Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

 

uçur görəsən? Nə   daşıyıb aparırlar belə? (Öz-özünə.) Var da kişilər, 

 

dünyanın istədikləri şəhərinə uçub gedirlər, keyf eləyirlər özləriyçün. Yoxsa 



 

mən... burdan-bura hər deyəndə Bakıya da gedəmmirəm. Özü də Nuh 

 

əyyamından qalma sınıx-salxax poyezdnən, obşi vaqonda... 



 

 

 

 

 

 

                                        IKINCI    FRAQMENT  

 

Metro. 

KiĢi əlində torba nabələd halda o üzə-bu üzə boylana-boylana yeriyir. Polis fiti 

eĢidilir. 

 

KAPITAN ADIGÖZƏLOV    - (Yaxinlaşır, təzimlə.) Kapitan Adıgözəlov. Vətəndaş, 

 

şübhəli şəxs kimi  mənimlə getməlisən. 



 

KIÇI        - (Təəccüblə, özünü itirmiş halda.)  Mə-ən?.. Nəyimdən şübhələnirsən, a 

 

kapitan A-a –a-adı-gözəlov? 



 

KAPITAN ADIGÖZƏLOV    - Orda bilərik. (Qolundan tutub kabinəyə gətirir.) 

 

Şəxsiyyət vəsiqəniz! (Çırtma ilə sənəd istəyir, höcələyə-höcələyə oxuyur.) Ata-



 

ki-şiyev Balakişi Qa-ra-kişi-oğlu. 

 

Bu nədi, a kişi, bütün kişiləri yığmısan bura... 



 

KiĢi dinməzcə baxır. 

 

Yaxşı, de görüm, Balakişi kişi, o torbadakı nədir? 



 

KĠġĠ           - Girdəkan. 

 

KAPITAN ADIGÖZƏLOV   - (Heyrətlə.) Nə?! 

 

KĠġĠ          - Girdəkan, yəni... girdə meyvə. 

 

KAPITAN ADIGÖZƏLOV    - Aç torbanı, görək sənin bu girdə meyvələrin nə olan 

 

şeydi. 



 

KiĢi torbanı açır. 

 

 



(Əlini salıb baxır, qəşş edib gülür.) A kişi, nə girdəkan-girdəkan salmısan, bu ki 

 

qozdur. 



 

KIġI          - Kəndçi adamıx da, biz girdəkan deyirik, qozdu, qoy olsun qoz. Mənim 

 

üçün elə bir fərqi yoxdu, sadəcə, xatırlatmağı özümə borc bildim ki, qoz demək  



 

 

 



 

 

 






 

necə olsa da, belə də... münasib cıxmır. 



 

KAPITAN ADIGÖZƏLOV     - Sən indi mənəmi öyrədəcəksən? Necə çıxdığını hər 

 

halda səndən yaxşı bilərəm. Qoz elə qozdu də. (Sındırıb yeməyə başlayır.) 



 

Hə,baxaq görək, bunlar  həqiqətən qozdu, ya sən bunların içinə şey-zad  

 

doldurmusan. 



 

KIġI           - Qozun içinə nə doldurasıyam ki? 

 

KAPITAN ADIGÖZƏLOV    - Balakişi kişi... ya sən qanmazın birisən, ya məni qanmaz 

 

yerinə qoyursan. Deyirəm ki, sən bunların içinə heroin-zad doldurmamısan ki? 



 

KIġI         - Nə? Sən nə danışırsan? Mən kəndçi babayam, heroindi, nəəşədi – belə 

 

şeylər nə bilirəm. Hansını istəyirsən sındır, şəkk-şübhən qalmasın. 



 

KAPITAN ADIGÖZƏLOV   - Kəndçi babaları biz yaxşı tanıyırıq. Bizi aldada bilməzsiz. 

 

(Qozları sındırıb acgözlüklə yeyir.) 

 

 Hələ ki, bir şey çıxmır. Bu qozlardan bir kloka da götürüm. (Cibindən 



 

əzik-üzük bir sellofan kisə çıxarır.) Ekspertə verəcəm. (Torbadan sellofan kisəyə 

 

qoz yığmağa başlayır.) Canına vəlvələ düşməsin, kişi. Eksperti yalandan 

 

deyirəm. Dadlı qozdu, ləzzətli qozdu, smenşikimə də pay götürürəm. Qoy o da 



 

yesin. Çoxdandı belə əntiqə qoz yeməmişdim. (Yeyir.) 



 

KIġI           - (Üzü tamaşaçılara.) Aşkarca hiss edirəm ki, yoxlama-filan bəhanədi, 

 

kəndçiliyimdən istifadə  edib girdəkanları yeyir. Hələ üstəlik smenşikinə də pay 



 

götürür. Hirsimi bir təhər cilovlayıram. Eh, çoxdandı Bakıda olmurdum, şəhəri 

 

gəzmək, görmək əvəzinə, qonşuya qulaq asmayıb metroya  düşdüm və indi də 



 

mal kimi durub polis qardaşın  girdəkanları necə ləzzətlə yediyinə tamaşa  

 

edirəm. Nə isə ürək açan iş deyildi. Deyəsən başağrısız  ötüşməyəcəkdi. 



 

KAPITAN ADIGÖZƏLOV   - Yaxşı, yığışdır torbanı, çıx get. Ancaq demə ki, məni 

 

aldatdın, yox, məni aldada bilməzsən, hit-mit, qara-qura atana oxşayırsan, xalis 



 

tiryək alverçisisən. Lakin bəxtin gətirib ki, bu gün səninlə məşğul olmağa vaxtım 

 

yoxdu, çox vacib bir işim var. Bir xa... ee, br adam gələcək, onu gözləyirəm. Çıx 



 

get və Allahına dua et. (Aralanır, cib telefonunu çıxarıb kiminləsə danışır.)  Aaaz, 

 

nə oldu, niyə gəlib çıxmırsan, cəənçün super qoz... (Birdən gözü kişiyə sataşır, 



 

duruxub qalır.) 

 

KIġI           - (Torbanın ağzını bağlayıb cibindən yaylı tərəzi çıxardır, çəkir, öz-özünə.) 

 

Səkkiz kilo iki yüz qram. Düz on kilo idi. Deməli... 



 

KAPITAN ADIGÖZƏLOV   - (Təəccüblə.) A kişi, sən nə edirsən elə? 

 

KIġI           - Görmürsən neynirəm? Qozun bir kilo cəkkiz yüz qramını yemısən. 

 

KAPITAN ADIGÖZƏLOV   - Nə olsun ki yemişəm? 

 

KIġI           - O olsun ki, pulunu verməlisən. Bazarda kilosu köhnə pulnan bir 

 

şirvanadı, bu hesabla sən  mənə üç  manat səksən  qəpik  borclusan.  



 

 

 

 

 

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə