yaradılması onların mahiyyətinə, təsnifatına, məzmununa miqdarına və s
yönlərinə təsir etmişdir.Göründüyü kimi keyfiyyət sənətkarın əlindədirsə ,
“sənətkar” istər sarayda istərsə də,evində yenə həmin “sənətkar”
olur(yaradacağı əl işi üçün) sadəcə buradakı nüans yazıları vərəqə yazırsa
vərəqin keyfiyyəti və sonradan saxlanacağı şəraitdən də,asılı olacaqdır.
Kitabxanalar yarandıqları yerlərdən asılı olaraq müəyyən bir
auditoriyanı əhatə edir.Bu məqsədlə aydın olur ki,mədrəsələrdə yazılan və
saxlanılan kitablar geniş kütlənin istifadəsi üçün nəzərdə tutulmuşdur.Eyni
zamanda şəxşi kitabxana -lar da, mövcuddur və adından da göründüyü kimi
“şəxsi kitabxanalar” onu yarada -nın maraq dairəsini əhatə edir.Orta əsrlərə
kitabların sayəsində səyahət edəsi olsaq kitabxanarın şərqdə hansı inkişaf
yolunu keçdiyini görə bilərik.
Əbu-İ-Vəfa İbn Sələməyə məxsus kitabxana VIII-IX əsrləri əhatə
edir.Bu kitabxana haqqında məlumat bizlərə Xətib Təbrizi tərəfindən
verilmişdir(Xətib Təbrizi yeganə şəxsiyyətdir ki, mənbələrdə onun bir alim
kimi böyük xidmətləri ilə yanaşı, görkəmli kitabsevər,kitabxana xadimi
kimi də adı çəkilir.).Əbu-İ-Sələməyə məxsus olan kitablardan Əbu
Təmmam beş şerlər məcmuəsi tərtib etmişdir.Elə bu zəngin kitabxana
sayəsində Əbu Təmmam tərəfindən yaradılmış “Əl-Həmasə”və başqa
əsərlər ondan sonra yaşamış şəxslər üçün ona qədər(Əbu Təmmam ) olan
Ərəb ədəbiyyatını öyrənməyə kömək etməklə şairə böyük şöhrət
gətirmişdir (4).
Şəxsi kitabxanalar dövrün ictimai-siyasi həyatında böyük rol oynaya
bilmirdi. Sosial xarakterinə görə onlar öz mövqelərini məktəb və mədrəsə
kitabxanalarına verməli olurdular.
IX-X əsrlərdə Azərbaycanda Bakı , Gəncə, Şamaxı, Bərdə, Şabran,
Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa və Urmiya kimi sənətkarlıq,
ticarət və mədəniyyət mərkəzi olan mühüm şəhərlərdə mədəniyyət xeyli
inkişaf etmiş, mədrəsələr yaranmışdı. Doğrudur, məktəb və mədrəsələrdə
əsasən islam dini tədris olunur və kitabxanaların fondunda dini ədəbiyyat
çoxluq təşkil edirdi. Lakin bir sıra mədrəsələrdə riyaziyyat, həndəsə, as-
tronomiya, tibb və fəlsəfə dərslərinin keçilməsi faktı məlumdur. Bütün bun-
lar öz müsbət təsirini verməkdə idi (5, səh.14).
Təəssüflə qeyd etmək lazımdır ki, IX-XI əsrlərdə Azərbaycanda
mövcud olan kitab məhsulunun ümumi həcmi barəsində mənbələrdə heç
bir məlumatı əldə edə bilmirik.
Şamaxı dövrünün mədəni mərkəzi olduğunu burada yaradılan elm
ocaqları,kitabxanaları ilə sübüt edir .Azərbaycan ədəbiyyatı tarixində
görkəmli şəxslər yetişdirmiş Şirvan ədəbi mühitində (Xaqani, Fələki,
Zülfüqar, Şirvani, İzzəddin Şirvani və s) yaradılmış “Dər əl-ədəb”
165
Orta əsrlərdə Azərbaycanda kitabxanalar
(“Ədəbiyyat evi”) akademiyasının və Şirvan sarayda yaradılan ədəbi
məclisin rolu böyük olmuşdur. (məclisin rəhbəri – “məlik əş-şüəra
vəzifəsindəki Əbü-İ-Üla Gəncəvi).
Digər ən zəngin kitabxanalardan biri də,Xaqani Şirvaninin əmisi
Kafiəddin Ömər Osman oğluna (təbib,filosof) məxsus olmuşdur. Dövrün
tələbini nəzərə alsaq XIII əsrin ortalarına qədər ərəb dilində yazılan kitablar
ümumi kitab məhsulunun əksəriyyətini təşkil edirdi.
Dövrünün zəngin kitabxanaları yalnız təbii yolla deyil,eləcə də
düşmən qarəti nəticəsində talan olunaraq məhv edilməklə zəngin irsin
hissə-hissə müxtəlif yerlərə aparılması Azərbaycan mədəniyyətinə (kitab
mədəniyyətinə)ağır zərbələr vurmuşdur.
Gəncə Şəhərinin yetişdirdiyi dühaları (Nizami Gəncəvi,Məshəti
Gəncəvi.Qivami Mütərrizi Gəncəvi və s)nəzərə alsaq Gəncə şəhərində də
zəngin kitab irsinin toplanıldığı görmək olar.Orta əsrlərdə Gəncədə “Dər-
əl- kutub” (“Kitablar evi”) adlı kitabxana olmuşdur.(kitabxananın
xəzinadarı Həddad ibn Bəkran Əbu-İ-Fadl ən-Naxçivani ) Nəsrəddin
Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanası(1259) və onun nəzdindəki
kitabxana zənginliyi ilə şeçilir.Nəsirəddin Tusinin özü də,tələbələri də,bu
kitabxananın zənginləşməsi üçün səfər etdikləri yerlərdən çoxlu kitablar
kitabxana üçün gətirmişlər.Tarixçi Rəşidəddinin yazdıqlarına əsasən bu
rəsədxanada 100 nəfərdən çox alim və başqa şəxslər çalışmışdır.
Fəaliyyətdə olduğu 15 il müddətində rəsədxana yalnız Şərqdə deyil, həmdə
qərbdə özünə şöhrət qazanmışdır. 400.000 kitabın olduğu şöylənilən bu
kitabxanadakı kitablar müxtəlif elm sahələrini əhatə etməklə insanların
maarif-lənməsinə xidmət etmişdir.
Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair
traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imami-
lik (imamət) təriqətinə mənsub mütəfəkkirin "İmamətə dair traktat" ("Risab
fı-1-imamə") və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil,
ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir.
Nəsirəddin Tusi "Cəbr və qədr" traktatında insanın iradə azadlığını məqbul
saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən
şiələr də, sünnilər də bəhrələnmişlər (10).
25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və
öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı
Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının
ayaq tərəfində dəfn olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il
hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin
müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur.
(Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə
Fidan Vəlizadə
166
Dostları ilə paylaş: |