Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə12/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   8   9   10   11   12   13   14   15   ...   243

və   ya   üsullar   məcmusu?»     (

İ.Gventov.   Ostroumie   sxvatıvaet 

protivoreçie. «Voprosı  literaturı».  1973,  №6,  s.127

) –  sualına 

elmi   cavab   axtarır;   bu   məsələnin   izahına   dair   fikirləri 

xatırladaraq, onların bəzilərinə təshih verir. Q.Kazımov bir sıra 

təkzibedilməz faktlara söykənməklə satira və yumoru ədəbi növ, 

yaxud   janr   sayan   müəlliflərin   əksinə   olaraq   onu   bədii   prinsip 

hesab   edən   tədqiqatçıların   mövqeyini   müdafiə   edir   və   bu 

mövqeyi   yeni   mülahizələrlə   daha   da   möhkəmləndirir.   Bu 

nöqtədə Q.Kazımovun simasında ədəbiyyatşünas-nəzəriyyəçi tə-

fəkkürü və baxışı ilə dilçi-üslubiyyatçı təfəkkürü və baxışı vəhdət 

tapır. O, haqlı deyir ki, hər hansı bir hekayə, yaxud povest həm 

satirik planda, həm də qeyri-satirik – «Ciddi müstəqim şəkildə» 

yazıla   bilər.  (

Q.Ş.Kazımov. Bədii ədəbiyyatda komizm  üsulları. 

s.21

)

Deməli, bədii ədəbiyyatın ciddi qolu olduğu kimi, «qeyri-



ciddi»   qolu   da   vardır.   Məhz   bu   «qeyri-ciddi»   qol   satirik-

yumoristik ədəbiyyatdır və onun inikas üsulu gülüşün müxtəlif 

formalarıdır.

Kitabda komizmin ezopvarilik, gözlənilməzlik, uyğunsuzluq, 

fakt və hadisələrin deformasiyası, anlaşılmazlıq, anaxronizmlərlə 

ifşa   kimi   üsulları   tədqiq   edilir.   Alim   bu     üsulların   estetik 

mahiyyətini,   linqvistik   xüsusiyyətlərini   yeni   baxış   bucağından 

təhlil və şərh etməklə yanaşı, onların bədii təcrübədəki yerini və 

effektini də göstərir. Təhlil və şərhlərin aydınlığı onların elmiliyini 

təmin   edir   və   XX   əsrin   satirik   yazıçılarından,   məsələn, 

C.Məmmədquluzadənin öz felyetonlarında Ezop dilindən böyük 

sənətkarlıqla faydalanmasına dair fikirlərin doğruluğuna təminat 

verir.

Estetik


 

gülüş


 

yaratmaqda

 

deformasiyanın 



(şəkildəyişmənin),   xüsusilə   şişirtmənin   mühümlüyünü   nəzərə 

çatdıran   tədqiqatçı   monoqrafiyada   deformasiyanın   hiperbola, 

qrotesk,   fantastika   kimi   üsullarından   da   geniş   söhbət   açaraq, 

həmin üsulların B.Talıblı, Qantəmir və Mir Cəlalın hekayələrində 

necə mənalı gülüş yaratdığını aydınlaşdırır. XX əsr Azərbaycan 

nəsrində bədii gülüş yaratmağın bu üsulunun geniş yayıldığını 

izah etmək üçün həmin əsrin 60-70-ci illərində yazılmış bəzi he-

kayə və povestləri də tədqiqata cəlb edib Seyfəddin Dağlı, Salam 

37



Qədirzadə və Anarın əsərlərindəki gülüş texnikasının özünəməx-

susluğunu göstərir.

Kitabda   Seyfəddin   Dağlının   «Şakərlilər»,   Salam 

Qədirzadənin   «Aldada   bilməzsən»   kitablarına   daxil   edilən 

hekayələrin   məziyyətləri   bədii   deformasiya   üsulunun   təbiiliyi, 

şişirtmədə ölçünün – əndazənin gözlənilməsi ilə əlaqələndirilir. 

Tədqiqatçının Anar yaradıcılığı barədə fikirləri elmidir. O, doğru 

qeyd edir ki, Anarın «əsərləri ona görə yüksək estetik keyfiyyətə 

malik olur ki, o, deformasiya formalarından biri ilə kifayətlənmir, 

satirik   əsərlərində   təsvir   obyekti   birtərəfli   şişirdilmir,   həyat 

həqiqətinə uyğun olaraq, bir çox cəhətdən xarakterizə edilir və 

bu prosesdə obyektin tipik mənfi xüsusiyyətləri ilə yanaşı, müs-

bət cəhətləri, insani keyfiyyətləri də əks olunur». (

Q.Ş.Kazımov. 

Bədii ədədiyyatda komizm üsulları. s.116-117

)

Doğrudan   da,   Anar   səmimi   yazıçıdır.   Onun   həyat 



həqiqətinə   sədaqəti   yaratdığı   obrazların   təbiiliyini   şərtləndirir. 

Yazıçı   onların   uğurları   ilə   bərabər,   uğursuzluqlarını   da   təsirli 

canlandırır   və   bu   baxımdan   Q.Kazımov   «Dantenin   yubileyi» 

hekayəsinin   qəhrəmanı   Feyzulla   Kəbirlinskinin   xarakterinin   və 

portretinin   təsvirindəki   sənətkarlığı   düzgün   qiymətləndirir: 

«Onun bir aktyor kimi kütlüyü, qabiliyyətsizliyi, dolanmaq üçün 

gecə-gündüz   nə   olduğunu   bilməməsi,   ailə   çətinlikləri,   tez-tez 

düşdüyü   həqir   vəziyyətlər   komik   detallarla   təsvir   edilir.   Lakin 

müəllif onun insan olduğunu, insani keyfiyyətlərini də unutmur, 

ona görə də bizdə Feyzullaya qarşı nifrət yaranmır».

Monoqrafiyada Anarın «Molla Nəsrəddin – 66» povestinin 

gülüş texnikas, həyatdakı komizmi əks etdirmək üçün yazıçının 

faydalandığı   üsullar   kifayət   qədər   əhatəli   və   dərindən   təhlil 

olunur. Bu cəhətdən povestdəki şişirtmə və parodiyalar haqqında 

fikirlər   daha   çox   diqqəti   cəlb   edir.   Məlumdur   ki,   Anar   ictimai 

geriliyə, ibtidailiyə, bayağılığa, istedadsızlığa, savadsızlığa, köh-

nəliyə   –   bütün   əxlaqi-mənəvi   və   mədəni-siyasi   eybəcərliklərə 

qarşı   dözümsüz,   bidətçi,   vətəndaş-yazıçıdır.   Onun   bədii 

gülüşünün   əsas   hədəflərindən   biri   də   qrafomanlıq,   ştampçılıq, 

stereotiplər, trafaretlərdir ki, «Molla Nəsrəddin – 66»nın «Məlu-

mat», «Başımızın ağası», «Maraqlı tədqiqat», «Bizim müsahibə», 

«Yeni   il   planları»,   «Xəbərlər»,   «Biz   tənqid   edəndən   sonra», 

38



«Elanlar» hissələrində komik gülüş predmetinə çevrilir və yazıçı 

həmin gülüşün dadını-duzunu artırmaq üçün parodiyalardan isti-

fadə edir. Q.Kazımov yazıçının gülüş yaratmaq bacarığını (yaxud 

həyatın   özündə   təsadüf   edilən   gülünclüyü   sənətkarlıqla   əks 

etdirə bilmək qüdrətini) həmin parodiyaların təhlili əsasında üzə 

çıxarır. Bu təhlillərdə gülüş obyekti yenidən canlanır və yadda 

qalır.

«Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyası təkcə 



Qəzənfər   Kazımovun   öz   yaradıcılığının   yox,   bütünlükdə 

Azərbaycan filologiyasının XX yüzilin 80-ci illərindəki nailiyyətinin 

yaxşı bir göstəricisidir. Hələ o zaman bu kitabın həyata gəlməsini 

alqışlayan,   elmi-filoloji   və   pedaqoji   əhəmiyyətini   yüksək 

qiymətləndirən ədəbiyyatşünas-alim Xeyrulla Məmmədov yazırdı: 

«Filologiya elmləri doktoru Qəzənfər Kazımovun «Bədii ədəbiy-

yatda komizm üsulları» monoqrafiyası ədəbiyyatşünaslığın nəzəri 

problemlərinin tədqiqi, təbliği və tədrisinin arxa plana  keçdiyi, 

estetik   məsələlərin   etinasızlıq   kölgəsinə   düşüb,   təhsil 

ocaqlarımızda az qala gərəksiz bir sahəyə çevrildiyi bir vaxtda 

meydana çıxmışdır… Monoqrafiya satirik və yumoristik əsərlərin 

bədii-estetik təhlil yollarına bələdlik hasil etmək kimi xüsusi əməli 

əhəmiyyəti olan nəcib bir məqsəd izlədiyinə görə milli filologiya 

elmində,   eləcə   də   tədris-metodiki   ədəbyyatın   nəşri   sahəsində 

diqqətəlayiq bir hadisədir. Müəllifin yaradıcılıq müvəffəqiyyətini 

təmin edən səbəblərə gəldikdə bunlar… bir tərəfdən, onun bədii 

sənətin   nəzəri   məsələlərinə   bələdliyi   və   milli   professionallıq 

səviyyəsi qazanması, digər tərəfdən, damarlarında təbii ədəbiy-

yatşünaslıq   mayasının   mövcud   olması   ilə   bağlıdır.   Onun 

təhlillərində   elmi   mühakimə   və   mülahizə   ilə   yanaşı,   bədii 

təfəkkür də böyük rol oynayır: iki təfəkkür tərzinin bir nöqtədə 

birləşməsi   kitabdakı   ədəbi   təhlillərə   emosionallıq  verir,   fikrin 

dəqiq   ifadəsinə   yaxından   kömək   edir.   Dəfələrlə   oxunub   təhlil 

edilmiş çoxlu əsəri Q.Kazımovun tamamilə orijinal səpkidə araş-

dırması, hamının yaxşı bildiyi bir sıra ədəbi faktların mahiyyətin-

də   gizlənən   mənanı   açıb   aşkarlaya   bilməsinin   sirri   bundadır». 

(

X.Məmmədov.   Azərbaycan   gülüşü   haqqında   kitab.   «Ulduz» 



jurnalı. 1989, №2

)

39




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə