Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə16/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   12   13   14   15   16   17   18   19   ...   243

Həmin prosesi qüvvətləndirən və sürətləndirən amillərdən 

biri də bədii ədəbiyyat, xüsusilə aşıq yaradıcılığının inkişafı olur. 

Məhz aşıq yaradıcılığı poeziyada heca vəzninin geniş yayılmasına 

qüvvətli təsir göstərir. Azərbaycan aşıqlarının babası xalq danışıq 

sözlərini   şerə   gətirməklə   bədii   üslubu   daha   da   sadələşdirir. 

Şübhəsiz,   belə   sözlər   içərisində   alınmalar,   arxaizmlər,   dia-

lektizmlər də var idi. Lakin onlar ümumişlək səciyyə daşıyır və 

Qurbani   dövründə   xalqın   əksər   təbəqələri   tərəfindən   başa 

düşülürdü.

Kitabda milliləşməni təsdiq edən xüsusi dil amili kimi leksik 

və morfoloji vahidlərin  təhlili ön plana çəkiilir. 

Diqqəti   çəkən   məsələlərdən   biri   də     budur   ki,   millilik 

Qurbani  dilinin təkcə leksik və qrammatik  qatlarında deyil, həm 

də     obrazlılıq   vasitələrində,   məcazlar   sistemində     izlənilir. 

Sözlərin   çoxmənalılığı,   ümumişlək   leksikanın   böyük   üstünlüyü, 

cinas qafiyələr, incə və zərif yumor, epitetlər, mübaliğələr, meta-

foralar,   frazeoloji   vahidlər,   atalar   sözləri   və   məsəllər,   hətta 

intonasiya, ritm,  ölçü, ahəngdarlıq kimi  xalis forma elementləri 

də   Qurbani   poeziyasının   millilik   keyfiyyətləri   kimi 

predmetləşdirilir və izah edilir. 

Bütün   bu   keyfiyyətlər   tanınmış   dilşünas   alim   Qəzənfər 

Kazımovu həm də məsuliyyətli bir folklor-aşıq şeri tədqiqatçısı 

saymağa əsas verir. Onun «Qurbani və poetikası» kitabı   XV- 

XVI   əsrlərdə   yaşamış   Azərbaycan   aşığının   –   böyük   el 

sənətkarının həyat və yaradıcılığından bəhs edən  ilk, lakin san-

ballı  bir monoqrafiyadır. O, gələcəkdə də Azərbaycan milli ədəbi 

dilinin təşəkkül dövrünü  və aşıq şerinin problemlərini  öyrənən 

tədqiqatçılar üçün istinad yeri, etibarlı elmi mənbə olacaqdır. 

***

Qəzənfər   Kazımov   elmi   fəaliyyətini   tədris-pedaqoji   işlə, 



müəllimliklə   vəhdətdə   davam   etdirən,   filoloji   fikrin   yeni 

qənaətlərini auditoriyalarda tə-    ləbələrə çatdıran yorulmaz bir 

müəllim – ziyalıdır. İki il orta məktəbdə, qırx ildən artıq ali təhsil 

ocaqlarında müəllim, dosent, professor, fakültə dekanı, kafedra 

müdiri vəzifələrində çalışan bu müdrik, təvazökar insan doğma 

49



Azərbaycan   dilinin   yalnız   tədqiqatçısı   yox,   həm   də   böyük 

təbliğatçısı və təəssübkeşidir.

Əsas ünsiyyət vasitəsi kimi ana dilinin bütün gözəlliklərini 

xalqa   duydurmaq,   sevdirmək,   onun   ictimai-siyasi   statusunu 

yüksəltmək,   bu   işi   gələcəkdə   vicdanla   yerinə   yetirəcək 

vətəndaşlar   yetişdirmək!   Onun   alim-pedaqoq   amalının   başlıca 

məzmunu   budur   və   Qəzənfər   müəllim   həmin   amala   çatmaq 

üçün, demək olar, əlindən gələni  etmişdir: mühazirə oxumuş, 

seminar aparmış, proqram tərtib etmiş, dərslik yazmış, xüsusi 

seminarlar üçün tədris vəsaiti hazırlamışdır. 

Q.Kazımovun   pedaqoji   fikir   və   mülahizələrinin   bir   qismi 

Azərbaycan   dili   fənninin   ali   məktəblərdə   tədrisi   problemi   ilə 

bağlıdır.   Alim   bu   işin   keyfiyyətinin   yüksəldilməsində   xüsusi 

seminar   məşğələlərini   əhəmiyyətli   sayır:   «Xüsusi   seminar 

məşğələləri   nəzəriyyə   ilə   praktikanın   birləşdiyi   nöqtədir.   Məş-

ğələlər   nəzəri   biliyi   dərinləşdirmək   və   möhkəmləndirmək 

məqsədi   daşıyır,   elmi-nəzəri   fikirləri   təcrübi   yolla   yoxlamağa 

imkan verir. Tələbələr bu prosesdə elmi tədqiqat üçün lazım olan 

material   və   avadanlıqla   tanış   olur,   onları   öyrənir…   Xüsusi 

seminar məşğələlərinin düzgün elmi əsaslarla, pedaqoji tələb və 

prinsiplərə uyğun şəkildə aparılması tələbələrin ayrı-ayrı konkret 

problemlərlə   əlaqədar   biliyini   artırır,   bacarıq   və   vərdişlərini, 

mühakimə   qabiliyyətini   inkişaf   etdirir,   elmi   və   ictimai-siyasi 

dünyagörüşünün  formalaşmasında   mühüm   rol   oynayır». 

(

Qəzənfər Kazımov. Dil, tarix, poeziya, 2005, s.571



)

Lakin   xüsusi   seminar   məşğələlərinin   əhəmiyyəti 

deyilənlərlə   məhdudlaşmır.   Belə   məşğələlər   həmçinin 

Azərbaycan dilinə dair biliklərin daha yaxşı mənimsənilməsi üçün 

stimul   yaradır.   Q.Kazımov   yazır:   «Seminar   məşğələləri   dilçilik 

elminin bu və ya digər sahəsinə dair mühüm bir problemin də-

rindən   və   hərtərəfli   təhlili   üzərində   qurulur.   Eyni   zamanda 

burada   əsas   məqsəd   tələbələrin   fərdi   nitq   və   mühakimə 

qabiliyyətini, onların müstəqil fikir söyləmə və tədqiqatçılıq vər-

dişlərini inkişaf etdirməkdir. Odur ki xüsusi seminarların keyfiy-

yətli və müasir tələblərə müvafiq təşkili – hazırlıqlı mütəxəssis 

kadrların yetişdirilməsi işinə ciddi köməkdir».

Hər hansı fənnin tədrisində uğurları təmin edən şərtlərdən 

50



biri   həmin   fənnin   mündəricəsini   şərh   edən   proqramdır.   Yaxşı 

tərtib   olunmuş   proqram   fənni   tədris   edən   müəllim   üçün   son 

məqsədə   aparan   işıqlı   yoldur.   Proqram   nə   qədər   əhatəli   və 

sistemli qurulsa, aid olduğu sahələrdə bir o qədər çox fayda ve-

rər. Buna görə Q.Kazımov da dilçiliyə dair proqramların tərtibinə 

vacib işlərdən biri kimi baxır. Hələ 1970-ci ildə yazdığı «Dilçilik 

proqramları»   adlı   resenziyasında   APİ-nin   Dilçilik   kafedrasında 

hazırlanmış   müxtəlif   fənn   proqramlarının   elmi   məziyyətləri   və 

çatışmazlıqları haqqında söhbət açan gənc müəllim sonralar özü 

də müəyyən proqramların hazırlanmasında ya müəllif, ya elmi 

redaktor, ya da məsləhətçi kimi yaxından iştirak edir; Pedaqoji 

İnstitutların   filologiya   fakültələri   üçün   «Azərbaycan   dilindən 

praktik məşğələlər» (1973), «Komizmin dil vasitələri və komizm 

üsulları»   (1983),   «Müasir   Azərbaycan   ədəbi   dili»   (1988)   və 

s.proqramlarını hazırlayıb çap etdirir. 1990-cı illərdə respublikada 

həyata keçirilən təhsil islahatları bir sıra yeni vəzifələr irəli sürür, 

başqa fənlərlə yanaşı, Azərbaycan dilinin də yeni məzmunu ha-

zırlanır   və  Q.Kazımov   bu   proqramın   işlənməsində   müəllif   kimi 

iştirak edir.

Q.Kazımov   orta   məktəb   və   universitetlər   üçün 

«Azərbaycan dili» dərsliklərinin hazırlanmasında ardıcıl şəkildə, 

həm  də fəal iştirak edən  pedaqoqdur.  Bu işin   mahiyyətini  və 

məsuliyyətini   dərindən   bilən   alim   yazır:   «Orta   məktəb   üçün 

dərslik tərtibi zərgər işidir. Yüzlərcə sözdən, ifadədən, cümlədən, 

çalışma formasından biri seçilir. Ən mürəkkəb qaydalar ən sadə 

misallarla   izah   edilir.   Bu   hal   müəllifdən   müdriklik   tələb   edir. 

Dionisin   verdiyi   tərif   iki   min   ildən   artıqdır   ki,   hökm   sürür, 

cümlənin müasir təriflərinin əsasında durur. Şagird üçün dərslik 

hazırlamaq   monoqrafiya   yazmaqdan   çətin   və   mürəkkəbdir». 

(

Qəzənfər Kazımov. Dil, tarix, poeziya, s.575.



)

  «Monoqrafiya   yazmaqdan   çətin   və   mürəkkəb   iş»   olan 

dərslik yazmaqdan Q.Kazımov zövq alır. O, 1977-ci ildə təlim rus 

dilində olan məktəblərin 2-ci sinfi üçün «Azərbaycan dili» dərsliyi 

hazırlamış, 1983-cü ildən ümumtəhsil məktəblərinin 7-8 sinifləri 

üçün   «Azərbaycan   dili»   dərsliyinin   həmmüəllifi   (akademik 

M.Şirəliyev və professor M.Hüseynzadə ilə) olmuşdur. 1930-cu 

illərdən məktəblilərin istifadəsində olan bu dərslik Q.Kazımovun 

51



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə