Q?rb universiteti



Yüklə 26,9 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü26,9 Kb.
#2893
növüDərs


 

 

QƏRB UNİVERSİTETİ 



QENDER ARAŞDIRMALARI MƏRKƏZİ 

 

 



 

 

MƏDƏNİ ANTROPOLOGİYADA QENDER 



PROBLEMATİKASI 

 

 

 

 

Dərs vəsaiti 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-2005 

 



 

 

 



 

 

Bu nəşr Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu 



xeyriyyə təşkilatının verdiyi qrant məbləğindən maliyyələşdirilmişdir  

 

 

Elmi redaktor: 

F.T.Məmmədov, tarix elmləri doktoru 

Rəyçilər: 

C.T.Əhmədli, fəlsəfə elmləri doktoru 

 

A.B.Əzimov, fəlsəfə elmləri namizədi 

Ümumi redaktor: 

M.M.Əliyeva, tarix elmləri namizədi 

Tərcüməçi: 

Q.Y.Abbasova, fəlsəfə elmləri namizədi 

Komputer tərtibatı: 

S.R.Həsənova 

 

 

 

 

Mədəni antropologiyada qender problematikası.  

Dərs vəsaiti / müəl.-tərt. F.F.Fərəcova, fəlsəfə elmləri namizədi. – B., 2005, 276 s. 

 

 



Bu dərs vəsaitində qender antropologiyasının nəzəri-metodoloji, ideya konseptual, ənənəvi və 

mədəni-tarixi aspektləri açıqlanır, müxtəlif dünya sivilizasiyalarında qender münasibətlərinin inkişaf 

xüsusiyyətləri təhlil olunur. 

Məşğələlərin keçirilmə formaları – interaktiv iş üsulları  və  əyani vəsait materiallarının tətbiqi 

əsasında keçirilən mühazirə və seminarlardır.  

Dərs vəsaiti humanitar və ictimai fakültələrin tələbələri üçün nəzərdə tutulub.  



 

 

 

 

 Qərb Universiteti, Qender Araşdırmaları Mərkəzi, 



     Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2005 

 F.F.Fərəcova, fəlsəfə elmləri namizədi. 




 

 

GİRİŞ 

 

Son yüz ildə antropologiyada bir sıra, insanın öyrənilməsi ilə bağlı olan, xüsusi fənnlər 



yaranıb. Bu fənnlərin, yeni paradiqmalar və  nəzəriyyələr  əsasında inteqrasiya olunması 

müasir dövr üçün çox perspektivlidir. 

ABŞ  və Avropada mədəni antropologiyanın tədqiqat obyekti, ənənəvi olaraq, inkişaf 

etməkdə olan cəmiyyətlər olub. XIX əsrdən başlayaraq, mədəni antropologiyanın Amerika 

məktəbi (F.Boas, A.Kreber, M.Mid və s.) böyük nüfuz qazandı. Burada, ön plana 

mədəniyyətin inkişaf dinamikası, onun müxtəlif nəsillər tərəfindən təkrar istehsalı  çəkilir. 

Amerika mədəni antropologiya həddlərində «akkulturasiya metodu» (mədəniyyətin 

qarşılıqlı  təsiri və  əlaqələri prosesin nəticəsində, sosial təcrübəni bərpa edən, cəmiyyətin 

inkişafının hər bir mərhələsində onun ardıcıl  şəkildə ötürülməsini təmin edən sabit 

strukturlar kimi başa düşülən mədəni paradiqmalar dəyişilir) yarandı. 

Hal-hazırda mədəni antropologiya, tarixi inkişafın müxtəlif mərhələlərində, icmaların, 

ayrı-ayrı sosial qrupların fəaliyətinin müxtəlif sahələrini öyrənən  ən güclü tədqiqat 

sahəsidir. Qender antropologiyası XX əsrin ikinci yarısında antropoloji fənnlər 

kompleksindən ayrıldı; tədqiqat sahəsinə müasir mədəniyyətlərdə androsentrizm problemi 

və  mədəniyyətdə  və  cəmiyyətdə, elmi təhlil vasitəsi kimi, cins kateqoriyasından istifadə 

edərək, insanın tanınması problemləri daxildir. Qender antropologiyasının  əsas tədqiqat 

predmeti – təbiət və mədəniyyət aləmində qadın və kişilərin yeri və rolunun, hər bir konkret 

mədəniyyətdə bu anlayışların mahiyyətinin müəyyən edilməsidir. Antropoloji və qender 

tədqiqktlarının arasında ideyalar mübadiləsi faydalı  və perspektivlidir, çünki antropoloji 

tədqiqatlarda mədəni reallığın müxtəlifliyini, qiymətvermədə ümumiləşdirmələrə qadir 

olmaq dərəcəsini nəzərə almağa imkan verir, qender yanaşması öz növbəsində, bu 

situasiyanın, mədəni tərbiyənin «kişi» və «qadın» stereotiplərinin dəyişilməsi və yaxud 

sabitliyi baxımından öyrənilməsinə köməklik göstərir. Mədəni antropologiyada qender 

problematikası dedikdə,  ənənəvi cəmiyyətlərdə  əhalinin cins-yaş göstəricilərinə görə 

bölünməsi, cins-yaş davranışı stereotiplərinin məişət və institut səviyyələrində  təkrar 

istehsalı formaları, femininlik və maskulinlik simvolları, «kişi» və «qadın» 

submədəniyyətləri sahəsində normativ təsəvvürlər və rol gözləmələri nəzərdə tutulur. 

Dərs vəsaitində toxunulan məsələlərin aktuallığı ondan irəli gəlir ki, bunları öyrəndikcə, 

köhnə dövrlərin mahiyyəti şüurda aşılanır (buraya düşüncə stereotipləri, simvolik sistemlər, 

adət və  ənənələr, psixoloji ustanovkalar, qavrama stereotipləri və davranış modelləri 

daxildir). 

Müasir sosial və humanitar tədqiqatlarda qender antropologiyası, empirik və  nəzəri 

məlumatlara  əsaslanaraq, universal və  dəyişilməz kateqoriya kimi yox, kross-mədəni 

dəyişkənlik, daxili mədəniyyətin və xarici əlaqələrin müqayisəli təhlili mövqeyindən 

öyrənilməlidir. Bu da, öz növbəsində, problemin daha dərin və  hərtərəfli təhlili üçün bir 

zəmindir. Qender antropologiyasının üstünlüyü ondan ibarətdir ki, o, qender münasibətləri 

kontekstində sivilizasiyanın mövcudluğunun fundamental məsələlərinə cavab verir. 



 

 

Bu dərs vəsaitdə, qender antropologiyasının  əsasları, nəzəri – metodoloji və  mədəni-



tarixi kontekstləri baxımından təhlil edilir: müxtəlif dünya sivilizasiyalarında qender 

münasibətlərinin inkişafı izlənilir. 

Fikrimizcə, müəyyən maraq doğura biləcək problemlər – qadın və qender tədqiqatlarda 

qadın – antropoloqların fəaliyyətidir. (M.Mid, H.Rubin, H.Mur və s.). Məlumdur ki

qadınlar etnoqrafik tədqiqatlarda həmişə  tədqiqat obyekti olub. Ənənəvi antropologiyada 

qadın davranışı hərtərəfli təhlil edilmişdir: nigahlar, iqtisadi fəallıq, mərasimlər və s. Lakin 

məlum olmuşdur ki, qadınların antropoloji ənənədə  təmsil olunması halları empirik yox, 

ümumnəzəri, analitik səviyyədə daha zəif öyrənilmişdir. Beləliklə, qadın (feminist) 

antropologiyası daha geniş antropoloji nəzəriyyələrin təhlili zərurəti ilə toqquşmuşdur. 

Burada, qadın və kişilərin tarixi-xronoloji səpgidə  fəaliyyət xüsusiyyətlərinə diqqət 

yetirilmişdir, hər iki cinsin normativ statusu, hər bir konkret mədəniyyətdə bu anlayışların 

məzmunu müəyyən edilmişdir. 

Dərs vəsaitində dünya praktikasında, o cümlədən Azərbaycanda, qloballaşmanın qender 

aspektləri təhlil edilmişdir. 

Müəllif, mühazirə  və seminar məşğələlərini müasir metodika, fəal təlim metodları 

əsasında, əyani vasitələri cəlb etməklə keçirməyi nəzərdə tutur. 

Aydındır ki, xırda həcmli vasitədə bütün problemləri əhatə etmək çətindir. Buraya yalnız 

başlıca mövzular, məqamlar daxil edilib ki, tələbələr qender prolematikası  və  mədəni 

antropologiyanın inkişaf dinamikasını ümumi şəkildə qavrasınlar. Dərs vəsaitinin bu cür 

quruluşu, bir o qədər məntiqi dəlillərə  əsaslanmış ardıcıllığa yox, daha çox konkret 

mövzuların yığcam işıqlandırılmasına istiqamətləndirilib: bu, burada istifadə olunan 

materialı yaradıcı şəkildə tamamlamaq üçün geniş imkanların olması, o cümlədən tələbələr 

tərəfindən məsləhət görülmüş  ədəbiyyatın müstəqil işləməsi baxımından daha uğurlu 

görünür. 

Antropoloji və qender tədqiqatları arasında qarşılıqlı  nəzəri fikir mübadiləsi çox 

ibrətamiz və perspektivlidir çünki antropoloji tədqiqatlar, mədəni reallığın müxtəlif 

təzahürlərini, qiymətləndirilən ümumiləşdirmələrə  məruz qalma dərəcəsini nəzərə almağa 

imkan verir; qender yanaşması isə, öz növbəsində, bu situasiyanın, mədəni təcrübənin 

«qadın» və «kişi» stereotiplərinin sabitliyi və yaxud dəyişkənliyi baxımından 

düşünülməsinə köməklik göstərir. 



 

Yüklə 26,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə