Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə17/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   13   14   15   16   17   18   19   20   ...   243

ağır zəhməti sayəsində xeyli yeniləşdirilmişdir; bütün mövzular 

və çalışmalar sistemi təzədən qurulmuş, ilk dəfə olaraq sintaktik 

təhlil   qaydaları   və   bu   qaydaların   asan   mənimsənilməsi   üçün 

sxemlər, şagirdlərin dünyagörüşünü inkişaf etdirmək məqsədilə 

Mahmud   Kaşgari   və   Mirzə   Kazım   bəyin   həyat   və   yaradıcılığı 

haqqında   qısa   məlumat,   habelə   milli   mədəniyyət   tarixinə   dair 

illüstrasiya və çalışmalar  verilmişdir.

VII-VIII siniflər üçün «Azərbaycan dili» dərsliyi XX əsrin 

90-cı illərində yeni məzmunda təzədən yazılarkən, Q.Kazımov da 

onun həmmüəllifi olmuşdur. Bu dəfə o, dərsliyi professor Yusif 

Seyidovla yazmış və kitab 1994-cü ildə «Türk dili» adı ilə çapdan 

çıxmışdır. 2002-ci ildə V-XI siniflər üçün yeni «Azərbaycan dili» 

proqramı hazırlanmış, ana dilinin tədrisinə verilən saatların miq-

darı   artırılmışdır.   Əvvəlki   illərdə   VII-VIII   siniflərdə   öyrədilən 

sintaksis mövzuları indi VIII-IX siniflərin proqramına keçirilmiş-

dir.   Buna   müvafiq   olaraq   Q.Kazımov   dosent   Faiq   Şahbazlı   ilə 

birlikdə   orta   məktəblərin   VIII-IX   sinifləri   üçün   yeni   dərslik 

hazırlamış, bu dərslik 2003-cü ildə «Təhsil» nəşriyyatında çap 

edilmişdir.

Azərbaycan dili  proqramları yenidən işləndiyi  və bir  sıra 

dəyişikliklər   edildiyi   üçün   dərslik   də   yenidən   işlənmiş   və 

proqramın tələblərinə uyğunlaşdırılmışdır.  Proqramda cüttərkibli 

və təktərkibli cümlələr, cümlə üzvlərinin xüsusiləşməsi, yaramçıq 

cümlələr,   mürəkkəb   quruluşlu   (qarışıq   tipli)   tabeli   mürəkkəb 

cümlə   mövzuları   özünə   yer   almadığından   onlar   dərslikdən   də 

çıxarılmış, sadə cümlənin növləri şəxsə görə təsnif edilmişdir. Bir 

sıra   mövzuların   yeri   dəyişdirilmiş,   «Vasitəsiz   və   vasitəli   nitq» 

«Mürəkkəb   cümlə»   mövzusundan   sonra   verilmişdir.   Rabitəli 

nitqin inkişaf etdirilməsinə diqqətlə yanaşan müəlliflər şagirdlərin 

imla, ifadə və inşa yazmağı öyrənmələri üçün maraqlı mətnlər və 

çalışmalar vermişlər.

Üslubiyyat   məsələləri   ilə   yanaşı,   şagirdlərin   üslublar 

haqqında   lazımi   məlumat   almaları   və   əməli   yazıları   öyrətmək 

məqsədilə   xüsusi   çalışmalar   tərtib   edilmişdir.   Hər   sinfə   aid 

mövzunun əvvəlində və sonunda təkrar üçün  nəzərdə tutulan 

çalışma, sual və tapşırıqlar yenidən işlənmiş, zənginləşdirilmişdir. 

Nəzəri müddəaları sübut  etmək  üçün  verilən  nümunələr   daha 

52



çox  Azərbaycan ədəbiyyatının  yeni nəslinin   –  60-cılar  adlanan 

şair   və   yazıçıların   əsərlərindən   seçilmiş,   nəticədə   müasir 

Azərbaycan dilinin sintaktik quruluşu haqqında dolğun təsəvvür 

yaradılmışdır.

2005-ci   ildə   Q.Kazımovun   orta   məktəbin   VIII   və   IX 

siniflərinin hər biri üçün «Azərbaycan dili» dərsliyi çap olunur. Bu 

dərsliklər 2003-cü ildə çapdan çıxmış «Azərbaycan dili» əsasında 

hazırlansa   da,   bir   sıra   yeni   fikir   və   mülahizələrlə 

zənginləşdirilmişdir. O, VIII sinif üçün dərsliyi dosent Faiq Şah-

bazlı ilə, IX sinif üçün dərsliyi isə tək yazmışdır. Digər dərslikləri 

kimi, bu kitabların da elmi-pedaqoji keyfiyyətləri – onların əxlaqi-

didaktik, psixoloji, fizioloji, gigiyenik tələb və prinsiplər əsasında 

hazarlanması göstərir ki, Qəzənfər Kazımov dərslik yazmaq işinə 

həmişə   son   dərəcə   məsuliyyətlə   yanaşan,   onun   qayğı   və 

problemləri ilə yaşayan böyük alim-pedaqoqdur. Belə yaşantı bu 

gün də onun içindən boylanıb yeni yaradıcılıq üfüqlərinə çağırır…

***

Bütün bunlar aydın şəkildə göstərir ki, zəngin elmi-filoloji 



irsi   olan   professor   Qəzənfər   Kazımov   Azərbaycan   dilçiliyi 

tarixində   mühüm   və   şərəfli   yer   tutan   görkəmli   alimdir,   Onun 

çoxcildlik   «Seçilmiş   əsərləri»nə   daxil   olan   monoqrafik 

tədqiqatları, dərslik, dərs vəsaiti, məqalə, resenziya və rəylərinin 

bir qismi dünən (XX əsrdə), bir qismi bu gün (XXI əsrdə) qələmə 

alınmışdır.     Lakin   bütövlükdə   bu   əsərlərin   əksəriyyəti   gələcək 

soraqlıdır. Məhz bu keyfiyyət yüz illər bundan sonra da onların 

həm dilçilik tarixinin faktı, hadisəsi,   həm də yeni tədqiqatların 

metodoloji özülü, istinad yeri kimi yaşayacağına ümid verir.

Zaman ƏSGƏRLİ,

filologiya elmləri doktoru.

Mart, 2008

53



I  HİSSƏ

Ə.HAQVERDİYEVİN DRAMATURGİYA 

DİLİ

(«Dağılan tifaq» pyesi əsasında)

Elmi redaktoru: 

Prof.Ə.M.DƏMİRÇİZADƏ

«Ə.Haqverdiyevin   dram   əsərləri 

çoxdur.   Demokrat   yazıçı,   yaradıcılığının 

əvvəlindən   dildə   xəlqilik   prinsiplərinə 

əsaslanmış və axıra qədər bu prinsiplərə 

sadiq qalmışdır. Ona görə də milli  ədəbi 

dilimizin möhkəm zəmin üzərində düzgün 

xətt   ilə   inkişaf   etdirilməsi   və 

zənginləşdirilməsi   sahəsində   ədibin 

xidmətlərini   aydın   təsəvvür   etmək,   bədii 

dilinin və üslubunun bir sıra fərdi cəhətləri 

ilə tanış olmaq üçün konkret bir əsərin - 

"Dağılan   tifaq"ın   leksik,   üslubi-semantik, 

frazeoloji   və   üslubi   qrammatik   təhlili   ilə 

kifayətlənmişik.   "Dağılan   tifaq"   dərin 

mənalı   və   qüdrətli   ictimai   bir   dram" 

(M.Rəfili)   olub,   təkcə   Ə.Haqverdiyev 

yaradıcılığında   deyil,   ümumiyyətlə, 

Azərbaycan   ədəbiyyatında   ən   yaxşı   əsər-

lərdəndir».

«Yazıçı və dil» kitabından, s.3

54



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə