Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

 

almısan,  eləcə də qaytar ver özünə. Indi deyəsən quyruğu  qapı arasında qalıb. 

 

Arvad evə buraxmır onu. (İstehza ilə gülümsünür.) Mənə iki dənə yüzlük dollar 



 

təklif edir ki, onu arvadla barışdırım. Ay sən öləsən! Gör nə günə qalmısan, 

 

alçaq. Qozumu yeməyəydin, yemişdin,  pulunu ödəyəydin. Yoxsa   



bu 

 

həngamələrin heç biri baş verməyəcəkdi.  



 

BIBIOĞLU         - Ay dayıoğlu, əl çək bu tərsliyindən. İndi hər nədi olub-olub. Götür 

 

bu pulu da. Kişi  gec də olsa ödəyib borcunu, özü də on qatından da çox. 



 

Kənddən də yəqin ki, bu gün – sabah pul gəlib çıxar. Borcunu ver, canını qurtar. 

 

Adamın başına iş gələr də. Daha bunu uzada-uzada durmağın nə mənası var?  



 

TIBB BACISI    -  (Gəlir.) Qapıları bağlayırıq. Xəstə yanına gələnlər palatanı tərk 

 

etsinlər.  



 

BIBIOĞLU         -  Di yaxşı, daha mən getdim. Rahat yat, hər şey yaxşı olacaq. 

 

Amma tərsliyindən əl  çək. Tez-bazar burdan çıxmaq lazımdı.  



 

KIġI                     -  Get, get. Sənlik burda bir iş yoxdu. Hər halda bu məsələni mən 

 

belə qoymayacağam.   A kişi, polisə bax, qozumu yeyir, pulumu vermək əvəzinə 



 

oğluna məni döydürtdürür.  

 

Yox. Bu işi belə qoymaq olmaz. Mən yazacağam, lap yuxarılara yazacağam. Belə 



 

dəhşət olar? Bir kişinin qozunu yesinlər, üstəlik də onu döyüb balnisiyalıx 

 

etsinlər... 



 

Hər halda haqq var, ədalət var. Bu işi belə qoysam, qəbirdə də dinclik tapa 

 

bilmərəm. Mənə də mən deyərlər. 



 

 

QaranlıqlaĢır.  



Qaranlıqda təyyarə uğultusu eĢidilir. Təcili yardım miqalkası  səhnəyə təcili 

yardım sirenası ilə  həyəcan  əhvalı yayır.  

 

 



 

 

 



 

 

 

 

                               SƏ KKIZINCI   FRAQMENT  

 

 

 

 

 

 

 



IĢıqlaĢır. Yenə həmin palata.  

Tibb bacısı çarpayının bir kənarında oturub dizi üstə qoyduğu kağızlara yazır. 

KiĢi qoltuq ağacına söykənə-söykənə, bir qolu sarıqda, sinəsindən asılmıĢ 

halda diqtə edir. 

 

KIġI                     - Hörmətli cənab nazir... (Tibb  bacısına.) Yazdınmı?.. cənab 

 

nazir... bütün bunları   nəzərə alaraq, rica edirəm ki, rica edirəm ki, kapitan 



 

Adıgözəlov yediyi mənim qozumun  pulunu... qozumun pulunu və... və... bu  

 

 

 



 

 

 



 

                                                         15 




 

 

pulu ödəmədiyi üçün oğlu tərəfindıən döyülərək xəstəxanaya düşdüyümə görə...   gəl 



bunları heç yazmayaq... beyin silkələnməm olub, qolum sınıb, ayaq   sümüyüm 

çatlayıb... yox, bunları yazsaq yazığa qarşı iş qaldıra bilərlər... poz,   buraları 

poz...davam et... maddi və mənəvi təzminat kimi heç olmasa ... satıb  

xəstəxana 

məsrəflərinə ödədiyim cöngənin pulunu versin. Başqa 

 

heç bir şikayətim olmayacaq. Əks təqdirdə... əks təqdirdə... mən hüquqlarımın 



 

bərpa olunması üçün Kofe  müəllimə, yəni Bı Mı Tı-nın baş katibinə... 



 

TIBB BACISI    - Ay dayı, Kofe müəllimi çıxartdıqları haçandı, dünyadan xəbəriniz 

 

yoxdu siziin... İndi  başqa müəllimdi orda... 



 

KIġI                     - Yaz... o başqa müəllimə  müraciət etməli olacağam. Yazdınmı? 

 

İndi bunu bir paketə qoy,  göndər cənab nazirə, qoy o da bilsin ki, onun polisləri  



 

nələrlə məşğuldular, adamın  qozunu yeyirlər, pulunu vermək istəmirlər. 



 

TIBB BACISI    - (Ayağa qalxır.) Narahat olmayın, heç paketə-zada qoymaq lazım 

deyil, bu dəqiqə faksla  göndərirəm gedir. Bir dəqiqəyə nazirin stolunun üstündə olacaq 

 

bütün yazdıqlarınız.  Pulunu xərclərinizin üstə əlavə edərik.  



 

KIġI                     - O Fakıs kimdi, ay qızım, heç olmasa etibarlı adamdımı? 

 

TIBB BACISI    -  (Gülməkdən özünü saxlaya bilmir.) Ay dayı, faks adam deyil, 

 

teleqraf kimi bir şeydi.   Necə yazmısınız, eləcə də orda çıxır. 



 

KIġI                     -  Elə isə, di tez ol, göndər getsin. 

          



Tibb bacısı gedir. 

 

(Öz-özünə.)  Hə, cənab kapitan Adıgözəlov, indi mən sənə göstərərəm 

 

görək özgəsinin  qozunu yemək və pulunu verməmək, üstəlik də qozu yeyilən 



 

adamı oğlu tərəfindən döydürülmək nə deməkdir. (Məmnun halda gəzişmək 



istəyir. Pəncərə önündə dayanıb xəstəxana həyətinə girib-çıxan təcili yardım 

maşınlarının sirenasına qulaq verir.) 

 

 

 

 

  

 

 

DOQQUZU NCU   FRAQMENT  

 

 

Birdən təcili yardım sirenasını sürətlə yaxınlaĢan polis maĢını sirenası əvəz 

edir. KiĢi nə isə hiss edibmiĢ kimi  təĢviĢlə baxır.  

 

KAPITAN ADIGÖZƏLOV   - (Elə bu an hay-küylə içəri girir.) Hə, demək mənim 

 

nazirimə də yazdın,  sənin qozunu necə yeməyimi?! A kişi, sən nə utanmaz 



 

adasanmış. Verdim də pulunu.  Beş qat, on qat artıqlamasıyla. Ödədim də! Daha 

 

nə istəyirsən bəs? 



 

 

 

 

 

 

16 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə