Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında


KIġI                    - Nəyə əsib-coçursan, yalan demişəm? Yeməyibsən? Onda mənim    qozumu yeyənin ataba- atasına lənət!



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

KIġI                    - Nəyə əsib-coçursan, yalan demişəm? Yeməyibsən? Onda mənim 

 

qozumu yeyənin ataba- atasına lənət! 



 

KAPITAN ADIGÖZƏLOV   - (Qıçqırır.) Yemışəm, yemişəm. Ancaq qoz, qoz yemişəm. 

 

Başa düşürsən? 



 

KIġI                    - Bəs mən nə demişəm? Demişəm ki, qozumu yeyib də. 

 

Balqabağımı yeyib deməmişəm  ki. 



 

KAPITAN ADIGÖZƏLOV   - Tfu! Yenə deyir, qozumu yeyib! Daş düşəydi sənin 

 

metroya gəldiyin günə!   Sən mənim arvadımı tanımırsan, ona haqqımda nə 



 

desələr inanır. Gedək  bizə, arvada başa sal ki, mən adicə qoz yemişəm. Yoxsa 

 

başqa şey yemək-filan nədi, heç gözümün ucuyla da sənin kimi murdar 



 

məxluqun  iyrənc əzalarına baxmaram. Gedək, sonra sənə üç manat səksən 

 

qəpik nədi,   lap iki dənə yüzlük dollar verərəm. Təki arvad mənimlə barışsın. 



 

Sən də dərhal bu iyrənc vücudunla şəhəri yaraşıqdan salmağa son verərsən, 

 

çıxıb gedərsən öz xarabana. Sən gələni, inan ki, Bakının havası da dəyişib, 



 

bu boyda şəhəri salmısan vəlvələyə: qozumu yeyib-qozumu yeyib... Tfu səni, 

 

abırsız! 



 

KIġI                    - Təhqirə keçmə. Vallahi, mən də sənə elə sözlər deyərəm ki, lap 

 

yeddi qatından keçər.   Polisimə bax... A kişi, sənin ağlın yerində deyil, deməli 



 

metro qalıb Allah ümidinə. Sən  ağılda adam metro-filan qoruya bilməz. Sənin 

 

özünü qoruyan lazımdı. Arvadına necə var, elə də demişəm. 



 

Yəni, demişəm ki, ərin qozumu yeyib, adicə qozumn. Heyva, alma, xiyar adı 

 

tutmuşamsa, atama lənət. 



 

KAPITAN ADIGÖZƏLOV   - A kişi, bəsdi, hədyan-hədyan az danış. 

 

KIġI                    - Nədi, xoşuna gəlmir? Gəlməz də. Çünki, sən təmiz adam deyilsən. 

 

Ancaq səndən fərqli   olaraq  arvadın ağıllı adama oxşayırdı. Bəlkə də  başa 



 

salacaqdım onu. Yəni nəyimi  yediyini izah eləyəcəkdim. Amma əbləh oğlun 

 

imkan vermədi, quduz it kimi cumdu üstümə. 



 

KAPITAN ADIGÖZƏLOV   - (Bibioğlunun qolundan tutub qapıya tərəf çəkir.) 

 

Deyəsən, siz bu kişinin yaxınlarındansınız. Bir bəri baxın. 



        

Kapitan Adıgözəlov  qapı ağzında Bibioğluna nəsə baĢa salmağa çalıĢır. 

Cibindən çıxardıb ona pul uzadır. Əliynən  kiĢini göstərir, nəsə deyir. 

 

 

 

 

           

 

 

YEDDINCI   FRAQMENT  

 

Tibb bacısı əlində telefon qaça-qaça gəlir. 

 

 

 

 

 

 

 

13 


TIBB BACISI    - Dayıcan, sizi istəyirlər. Rayondandı, deyəsən arvadınızdı. 

 

KIġI                    - (Dəstəyi qulağına tutub bərkdən.) Əlo! Hə, nə oldu? 

 

ARVAD              - Qonşuya dedim. Qonşu cöngəni satmaqdan boyun qaçırdı. Deyir ki, 

 

ələmə and içmişəm,  ocağa gedib daş üstə daş qoymuşam, özümü söymüşəm, 



 

onun üçün nəinki cöngə, heç toyuq da satmaram. Demişdim də, başa salmışdım 

 

da, canı çıxaydı, metroya girməyəydi. Nə qanmaz adammış. 



 

Metroda nə azarı vardı onun? Basabasda özünü mamlı-matan arvadlara 

 

sürtməkdən ötrü girib ora. Yoxsa başqa nə işi varmış ki, o xarabada? Öz 



 

cəzasıdı, özü də çəksin indi. 



 

KIġI                    - Ağzını bir saxla görək! Dilinə gələni üyüdüb tökmə. Qonşu satmır, 

 

cəhənnəmə satsın.   Qardaşlarını çağır, qoy kömək etsinlər. Elə hey qopartmaq 



 

bilirlər, bir dəfə də kara gəlsinlər də. 



 

ARVAD              - Sənin ağlın çaşmışdı, nəydi, niyə metroya minirdin? Indi buna 

 

qardaşlarım neyləsinlər?   Onlar sənə demişdilər ki, get metroya min? Nə tez 



 

yadından çıxıb, evi tikəndə səninlə  çiyin-çiyinə işləyənlər kim idi? Yadındadımı, 

 

qışda odunumuz qurtarmışdı, qağam... 



 

KIġI                    - (Özündən çıxır.) Arvad, boş-boşuna danışma! Sənə əlim çatmır 

 

deyə, ağzına gələni  çərənliyirsən sən. Qısası, cöngəni satdır, pulunu göndər. 



 

Sonrasına baxarıq. (Əsəbi halda telefonun düyməsini basır.) 

  

 

Kapitan Adıgözəlovu yola salıb, gəlib dayısıoğlunun telefon danıĢığına qulaq 

asan Bibioğlu maraqla baxır. 

 

BIBIOĞLU         - Hə, nə xəbər var? 



 

KIġI                     - Görmürsən, arvaddı, deyir, qonşu bildirib ki, ondan ötrü nəinki  

 

cöngə, heç toyuq da  satmaram. Xəbərdarlıq etmişdim də, girmiyeydi metroya...  



 

Ancaq heç bilmir ki,  onun acığına düşdüm metroya. Yoxsa metroda mənim nə 

 

azarım vardı. Zalım balasılnın ayağı eşşək ayağı imiş, donuz ayağı imiş. 



 

Qabağıma çıxmasaydı, o sözləri mənə deməsəydi, dünyasında metroya girəsi 

 

deyildim ee... Onun acığına getdim ora... Ağzı nədi, gülə-gülə satacaq cöngəni, 



 

pulunu da göndərəcək. Burda  yatıb qalası deyiləm ki! Gedib onların payını 

 

vermək mənə borc olsun. 



 

BIBIOĞLU         - Dayıoğlu, heç bildin kapitan Adıgözəlov məni kənara çəkib nə 

 

deyirdi?  Dedi ki, bu  əlli manatı ver ona, səsi kəsilsin. Bir daha  aləmə car çəkib 



 

qışqırmasın ki, kapitan  Adıgözəlov mənim qozumu yeyib.  (Pulu uzadır.) Sən 

 

cəmi iki şirvan istəyirdin, bu kişi öz ayağı ilə gəlib  gör neçə şirvan verir ki, daha 



 

səsin çıxmasın. Götür pulu. Bir dərdinə-sərinə verərsən. 



 

KIġI                     - (Tərs-tərs Bibioğluna baxır.) Kapitan Adıgözəlovun pulunu sən 

 

niyə gətirirsən? Özü  ölmüşdü  məgər? Yanımdaykən niyə üzü gəlib vermədi? Işə 



 

bax ha... Mənim  qozumu   sən yemisıən ki, pulunu da sən verəsən? Necə  

 

 

 



 

 

 



14 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə