Qrup: 197-1 Tələbə: Əzimov Elmar Sərbəst



Yüklə 43,52 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü43,52 Kb.
#81841
  1   2
menecment 2

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: İqsadiyyat Kurs: III

Qrup: 197-1

Tələbə: Əzimov Elmar Sərbəst iş No:1

Fənn: Menecment

Mövzu: Menecmentin inzibati məktəbinin əhəmiyyəti və başlıca xisusiyyətləri



Təşkilatların yaranması və idarəetmə təcrübəsi çox qədimdir. Lakin həm idarəetmə, həm də qədim təşkilatlar indikindən çox fərqli olmuşlar. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir.
Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji qazıntılardan məlum olur ki, hətta ibtidai icma dövründə yaşayan insanlar mütəşəkkil qruplarda birləşmiş və birgə fəaliyyət göstərmişlər, daha doğrusu, idarə olunmuşlar.
Qədimdə böyük təşkilatların yaranması açıq göstərir ki, onlar idarəetmə strukturuna malik olmuşlar. Babilistanın asma bağları, inklərin Maçu-Pikçu şəhəri və Misir ehramları koordinasiya edilmiş mütəşəkkil idarəetmə səyləri nəticəsində yarana bilərdilər. İllər keçdikcə, bəzi təşkilatların idarə edilməsi daha mürəkkəb, daha çətin olmuş, təşkilatlar özləri isə daha güclü və daha dayanıqlı olmuşlar. Buna misal olaraq, yüz illərlə mövcud olmuş Roma imperiyasını göstərmək olar. Sərkərdələrin rəhbərlik etdikləri Roma legionları idarəetmənin dəqiq strukturuna malik olduqları üçün, planlaşması və intizamı pis təşkil edilmiş Avropanın və Yaxın Şərqin o zamankı qüdrətli dövlətləri üzərində möhtəşəm qələbələr qazanmışlar.
Müasir idarəetmənin bütün formalarını qədim dövrün çiçəklənən təşkilatlarında görmək olar. Lakin həmin dövrdəki idarəetmənin xarakteri və strukturu ümumiyyətlə bugünkündən fərqlənirdi. Məsələn, rəhbərlər və işçilər arasında fərq daha az idi, həmçinin orta pilləli rəhbərlər daha az idi. O dövrün rəhbər işçiləri çalışırdılar ki, idarəçilik pillələrinin sayı az olsun. Onlar bütün vacib qərarları özləri qəbul edirdilər. Çox vaxt rəhbərliyi bir nəfər yerinə yetirirdi (tayfa başçısı və yaxud padşah). Əgər idarəetmənin yüksək səviyyəsində olan şəxs yaxşı lider və ya hökmdar idisə, məsələn, Makedoniyalı İskəndər, Yuli Sezar və ya Adrian kimi, onda bütün işlər də yaxşı gedirdi, hakimiyyətə Neron kimi bacarıqsız rəhbər gəldikdə isə ölkəni geriyə atırdı.
Qədim dövrlərdə elə təşkilat nümunələri olmuşdur ki, hal-hazırda bizim dövrümüzdəki təşkilatlar kimi idarə olunmuşlar. Buna ən parlaq nümunə Roma katolik kilsəsidir. Xristianlığın yaradıcıları tərəfindən müəyyən edilmiş struktur: papa, kardinal, arxiyepiskop, yepiskop və kilsə keşişi iyerarxiyası bu gün də uğurla həyata keçirilir. Həmin quruluş, bu gün mövcud olan bir çox təşkilatlardan da üstündür. Ola bilər ki, elə həmin səbəbdən Roma katolik kilsəsi uzun əsirlər boyu inkişaf etdiyi halda, ayrı-ayrı təşkilatlar və hətta xalqlar yaranıb sonradan süquta yetmişlər.
Təşkilatların tarix boyu mövcud olmalarına baxmayaraq, XX əsrə qədər heç kəs onları elmi yolla və sistemli şəkildə idarə etməyi düşünməmişdir. Qədim dövrlərdə, hakim olan insanları, təşkilatı idarə etməkdən daha çox, sərvət toplamaq və siyasi hakimiyyəti əldə saxlamaq maraqlandırmışrdır. Həm də, hər dövrün öz inkişaf xüsusiyyətləri və mülkiyyət münasibətləri müxtəlif olduqları üçün, təşkilatlara və onların idarə olunmalarına da münasibət fərqli olmuşdur.

XIX əsrin əvvələrində Robert Ouen, çox hallarda öz müəssisələrində işləmək üçün kənar adamları cəlb edirdi. O, işçilərinə rahatlıq yaradır, onların yaşayış və əmək şəraitini yaxşılaşdırır, fəhlələrin əməyini ədalətli qiymətləndirməyin yeni üsüllarını - əlavə əmək haqqının verilməsini tətbiq edir, yaxşı işləyənlərin maddi şəraitlərini yaxşılaşdırırdı. Bu reformalar öz dövrü üçün fenomenal yenilik sayılırdı və insan şəxsiyyətinə qiymət verilməsi baxımından onun rəhbər kimi rolu yüksək qiymətləndirilirdi. İnsanlar bu qeyri-adi sosial eksperimenti görmək üçün uzaqlardan Nyu-Lanarkdakı (Şotlandiya) fabrikə axışırdılar. Lakin, bu fabrikin kifayət qədər gəlirlə işləməsinə baxmayaraq, digər biznesmenlər R. Ouenin reformalarına sağlam düşüncə tərzi ilə yanaşmır və onu başa düşmürdülər.

Qərb alimləri belə hesab edirlər ki, ilk dəfə idarəetməyə elmi yanaşma 1911-ci ildən yaranmışdır. Məhz o vaxt, Frederik Uilson Teylorözünün “Elmi idarəetmənin prinsipləri” “ kitabını dərc etdirmişdir.
Elə o vaxtdan da menecment ənənəvi olaraq idarəetmə elm kimi və müstəqil fəaliyyət sahəsi kimi qəbul edilir. Əlbəttə ki, təşkilatın məqsədinə səmərəli nail olmaqdan ötrü onu sistemli şəkildə idarə etmək olar. Bu konsepsiya özünün inkişafını tarixin uzun bir mərhələsində - XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə qədər keçmişdir.
M enecmentin inkişafına əsas təkan verən qüvvə, İngiltərədə baş vermiş sənaye inqilabı olmuşdur. Amma idarəetmənin inkişafında və uğurlarında əhəmiyyətli sıçrayış ilk dəfə Amerikada yaranmışdır. XIX əsrin əvvəllərində ABŞ yeganə ölkə idi ki, orada insan özünün milləti və mənşəyi ilə bağlı problemləri unudaraq öz peşəsi üzrə iş tapa bilirdi. Öz həyat səviyyəsini yaxşılaşdırmağa çalışan milyonlarla avropalı 19-cu əsrdə Amerikaya köçmüş və orada əməksevər insanlardan ibarət nəhəng işçi qüvvəsi yaratmışdılar. ABŞ dövləti yarandığı gündən təhsil almaq istəyənləri ciddi dəstəkləmişdir. Təhsil, insanlar arasında intellektual səviyyənin yüksəlməsi, müxtəlif sahələrdə, eləcə də biznes sahəsində və idarəetmədə üstünlük yaradırdı. Maraqlıdır ki, o dövrdə biznesi tənzimləyən dövlət nəzarəti orqanı yox idi. Sərbəstlik, iş adamlarına tam imkan verirdi ki, onlar öz ticarətlərinin ilkin mərhələsində inhisarçılara çevrilsinlər. Bu və ya digər amillər iri istehsal sahələrinin meydana gəlməsinə səbəb oldu ki, bu da onların elmi yolla təkmilləşdirilməsini və yeni idarəetmə üsullarının tətbiqini tələb edirdi.
Menecmentin özünəməxsus inkişaf yolu olmuşdur. Bu, özünü aşağıdakı istiqamətlərdə və mərhələlərdə göstərmişdir:
1. Antik dövrdə “menecment”“ sözü işlənməsə də, adamları idarəetmə məharəti, yunanca, qəribə də olsa müasir mənaya zidd olan “demaqoq” sözü ilə ifadə olunmuşdur.
2. Despot sözü: a) ev sahibi, hər hansı bir şeyin sahibi olmaq, b) rəhbər, insanların şüuruna və ürəyinə təsir etmək, c) despotiya - hakimiyyət, despotizm –amansız rəhbərlik tipi, ç) pedaqogika, təlimləndirmə, təşkiletmə məharəti mənasında işlənmişdir.
3. Alman tarixçisi İ.Şaydın dediyi kimi “menecment”” sözü, italyanca - atları idarə etməyi bacarmaq”, ingiliscə isə həm idarəetmə və həm də ağıllı hərəkət etmə, uğurları tutma mənasında, sonralar isə insanları idarə etmək mənasında işlənmişdir.
4. Menecerin muzdlu işçiyə çevrilməsi, menecer funksiyasının dəyişməsi, menecerin rolunun artması. Menecer peşəkar fəaliyyətinin xüsusi mülkiyyətçi - sahibkar fəaliyyətindən ayrılması, onun kapital və istehsal üzərində nəzarəti həyata keçirməsi.
5. Menecer fəaliyyətinin funksiyalar üzrə (planlaşdırma, istehsal, satış və s.) ixtisaslaşması və ümumi koordinatorluğu. Alimlərin fikrincə, həmin meyllər əvvəlcə menecer və sahibkarlığın bir adamın əlində cəmlənməsi, sonralar isə idarəetmənin istehsaldan ayrılmasına səbəb olmuşdur.
6. Kooperativ menecmentin formalaşması, necə deyərlər, adi kapitalistin menecer-kapitalistə çevrilməsi.
7. Bürokratik aparatın, dövlət məmurlarının fəaliyyətinin güclənməsi, menecerin sosial təbəqə, sinif kimi formalaşması.
8. Menecer kapitalizminin formalaşması - “menecerlik inqilabı”“nın baş verməsi.
9. Müasir menecmentin ayrı-ayrı sahələr və istiqamətlər üzrə (strateji menecment, istehsal menecmenti, marketinq menecmenti, maliyyə menecmenti, informasiya menecmenti və s.) formalaşması.
Menecment özü də, məhsuldar qüvvələrin sənaye istehsalının inkişaf mərhələləri kimi təkamül yolu ilə (ev təsərrüfatı formasından sənaye, postsənaye mərhələsinə qədər) keçmişdir. Menecmentin inkişaf yolu aşağıdakı ardıcıllıqla getmişdir:
1. Mülkiyyət sahibi həm də işçi olmuşdur;
2. Kapital sahibi həm də menecer olmuşdur;
3. Kapital sahibi, menecer və digər işçilər müstəqil sosial təbəqə olmuş, muzdlu menecerlər yaranmağa və yayılmağa başlamışdır;
4. Menecment elminin əsasları formalaşmağa başlamışdır;
5. Marketinq menecmenti inkişaf etmiş, yeni-yeni menecment metodları yaranmışdır;
6.Menecmentdə insan amilinə geniş yer verilmiş, sosial davranış problemi kəskin halda irəli sürülmüşdür.
Menecmentin təkamülündə ayrı-ayrı məktəblərin və yanaşmaların müstəsna rolu olmuşdur.
Yuxarıda qeyd etdik ki, menecment bir elm kimi XX əsrin əvvəllərində yaranmışdır və bu tarix 1911-ci ildə sahibkar və alim olan Fredrix Teylorun “Elmi idarəetmənin prinsipləri “ adlı kitabının nəşrindən başlanır.
Lakin bu, heç də belə deyildir. Hələ eramızdan əvvəl təşkilatların mövcud olması elmə məlumdur (misal üçün, Misir piramidaları, Böyük Çin səddi və s. tikililər, idarəetmə olmadan yaradıla bilməzdilər). Həm də, idarəetmənin bir elm kimi meydana gəlməsinin kökləri, hələ XIX əsrin ortalarındakı İngiltərə sənaye inqilabına və Amerika dünya bazarına gedib çıxır.
Deməli, idarəetmə bütün tarix boyu mövcud olmuşdur. Amma onun təsiretmə xüsusiyyətləri - icra mexanizmi başqa cür olmuşdur.
Əslən fransız olan Amerikalı sahibkar və tədqiqatçı alim Anri Fayol idarəetmə barədə ilk dəfə sistemli şəkildə nəzəriyyə irəli sürmüşdür. Məhz bu səbəbdən, onu «menecmentin atası» adlandırırlar. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir:

1. Elmi idarəetmə məktəbi ( 1886–1920)

2. Klassik və ya inzibati idarəetmə məktəbi ( 1920 – 1950)

3. İnsani münasibətlər məktəbi ( 1930 – 1950)

4. Davranış qaydaları haqqında elmi məktəb

5. Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950 – indiyədək).



Elmi idarəetmədən bəhs edən müəlliflər öz tədqiqatlarını əsas etibarı ilə istehsalın idarə edilməsinə həsr edirdilər. Onlar idarəetmənin səviyyəsinin yüksəldilməsinin effektivliyi üzərində çalışırdılar. Həm Teylor, həm də F. və L. Qilbretlər, öz karyeralarına adi fəhlə kimi başlamışdılar və bu da onların baxışlarına və təşkilatın idarə edilməsi yollarının müəyyən edilməsinə öz təsirini göstərmişdi. 
İnzibati idarəetmə məktəbinin yaradıcıları isə, təşkilatın ümumilikdə idarə edilməsinin təkmilləşdirilməsi yollarını axtarırdılar. İnzibati idarəetmə məktəbinin yaradıcıları hesab edilən müəlliflər elmi idarəetmə məktəbinin nümayəndələrindən fərqli olaraq, böyük biznesdə rəhbərliyin yüksək səviyyəsində çalışmaq təcrübəsi olan adamlar idi. Bu məktəbin yaradıcısı və bəzən «menecmentin atası» hesab olunan Anri Fayol kömür çıxarma ilə məşğul olan böyük fransız kompaniyasına rəhbərlik etmişdi. Lindel Urvik İngiltərədə idarəetmə məsələləri üzrə məsləhətçi idi. A.K.Reyli ilə Ceyms D.Muni isə Alfred P.Slounun rəhbərliyi altında «Ceneral Motors» kompaniyasında işləyirdilər.
Klassik məktəbin tərəfdarları, elmi idarəetmə məktəbinin nümayəndələri kimi, idarəetmənin sosial aspektlərinə çox da qayğı göstərmirdilər. Onların işi elmi idarəetmənin metodologiyasına əsaslanmayıb, əsas etibarı ilə şəxsi müşahidələrindən yaranırdı. “Klassiklər”“ təşkilata geniş perspektiv nöqteyi - nəzərdən baxmağa səy etməklə təşkilatın ümumi xarakteristikaları və qanunauyğunluqlarını müəyyən etməyə çalışırdılar. Klassik məktəbin məqsədi idarəetmənin universal prinsiplərini yaratmaq idi. Bu, o ideyadan irəli gəlirdi ki, bu prinsiplərə əməl etmək, təşkilata müvəffəqiyyət gətirə bilər.
Bu prinsiplər iki əsas aspekti nəzərdə tuturdu. Onlardan biri təşkilatın idarə edilməsinin rasional sisteminin yaradılması idi. Biznesin əsas funksiyalarını müəyyən etməklə, nəzəriyyəçi -“klassiklər” təşkilatın kiçik bölmələrə və işçi qruplarına bölünməsinin ən yaxşı yollarını tapmağa çalışırdılar. Ənənəvi olaraq bu funksiyalar maliyyə, istehsal və marketinq hesab edilirdi. Bununla idarəetmənin əsas funksiyalarının müəyyən edilməsi sıx bağlıdır. A. Fayolun idarəetmə nəzəriyyəsinə əsas töfhəsi ondan ibarətdir ki, o, idarəetmə prinsiplərini sistemləşdirdi və bir neçə qarşılıqlı əlaqəli funksiyaları menecmentin universal funksiyaları kimi təqdim etməklə onların tətbiqinə tam proses kimi baxdı. Bu funksiyalara misal olaraq: planlaşmdırmatəşkiletməmotivləşdirmənəzarət və marketinqi göstərmək olar.
Bu məktəb ona görə klassik adlanır ki, tarix boyu yaranan bütün idarəetmə prinsipləri, funksiyaları və metodları bu məktəb tərəfindən sistemləşdirilib nizamlanmış və menecmentdə tətbiq olunmağa başlanmışdır.
Klassik idarəetmə məktəbinin cəmiyyət üçün həyata keçirdiyi başlıca yenilik, əvvəllər tətbiq olunan idarəetmə təcrübəsi əsasında yeni elmi yanaşmalar və çalarlar gətirməsidir. Bu məktəb, idarəetmə prinsiplərini, funksiyalarını, metodlarını və üslublarını müəyyən etməklə yanaşı, onların təcrübi olaraq həyata keçirilməsi (icrası) mexanizmini də hazırlamış oldu.

Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə