Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə15/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   11   12   13   14   15   16   17   18   ...   243

özgə   nitqi   və   onun   verilməsi   üsullarına   həsr   olunmuşdur. 

Müəllifin orijinal elmi düşüncələrinin və araşdırmalarının nəticəsi 

kimi meydana gələn həmin bölmələrdə mətnin struktur-semantik 

xüsusiyyətləri, onun daxili vahidləri, qurulma texnikası, sintaktik 

bütövlərin   quruluşu,   sərhədləri,   məna   yükü,   komponentləri, 

onların məntiqi- sintaktik əlaqə üsulları barədə aydın və bitkin 

məlumat   verilir.   Bu   məlumat   təkcə   dilçilik   –   mətn   sintaksisi 

baxımından   deyil,   ədəbiyyatşünaslıq   –   mətnin   poetikası 

baxımından da ciddi maraq doğurur və çox əhəmiyyətli görünür. 

Kitabın   sonunda   Azərbaycan   yazısında   işlənən   durğu   işarələri 

barədə   müəllifin   söylədikləri   həm   nəzəri,   həm   də   praktik 

əhəmiyyət daşıyır.

Bütün   dərslik   boyu   irəli   sürülən   elmi-nəzəri   fikir   və 

mülahizələr   Azərbaycan   klassik   və   müasir   ədəbiyyatından   – 

C.Məmmədquluzadə,   M.Ə.Sabir,   Ə.Haqverdiyev,   M.S.Ordubadi, 

S.Vurğun,   S.Rüstəm,   R.Rza,   M.İbrahimov,   İ.Əfəndiyev,   F.Kə-

rimzadə, Y.Səmədoğlu, Ə.Əylisli və b. sənətkarların bədii əsərlə-

rindən, habelə şifahi xalq ədəbiyyatından seçilmiş nümunələrlə 

sübuta yetirilir. Dərsliyin quruluşu da elmidir. Müəllifin təhlil-şərh 

mədəniyyəti,   alim-dilçi   duyumu   xoş   təsir   bağışlayır.   Hər   bir 

böyük   bölmənin   sonunda   elmi   ədəbiyyatın,   istifadə   olunmuş 

mənbələrin göstərilməsi, habelə mövzuların daxilində “Məlumat 

üçün”   bölmələrinin,   yığcam   qeydlərin   verilməsi   kitabın   elmi-

informativ çəkisini daha da çoxaldır. 

Bütün   bu   keyfiyyətlərinə   görə     dərslik   elmi-pedaqoji 

ictimaiyyət   tərəfindən     böyük   rəğbətlə   qarşılanmış   və   sürətlə 

yayılaraq, az vaxtda üç dəfə nəşr olunmuşdur. 

***


Q.Kazımovun   elmi   tədqiqat   sahələrindən   biri   də 

Azərbaycan aşıq şerinin babası sayılan  Qurbaninin poetik irsinin 

toplanması,   tədqiqi   və   təhlilidir.     O,   aşığın   əsərlərini   toplayıb 

çapa hazırlamış,  həm doğma Azərbaycan, həm də rus dillərində 

geniş ön söz və qeydlərlə çap etdirmişdir. Aşığın həyat və yara-

dıcılığına   dair   10-dan   artıq   elmi-kütləvi   məqalənin   müəllifidir: 

«Aşıq Qurbani və məzarı»,  «Diri kəndi və Qurbani»,  «Qurbani 

46



ənənələri»,   «Qurbani   sənətkarlığı»,     «Qurbani»   təxəllüsü», 

«Qurbani və Xətai»  və s. 

Aşığın   həyat   və   yaradıcılığına   dair   araşdırmalarını 

Q.Kazımov   «Qurbani   və   poetikası»   (1996)     monoqrafiyasında 

ümumiləşdirmişdir.   O,   Qurbani   sənətinin   ideya-estetik,   bədii-

fəlsəfi qaynaqları, aşığın sələfləri haqqında   söhbət açmış,   bu 

sənətin inkişaf və təkmilləşməsində   onun xidmətlərini və möv-

qeyini     müəyyənləşdirməyə   çalışmışdır.   Aşıq   sənətinin   kökləri, 

qaynaqları   barədə düşünərkən   alimin onu ən qədim çağlarla, 

qam-şaman dövrü ilə bağlaması maraqlıdır.   Doğrudan, aşığın 

tarixi çox qədim zamanlarla bağlıdır.  Bəlkə də qam, şaman, ata, 

dədə,     varsaq,   ozan   ad-titulları   aşığın   varisləridir.     Aşıq   – 

söyləyən, deyən,   tanrı sözünü yerdəkilərə – insanlara çatdıran 

baş   qamın   adıdır.     O,   əlinə   qopuz-saz   götürənə   qədər 

peyğəmbərlik funksiyasını yerinə yetirmişdir.  Sivilizasiyanın son-

rakı mərhələsində müxtəlif   türk tayfaları içərisində ata, dədə, 

varsaq, ozan adlanaraq, tamam unudulmuş, islamda  təriqətlərin 

inkişafı dövründə  yenidən meydana gəlmişdir. 

Azərbaycan folklorşünaslarının ənənəvi fikirlərinə istinadən 

Q.Kazımov   aşıq   sənətinin   ozan   sənətindən   intişarı   barədə 

konsepsiyanın   tərəfdarı   kimi   çıxış   edir:   «VIII-IX   əsrlərdən 

müxtəlif təriqətlərin meydana çıxması, xüsusən sufilik ideyaları 

ozan sənətinin yeni keyfiyyətlər qazanmasına səbəb olur… Sufi-

lərin tapındığı «vəhdəti-vücud» fəlsəfəsini  təbliğ edən və özü də 

ilahi eşq uğrunda  fədaiyə çevrilən  ozan əvvəllər yerinə yetirdiyi 

vəzifələrin   bir   çoxundan   uzaqlaşmalı   olur.   Düşdüyü   mühitdəki 

fəlsəfi-irfani axınların  təsiri nəticəsində o, güclü şəkildə  təriqət 

yolu tutaraq, ilahi eşqin  aşiqi, «haqq aşiqi»  kimi çıxış edir və bu 

vaxtdan   etibarən   də   «aşıq»   ad-titulu   altında     gəzib   dolanır».

(

Q.Kazımov. «Qurbani və poetikası», Bakı, 1996, s.14



)

Bunları   Q.Kazımov   ona   görə   xatırladır   ki,     haqq   aşığı 

Qurbaninin bədii yaradıcılığının ideya-fəlsəfi qaynaqlarını, onun 

klassik   ədəbiyyatdan   bəhrələnmə   dərəcəsini     düzgün 

müəyyənləşdirsin.     Və   çəkinmədən   demək   olar   ki,   o   öz 

məqsədinə nail ola bilir. Kitabda Qurbaninin yaradıcılığı ilə Yunis 

Əmrə,   Mola   Qasım   Şirvanlı,   Qazi   Bürhanəddin,   İmadəddin 

Nəsimi,   Cahan   şah   Həqiqi   kimi   sənətkarların   yaradıcılığı 

47



arasındakı  tipoloji səsləşmələrin səbəbləri, bu səsləşmələrin eyni 

mənbədən – təsəvvüfçülükdən mayalanması  inandırıcı faktlar və 

paralellər əsasında  sübuta yetirilir. 

Monoqrafiyada   Qurbaninin   Şah   İsmayıl   Xətai   ilə 

münasibətləri barədə daha geniş məlumat verilir. Aşıq barədə 

söylənən   rəvayətləri,   onun   əldə   olan   şeirlərini,     «Qurbani» 

dastanının   müxtəlif   variantlarını     elmi   düşüncə   süzgəcindən 

keçirən tədqiqatçı onları tarixi faktlarla  müqayisə edib, bu el sə-

nətkarının kiçik bir ömürlüyünü   meydana qoymuş, Qurbaninin 

əsərlərinin   toplanması   və   nəşri   barədə   yığcam   və   konkret 

məlumat  vermişdir.  Müəllif 1920-ci illərdən üzü bəri  bu sahədə 

xeyirxah   işlər   görmüş   Salman   Mümtaz,   Hümmət   Əlizadə, 

Əhliman Axundov, Araz Dadaşzadə kimi  alimlərin zəhmətini qə-

dirşünaslıqla   yada   salır,   özünün   nəşr   etdirdiyi   kitabın   tərtib 

prinsipləri, mətnşünaslıq işləri barədə oxucunu məlumatlandırır, 

aşığın şeirlərinin qorunub saxlandığı cünglərin  yerini nişan verir, 

həmin   cünglərdəki  əsərlərin    köçürülmə   tarixini,   nüsxə  fərqini 

göstərir   və   hansı   nüsxənin   daha   etibarlı   olması   haqda 

mülahizələr yürüdür. O, Qurbani lirikasının məzmunca təsnifini 

verir, aşığın məhəbbət, gözəllik və təbiətin tərənnümünə   həsr 

olunmuş     «Bənövşə»,   «Sevinsin»,   «Qızların»,   «Ləblərin», 

«Vermərəm səni», «Nədəndi», «Dilbər»,   «Pəri»   kimi onlarca 

qoşma   və   gəraylısını   təhlil   edərək,   obrazların     real,   həyati 

məzmun daşıdığı barədə  konsepsiyanı möhkəmləndirir.

Qurbani   yaradıcılığına   dair   tədqiqatları     Q.Kazımova 

Azərbaycan   milli   ədəbi   dilinin  

  başlanğıc   dövrünü 

müəyyənləşdirmək  üçün imkan yaradır. Bu dövrü XVIII, yaxud 

XIX   əsrə   şamil   edən   alimlərdən   fərqli   olaraq,   o,   Azərbaycan 

ədəbi dilinin XVI əsrdən milliləşmə prosesi keçirməyə başladığını 

bildirir.   Bu prosesi şərtləndirən ictimai-siyasi və   ədəbi-mədəni 

amillər     sırasına   tədqiqatçı   ilk   növbədə   vahid   dövlətin 

yaranmasını, sosial-iqtisadi  və siyasi birliyin mövcudluğunu daxil 

edir.   Doğrudan   da,   Səfəvilər   dövründə   ünsiyyət   vasitəsi   kimi 

Azərbaycan   türk   dilinin   işlənmə   dairəsi   olduqca   genişlənir. 

Xalqın, demək olar, bütün təbəqələri: kəndli və şəhərli də, ziyalı 

və əmələ də,  məmur və dövlət xadimi də, divan işçisi və tacir 

də  Azərbaycan-türk dilində danışır.

48



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə