Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

TIBB BACISI    - Mən sizə telefon təşkil edərəm. Ancaq gərək danışıq pulunu da 

 

xərclərin üstə əlavə  edək.  



 

KIġI                    - Eyibi yox, gətir telefonu. Daha manat qovan yer deyil. 

 

Tibb bacısı gedir. 

 

KIġI                    - (Yenə zarıyır.) Of canım... ölürəm, ölürəm... 

 

BIBIOĞLU        - Çox ağrıyır? 

 

KIġI                    - Heç  dözə bilirəm ki. Zarafat deyil, beynim silkələnib, qolum 

 

qırılıb, ayaq sümüyüm  çatlayıb. Köpəkoğlu quduz it kimi  cumdu üstümə, neçə 



 

dəfə qaldırıb çırpdı məni  pilləkanların betonuna. Hələ yaxşı ki, qonşular yığışıb 

 

gəldilər səs-küyə. Bir təhər araladılar quduz iti  məndən. 



 

TIBB BACISI    - (Əlində  cib telefonu gəlir.) Buyurun, danışın, nə qədər istəyirsiniz. 

 

Ancaq qoy sistemi  yığışdırım daha. (Sistemi onun qolundan açıb kənara qoyur, 



 

çıxıb gedir.) 

 

KIġI                    - (Bir təhər dikəlir, yastığa söykənib oturur. Bibioğlunun nömrə 

 

yığıb verdiyi   telefonu qulağına tutur.)     Əloo... 

 

Səhnənin digər küncündə əlində telefon dəstəyi  tutmuĢ ARVAD iĢıqlanır. 

 

 

Arvad... Bilirsən də vəziyyəti.xəstəxanalıq olmuşam. Hələ bir həftə, on gün 



yatmalıyam  burda. Sən evi, uşaqları tək qoyub gəlib-eləmə buralara. 

Cöngəni satdır, tez pulu göndər.  Balnisiyanın xərcini ödəməliyəm. 



 

ARVAD              -(Əsəbi.) Eee... a kişi, bu nə işdi başına gətirmicən? Höcətliyindən 

 

heç vaxt əl çəkmirsən də.  Indi mən nə edim? Mən cöngə satanam? Bir də   ki, o 



 

cöngəni biz axı kiçik oğlumuzun toyuna  saxlamışdıq. 



 

KIġI                    - (Hirslənir.) Ay tünbətünün qızı! Məni cin atına mindirmə. Indi mən 

 

toy hayındayam?  Sənə deyirəm ki, işə düşmüşəm, balnisiyada canımla 



 

əlləşirəm, pul lazımdı mənə. Özün  sata bilmirsən, heç olmasa qonşuya satdır, 

 

pulunu göndər. (Telefonun düyməsini basaraq Bibioğluna.)  Gördün arvadın 



 

hikkəsini? Görüm səni lənətə gələsən, ay arvad! 

 

 

 

 



                                      ALTINCI  FRAQMENT  

 

Tibb bacısı yanında bir nəfər kiĢi içəri girir.  

 

 



 

 

 

 

         11 


TIBB BACISI    - Dayıcan, polisdən müstəntiq gəlib, sizi görmək istəyir. (Gedir.) 

 

KIġI                    - Eh, mənim nəyimi görəcək ki? 

 

MÜSTƏNTIQ    - Vətəndaş, sizi kim bu hala salıb? 

 

KIġI                    - Kim olasıdı? Sizin o kapitan Adıgözəlovun oğlu. 

 

MÜSTƏNTIQ    -Kapitan Adıgözəlovun oğlu niyə sizi bu hala salıbdı? 

 

KIġI                    -Atası qozumu yemişdi, mən də getmişdim pulumu istəməyə... 

 

MÜSTƏNTIQ    - (Heyrətlə.) Nəyini yemişdi?.. 

 

KIġI                    - (Bərrkdən, heca-heca.) Qo-zu-mu! Qozumu. Gözlərini niyə 

 

bərəldirsən, olanı deyirəm də... 



 

MÜSTƏNTIQ    -Necə yəni... siz indi, deyirsiz, nədi o, qozsuz qalıbsız? 

 

KIġI                    - Yox, səkkiz kilo iki yüz qramı qalır.  

 

MÜSTƏNTIQ    - (Yuxudan ayılmaq istəyirmiş kimi başını silkələyir.) başa düşmədim, 

 

deyirsiz, kapitan yarısını  yeyib , hələ səkkiz kilosu da qalır? 



 

KIġI                    - Nədi, inanmırsan? (Yenə bərkdən.) Düppədüz səkkiz kilo iki yüz 

 

qramı qalır. Öz tərəzimlə  şəkmişəm. Əvvəl on kilo idi, düppədüz on kilo. 



 

MÜSTƏNTIQ    -(Ağzı açıla qalır.) On kilo?... Siz onu niyə çəkirdiniz? Yəni, olurmu 

 

belə, adam durur,  bir şeyini çəkir? Olmaya ürəyinizə dammışdı ki,  nə vaxtsa 



 

bununn bir qədərini      itirəcəksiniz. Ona görə də çəkirdiniz ki, nə qədəri gedib? 



 

KIġI                    -A kişi, sən nəyə işarə vurursan?.. Mən qoz deyirəm, qoz, qoz, 

 

girdəkan. Başa düş, kapitan  Adıgözəlov yedi qozumu. Düz bir kilo səkkiz yüz 



 

qramını. Mən də pulumu istədim. Bazar qiymətilə, yəni üç manat səksən 

 

qəpiyimi. Oğlu da döyüb  məni bu hala saldı.  



 

MÜSTƏNTIQ    -İnana bilmirəm, adam gedir polisdən pul istəyir. Demək, qurd ürəyi 

 

yemisənmiş...   Belə kişilər də olurmuş. (Başını yırğalaya-yırğalaya çıxıb gedir.) 



 

BIBIOĞLU        -  Eh, dayıoğlu, mən belə görürəm ki, işlər get-gedə cəncələ düşəcək. 

 

Gəlib-gedəcəklər, sorğu-suallar , izahatlar, nə bilim, daha nələr... 



 

TIBB BACISI    - (Gəlir.) Kapitan Adıgözəlov buyurub. (Gedir.) 

 

KAPITAN ADIGÖZƏLOV   -  (Əsəbi halda içəri girir.) A kişi, sən nə abırsız 

 

adamsanmış! Bu nə biabırçılıqdı çıxartmısan?! Məni rüsvay eləmisən. Utanıb 



 

yerə girsənə! Gedibsən evimə, arvadıma deyibsən ki, ərin mənim qozumu yeyib. 

 

Tfu səni! Həyasızın biri, həyasız! 



 

 

 

 

 

 

 

12 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə