Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə14/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   10   11   12   13   14   15   16   17   ...   243

salmış  olur.  O, cümlənin  mübtəda,  xəbər,  tamamlıq,  təyin  və 

zərfliyə ayrılmasını qrammatik üzvlənmə, onun tema və remaya 

(“məlum   olan”a   və   “yeni”yə)   ayrılmasını   isə   aktual   üzvlənmə 

sayır. Cümlə üzvlərinin sırasını fikrin, ideyanın aktuallaşdırılması 

ilə əlaqələndirərək, bu sıranın pozulmasını – inversiyanı tamam 

orijinal mövqedən – yeninin ifadə üsulu kimi mənalandırır. 

Sadə cümlənin növləri, cüttərkibli və təktərkibli cümlələrin 

məna və mahiyyəti, quruluş xüsusiyyətləri, xəbər və mübtəda 

əsasında   formalaşan   təktərkibli   cümlələrin   özünəməxsusluğu, 

sintaktik fərdiyyəti, qeyri-müəyyən şəxsli cümlələrin formalaşma 

üsulları, onların mürəkkəb cümlə komponenti ola bilməsi, ümumi 

şəxsli   cümlələrdə   xəbərin   müxtəlif   fel   formaları   (əmr,   xəbər, 

vacib,   arzu,   şərt   şəkilləri)   ilə   ifadə   olunması   kimi   ciddi   elmi 

məsələlər də kitabda öz aydın şərhini tapmışdır. Həmkarlarının 

çoxundan   fərqli   olaraq,   Q.Kazımov   xəbəri   üçüncü   şəxsin 

cəmində olub, quruluşuna və semantikasına görə qeyri-müəyyən 

şəxsli   cümlələrə   oxşayan   ümumi   şəxsli   cümlələrə   daha   həs-

saslıqla yanaşır. Belə həssaslıq və sintaktik duyum zahirən bir-

birinə bənzəyən müxtəlif tipli cümlələri ayırmaq, fərqləndirmək 

işində  tədqiqatçıya   kömək  edir.   O,  haqlı  olaraq   “Ürək  ağrısını 

ovmazlar”, “Qaranlıq yerə daş atmazlar” kimi nümunələri ümumi 

şəxsli cümlə hesab edir. Eyni fikri müəllifin feli xəbəri birinci və 

ikinci şəxslərin təkində və cəmində işlənən “Ovçuluğa meyl sal-

dım”,   “Gecə-gündüz   çöldə   qaldım”   tipli   cümlələr   barədə 

mülahizələrinə   də   aid   etmək   olar.   Q.Kazımov   belə   cümlələri 

cüttərkibli saymaqda haqlıdır. Kitabda şəxssiz cümlə anlayışı da 

kifayət  qədər  əsaslı izah edilir. Müəllif  doğru deyir  ki, şəxssiz 

cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Belə cümlə-

lərdə   “fikir   predmeti   həmin   predmetin   əlaməti,   hərəkəti, 

vəziyyəti ilə birgə təzahür edir... Bu cür cümlələrdə predikativlik 

yolu   ilə   hərəkət   onun   icraçısı   ilə,   əlamət   onun   daşıyıcısı   ilə 

birlikdə   ifadə   olunur”.   Q.Kazımov   xəbərinin   ifadə   vasitələrinə 

görə şəxssiz cümlənin iki növünü qeyd edir: ismi xəbərli şəxssiz 

cümlələr, feli xəbərli şəxssiz cümlələr. Kitabda bu növlərin hər 

ikisi dərindən izah edilir.

Dilçiliyə   dair   əsərlərində   alimlər   mübtəda   əsasında 

formalaşan   təktərkibli   cümlələrin,   adətən,   vahid   növünü 

43



göstərirlər: adlıq cümlə. Q.Kazımov da bu ənənəyə sadiq qalır. 

Lakin   həmkarlarından   fərqli   olaraq,   o,   adlıq   cümlə   anlayışını 

nisbətən   əhatəli   şərh   edir;   belə   cümlələrin   şəxssiz   cümlədən 

fərqini,   onların   yalnız   indiki   zamanda   olmasını,   təsdiq 

bildirməsini,   funksiya   baxımından   qruplarını,   ifadə   vasitələrini, 

müxtəsər və geniş ola bilmələrini göstərir.

Sadə   cümləni   müxtəlif   meyarlarla,   ayrı-ayrı   baxış 

bucağından   təsnif   edən   alim   bütöv   və   yarımçıq,   habelə 

üzvlənməyən cümlələrin də izahına müəyyən səhifələr ayırır. O 

da başqa tədqiqatçılar kimi üzvlənməyən cümlələrin iki növünü 

qeyd   edir:   1.   Söz-cümlələr;   2.   Vokativ   cümlələr.   Kitabda   bu 

cümlə növlərinin spesifik xüsusiyyətləri sadalanır, onları üzvlənən 

cümlədən ayıran əlamətlər qeyd olunur.

Yalnız  baş  üzvlərdən  ibarət   olan  müxtəsər   cümləni   sadə 

cümlənin   ilkin   və   ibtidai   forması   adlandıran   tədqiqatçı   onu 

genişləndirən vasitələrin tədqiqinə ayrıca diqqət yetirir. Dərsliyin 

“Sadə   cümləni   genişləndirən   vasitələr”   bölməsində   cümlənin 

həmcins və xüsusiləşmiş üzvləri haqqında bəhs edərkən o, hə-

min   üzvləri   fikri   aktuallaşdırmaq   baxımından   qiymətləndirir. 

Azərbaycan dili sintaksisinin öyrənilməsi tarixində ilk dəfə olaraq 

Q.Kazımov   cümlənin   determinant   üzvlərindən   söhbət   açır, 

xüsusiləşmələri növlərə bölür (qoşmalı xüsusiləşmələr; ara sözlü, 

bağlayıcılı   dəqiqləşdirici   xüsusiləşmiş   üzvlər),   xüsusiləşən 

əlavələrlə   dəqiqləşdirici   xüsusiləşmiş   üzvlərin   oxşar-tipoloji   cə-

hətlərini   və   fərqli   xüsusiyyətlərini   aydınlaşdırır,   qoşulma 

konstruksiyalar haqqında elmi məlumat verir. 

Dərsliyin “Mürəkkəb cümlə” bölməsi də bir sıra yenilikləri 

ilə   diqqəti   cəlb   edir.   Tabesiz   mürəkkəb   cümlələrin   tərkib 

hissələrini bir-birindən asılı olmayan, müstəqil sintaktik vahidlər 

kimi izah edən dilşünas alimlərin əksinə olaraq, Q.Kazımov yazır: 

“Asılılıq həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin tərkib 

hissələri arasında mövcuddur. Lakin asılılığın formasına, xarakte-

rinə görə tabesiz və tabeli mürəkkəb cümlələr fərqlənir. Tabesiz 

mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən bərabər şəkildə, 

eyni dərəcədə asılı olur; tabeli mürəkkəb cümlələrdə isə asılılıq 

birtərəflidir – tərkib hissələrindən biri (budaq cümlə) o birindən 

(baş cümlədən) asılı olur”. (s. 281).

44



Belə   bir   ümumi   tezisdən   sonra   tabesiz   mürəkkəb 

cümlələrin   növləri   haqqında   məlumat   verən   müəllif   tabesizlik 

bağlayıcılarının   qrammatik   semantikasını   nəzərdən   keçirərək, 

onları birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma və bölüşdürmə 

bağlayıcılarından ibarət dörd qrupa ayırmış, tərkib hissələri ara-

sındakı   məna   əlaqələrini   əsas   götürməklə   tabesiz   mürəkkəb 

cümlənin altı növünü göstərmiş və həmin cümlə növlərinin hər 

birinin səciyyəvi xüsusiyyətlərini aydıınlaşdırmışdır.  

Kitabda   tabeli   mürəkkəb   cümlə   anlayışının   şərhi,   tarixən 

onun   tabesiz   mürəkkəb   cümlənin   inkişafı   nəticəsində   əmələ 

gəlməsi, quruluşu, tərkib hissələri, onların yeri əhatəli şərh edilir. 

Baş və budaq cümlələri əlaqələndirən vasitələri xüsusi səliqə ilə 

araşdıran müəllif bağlayıcılarla bağlayıcı sözləri fərqləndirir. Mü-

əllifin fikricə, bağlayıcılar “Baş cümlə + budaq cümlə” quruluşlu 

analitik tabeli mürəkkəb cümlələrə xidmət  edir; baş cümlə ilə 

budaq   cümlə   arasında   işlənərək,   budaq   cümləni   baş   cümləyə 

bağlayır. “Budaq cümlə + baş cümlə” quruluşlu tabeli mürəkkəb 

cümlələrdə isə tərəflər bir-birinə bağlayıcı sözlərlə bağlanır. Elə 

buna   görə   Q.Kazımov   dilçilik   ədəbiyyatında   indiyə   qədər 

bağlayıcı kimi  verilən  



əgər, əgər  ki, hərçənd,  hərçənd   ki, 

madam   ki,   indi   ki,   bir   halda   ki  

sözlərini   bağlayıcı   yox, 

bağlayıcı   sözlər   hesab   edir.   Onun   apardığı   müqayisələr   və 

söykəndiyi   elmi   arqumentlər   mülahizələrinin   əsaslı   olduğuna 

inam yaradır.

Dərslikdə  budaq   cümlələrin   izahı   da   sistemli   verilir.   Elmi 

təsnifatı əvvəlcə bağlayıcı vasitələrə görə, yəni budaq cümlənin 

baş cümləyə necə bağlanmasına görə aparan alim bu cəhətdən 

tabeli   mürəkkəb   cümlənin   dörd   növünü   müəyyənləşdirir: 

asindetik, analitik, sintetik və analitik-sintetik. Bunların spesifik 

xüsusiyyətlərini göstərdikdən sonra isə o, budaq cümləni yerinə 

görə   təsnif   edir.   əvvəlcə   “baş   cümlə   +   budaq   cümlə”,   sonra 

“budaq   cümlə   +   baş   cümlə”   tipini   nəzərdən   keçirir,   nəhayət, 

mübtəda, xəbər, tamamlıq, təyin və zərflik budaq cümlələrinin 

qrammatik-sintaktik xarakteristikasını verir. Başqa tədqiqatçıların 

birtipli budaq cümlələr kimi təqdim etdiyi dərəcə, yer, kəmiyyət, 

məqsəd budaq cümlələrinin yeni tiplərini müəyyənləşdirir.

Dərsliyin   son   bölmələri   mətn   sintaksisi,   durğu   işarələri, 

45



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə