Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə13/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   9   10   11   12   13   14   15   16   ...   243

***

Q.Kazımovun elmi araşdırmalarının bir qismi müasir Azər-

baycan   dilinin   quruluşu:   orfoqrafiya,   orfoepiya,   leksika, 

morfologiya   və   sintaksislə   bağlıdır.   Onun   «Orfoepiyamız 

öyrənilir»,   «Bir   dərslik   haqqında»,   «-sa,   -sə   şəkilçisi,   onun 

praforma və derivatlarının qrammatik və üslubi xüsusiyyətlərinin 

tədqiqi», «Orfoqrafiya qaydalarının yeni layihəsi haqqında» mə-

qalələrində   müasir   Azərbaycan   dilinin   bir   sıra   aktual 

problemlərinə toxunulur. Bəziləri çap olunmuş dilçilik kitablarına 

resensiya, rəy, bəziləri isə «Ön söz» kimi yazılmış həmin əsər-

lərin məziyyəti ondadır ki, müəllif, haqqında söhbət açdığı kitab-

dakı   fikirləri   sadəcə   sadalamaq,   onun   konspektini   çıxarmaq, 

qısaca   şərhini   vermək   yolundan   yan   keçərək,   məsələnin 

mahiyyətinə   varmağa,   problemin   necə   həll   olunduğunu 

aydınlaşdırmağa çalışır. Belə təhlil və qiymətləndirmə üsulu ona, 

bir tərəfdən, haqqında bəhs etdiyi kitabın elmi çəkisini düzgün 

müəyyənləşdirmək, digər tərəfdən, problem haqqında öz fərdi 

mülahizələrini söyləyə bilmək imkanı yaradır.

«Bağlayıcısız tabeli mürəkkəb cümlələrin struktur-semantik 

xüsusiyyətləri»,   «Mətn   dilçiliyi   problemləri»,   «Ədəbi   dilimizin 

sintaksisinə yeni baxış», «Mətnin qurulma texnikası və semantik 

strukturu»,   «Dilimizin   bugünü»   kimi   məqalələrində   Q.Kazımov 

müasir Azərbaycan dilinin sintaksisinə dair vacib məsələlərdən 

söhbət açır. Söz birləşməsi və cümlənin daxili quruluşu, ümumi 

xassələri,   yaranma   qayda   və   üsulları,   templəri,   mətnin 

təşkilindəki   rolu,   məna   və   funksiyaları,   işlənmə   şərtləri   və 

qrammatik   səciyyələri   həmin   məqalələrdəki   təhlillərin   baş 

mövzusu, ağırlıq nöqtəsidir.

Dilçilik   elminin   çətin   şöbələrindən   olan   sintaksisin   ali 

vəzifəsi   yazıdakı   və   nitqdəki   qarmaqarışıqlıqda   gizlənmiş 

harmoniyanı   üzə   çıxarmaq,   dilin   gözəlliyini   və 

qanunauyğunluğunu aşkarlamaqdan ibarətdir. Həmin harmoniya 

və   gözəlliyi   öyrənmək   üçün   Azərbaycan   dilçiliyi   tarixində   ilk 

təşəbbüslər XIX əsrin sonları, XX yüzilin əvvəllərindən başlanmış, 

sonralar   Ə.Dəmirçizadə,   M.Şirəliyev,   M.Hüseynzadə, 

Ə.Abdullayev,   Z.Budaqova,   Y.Seyidov,   K.Vəliyev,   K.Abdullayev 

kimi   məşhur   alimlər   sintaksisin   müxtəlif   problemlərinə   dair 

40



qiymətli   tədqiqat   əsərləri   –   dissertasiya   və   monoqrafiyalar 

yazmışlar.   Uzun   müddət   ADPU-da   müasir   Azərbaycan   dilinin 

sintaksisini tədris və tədqiq edən Qəzənfər Kazımov isə özünün 

çoxillik   təcrübəsinə   əsaslanaraq,   bu   fənnə   dair   yeni   dərslik 

hazırlayıb,   keçən   əsrin   son   ilində   çap   etdirmişdir.   “Müasir 

Azərbaycan dili. Sintaksis” adlanan həmin dərslikdə (“Ünsiyyət”, 

Bakı, 2000, elmi redaktorları: prof. N.Cəfərov, dos. İ.Əhmədov) 

alim   həm   özünün   elmi   araşdırmalarının   nəticələrini,   həm   də 

sələflərinin   və   müasirlərinin   fundamental   tədqiqatlarını 

ümumiləşdirmiş,   bu  yolla   ən  yeni,  vacib   nəzəri  bilikləri  filoloq 

tələbələrə, magistrlərə, alimlərə  çatdırmışdır.

Azərbaycan   dilinin   sintaksisindən   bəhs   edən   əvvəlki 

dərsliklərdən   fərqli   olaraq,   Q.Kazımov   sintaktik   quruluşun 

təşəkkülündə   nitqin   funksional   imkanlarının   rolunu   ön   plana 

çəkmiş, bu yolla ənənəvi, tanış qrammatika problemləri, xüsusilə 

sintaktik əlaqələr, söz birləşmələri, sadə cümləni genişləndirən 

vasitələr,   mürəkkəb   cümlə,   mətn   sintaksisi   haqqında   yeni, 

orijinal fikir və mülahizələr söyləyə bilmişdir. O, ilk dəfə olaraq, 

sintaktik   vahidlərin   tərtibində   rolu   olan,   lakin   az   öyrənilmiş 

müstəqil obyektli feli birləşmələrə, mübtəda ilə xəbər arasında 

koordinativ   əlaqə   məsələsinə   münasibət   bildirmiş,   söz   birləş-

mələrinin sintaktik əlaqələr üzrə ilkin təsnifini vermişdir. Müəllif 

ilk dəfə olaraq, sabit birləşmələri iki növə ayırmış, frazeoloji və 

leksik   sabit   birləşmələri   fərqləndirmiş,   onların   özünəməxsus 

xüsusiyyətlərini aydınlaşdırmışdır.

Dərslikdə   cümlə   bəhsinə   daha   geniş   yer   ayrılmışdır.   Bu, 

təsadüfi deyil; cümlə sintaksisin əsas predmeti, baş mövzusudur. 

Şifahi   və   yazılı   nitq   zamanı   fikrin   başqasına   çatdırılmasında, 

təfəkkürün   gerçəkləşməsi   prosesində   o,   başlıca   vasitədir. 

Cümləsiz canlı ünsiyyət mümkün deyil. Cümlə ünsiyyətin odlu si-

lahı,   fikrin   parlaq   güzgüsüdür.   Xüsusi   sintaktik   vahid   kimi, 

cümlənin   özünəməxsus   semantik   əlamətləri   və   struktur 

xüsusiyyətləri vardır. Bu əlamət və xüsusiyyətlər sırasına onun 

bitmiş   fikir   ifadə   etməsi,   predikativlik,   intonasiya   və   modallıq 

xüsusiyyətləri daxildir. Q.Kazımov həmin xüsusiyyətlərin hər biri-

ni   konkret   şəkildə  şərh   etməklə   cümlənin   qrammatik   təbiətini 

aydınlaşdırır.   Belə   bir   elmi   aydınlıq   cümlə   təsnifatının   düzgün 

41



aparılmasını,   elmi   ümumiləşdirmələrin   və   hökmlərin   əsaslı 

olmasını da şərtləndirir. Müəllif Azərbaycan dilçiliyinin nəzəri və 

praktik   ənənələrinə   uyğun   olaraq,   cümləni   məntiqi-semantik 

üzvlənmə   (üzvlənən   və   üzvlənməyən   cümlələr),   məqsəd   və 

intonasiya (nəqli, sual, əmr, nida cümlələri), quruluş (sadə və 

mürəkkəb cümlələr) və modallıq (təsdiq və inkar) keyfiyyətlərinə 

əsasən təsnif edir.

Dərsliyin böyük bir hissəsi cümlənin  quruluşca  növlərinin 

izah və şərhinə həsr edilmişdir. Sintaksisə dair başqa dərsliklərdə 

olduğu   kimi,   Q.Kazımov   da   cümləni   struktur   baxımdan   əsaslı 

şərh etmək və öyrətmək üçün əvvəlcə cümlə üzvləri haqqında 

məlumat   vermiş,   onları   nitq   hissələrindən   ayıran   fərqləri 

göstərmişdir. Kitabda baş və ikinci dərəcəli üzvlərin səciyyəvi xü-

susiyyətləri, mübtəda, xəbər, tamamlıq, təyin və zərfliyin tərifi 

verilmiş,   mənaca   və   quruluşca   növləri,   ifadə   vasitələri,   onlar 

arasındakı sintaktik əlaqələr ətraflı izah olunmuşdur. 

Təhlil prosesində ismin yönlük, yerlik və çıxışlıq hallarında 

olan sözlərin cümlə üzvü kimi müəyyənləşdirilməsi, onların yer 

zərfliyi,   yoxsa   tamamlıq   olması   məsələsinə   xüsusi   diqqətlə 

yanaşan   alim   haqlı   deyir   ki,   mübahisə   törədə   bilən   “bu   cür 

üzvləri dəqiqləşdirərkən onların sintaktik-semantik funksiyasına, 

aydınlaşdırdığı   üzvə,   həmin   üzvün   nə   ilə   ifadə   olunduğuna, 

sözün leksik mənasına, məkan və ya əşya, obyekt anlayışının 

üstünlüyünə, əlavəsi varsa, əlavəsinə diqqət yetirmək lazımdır. 

İsim   bir   əlamətin,   xüsusiyyətin   yerləşdiyi   başqa   bir   obyekti 

bildirərək   əşya,   predmet   mənasını   saxlayırsa,   tamamlıq 

vəzifəsində çıxış edir; konkret predmet, əşya mənasını itirərək, 

hərəkətin yerini bildirdikdə yer zərfliyi vəzifəsində işlənir”.

Nəzəri   cəhətdən   doğru,   inandırıcı   olan   bu   tezis 

tədqiqatçının müxtəlif bədii əsərlərdən və danışıq dilindən seçdiyi 

zəngin faktlar əsasında daha da möhkəmləndirilir. 

Q.Kazımovun   “söz   sırası”   və   “cümlə   üzvlərinin   sırası” 

anlayışlarını, həmçinin cümlənin qrammatik üzvlənməsi ilə aktual 

üzvlənməsini   bir-birindən   fərqləndirməsi   əsaslı   görünür.   Söz 

sırasının iki mühüm funksiyasını – sintaktik-semantik və üslubi 

funksiyalarını   şərh   etməklə   tədqiqatçı   həm   də   cümlənin 

qrammatik   və   aktual   üzvlənməsinin   aydınlaşdırılmasına   körpü 

42



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə