AİTF sərgisi hər ilin aprel ayında təşil edilir və 3 gün davam edir.
Ümumiyyətlə, sərgiyə giriş üçün dəvətnamə tələb edilir. 2016-cı il 7-9 Aprel
tarixində Bakı Expo mərkəzində 15-ci AİTF sərgisinin keçirilməsi
planlaşdırılmışdır. Ənənəyə uyğun olaraq sərginin ilk iki gününün biznes
nümayəndələri, son 1 gün isə bütün ziyarətçilər üçün açıq olması nəzərdə
tutulmuşdur (11).
Qafqaz beynəlxalq Mehmanxana, restoran və super-marketlər üçün
avadanlıq və ləvazimatlar” sərgisi – Bakı Ekspo mərkəzində AİTF sərgisi
ilə yanaşı eyni tarixdə 15-ci Qafqaz beynəlxalq “Mehmanxana, restoran və
super-marketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi də keçiriləcəkdir.
Sərgi Azərbaycan Respublikası Mədəniyət və Turizm nazirliyi, AZPROMO
təşkilatı tərəfindən birbaşa dəstəklənir. Sərginin əsas təşkilatçıları qismindəisə
İteca Caspian və İTE Group şirkətləri çıxış edirlər (11).
Xəzər Beynəlxalq Kater və Yaxtalar CİBS 2016 – Bu il ölkəmizdə
keçirilməsi planlaşdırılan beynəlxalq sərgilərdən biri də 2-ci Xəzər
Beynəlxalq Kater və Yaxtalar CİBS 2016 sərgisidir. 11–13 may tarixlərində
keçirilməsi elan edilən sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası
(ASK) tərəfindən rəsmi dəstək verilir.
Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi (Tran-
sCaspian 2016) sərgisi – 11–13 May tarixlərində Bakı Ekspo mərkəzində
15-ci dəfə təşkil edilməsi planlaşdırılan sərgi regiona nəqliyyat sənayesi
nümayəndələrinin təmsil olunduğu ən böyük sərgilərdən biridir. Sərgidə
nəqliyyat sənayesində innovativ texnologiji avadanlıqların nümayişi başlıca
məqsəd hesab edilsə də sərgi boyunca şirkətlər arasında mühüm
müqavilələrin imzalanması, əməkdaşlıqların qurulması, yeni ofislərin
açılması ilə bağlı qərarlar illər ərzində sərginin əhəmiyyətini daha da
artırmışdır. Təşkil edildiyi 15 il ərzində sərgidə 700-ə yaxın şirkət təmsil
olunmuşdur.
Azərbaycan beynəlxalq “Qida sənayesi” sərgisi – 19-21 may tarixində
Bakı ekspo mərkəzində regionda qida sənayesi üzrə ən mühüm tədbirlərdən
biri hesab edilən 2-ci Azərbaycan beynəlxalq “Qida sənayesi” sərgisinin
keçirilməsi planlaşdırılmışdır. 2015-ci ildən keçirilməsi başlanılan tədbirdə
bu il Almaniya, BƏƏ, İspaniya, Hindistan, Qazaxıstan, Çexiya, Rusiya
Federasiyası, Türkiyə, Ukrayna, Belarusiyavə bir sıra başqa ölkələrdən 190-
dan artıq şirkətin iştirak edəcəyi elan edilmişdir. Bu şirkətlər sırasında qida
sənayesində təmsil olunan istehsalçı şirkətlərə yanaşı təhcizatçı və vasitəçi
şirkətlərin də iştirak etməsi sərgini biznes əlaqələrinin qurulması üçün əlverişli
fürsətə çevirir.
23-cü Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı –
123
Azərbaycan biznes turizminin inkişaf istiqamətləri
Azərbaycan neft və qaz ölkəsi kimi regionda aparıcı ölkə kimi tanınır və
bu sahədə ixtisaslaşmış bir ölkə kimi müxtəlif beynəlxalq neft-qaz
şirkətlərinin diqqət mərkəzindədir. Artıq 2016-cı ildə 23-cü dəfə təşkil
edilməsi planlaşdırılan Beynəlxalq Xəzər Neft və neft-qaz sərgi və
konfransı bu sahədə energetika təhükəsizliyi məsələlərinin həll edilməsi
və beynəlxalq layihələrin həyata keçirilməsi üçün vacib qərarların qəbul
edildiyi tədbirlərdən biridir (5).
23-cü Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi 1-4 İyun tarxilərində
Bakı Ekspo mərkəzində 200-dən çox şirkəti bir araya gətirəcəkdir. Hər il
iştirakçı sayında artım qeydə alınan sərgidə bu daimi olaraq sərgidə təmsil
olunan ölkələrlə yanaşı yeni iştirakçılar qismində Böyük Britaniya, Por-
tuqaliya, Rumıniya, ABŞ və başqa ölkələrin şirkətlərinin də çıxış etməsi
gözlənilir.
23-cü Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı 2-3 İyun tarixlərində
JW Marriott Absheron Baku” otelində keçiriləcəkdir. Beynəlxalq Neft-qaz
sənayesinin inkişafı, Avropa enerji təhlükəsizliyi, neft-qaz hasilatı və təhcizat
zamanı meydana çıxa biləcək ekoloji problemlərin çevik həlli və s. kimi
qlobal məsələlərin müzakirə edilməsi gözlənilən tədbirdə 30-dan çox ölkədən
400 nəfərə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.
Beynəlxalq İnşaat sərgisi – 19-22 Oktyabr Bakı Ekspo mərkəzində
təşkil ediləcək sərgi Xəzər dənizi ətrafı regionda və Cənubi Qafqazda ən
böyük inşaat sərgisidir. 2015-ci ildə sərgidə dünyanın 25 ölkəsindən 413 şirkət
iştirak edib ki bunlardan da 297-si xarici şirkətlər olmuşdur. Sərgi zamanı
iştirakçı şirkətlərin 40%-I yeni işgüzar müqavilələr imzalanmasına nail olub,
82%-i isə sərginin nəticələri əsasında yeni müqavilələrin imzalanması
astanasındadır. 2015-ci il statistikasına görə İnşaat sərgisi müddəti ərzində
11562 ziyarətçi sərgi ekspozisiyası ilə tanış olub.
22-ci Azərbaycan Beynəlxalq Telekomunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransı – 30 Noyabr-3 Dekabr, 2016-cı ildə
Bakı Ekspo mərkəzində təşkil ediləcək tədbir informasiya texnologiyaları
sahəsində şirkətlər arasında işgüzar münasibətlərin inkişaf qurulması və
təcrübə mübadiləsinin həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir. Bunu
2015-ci ildə sərgiyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyeyin
şəxsən təşrif etməsi, stendlərlə tanış olması, və ölkə başçısının iştirakı ilə “Az-
erspace-2” peykinin orbitə buraxılmasına dair “Azərkosmos” ASC ilə
Fransanın “Arianespace” şirkəti arasında tarixi sazişin imzalanması sübut edir.
Ümumiyyətlə, 2015-ci ildə təşkil edilən sərgidə 21 ölkəsini ölkədən 203 şirkət
təmsil olunmuşdur ki bunlar arasında məşhur CERN laboratoriyasından olan
nümayədələr, ACER, Kaspersky, HP, Lenovo, Cisco, İBM, Huwaei, Smart
System Technology, Airbus, Schneider kimi tanınmış şirkət və təşkilatların
olması diqqət çəkir.
Vəfadar Rizvanlı
124
Dostları ilə paylaş: |