtəlif mənfi söz-söhbətlərin ümumi turizm hərəkatı üzərindəki
təsirini azalda bilər.
Turizm  və  reklam  prosesini  bir-birindən  ayrı  olaraq  düşünmək
mümkün deyil. Doğru olaraq həyata keçirilən hər reklam fəaliyyəti nəticə
olaraq turizmə müsbət istiqamətdə öz töhfəsini verir. Mədəni, siyasi və
iqtisadi təqdimat fəaliyyətlərinin hamısı ilə turistik təqdimat koordinasiyalı
şəkildə olmalı və bir-birlərini tamamlamalıdırlar.
Bir çox hallarda əldə olunan turizm firması daxilində və həmçinin
xaricindəki  cari  informasiyanın  xarakteri  və  həcmi  səmərəli  reklam
fəaliyyətinin təşkili üçün kifayət etmir. Bununla əlaqədar olaraq firmalar
ilkin informasiyanın toplanmasına üstünlük verirlər. Onun əsas toplanma
üsullarını isə soğular, müşahidələr və eksperimentlər təşkil edir. 
Turistik xarici təqdimat fəaliyyətlərində çox tez-tez olaraq biznes
yönümlü reklamlara yönəlmə baş verir. Bu tip reklamlar turizm ilə əlaqədar
müəssisələrin yanında dövlət tərəfin-dən də istifadə olunur. Reklamçılıqda
bu növə yazılı mətbuat reklamı, poçt reklamı, televiziya və radio reklamı,
açıq hava reklamı və ağızdan ağıza reklamda rast gəlinir.
Turizmdə reklamçılığının müvəffəqiyyətini asanlaşdıran faktor isə
diqqətli və ətraflı plan-laşdırmadır. Bu məqsədlə əvvəlcə reklamı olunan
məhsul və bölgənin turizm baxımından əhəmiyyət daşıyan xüsusiyyətləri
müəyyən edilir. 
Turizm müəssisələri satış artırma səylərinə görə ən çox reklamdan
istifadə edirlər. Turizm müəssisələrinin bir çoxunun mövsümlük xü su siy -
Yadulla Haqverdiyev
26


yə tinə malik olması səbəbindən reklamı ilin müəyyən aylarında istifadə
edərlər.  Turistik  müəssisələrin  ortaq  fikri  isə  xaricdə  reklamın  dövlət
tərəfindən  həyata  keçirilməsidir.  Buna  səbəb  isə  turizm  müəssisə  və
korporasiyalarının bunu həyata keçirə biləcək lazımi maliyyə imkanlarının
olmamasıdır.
Reklam fəaliyyətinin əsasını həmçinin reklam kompaniyaları təşkil
edir  ki,  bu  proses  bi-birinin  ardınca  gələn  bir  neçə  reklam  tədbirinin
məcmusudur. Bu prosesin gedişi zamanı marketinq kommunikasiyalarının
təbliğat, satışın stimullaşdırılması, sərgilərdə iştirak kimi bir sıra metod və
üsullarından istifadə olunur. 
Turizm firmasının reklam fəaliyyətini araşdırmaq üçün aşağıdakı
məsələlər qabardılaraq ona uyğun olan tövsiyyə və təkliflər irəli sürülür:
– Turizmdə reklam və onun növlərinin təyin olunması.
– Bazarın dinamikliyini nəzərə almaqla dərin marketinq təd qiqat la rı -
nın aparılması və əldə olunan nəticələrin təhlil olunması. 
– Əvvəlcədən seçilmiş məqsədli auditoriyaya lazımi şəkildə təsir
göstərən, yadda qalan və əsaslandırılmış reklam məhsulunun yaradılması.
– Turizm firmasının reklam fəaliyyətinin nəzərdən keçirilməsi və
incələnməsi.
– Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün daha məqsədəyönlü
reklamın yayılma vasitələrindən istifadə olunması. 
– İnternet saytlarında reklamın araşdırılması ilə bağlı tövsiyyələrin
verilməsi.
Turist bazarı ən yüksək alternativi olan bir bazardır, belə ki, burda hər
bir sahədə dövlət və şəhərlərarasında turizm firmalarının fəaliyyətinə görə
rəqabət gedir. 
Turizm  sahəsində  reklam  fəaliyyəti  yüksək  və  aşağı  səviyyədə
aparılır. Yüksək səviyyəli reklamın əsas məqsədi:
– Turist axınını ölkədə genişləndirmək.
– İstehlakçıda regiona, ölkəyə maraq oyatmaq ( turist gəzintiləri va -
si təsilə).
Yüksək səviyyəli reklam fəaliyyəti böyük büdcə hesabına başa gəlir.
Satışın yüksək səviyyədə olması və malın alınması istehlakçıdan asılı ol-
sada  turizmdə  ünsiyyətdən,  ideyaların  paylanmasından  da  çox  şey
asılıdır.
Reklamın məqsədi əmtəə həm də reklamın yayılmasının (satış) təsirilə
dəyişir. Turizmdə informasiya reklamı qiymət dəyişikliyi olmadan yeni
xidmətlərdən və firmanın yeni obrazlarından asılıdır. Bu reklam vasitəsilə
turistə gedəcəyi yer haqqında dərin məlumat verilir. Məsələn “Ölü dənizə”
səfər barədə məlumat verir.
27
Turizmdə reklamın xüsusiyyətləri


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə