Qoz əhvalati a. Quliyevin eyniadlı hekayəsi əsasında


KIġI                     - Yazdım, əcəb elədim. Pulumu verməsən lap Bı Mı Tı –ya da    yazacağam



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix12.10.2018
ölçüsü0,91 Mb.
#73127
1   2   3   4   5   6   7   8

KIġI                     - Yazdım, əcəb elədim. Pulumu verməsən lap Bı Mı Tı –ya da 

 

yazacağam. 



 

KAPITAN ADIGÖZƏLOV   - Demək, mənimlə prinsipə girmisən. Pulunu verirlər, 

 

ancaq götürmək  istəmirsən. Şəxsən mənim özümün verməyimi tələb edirsən. 



 

İndi ki, belə oldu, verməyəcəyəm! A kişi, sənin xaraban yoxdu? Nə veribsən, ala 

 

bilmirsən? Çıx get də kəndinə! Yıxılıb bura ki, beyni silkələnib guya, qolu-qıçı 



 

sınıb, qırılıb. Ay sən öləsən!... İndi ki  belədi, deyirəm sənə, oğlumu əzib 

 

şil-küt eləmisən. Vəhşinin biri! O incə-mincə uşaq idi. Get gör nə hala salmısan 



 

yazığı.  

 

Bu vaxta qədər mən abırıma salıb dinmirdim, şikayət etmirdim. İndi ki, belə 



 

oldu... gözlə özünü. Ya sənə verən Allah, ya mənə verən... (Əsəbi halda çıxıb 



 

gedir.) 

 

TIBB BACISI    -  (Əlində iri bir şpris gəlir.) Uzanın, iynənizin vaxtı keçir. 

 

KIġI                     - Of... yenə o zəhrimar?.. (Dinməzcə yerinə uzanır.) 

 

Tibb bacısı onun yanına iynə vurur.  



KiĢi ağrıdan uguldayır.  

 

TIBB BACISI    -  (İynənin yerini ovxalayaraq.) Bir az dözün, ağrı indi ötüb keçəcək. 



 

KIġI                     - Ah, haçan qurtaracağam bu ağrı-acılardan?.. Nə oldu, cənab nazir 

 

cavab vermədi?  Deyirdin bəs bütün yazdıqlarım bir dəqiqə sonra onun stolunun 



 

üstə olacaq.  



 

TIBB BACISI    -  Hələ ki , bir cavab yoxdu. (Gedir.) 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 

 

 

 

ONU NCU  FRAQMENT  

 

 

MÜSTƏNTIQ    - (Daxil olur.) Hə, vətəndaş, məsələ yavaş-yavaş aydın olur. 

 

KIġI                     - (Sevincək.) Deyirəm də, hər halda dünyada haqq-ədalət var. 

 

MÜSTƏNTIQ    - Bəs necə?.. Cinayət yerdə qala bilməz. Deməli, siz  kapitan 

 

Adıgözəlovun oğlunu döyüb  yalandan gəlib özünüzü yıxmısınız bura ki, guya o 



 

döyüb sizi, sümüklərinizi qırıb, nə bilim, daha nə edib... Mən sizin sənədləriniz 

 

tanış oldum. Orda elə bir ciddi xəta qeyd edilməyib, ancaq kapitan Adıgözəlovun 



 

oğluna ekspert həkimlərin verdiyi arayışa görə... (Qovluqdan bir kağız çıxardıb 



 

oxuyur.) arayışa görə... siz onun iki qabırğasını qırmısınız, beyin sümüyünü 

 

qırmısınız, elə vurmusunuz  ki, yazığı, beş litrə qədər... (Duruxur.) yox, bu yəqin 



 

səhv düşüb, üç olsun, üç litrə qədər qan itirib, bir gözü, bir qulağı, bir burnu  

 

 

 



 

 

 



17 


 

zədələnib. 

 

Bütün bunları əldə əsas tutaraq məhkəmə cinayət Məcəlləsilə sizi təqsirli hesab 



 

edib və sizə qarşı qəti həbs cəza tədbiri tətbiq olunması məsələsini irəli sürüb, 

 

lakin hal-hazırda xəstəxanada yatdığınızı nəzərə alaraq bunu siz burdan 



 

çıxdıqdan sonra həyata keçirtməyi qərara alıb. Vəssalam, şüt tamam. Belə-belə 

 

işlər, vətəndaş Atakişiyev Balakişi Qarakişi oğlu... 



 

KIġI                     - Nə?! Siz nə danışırsınız? Qozumu yeyənlər qıraqda qalacaq, 

 

türməyə mən gedəcəyəm? 



 

Heç belə iş olar? 

 

Tibb bacısı kiçik padnosda dərman gətirir.  

 

MÜSTƏNTIQ    - (Tibb bacısına.) Mən gedirəm.  Bu xəstəni xüsusi nəzarətdə saxlayın. 

 

Qaçıb - eləməsin.  Məhkəmə ona həbs qəti imkan tədbiri görüb. Əks təqdirdə 



 

cavabdeh sizin xəstəxananız  olacaqdır.  (Grdir.) 



 

TIBB BACISI    -  Görürsüz, siz bizim başımıza nə oyunlar gətirirsiniz?.. İndi gərək 

 

mən sizin  yanınızdan  ayrılmayım ki, qaçıb - eləməyəsiniz. 



 

MÜSTƏNTIQ    -  (Qayıdıb gəlir.) Narahat olmayın, sizin işinizi indi mən 

 

yüngülləşdirəcəyəm. Tez mənə   bir kəndir tapıb gətirin. 



 

TIBB BACISI    -   (Təəccüblə.) Kəndir? 

 

MÜSTƏNTIQ    -   Hə, hə, kəndir. Bu kişinin əl-qolunu sarıqlamaq lazımdı. Sizə də 

 

etibar eləyə bilmirəm. Qadın xeylağının ürəyi yumşaq olur,  kişi sizə dil tökər, 



 

pəncərədən də varsa onu qaşırdarsınız. 

 

Tibb bacısı dinməzcə gedir. 

 

KIġI                     -  (Sarsılmış halda.) Ay müstəntiq, siz nə danışırsınız, bu ayaqla, 

 

bu qol-qıçla mən hara   qaça bilərəm ki? Bir də ki, mən nə üşün qaçmalıyam 



 

axı? Mən onların qozunu  yeməmişəm ki, onlar yeyib mənim qozumu. Məni necə 

 

həbs edə bilərlər? Mən... mən... respublika  prokuroruna yazacağam, nədi onun 



 

adı, heyf ki, adını bilmirəm. Bu işdə mənim günahım yoxdu, vallah, mənim 

 

günahım yoxdu. 



 

Tibb bacısı kəndir tapıb gətirir. KiĢinin əl-qolunu bağlayaraq özünü də 

çarpayıya sarıqlamaqda  müstəntiqə kömək edir.  

 

 

 (Daha bərkdən.) Siz necə insanlarsınız? Deyirəm, bu işdə mənim günahım 

 

yoxdu,  heç kim inanmır. Qozumu yeyənlər öz keyfindədir, amma görün mənim 



 

başıma  nə oyunlar gətirirsiniz. Yox, yox, mən dünyasında bu haqsızlığı yerdə 

 

qoya bilmərəm. 



 

MÜSTƏNTIQ    -  Hə, nə istəyirsiniz edin, hara istəyirsiniz yazın – indi söz azadlığıdır.  

 

 



 

 

 



 

18 


 

Mən isə daha arxayınca gedə bilərəm. (Üst-başını səliqəyə salıb gedir.) 



 

KIġI                     -  Mən yazacağam, mütləq yazacağam, lap o Bı Mı Tı –ya qədəp. 

 

TIBB BACISI      - (Əsəbi.)  Ee, siz nə təhər adamsınız? İndi nəyinizisə yeyiblər deyə 

 

aləmi çaxnaşdırırsınız.   Durub burdan BMT-yə yazacaqsınız ki, qozumu yeyiblər? 



 

Heç utanmırsınız, a kişi? 

 

O Amerikadakıları da rahat oturmağa qoymayacaqsınız? Sizin kimiləridi də, 



 

dövlətimizi hər yerdə hörmətdən salanlar. Xalqın o boyda Qarabağ dərdi var, 

 

buna bir əlac qıla bilmirlər. Bu da deyir qozumu yeyiblər, qozumu yeyiblər... 



 

KIġI                     - (Hirsindən özünü güclə saxlayır.) Eh, qız uşağısan, indi mən sənə 

 

nə deyim? Əgər sənin  bir şeyini yesəydilər, vallahi, dünyanı dağıdardın. 



 

Dövlətin, xalqın qeyrıətini çəkən olub mənim üçün. Sən mənim halıma yan. 

 

Qozumu yedilər, pulumu da vermədilər, üstəlik özümü də döyüb xəstəxanaya 



 

saldılar. Müstəntiq də gəlib həbs hökmü oxuyur. Əl-qolumu da çarpayıya 

 

sarıqlayır ki, birdən qaçıb – eləyərəm. Sən də gündə bir qəbz yazıb gətirirsən - 



 

borcun bu qədər, borcun bu qədər... Cöngəni də satdırdım, o da ödəmir. Bəs 

 

sonra nə olacaq? 



 

TIBB BACISI    -  Ee, mən nə bilim nə olacaq. Yaşlı kişisən, ağlını itirməyəydin. 

 

(Gedir.)  

 

 

 

 

ON BIRINCI    FRAQMENT  

 

 

BIBIOĞLU         - (Gəlir.) Eh, dayıoğlu... işləri yaman qarışdırmısan... (Kişini 

 

çarpayıya sarıqlanmış  halda görüncə böyük bir heyrətlə.) Bay... bu nədi belə? 

 

Kim sarıqlayıb səni bura? 



 

KIġI                     - Müstəntiqin hoqqasıdı. Mənə həbs hökmü oxuyub. Özümü də 

 

bura sarıqlayıb ki,  birdən qaçıb çıxaram aradan.  



 

BIBIOĞLU         - Yox, bunların işi lap ağ oldu... Böyük cinayətkarları heç belə 

 

sarıqlamırlar. (Kəndiri   açmağa çlalışır.)   



   

KIġI                     - Toxunma. Bunu da bir bəhanə edəcəklər. Görək axırı nə olur?  

 

BIBIOĞLU         - Nə olasıdı ki? Sözümə qulaq asmadın, sənə yüz dəfə dedim ki, 

 

getmə bu işin dalınca.   İndi müstəntiq məni qapıda görüb heç bilirsən nə dedi? 



 

(Müstəntiqi yamsılayırmış  kimi.) “Kapitan Adıgözəlovun ekspertdən aldığı rəyi 

 

məhkəməyə ötürməliyəm. Amma bir neçə gün gözləyə bilərəm.” Bilirsən də, bu 



 

nə deməkdir. 



 

KIġI                     - (Fikrə gedir.) Beş-on dənə qoyunum var. Yəni deyirsən onları da 

 

satdırıb bu müstəntiqin ağzını yumaq?  



   

 

 



 

19 


BIBIOĞLU         - Başqa çarəmiz yoxdu. Iş məhkəməyə getsə, iki o qədər qoyun 

 

lazım olacaq. 



 

KIġI                     - (Az qalır ulasın.) Ufff... bu nə bəla idi düşdüm, Allah?.. Qonşuya 

 

rast gəldiyim   günə, metroya girdiyim günə daş düşəydi, daş, qara bir daş...  



 

 

Tibb bacısı  əlində yenə telefon gəlir.  

 

 

 



 

 (Telefonu qulağına tutub əsəbi halda, bərkdən.)  Əlooo! Nə olub? 



 

ARVAD                - Mən soruşmalıyam səndən, nə təhəri oldu? Canını qurtara bildin? 

 

Görüm qıçın sınaydı  sənin, metroya girdiyin yerdə, qatarın altına düşəydin... 



 

KIġI                     - Ay arvad, bayquş kimi ulama. Vəziyyət gərgindi. Belə getsə, 

 

xəstəxanadan çıxan   kimi tutacaqlar məni. 



 

ARVAD                - Nə? Nə dedin? Başa düşə bilmirəm, sən orda nə qələtlər eləmisən 

 

ki, əl çəkmək  istəmirlər səndən. 



 

KIġI                     -  Heç bir qələt-zad eləməmişəm. Sadəcə, axmaq bir işə 

 

düşmüşəm. Pul lazımdı.  Qoyunları da satdır. 



 

ARVAD                - Nə?.. a kişi, sən nə danışırsan? Bəs qoyunları sənin üçün ehsanlıq 

 

saxlamamışdıq?   Sabah yıxılıb ölsən bəs üstündə nə kəsəcəyik? Bəlkə deyirsən 



 

üstündə heç ehsan-zad  verməyək? El içində rüsvay, zəlil olaq? Adamlar 

 

gəlsinlər ehsan yeməyə, biz də deyək ki, üzr istəyirik, ehsan verə bilmirik, ona 



 

görə ki, rəhmətlik kişi ehsanlıq qoyunları satdırıb puluna Bakıda veyillənib, 

 

metroda  gəzib keyf eləyib özüyçün... 



 

KIġI                     - (Elə hirslənir ki, bağlandığı qatlama çarpayı ilə  ayağa qalxır.) 

 

Tfuuu, sənin zatına lənət!!  Mən nə  haydayam, bu nə hayda, nə hayda! Arvaddı 



 

ki, arvad. Elə bilir pulları havaya sovurmaqdan ötrü ürəyim gedir. Sən 

 

görmürsənmi ki, cöngəni, qoyunları ədalət yolunda qurban verirəm. Eyibi yox, 



 

təzə cöngə də almaq olar, qoyun-quzu da almaq olar. Ancaq haqq-ədalətin 

 

bərpası, təntənəsi hələm-hələm ələ düşən deyil. Heç məni də təzədən tapmaq 



 

olmaz. 


 

Bibioğlu onu sakitləĢdirir, yerinə uzadır. 

Səhnə qaranlıqlaĢır. 

Yenə təcili-yardım maĢınının sirenası, miqalkası. 

 

KIġININ SƏSI   - Görəsən indi  hansı yazığın qozunu yeyib özünü də döyüblər? 

 

Qardaş, sən də möhkəm    dayan, sən də bir yandan giriş. Biz bu qanmazlara 



 

qandırmalıyıq ki, azad, müstəqil  dövlət qurmuşuqsa, belə dövlətdə heç kim heç  

 

 

 



 

 

 



20 


 

 

kimə təcavüz etməli deyil, heç kim heç kimin qozunu yeməli deyil. Eşidirsıənmi 



 

məni, qardaş? Möhkəm dayan!.. 

 

Sirena uzaqlaĢır, lap uzaqlardan eĢidilir. Lakin miqalka səhnəni iĢıqlandırıb-

söndürməkdə davam edir.  

  

   



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

ON IKINCI  FRAQMENT  

 

 



 

 

 



 

 

  



 

KiĢi yenə  Tibb bacısına nə isə diqtə edir.  

Bibioğlu KiĢi ilə nə barədəsə mübahisə aparır.  

Müstəntiq KiĢini sorğu-suala tutur.  

KiĢi telefonda danıĢır. Hərdən  əsəbi halda əl-qol atır, kiməsə nəsə baĢa 

salmağa çalıĢır. 

Bütün cəhdləri sanki boĢa gedir, ufuldayıb çarpayıya çökür, baĢını əllərilə 

tutaraq oturub qalır. 

Bütün bu lal səhnəni KiĢinin səsi müĢaiət edir. 

 

 

KIġININ SƏSI      -Bakı bahalı şəhər imiş. Pul çatdıra bılmırəm. Cöngənin pulu, 

 

qoyunların pulu haqqın  qələbəsi üçün kifayət etmir. Ona-buna zəng edirəm, 



 

ağız açıram, bopcuna pul əldə etmək istəyirəm. Pul yoxdur. Olanlar da vermək 

 

istəmirlər. Elə bilirlər ki,  öz keyfim üçün istəyirəm. Daha  yazıqlar bilmırlər ki,  



 

Bı-Mı-Tı-dan tutmuş respublıka prokurorluğuna qədər müraciət edirəm, 

 

yalvarıram, yaxarıram, günahsız olduğumu sübuta  çalışıram. Bir faydası yoxdur. 



 

Elə bil dənizə daş atırsan, cavab verən yoxdu, halımı başa düşən yoxdu ki, 

 

yoxdu. 


 

Kim bilir, bəlkə də lənətə gəlmiş  bu tibb bacısının  faksıdı, maksıdı düz işkləmir, 

 

heç yana heç nə gedib çıxmır. Bəlkə də o məni aldadıb dolayıb. Yoxsa hər 



 

halda insan taleyinə cavabdeh bu vəzifəli adamlar bu qədər laqeydlik 

 

göstərməzdilər. Kim bilir... 



 

QaranlıqlaĢır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                        21 


 

 

 

 

 

 

 

 

 

ON ÜÇÜ NCÜ   FRAQMENT  

 

 



Xəstəxana çarpayısı  həbsxana çarpayısı ilə əvəz olunur.  

KiĢi çarpayıda oturub əlində bir neçə qoz atıb-tutur. 

 

 

KIġI                     - (Yarım sərsəm halda.)  Ay qozum, qozum, gözəl, şəkər qozum, 

 

yağlı qozum, dadlı qozum,  səni yedilər, yedilər səni, yedilər, pulunu da 



 

vermədilər... pulunu vermədilər, məni döydülər, döydülər məni, söydülər, sonra 

 

da bura atdılar... İndi nə edək, nə edək, ay gözəl,  şəkər qozum, yağlı 



 

qozum,dadlı qozum... (Sərxoş kimi gəzişir.) Səsimə səs verən yox... cöngə də 

 

getdi, qoyunlar da getdi, pullar da getdi. Oğlumun toyuna cöngə lazımdı, öləndə 



 

ehsanıma qoyun lazımdı. Ay qozum, qozum mənim... 



 

SƏS                      - Müttəhim Atakişiyev Balakişi Qarakişi oğlu, ziyarətçiniz var. 

 

KiĢi təəccüblə səsə qulaq asır. 



Elə bu an  kapitan Adıgözəlovun arvadı və oğlu kamerada görünür.  

Qulağına musiqi səsi gəlir. Bu həmin musiqidir ki, kapitan Adıgözəlovun 

qapısına gedərkən içəridə səslənirdi. 

KiĢi duruxub qalıb. Sanki özünü yenə kapitan Adıgözəlovun qapısı ağzında 

hiss edir. 

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI – Qardaş,bağışla bizi. Mənə hər şey aydın oldu. 

 

Sənin günahın  yoxmuş. Lənətə ğəlmiş ərim edibmiş hər işi. Doğrudan da sənin 



 

qozunu yeyib pulunu verməyibmiş. Üstəlik oğlum da səni döyüb şil-küt edib. 

 

Bağışla, bağışla sən Allah bizi. Qovdum onu evdən. Əvvəl-axır baş verməliydi bu 



 

iş bir gün.  

 

Oğluma da, görürsən ki, heç nə olmayıb. Yalandan gedib ekspertdən rəy alıb ki, 



 

guya sən onu döyüb qol-qabırğasını qırmısan. Ərizəmizi geri götürmüşük. Bu 

 

gün-sabah səni azad edəcəklər. Çıxıb gedərsən evinizə. 



 

KAPITAN ADIGÖZƏLOVUN OĞLU – Ancaq bizi bağışla, dayı. Sonradan başa düşdüm 

 

ki,   səndə heç  bir təqsir yox imiş.  Mən də özümdən çıxdım, qızışdım, bir-iki 



 

dənə ilişdirdim sənə. Xəstəxanaya düşdün. Eşitmişik hamısını. Evində nə varsa 

 

satdırıb xərcini ödəmisən. Buyuyr. (Bir zərf uzadır.) 



 

Sənə dəymiş bütün maddi ziyan bizlikdi. Mənəvi ziyana görə isə dönə-dönə üzr 

 

istəyirik. (Dönə-dönəbaş əyir.) 



 

 

 

 

 

 

22 


KiĢi özünü itirmiĢ halda çaĢqın-çaĢqın baxa-baxa qalıb.  

 

KAPITAN ADIGÖZƏLOVUN ARVADI – (Təbəssümlə.) Amma öz aramızdı, əla 

 

qozunuz varmış ha... 



 

Ərim smenşikin adına götürdüyü qozları heç kimə verməyib evə gətirmişdi. 

 

Özümüzü saxlaya bilməyib yedik o qozları. Çox dadlı qozlar imiş. Nə olar, o 



 

qozlardan bir on kilo gətir bacına. Bu da pulu, bəri başdan verirəm. Artıqlaması 

 

ilə. Ünvanı da ki, daha özün bilirsən. 



 

KiĢi yenə çaĢqın-çaĢqın baxır. Gördüklərinə, eĢitdiklərinə inana bilmir. Sanki 

bilə bilmir yuxu görür, ya onu  qara basır. 

Yenə təyyarə uğultusu. BaĢını səsə doğru qaldırır. Uğultu get-gedə yaxınlaĢır. 

Bir də görür ki, kamerada özündən baĢqa heç kim yoxdur. Əlindəki pul zərfi 

də yoxa çıxıb. Təəccübindən  çiyinlərini çəkir. 

Təyyarə sanki lap onun baĢı üstündən keçir. 

 

 



KIġI                     - (Qeyri-adi bir tərzdə əllərini təyyarənin ardınca uzadaraq.) Hara 

 

uçur bu adamlar görəsən   belə?.. (Qışqırır.) Ehe-he-heeey! Hara uçsanız, hansı 



 

şəhərə getsəniz də, metroya minməyin ha!.. Məni eşidirsinizmi? Metroya 

 

minməyin ha! Metroya minməyin! Metroya minməyin! Metroya 



 

minməyin...  

 

KiĢinin səsi əks-səda verir. 

UzaqlaĢan təyyarənin səsi  elə bil göy gurultusuna çevrilir. Külək səsi, yağıĢ 

səsi tədricən qaranlıqlaĢan səhnəni  bürüyür. 

Bütün səslər içində KiĢinin harayı hələ də eĢidilməkdədir: 

                    Metroya minməyin! Metroya minməyin ha!..”  

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

S O N              

 

 

 

                                                             

 

                                                                            Füzuli YAVƏR 

 

 



 

 

 



 

 

 



ser.f.yaver@mail.ru 

 

           

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə