Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə31/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

müddət  sonra  yenilənməsi  zərurəti  yaranir.  Bu  köhnəlmə  və  rütubət
səbəbindən irəli gələn xoşa gəlməyən mənzərələrin öncəsindən aradan
qaldırılması baxımından faydalı vasitədir. 
Yenilənməyə yalniz texniki baxımdan yanaşmaq düzgün deyil. Belə
ki, bazar iqtisadiyyatı şəraitində müəssisələr rəqabətqabiliyyəli fəaliyyət
göstərmək marağındadırlar. Mehmanxana sənayesində rəqabət mühitinin
kəskinləşməsi otellərdə yenilənməyə yatırılan maliyyənin her keçən gün
daha da artmasına gətirib çıxarmışdır. Digər tərəfdən yenilənməyə yatırılan
investisiya müəssisəyə mənfəət qazandırmaqla bərabər bazarda önəmli
mövqe tutmasına öz tövhəsini verir. Bu baxımdan Texnoloji yenilənmə
dövrün tələbinə uyğun olaraq zəruri bir ehtiyaca çevrilmişdir.Xüsusən də
otelçilik təsərrüfatında. Bugün əgər otellər bazarda yüksək mövqe qazan-
maq istəyirlərsə onlar öz müştərilərinə ən son texnoloji məhsullarla xidmət
göstərməlidirlər (1).
Texnoloji yenilənmənin təzahürü kimi otellərdə tətbiq olunan inno-
vasiyalar müştərilərin ciddi marağına səbəb olur və onların seçimində
böyük rol oynayır. Bu innovasiyaların məqsədi yeni texnologiyalar yarat-
maq deyil, mövcud texnoloji platform üzərində fərqli konsepsiyalarda
xidmətlər təklif edərək müvəffəqiyyəti təmin etməkdir. Turistlər üçün tətil
təbii,  sosial,  mədəni  xidmətlərin  toplamı  olan  turistik  təcrübədir.
İnnovasiyaların tətbiq olunmasında əsas məsələ isə məhsul və xidmətlərin
eyniləşməməsidir. Yəni innovasiyalar vasitəsilə məhsulun təkmil ləşdiril -
mə si və indivuallaşdırılmasıdır. İnnovasiyalar müəssisələrə maliyyə xərc -
ləri nin  azalması,  yeni  məhsul  və  xidmətlərin  təkmilləşdirilməsi  ilə
çe şid liliyin artması, artan satışlar və bazar payı ilə keyfiyyətin artması,iqti-
sadi böyümə və s. kimi faydalar qazandırır.
İnnovasiyalara  misal  olaraq  məhsul  və  xidmət  innovasiyasını
göstərmək olar:
►Məhsul innovasiyası – Bu müəssisə tərəfindən bazara çıxarılan,
gözlə görünən və əllə tutulan məhsullardır. Misal üçün Nano texno -
logiya larla  hazırlanan  tekstil  məhsullarını  göstərmək  olar.  Bu
məhsulların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar ləkə saxlamırlar,
su keçirmirlər, günəş işığını içinə çəkə və ya hava temperaturuna görə
bədənə  sərinlik,  ya  da  istilik  hissi  verə  bilirlər.  Hətta  otağın
temperaturasına görə rəng dəyişdirən, həmçinin ürək döyüntüsünü
ölçən çarşaflar istehsal olunmaqdadır. Və yaxud otaqlarda güzgülərin
içinə yerləşdirilmiş televizor ideyasi artıq 2012-ci ildən Four Seasons
otelində tətbiq olunmaqdadır (4).
►Xidmət innovasiyası – bu qonağa xidmət göstərilərkən mövcud
xidməti daha yaxşı və fərqli göstərməkdir. Məsələn, restoranlarda in-
Aygün Rüstəmli
86


teraktiv menyuların tətbiqi. Masa arxasında əyləşmiş qonağa menyu
əvvəlki kimi kağız və ya karton və s. məmulatlardan hazırlanmış
vasitələrdə deyil, planşetlərdə gətirilir. Və qonağın seçdiyi yeməyə
uyğun olaraq həmin yeməyin hazırlanması, kalori dəyəri, ona uyğun
digər yeməklər, içkilər və yekunda menyunun qiyməti əvvəlcədən
qonağa göstərilir. 
Otellərdə ediləcək yenilənmənin nə vaxt və harda ediləcəyi də mühüm
əhəmiyyət  kəsb  edir.  Adətən  otellər  yenilənməni  fərqli  konsepsiyalı
restoranların  açılışında,  ya  da  5  il  istismar  müddətindən  sonar
gerçəkləşdirirlər. Bu proses ərzində ilk olaraq əsas restoran sahəsində
istifadə  olunan  və  köhnəlmiş  avadanlıqlar  yenilənir.  Xüsusilə  iaşə
obyektlərində ən çox satın alınan məhsullar kimi xidmət qabları, stəkanlar
və paslanmayan polad məhsulları gözə çarpmaqdadır.
Otel yenilənməsi üçün zəruri maliyyə vəsaitləri tələb olunur və bu
maliyyənin miqdarı otel pul vəsaitlərinin hərəkəti hesabları(cash-flow)
hazırlanarkən  həmin  hesaba  mütləq  daxil  edilməlidir.  Bu  xərclər  otel
gəlirlərinin 4,5–5% -lik bir hissəsini əhatə edir və ayrica bir hesabda
yığılmalıdır.
Otel yeniləməsində önəmli olan digər bir vasitə də yenidənqurmadır.
Son illərdə turistik zona və otellər arasındakı rəqabətin yeni bir növü də
elə yenidənqurma və bərpadır. Üstəlik bu rəqabət yalniz firmalar arasında
deyil. Bu gün dünya turizmində söz sahibi ola bilmək üçün mövcud turizm
yatırımlarının bəlli bir perioddan sonar yenilənməsi lazımdır. Bu yeniləmə
prosesində bərpa və yenidənqurma işləri mühüm əhəmiyyət kəsb edir. 
Bərpa və yenidənqurma öz istifadə müddətini dolduran obyekt və
avadanlıqlar üçün imtina edilməz bir zərurət olaraq göstərilir. Xüsusən də
otelçilik sektorunda bərpa və yenidənqurmaya tez girmiş otel daha çox
gəlir əldə etmək imkanına malikdir. Aparılmış tədqiqatlara görə 10 ildən
artıq fəaliyyət göstərən otellərdə və turistik zonalarda bu qaçınılmazdır.
Hətta bu müddətin 10 ildən 7–8 ilə qədər azaldılması otelin təhsisatının və
avadanlıqlarının göstərilən müddətdə yenilənməsinin önəmli olduğunu
vurğulayır. Rütubətli məkanlarda (sanitar qovşaqlarda ) və ortaq istifadəli
yerlərdə isə yeniləmə işlərinə 4–5 ildən bir baş vurulması zəruridir (1).
İnvestorlar bərpa və yenidənqurmanın qaçınılmaz olduğuna inanırlar.
Müəssisənin iqtisadi ömrünü uzatmaq və davamli turizmi təmin etmək
baxımından bu çox vacibdir. Bu proses 2 formada aparılır : Birincisi Soft
Renovation (yüngül və ya məhdud əhatəli otel yenilənməsi), digəri isə Hard
Renovation (tam əhatəli yenilənmə və modernizasiya) (5).
Yüngül yeniləmə (soft renovation) – deyilən otel yeniləmə for ma -
sından, otelin həyat fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi
87
Otellərdə yeniləmə işləri və onun perspektivləri


ilə edilən yeniləmələri təyin etmək üçün istifadə olunur. Bu tip yeniləmədə
otelin  tekstil  məhsullari  (çarşaflar,desmallar  və  s.)  dəyişdirilir,  lazımı
yerlərə boya edilir, köhnəlmiş divar kağızları və döşəmələr hissəli olaraq
dəyişdirilir və təmir olunur. Ümumi olaraq 5 ildən bir bunların edilməsi
məslət görülür (2). 
Tam əhatəli yenilənmə və modernizasiya (Hard renovation) – bu
tip yeniləmə otelin mövsümi baxımdan yerləşdiyi regiona (yay-qış ) və
otelin ulduz kateqoriyasına görə istismar müddətinin 10-cu ilindən sonra
otelin vəziyyətinə görə dəyişir. Yeniləmənin bu növündə otel demək olar
ki  ,başdan-ayağa  yeniden  formalaşdırılır.Otel  daxilində  memarlıq
baxımından yeni dəyişikliklər, modernizasiya , həmçinin otelin xarici
görünüşündə və ətraf ərazilərdə təmizlik və yeniliklər, o cümlədən lobbidə
və otaqlarda modern məhsullardan (əsasən yeni avadanliqlar, tablolar, in-
teryer  dizaynda  istifadə  olunan  əşyalar  və  s.  aid  etmək  olar)  istifadə
nəticəsində otel regionda itirmə ehtimali olan müştərilərin marağını təkrar
öz üzərinə çəkə bilir (2).
Təbii ki, istər yüngül yeniləmə, istərsə də tam əhatəli yenilənmə və
modernizasiya müəyyən maliyyə tələb edir. Otelin böyüklüyü bu xərclərdə
başlıca rol oynayır. Adətən bu xərclərin azaldılması kimi tədarük metodunu
seçilir. Yəni nə qədər çox tədarük edilsə xərcləri bir o qədər azaltmaq
mümkündür. Bugünkü şərtlərdə əhatəli yenilənmə xərcləri 10.000 $ dan
aşağı olma ehtimalı çox azdır. Ediləcək yeniliklərin həcmi və xammal ,
marka seçimi xərcləri 30.000 $ a qədər arta bilir (6).
Bazar  iqtisadiyyatı  şəratində  müəssisələrin  rəqabətə  davamlı
fəaliyyəti heç də asan başa gəlmir. Burda bir neçə amillər vardır. Onlardan
mən deyərdim ən vacibi elə yuxarıda açıqlamağa çalışdığım yeniləmə,
bərpa  və  yenidənqurma  işləridir.  Turizm,  xüsusən  də  otelçilik  elə  bir
sahədir ki, burada vizuallıq böyük rol oynayır. Səyahətə çıxan turist ilk
növbədə fiziki yorğunluqdan azad olmaq arzusundadır. Lakin bu proses o
qeder də bəsit deyildir. Belə ki , turizm fəaliyyətinin təşkilində texniki
amillərlə yanaşı, texnoloji, sosial və psixoloji amillər də vardır. Dolayısı
ilə turistlər en son avadanlıqlarla təhciz olunmuş, yenilənmiş otellərdə
dincəldiyi zaman həm fiziki yorğunluqdan azad olurlar , həm də estetik
zövqün tərənnüm olunması və özünü dəyərli hiss etmə, psixoloji cəhətdən
məmnunluğun yaranması kimi müsbət amillərlə rastlaşırlar. 
Bu baxımdan otellərdə yenilənmə işləri perspektivli bir sahədir və
otellərin  uzun  illər  rentabelli  fəaliyyət  qabiliyyətini  artırır  və  bazarın
tələblərinə sürətli cavab verməklə xidmət keyfiyyətini yüksəldir. Eləcə də
yeni  xidmətlərin  təkmilləşdirilməsi,  müştəri  istəyinə  uyğun  məhsul
istehsalı  və  s.  kimi  mühüm  amillər  bazarda  daima  rəqabətədavamlı
Aygün Rüstəmli
88


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə