Qrup halında törənən cinayətlərdə təqsirli şəxslərəd iradi və davranış pozuntularının məhkəmə psixiatrik qiymətləndirilməsi



Yüklə 17.92 Kb.
tarix17.09.2017
ölçüsü17.92 Kb.

Qrup halında törənən cinayətlərdə təqsirli şəxslərəd iradi və davranış pozuntularının məhkəmə - psixiatrik qiymətləndirilməsi

İradə - məqsədyönıü hərəkət və əməllərin icrası zamanı insanın daxili və zahiri çətinliklərini aradan qaldırmaq bacarığında özünü biruzə verən davranış və fəaliyyətini şüurlu şəkildə tənzimləməsidir.

İradə prosesi öz davranışını qoyulan məqsədə müvafiq olaraq şüurlu surətdə tənzimləməsini nəzərdə tutan insan fəaliyyətinin xüsusi formasıdır. Bu cür özünü tənzimləmə çətin həyat fəaliyyəti şəraitində çox vaxt maksimal aktivliyin göstərilməsini tələb edir. İradəyə tam müstəqil, psixikanın təcrid olunmuş sferası kimi baxmaq olmaz. Belə ki, iradi proses təfəkkür fəaliyyəti və emosional sfera ilə sıx əlaqədardır. Buna vaxtilə İ.M. Seçenov diqqət yetirmişdir. O qeyd etmişdir ki, iradə “yalnız hərəkəti idarə edən hansısa şəxssiz agent deyil. Bu ağıl və mənəvi hissin fəal tərəfidir.”

Məlum şərtiliklə bütün hərəkətverici aktlar qeyri – avtomatlaşdırılmış və iradi, yəni şüurlu, məqsədyönlü aktlara ayrılır. Bu zaman insanın fərdi həyat fəaliyyətinin ilkin mərhələlərdə iradi şərtlərin tələb etdiyi şeylərin bir çoxu zaman etibarilə dəfələrlə təkrarlanma nəticəsində məqsədyönlü fəaliyyətdən avtomatlaşdırmaya çatdırılmış şəxsi təcrübəyə, qazanılmış və möhkəmlənmiş vərdişə çevrilir. Bu zaman hərəkətə şüurlu nəzarət aradan qalxır və son nəticəyə keçir. Bu cür avtomatlaşmış hərəkətlər sistemi yerimək, danışmağı öyrəndikdə, böyüklərdə - rəqs etməyi, avtomobil sürməyi, musiqi alətində ifa etməyi öyrəndikdə yaranır.

Psixologiyada iradi hərəkətlər sadə və mürəkkəb növlərə bölünür.

Mürəkkəb iradi hərəkət bir sıra ardıcıl mərhələlərdən ibarət olan əvvəlki təfəkkür prosesinin dəyişilməsini nəzərdə tutur.

Bunlara aiddir:

-hərəkətə meylin yaranması, məqsədin dərki və onu əldə etməyə cəhd;

-məqsədin əldə olunması imkanlarının, bunun üçün mövcud vasitə, üsul, yolların dərk edilməsi;

-imkanları təsdiq və ya inkar edən motivlərin müzakirəsi;

- motivlərin mübarizəsi və onlardan daha əhəmiyyətlisinin sonuncu olaraq seçilməsi;

- qərarın qəbulu;

- qəbul edilmiş qərarın həyata keçirilməsi, qarşıya qoyulan məqsəd yolunda bəzən zahiri maneələri aradan qaldırmaqla bu məqsədə nail olma.

Bu mərhələlərdən hər hansı biri psixi pozuntu nəticəsində zərər çəkərsə, bu, insan fəaliyyətinin və onun icra etdiyi hərəkətlərin pozulmasına gətirib çıxara bilər.

Hiperbuliya – meyillərin çoxluğu və fəaliyyət istəyi ilə olan iradi aktivliyin xəstəliklə əlaqədar yüksəlməsidir. Xəstələr daim gücün artması, tükənməz enerji hiss edir, coşğun fəaliyyət göstərirlər. Lakin bu fəaliyyət produktiv olmur. Belə ki, təfəkkürün sürətlənməsi və diqqətin tez yayaınması səbəbindən insan istənilən işi həvəslə başlasa da, asanlıqla ikinci, üçüncü və i.a işə keçir və bunların heç birini sona çatdırmır. Belə şəxslər söhbətcil, hərəkətli, coşğun olur, bir yerdə qərar tuta bilmirlər. Bu zaman onlar yorulmaq bilmir və az yatırlar. Bu cür vəziyyət maniakal sindromlu müşayiət olunan müxtəlif pozuntularda müşahidə edilə bilər.

Hipobuliya – istək və meyillərin azlığı, ətalət, hətta minimal fəaliyyətin çətinliyi şəklində iradi aktivliyin xəstəliklə əlaqədar azalmasıdır. Bəzən xəstə bu və ya digər sadə hərəkətin icrası və həyata keçirilməsində seçim etməyə özünü məcbur etmək üçün xeyli səy göstərməli olur. Bu vəziyyət üçün hərəkətlərdə lənglik və təfəkkürün tempinin yabaşıması, ifadəsiz nitq, diqqətin zəifləməsi, hərəki aktivliyin azalması, ünsiyyətə həvəsin olamaması xarakterikdir. Belə klinik mənzərə müxtəlif genezli depressiv vəziyyətlər, şizofreniyanın bəzi formaları və bir sıra digər xəstəliklər üçün tipikdir.

Abuliya – iradi aktivliyin tamamilə olmamasıdır. Emosional kütlük, laqeydlik, dərin apatiya ilə müşayiət olunan bu cür vəziyyət apatik – abulik sindromu adını almışdır. Şizofreniyanın qüsur vəziyyəti üçün tipikdir. Bir sıra digər xəstəliklərdə də müşahidə edilə bilər.

İradi aktivliyin yüksəlməsi və azalması ilə yanaşı həmçinin hərəki – iradi funksiayların da təhrif olunması mövcuddur ki, bunların müxtəlif təzahürləri “katatonik sindormu” ümumi anlayışı ilə birləşdirmək qəbul edilmişdir. Katatonik sindromun daha aydın təzahürlərinə aşağıdakılar aiddir:

Katatonik oyanma – xəstəni iradəsində asılı olmayaraq, boş, məqsədsiz, mənasız hərəkət və nitq coşğunluğu, ətrafların, başın, bədənin xaotik, bəzəneyni cür təkrarlanan hərəkətləri, rabitəsiz sözlər, qışqırıqlar şəklində təzahür edir. Xəstələr əllərini yellədir, başlarının vəziyyətlərini tez –tez dəyişir, üz – gözlərini büzüşdürürlər. Bu cür mənzərə çox vaxt yataq hüdudunda müşahidə edilir. Lakin bəzi xəstələr birdən yerindən qalxıb yolu tanımadan harasa qaçmağa, ətrafdakıların üstünə hücum etməyə cəhd göstərə bilərlər. Kəskin təzahür edən hərəki oyanıqlıq daha çox şizofreniyanın katatonik formasında rast gəlinir. Bundan başqa oyanmanın təşvişli – depressiv, hallüsinator – paranoid, psixogen, histerik növləri də var.

Katatonik stupor – müxtəlif qrup əzələlərinin gərginliyi, hərəkət məhdudluğu, donub qalma, tam hərəkətsizliyə qədər tormozlanma vəziyyətidir. Kəskin olmayan hərəki məhdudluq və ləngimədən tam hərəkətsiz vəziyyətədək müxtəlif dərəcədə özünü biruzə verə bilər. Bu zaman xəstə xalatı başına salıb palatanın küncündə sallağı oturur və ya yataqda “rüşeym pozasında” – çənəni sinəyə, ətrafları bədənə sıxmış, beli bükülmüş vəziyyətdə donub qalır. Bu zaman zahiri qıcıqlandırıcılara reaksiyalar, adətən, zəifləyir, bəzən isə ümumiyyətlə olmur. Bu cür vəziyyətdə xəstələr uzun müddət qala bilərlər. Yataq hüdudunda müşahidə edilən stupor növlərindən biri də “ hava balışı” simptomudur. Bu zaman xəstə yastıq üzərindən başını azca qaldıraraq belə narahat vəziyyətdə qeyri – müəyyən vaxt qalır.

Katatonik stupordan başqa hərəkətin tormozlanmasının digər mənşəli oxşar vəziyyətləri də məlumdur. Katatonik stupora şizofreniyanın bəzi formaları üçün tipikdir. Bu zaman az və ya çox dərəcədə özünü büruzə verən stupor fonunda, əksər hallarda, aşağıda göstərilən bir sıra katatonik simptomlar müşahidə olunur.

Katatonik sindromunun əlamətləri xəstənin özü də istəmədən digər insanların hərkətlərini avtomatik təqlid etməsi, ətrafdakılardan kiminsə mimikasını , sözlərini və ya cümlələrini avtomatik təkrarlanması şəklində özünü göstərə bilər. Digər katatonik əlamət – katalepsiya və ya mumabənzər plastiklik adlanan vəziyyətdir. Xəstə kənar təsirlə onun bədən və ətraflarına verilmiş, bəzən narahat vəziyyəti kifayət qədər uzun müddət saxlayır.



Katatonik simptomlardan biri olan neqativizm zamanı xəstə ona edilən müraciətləri, tələbləri, əmrləri, hətta onun xeyrinə olsa belə, qeyri – ixtiyari yerinə yetirmir. İradi aktivliyin bu cür pozulmasının daha aydın növü səbəssiz imtina ilə yanaşı, həm də kənardan edilən istənilən təsirə müqavimətdir. Bu zaman xəstə hər şeyi əksinə edir.

Mutizm – neqativizmə yaxın olan və çox vaxt onunla eyni zamanda rast gəlinən vəziyyətdir. Mutizm ətrafdakıların nitqinin başa düşülməsi saxlanılmaqla və beyində nitq mərkəzləri pozulmadan danışıq qabiliyyətinin itirilməsində təzahür edir. Xəstə suallara cavab və reaksiya vermir. Bu cür vəziyyət qeyri – müəyyən uzun müddət davam edə bilər. Öz təşəbbüsü ilə danışmayan xəstənin verilən suala birdən çətinliklə eşidilən pıçıltı ilə cavab verməsi halları da olur. Elə hallar da məlumdur ki, güclü mutizmi olan xəstə birdən hər hansı replikaya cavab verir. Lakin bu hələ xəstənin vəziyyətdən çıxmasını göstərmir. Belə ki, xəstə bunu neqativizm səbəbindən edib sonra yenidən uzun müddət susur.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə