Qrup: 400 Bİosfer



Yüklə 23,23 Kb.
səhifə1/3
tarix19.04.2022
ölçüsü23,23 Kb.
#85665
  1   2   3
referat 966


Talıblı Pərviz

Qrup: 400
BİOSFER
Yer kürəsinin səthi canlılar və cansızlar arasında bölünmüşdür. Yerin cansız aləminin yaşı 5 mlrd. il, canlı aləminin yaşı isə 3 mlrd. il olaraq qəbul edilmişdir. Məhz bu səbəbdən bəzi alimlərin fikrincə, yerin cansız aləmi canlı aləminin yaranması üçün başlanğıc rolunu oynamışdır. Yer kürəsinin ,əsasən, həyatın mövcud olduğu məkanlar mühit adlanır. Mühit anlayışı özü də iki cür olur: daxilixarici mühit.

Hər bir mühit ekoloji sistemlərdən təşkil olunmuşdur. Ekosistem və ya ekoloji sistem – konkret mənada cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərən sistemdir. Həmçini ekosistemlər təbii cə antropogen olaraq fərqləndirilir Təbii ekosistem – təbiətin təkamülü nəticəsində yaranmış olan ekoloji sistemlərə deyilir. Antropogen ekosistem isə insane fəaliyyəti nəticəsində yaranmış ekoloji sistemlərdir. Ekologiya fənninin əsasını da məhz təbii ekosistemlər təşkil edir.

Yer səthində ekoloji vəziyyət heç də həmişə eyni cür olmur. Müəyyən dövrlərdə yerdəki vəziyyət böhran həddinə gəlib-çatır. Bu böhranlar ekoloji böhran adlanır.

Müasir təbiətdə baş verən böhranların bir nömrəli səbəbi insak faktoru, yəni antropogen təsirdir. Yer səthində ayrı-ayrı dövlətlərin iqtisadiyyatlarının və sənayelərinin inkişafı təbiətə bərpaolmaz zərərlər vurur ki, bunun da nəticəsində ekoloji böhranlar qlobal xarakter alır və ekosistemdə ekoloji partlayış təhlükəsi artıt.

Biosfer anlayışını elmə ilk dəfə avstriyalı alim Eduard Zyuss daxil etmişdir. Yunancadan tərcümədə “bios”- həyat, “spheria” - kürə mənasını verir. Biosfer haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yaratmışdır. Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir.

Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir.

Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.

Vernadskinin fikrincə, biosferin maddəsi mütəlif olub geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir.

  • Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir.

  • Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr (daş kömür, torf, neft, əhəng, gil, mərmər, qranit və b.) daxildir.

  • Atil (kosniy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı orqanizmlərin yaşaması üçün substrat və ya mühit sayılır.

  • Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır.

Vernadskinin fikrincə, bu maddələr biosferdə canlı orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti tərəddüd edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və biogen) maddələrdən ibarətdir.

Biosfer açıq sistemdir. Yəni o, həm daxildən, həm də xaricdən, yəni kosmosdan təsirlərə məruz qalır. Xarici təsirin əsasını günəş aktivliyi təşkil edir. Həmçinin günəş aktivliyi yerdəki maddələr dövranı üçün lazımi zəmini yaradır.

Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. Biosferə adi görünüş verən enerji kosmik mənşə daşıyır. O, Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şüasının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır. Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalanması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyişməsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisələrdən birini törədir.

Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmosfer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddələrin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur.

Təbiətdə əsas iki maddələr dövranı mövcuddur: böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran.

Böyük və ya geoloji dövranı belə baş verir. Maqmatik suxurların aşınması hesabına əmələ gələn çökmə suxurlar yer qabığının hərəkətdə olan zonasında yenidən yüksək temperatur və təzyiq zonasına daxil olurlar. Bu suxurlar orada əriyərək maqmatik suxurlar üçün yeni mənbə rolunu oynayırlar. Bu suxurlar təkrarən yerin səthinə çıxdıqda aşınma proseslərinin təsiriylə onlar təzədən çöküntü suxurlara transformasiya olunurlar. Bu halda, maddələr mübadiləsinin simvolu dairə deyil, spiralvaridir.

Təbiətdə, həmçinin suyun quru və okean arasındakı atmosfer vasitəsilə reallaşan böyük dövranı da mövcuddur.



Kiçik və ya biogeokimyəvi dövran böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində baş verir və tamamlanır. Biogeokimyəvi dövranın biosferdə həyatın mövcudluğu üçün əsas faktorlardan hesab olunur. Canlı maddələrin yaranması, müəyyən inkişaf yolu keçməsi və nəhayətində məhv olması nəticəsində biosferdə həyatın varlığı öz davamlılını qoruyub-saxlayır.Bu halda da dövranın əsas hərəkətverici qüvvəsi günəş enerjisi hesab olunur.


Yüklə 23,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə