Qrup: 474 Tələbə: Hüseynzadə Səid Müəllim



Yüklə 50,16 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü50,16 Kb.
#81380
  1   2   3
iqtisadiyyat 1





Fakültə: Marketinq və Menecment

Qrup: 474

Tələbə: Hüseynzadə Səid

Müəllim: Məmmədov Anar

Fənn: İqtisadiyyata giriş

Mövzu: 1. İqtisadiyyat, onun vəzifələri və əsas problemləri.

Bakı - 2021

İqtisadiyyat, onun vəzifələri və əsas problemləri.

  1. İqtisadiyyat, onun vəzifələri

1. İqtisadiyyat nədir? Bu sualın cavabını tarixin müxtəlif inkişaf mərhələlərində yaşamış alimlər, ədəbiyyatçılar, müxtəlif iqtisadi məktəblərin nümayəndələri müxtəlif formada vermişlər. İlk tərifi elmi ədəbiyyata böyük yunan alimi Aristotel gətirmişdir. Ksenofont “Oykonomiya” yunanca “oykos-ev təsərrüfatı, nomos-qayda-qanun, təlim mənasında iqtisadiyyat sözünü izah etmişdir.

İqtisadiyyat nədir?

1. İqtisadiyyat ev təsərrüfatını idarə etmək qabiliyyətidir, qayda-qanunların məcmusudur.

2. İqtisadiyyat məhdud resurslar və artan (sonsuz) tələbatlar şəraitində istehsal etmək qabiliyyətidir.

3. İqtisadiyyat ictimai istehsalın –istehsal, bölgü, mübadilə və istehlak kimi mərhələlərini əhatə edən fəaliyyət sferasıdır.

4. İqtisadiyyat-istehsal münasibətləridir. İqtisadi maraqların reallaşdırılması üçün iqtisadi fəaliyyətdir.

5. İqtisadiyyat – axtarış və fəaliyyətin seçim üsuludur. Beləliklə, iqtisadiyyat – cəmiyyətin, iqtisadi sistemini, ictimai quruluşunu, ictimai təşkilini və onu idarə edən iqtisadi qanunları öyrənir.

İqtisadi nəzəriyyə iqtisad elminin nəzəri və metodoloji əsasını təşkil edir. Peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hər kəs iqtisadi biliklərə yiyələnməlidir. ABŞ iqtisadçısı Q.Mənkyunun qeyd etdiyi kimi sadə işçilərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “İqtisad elminin sərt qayda qanunlarına bələd almaq” həmişə yardımçı və köməkçi rolunu oynayacaqdır.

Həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdikcə, elmi-texniki yeniliklər çoxaldıqca daha mükəmməl materiallar və resurslar meydana çıxır, insanların və istehsalın tələbatları, zövqləri dəyişir. Nəticədə isə iqtisad elminin – (iqtisadi nəzəriyyənin qarşısında duran problemlər də dəyişir, yeniləşir. İqtisadiyyatın əsas vəzifəsi – insanların müxtəlif təyinatlı, tələbatlarını ödəmək üçün maddi (mənəvi) məhsullar istehsal etmək və müxtəlif təyinatlı xidmətlər göstərməkdir.

Bunun üçün isə iqtisadiyyat elə təşkil və idarə olunmalıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun.

İnsan cəmiyyəti yarandıqdan bu günə qədər insanlar həmişə bilavasitə iqtisadiyyatla üzvi surətdə bağlı olmuşdur. Din, elm, incəsənət, siyasət, səyahət, turizm və s. fəaliyyət növləri onun üzərində yaranmışdır. İqtisadiyyat keçmişdə də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin həyatına daxil olmuş və insanlar onun mahiyyətini, onu idarə edən iqtisadi qanunları dərk etməyə çalışmışlar.

İqtisadiyyat elmi məhz cəmiyyətin iqtisadi bazisini təşkil edən iqtisadi münasibətləri öyrənir. İqtisadi bazis isə insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində mühüm rol oynayan maddi nemətlər və xidmətlər istehsalının, onların bölgüsünün, mübadiləsinin və istehlakının məcmusu başa düşülür.

“İqtisadiyyat” çox mürəkkəb, çoxşaxəli, rəngarəng cəhətləri və tərəfləri, iqtisadi proses və hadisələri əks etdirən elm sahəsidir. Azərbaycanın iqtisadçı alimi Z.A.Hüseynovanın “İqtisadi nəzəriyyə” adlı struktur-məntiqi sxemlər şəklində hazırladığı dərs vəsaitində təqdim etdiyi sxem “iqtisadiyyat nədir?” sualına əyani sübutdur.


Yüklə 50,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə