Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 91,35 Kb.
səhifə1/5
tarix12.05.2022
ölçüsü91,35 Kb.
#86836
  1   2   3   4   5
Əzimova Firuzə oxu təlimi metodikası 2004B ll kurs-2



Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: İbtidai təhsil

İxtisas: İbtidai sinif müəllimliyi

Qrup: 2004B

Tələbə: Əzimova Firuzə

Fənn: Oxu təliminin metodikası

Müəllim: Prof.Xalıqov Fikrət

Mövzu: Oxu təliminə verilən tələblər

Oxu təlimi nəyə deyilir?

Ana dilinin tədrisinin və ümumilikdə təhsilin əsas funksiyalarından biri oxu təlimidir. O,şagirdlərin nitqini,özünüifadə bacarığını inkişaf etdirir,söz ehtiyatını artırır.Oxu təlimi həm də anlayaraq,düzgün,sürətli və ifadəli oxu vərdişləri qazandırır,məzmunu nəqletmə,təhlil etmə,ona öz münasibətini bildirmə mətndə verilənləri əlaqələndirmə və başqa bacarıqları formalaşdırır.Oxu təlimi prosesində hərflərdən hecalar,hecalardan isə sözlər düzəldərək,ilk dəfə oxuduğumuz sözləri xatırlayırıq.Şagirdlərin təlim nəticələrini yüksəltmək üçün müvafiq strategiyalar,metod və üsullardan istifadə etmək mətnin oxusunu düzgün təşkil etmək vacibdir.

Oxuya təliminə verilən tələblər nədir?

Oxunun keyfiyyəti şagirdlərin oxu vərdişlərinə necə yiyələnmələrindən asılıdır. İstər səsli, istərsə də səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir:

1. düzgünlük;

2. şüurluluq;

3. optimal sürətlilik;

4. ifadəlilik.

Şagirdlərin oxu texnikası bu tələblər baxımından təkmilləşdirilməzsə, oxu dərsləri uşaqlara oxumağı və düşünməyi, oxumağı və hiss etməyi, oxumağı və müstəqil biliklər əldə etməyi öyrədə bilməz.

Oxunun keyfiyyətlərinin hər biri özlüyündə böyük əhəmiyyət kəsb edir və bir-biri ilə sıx əlaqədardır. Oxu vərdişləri arasındakı bu qarşılıqlı əlaqə tamamilə qanunauyğun haldır, çünki: a) oxunun sürətliliyi onun şüurluluğu ilə tənzim olunmursa, öz-özlüyündə o qədər də əhəmiyyət kəsb etmir; b) oxunun düzgünlüyü mətnin məzmununun şüurlu oxunmasına xidmət edən bir vasitədir; c) oxunun ifadəliliyi də əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarilə şüurlu mənimsənilməsinə xidmət edir; nəhayət, düzgünlük, şüurluluq, həmçinin sürətli oxu üçün əsas hesab olunur. Mənası başa düşülməyəni ifadəli oxumaq mümkün deyil. Bütün bunlarla yanaşı, başlıca məqsəd oxunun şüurluluğunu təmin etməkdir.

Yaşlı adamlardan fərqli olaraq kiçikyaşlı məktəblilərin oxu vərdişlərinə yiyələnmələrində daxili ziddiyyətlər baş verir. Belə ki, çox sürətlə oxuyan şagirdlər oxunun düzgünlüyünü gözləyə bilmir, sözləri təhrif edərək oxuyurlar. Bu zaman onlar sözün hərf tərkibinə diqqətlə baxa bilmir, onun obrazını ilk hecasına, bu və ya digər səsə, bir sözlə, ötəri əlamətlərə görə qavrayırlar. İlk oxuyan isə, əksinə, başlanğıc dövrdə yavaş-yavaş sözün hərf tərkibinə diqqətlə baxa-baxa hecalarla oxuyur. Ona görə də o, çox vaxt oxunan cümlənin, bütövlükdə mətnin mənasını tuta bilmir, oxunun şüurluluğundan ayrı düşür.

Oxu prosesində kifayət qədər sürətlilik, rəvanlıq, səlislik, düzgünlük olmazsa, ayrı-ayrı sözlərin mənası başa düşülsə də, hissələr, fikirlər arasında əlaqə dərk olunmaz, rabitəli mətnin məzmunu qaranlıq qalar.


Yüklə 91,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə