Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
  1   2   3   4   5   6   7   8


 

 


                                      

 

 

 

 

 

 

 

                         QOZ  ƏHVALATI 

                               

 

 

                                                      

 (A.Quliyevin eyniadlı hekayəsi əsasında    

 

on üç fraqmentdən ibarət pyes)

 

 

 

 

 

 



 

 

 

       İ Ş T İ R A K Ç I L A R : 

 

 

            KiĢi .                   

            KiĢinin arvadı. 

            QonĢu. 

            Kapitan Adıgözəlov. 

            Kapitanın arvadı. 

            Kapitanın oğlu. 

            Müstəntiq. 

            Tibb bacısı. 

            Bibioğlu. 

 

 

 

                                                               Bizim günlər. 


 

 

 

 

 

 

           

 

     

BİRİNCİ    FRAQMENT  

 

Küçə. 

KĠġĠ əlində balaca bir torba gedir. 

QONġU onun qarĢısına çıxır. 

 

QONġU         - Xeyir ola, a qonşu, hara belə? 



 

KĠġĠ              - Bakıya getmək istəyirəm. Bibim oğluna  baş çəkəcəyəm. Neçə ildi 

görüşüb eləmırik. 



 

QONġU        - Doğrudan ha, axır illər gəlmir daha buralara. 

 

KĠġĠ            - Gələ bılir ki yazıq. Fəhlə babadı da, gündəlik çörək pulunu bir təhər 

 

çıxardır. 



 

QONġU        - (Kişinin əlindəki torbaya işarə ilə.) Bəs nə apapırsan bibioğluna elə? 

 

KĠġĠ            - Ee... əliboş olmayım deyə bir az girdəkan götürdüm. 

 

QONġU        - Lap yaxşı eləmisən. Şəhər yeridi, uşaqları sındırıb yeyər. Salam 

 

deyərsən məndən. 



 

KĠġĠ          - Salam göndərən sağ olsun. 

 

QONġU        - Yaxşı yol... Amma... qonşu, ehtiyatlı ol ha. Bakı sən görən deyil daha. 

 

Bax, pulunu ayaqqabının dabanında gizlət. Basırıq avtobuslara minmə, xəlvət 



 

küçələrdə tək gəzmə, tanımadığın adamların salamına cavab vermə. Bir sözlə, 

 

daim ayıq-sayıq, gözdə-qulaqda ol, bir balaca sayıqlığını itirsən ciblərini 



 

təmizləyəcəklər, qalacaqsan pulsuz-parasız. 



 

KĠġĠ          - Ee, a qonşu, sən nə danışırsan? Doğmaca şəhərimizdə addımbaşı 

 

təhlükəylə üzləşəcəyəmsə, bəs bizim şanlı polis qrdaşlarımız hara baxır?      



 

QONġU       - Eh... ilk növbədə özünü elə polisdən qorumalısan. Quldurun, cibkəsənin 

 

işi asandı, təkcə pulunu alır, polis qardaşların isə pulunu da alacaq, üstəlik canını 



 

da. 


 

KĠġĠ             - Çox şişirtmə, qonşu. İndi  hansı zamandı ki? Bir  də mən də mənəm 

 

axı. Hər yetənin  mənə  gücü çatar? 



 

QONġU        - Özün bil. Məndən deməkdi. Uğurlu yol sənə... (Aralanıb gedir.) 

 

   

 

 

 




KĠġĠ      - (Gülümsəyərək başını bulayır. Tamaşaçılara.) Neçə ilin qonşusuyuq, pis 

 

adam da deyil, hər   işdə köməyini əsirgəyən də deyil. Di gəl ki, belə vas-vasılığı 



 

var. Guya ki, mən uşağam, nəyəm... 



 

QONġU       - (Hay-küylə geri qayıdır.) Qonşu! Qonşu, bir şey yadımdan çıxdı. Bax, 

 

nəbadə metroya  minərsən ha. Amanın günüdü... 



 

KIġI          - (Çaşqın-çaşqın.)  Metroya minəndə nə olar ki? 

 

QONġU       - A kişi, sənə deyirəm, metroya minmə.  Metroda polislər görkəmindən 

 

şəhər adamına  oxşamayan  birini  gördülərmi, o dəqiqə saxlayacaqlar. Sənin də 



 

vid-fasonunu görən kimi biləcəklər – zır kəndçisən. Saxladılarmı, bil ki, işin bitdi. 

 

Üstündən nəəşə də tapa bilərlər, heroin də. Istəsələr lap mina da, raket də tapa 



 

bilərlər.  



 

KĠġĠ           -Qonşu, sən bu gün lap ağ elədin ha... 

 

QONġU        - Eşitməmişdin? Həsənəli də minmişdi metroya, üstündən nə tapmışdılar? 

 

Bomba!  Rusiyyətdən  qardaşları gəlib qurtarmadılar onu? Bahadırınsa cibindən 



 

nəəşə tapmışdılar. Ev-eşiyini, mal-qarasını satıb bir təhər qurtardı canını. 



 

KIġI             - Ocaq yanmasa, tüstü çıxmaz, deyiblər. 

 

QONġU       - A kişi, sən nə danışırsan? Ağacəfəri ki tanıyırdın, necə təmiz, ehtiyatlı 

 

adam idi. Amma bir  dəfə özünü saxlaya bilməyib, deyib nə ola-ola, minəcəyəm, 



 

görüm metro nə cür şeydi. Düşüb metroya, momentalnı saxlayıblar, üstündən 

 

heroin tapıblar. Mal-qarasını satdı, bəs eləmədi, qardaşı da başladı inəklərini 



 

satmağa. Qardaşı arvadı razı deyildi, canı çıxıb metroya minməyeydi, deyirdi, nə 

 

ölümü vardı onun metroda? Dədə-babası metroya minmişdi ki, o da minə? 



 

Qardaşın metroya minib keyf eliyəcək, mən də inəklərimi satacağam? Nə isə, 

 

arvad mane oldu, qoymadı inəkləri satmağa, axırda yazığa yeddi il iş verdilər 



 

getdi, neynim deyə-deyə... 



 

KIġI          - Ay qonşu, deməyindən belə çıxır ki, kəndimizin yarısı metronun güdazına 

 

gedib. Başa düşə  bilmirəm, polislər məni niyə saxlamalıdılar, lap deyək ki, 



 

saxladılar, hə, nə olsun, məndə  olmayan şeyi üstümdən necə tapacaqlar, hə? 



 

QONġU        - Daha özün bil, məndən demək idi. Iş-işayət, ilişdinsə, səndən ötrü mal-

 

qoyun satıb dalınca gələn döləm ha. Əlli-ayaqlı gedəcəksən. (Gedir.)  



 

KIġI          - (Bir müddət duruxub qalır.) Qonşu, sənin acığına  Bakıya çatan kimi 

 

birinci elə metroya düşəcəyəm, qoy saxlasınlar məni,  qoy üstümdən bomba 



 

tapsınlar, nəəşədi-nədi, qoy ondan tapsınlar, görək necə tapırlar.  (Torbasını 



 

götürüb gedir.)  

 

Təyyarə uğultusu eĢidilir. KiĢi baĢını qaldırıb göyə baxır. 



 

KIġI        - Sənə yaxındılar, Allah, hər halda- sən bilmiş olarsan,  bu samalyotlar hara  

 

   



 

 

 



 

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə