Qrup: 400 Bİosfer



Yüklə 23,23 Kb.
səhifə3/3
tarix19.04.2022
ölçüsü23,23 Kb.
#85665
1   2   3
referat 966

Kükürdün dövranı .Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır.

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir.

Fosforun dövranı. Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sayılır. Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çöküntüləridir.

Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur (95%) .

Fosfor çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Fosforun dövranı «Quru-Dünya okeanı» sistemində gedir.

Ozon qatı yer kürəsinin mövcudluğunda də əvəzolunmaz rol oynayır. Ozon sözü yunancadan tərcümədə “kəskin iy” mənasını verir. Bu sözü ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən işlədilmişdir. 1850-ci ildən sonra ozon qatının atmosferin tərkib hissəsi olduğu sübut olundu və 1881-ci ildən başlıyaraq, ozon təbəqəsi troposferdən və strotosferdən ayrı tətqiq olunmağa başlandı.

Ozon təbəqəsi yer kürəsini əsasən günəşin yüksək temperaturundan və ultrabənövşəyi şüalarından qoruyur.

İstifadə olunmuş ədəbiyyat:

  1. Qərib Məmmədov, Mahmud Xəlilov “Ekolgiya, Ətraf mühit və İnsan”

Bakı. 2006

  1. Ekologiya dərsliyi.

  2. Wikipedia (www.wikipedia.com) – elektron eksiklopediya

Yüklə 23,23 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə