Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə2/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   ...   243

il   rayonda   işlədikdən   sonra   1962-ci   ildə   Bakıya   qayıdıb 

Azərbaycan   dilçiliyi   ixtisası   üzrə   V.İ.Lenin   adına   APİ-nin 

aspiranturasına   qəbul   olunur.   Görkəmli   türkoloq,   professor 

Ə.Dəmirçizadənin rəhbərliyi ilə «Ə.Haqverdiyevin dramaturgiya 

dili   («Dağılan   tifaq»   pyesi   əsasında)»   mövzusunda   namizədlik 

dissertasiyası üzərində işləməyə başlayır.



 

Beləliklə, Qəzənfər müəllimin həyatının elmi-tədqiqatçılıq 

dövrü başlanır. O, «Dağılan tifaq»ın Peterburq çapı ilə (1899) 

Bakı  nəşrləri  (1926,   1935  və  s.)  arasında   müqayisələr   aparır, 

onların   fərqli   cəhətlərini   müəyyənləşdirir,   yazıçının   arxivini 

gözdən keçirir. «Müxtəlif qeydlər dəftəri»ni oxuyub ədibin pe-

daqoji fəaliyyətinə, Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətində 

dil, tarix və etnoqrafiya şöbəsinə rəhbərliyi dövründə akademik 

N.Y.   Marr,   məşhur   türkoloqlardan   N.İ.Aşmarin,   İ.İ.Meşşaninov 

və başqaları ilə elmi əməkdaşlığına dair yeni faktlar üzə çıxarır.

Gənc   tədqiqatçı   elmi   axtarışlarının   nəticələri   əsasında 

«Ə.Haqverdiyev və ədəbi dilimiz» adlı ilk geniş məqaləsini yazır. 

Arxiv sənədləri   əsasında yazılmış bu   məqaləsində o, görkəmli 

yazıçının ədəbi dil haqqında fikirlərini araşdırır, ədibin mövcud 

türkoloji   fikirlər   barədə   kifayət   qədər   əhatəli   elmi   məlumata 

malik   olduğunu   müəyyənləşdirir.   Aspirantlıq   dövründə   onun 

yazdığı başqa məqaləsində isə Ə.Haqverdiyevin dramaturgiya dili 

tədqiq   olunur.   «Dağılan   tifaq»   pyesinin   leksik   xüsusiyyətləri, 

özəlliklə   oradakı   polisemantik   frazeoloji   vahidlərin,   məhəlli   və 

arxaik sözlərin işlənmə məqamları, semantik incəlikləri və bədii 

funksiyası aydınlaşdırılır. 

Q.Kazımovun «Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan 

tifaq»   pyesinin   frazeologiyası»   məqaləsi   yazıçının   əsərindəki 

sabit   söz   birləşmələrinin   dilçilik   təhlilinə   həsr   olunmuşdur. 

Məlumdur   ki,   dramaturgiyada   canlı   danışıq   dilinə   üstünlük 

verildiyi üçün frazeoloji vahidlərin üslubi imkanları genişdir.  Fikri 

emosional, yığcam və obrazlı ifadə etmək, surətlərin xarakterini 

incəliklərinə qədər səciyyələndirmək üçün xalq deyimlərinin çox 

mühüm əhəmiyyəti var. Q.Kazımovun dediyi kimi, bədii əsərdə 

canlı   xalq   dilinə   məxsus   ifadələrdən   istifadə   «həyati   bir 

zərurətdir».

7



Məhz   həmin   zərurətə   görə   Ə.Haqverdiyev   başqa 

əsərlərində   olduğu   kimi,   «Dağılan   tifaq»   faciəsində   zəngin 

frazeoloji   materialdan   istifadə   etmişdir.   Q.Kazımov   onların 

hamısını   elmi   tədqiqata   cəlb   edərək,   məna   növlərini 

müəyyənləşdirmiş, işlənmə səbəblərini və yerinə görə semantik 

calarlarını   aydınlaşdırmışdır.   Əslində,   «Dağılan   tifaq»ın 

frazeologiyasının araşdırılması tədqiqatçıya yazıçının fərdi üslu-

bunu, onun  sənətkarlıq məziyyətlərini müəyyənləşdirmək üçün 

lazım olmuşdur. Bundan ötrü o, məsələnin xalis dilçilik tərəfini 

ön plana gətirərək, əsərdəki sinonim, omonim və antonim fraze-

oloji   vahidlərin     quruluşu,   tərkibi,   yaranma   üsulları,   işlənmə 

yerləri haqqında elmi məlumat verib, pyesin dilindəki frazeoloji 

vahidlərin   xalq   danışıq   dilindən   gəldiyini   və   əsərin   bədii 

keyfiyyətini yüksəldən amillərdən olduğunu əsaslandırmışdır.

Q.Kazımov   «Dağılan   tifaq»   faciəsinin   leksik 

xüsusiyyətləri,   frazeologiyası   və   üslubu   ilə   bağlı   tədqiqatlarını 

«Ə.Haqverdiyevin   dramaturgiya   dili»   mövzusunda   namizədlik 

dissertasiyasında   ümumiləşdirmişdir.   O,   əsərini   1967-ci   ildə 

V.İ.Lenin   adına   Azərbaycan   Dövlət   Pedaqoji   İnstitutunda 

«Ədəbiyyat   və   dilçilik»   ixtisası   üzrə   İxtisaslaşdırılmış   Şurada 

müdafiə   edərək,   filologiya   elmləri   namizədi   alimlik   dərəcəsi 

almış,   sonralar   bu   dissertasiyanın   mətnini   monoqrafiya   kimi 

hazırlayıb, «Yazıçı və dil» kitabında çap etdirmişdir.

İlk   məqalələrindəki   fikir   və   mülahizələri   daha   da 

cilalayan,   dəqiqləşdirən   müəllif   kitabda   Ə.Haqverdiyevi 

Azərbaycan milli ədəbi dilinin inkişafı və sabitləşməsi dövrünün 

ən   görkəmli   nümayəndəsi   kimi   təqdim   edir.   Ə.Haqverdiyevin 

yaşadığı dövr, məlum olduğu kimi, Azərbaycanın sosial-mədəni 

həyatının bütün sahələrində milli dirçəliş, ictimai tərəqqi dövrü 

kimi   səciyyələndirilir.   Ölkədə   maarifçilik   hərəkatının,   siyasi 

azadlıq   uğrunda   ideya   mübarizələrinin   geniş   vüsət   alması 

dövlətə,   dinə,   dilə,   millətə,   elmə   və   mədəniyyətə   baxışların 

müxtəlif formalarını - polifonizmini meydana gətirir. Q.Kazımov 

bu   polifonizmi   dövrün   hakim   metodoloji   prinsiplərinə   uyğun 

olaraq, «ziddiyyət və toqquşmalar» kimi mənalandırır və Ə.Haq-

verdiyevi demokratik cəbhədə dayanan, «ədəbi dili milli zəmin 

8



üzərində möhkəmləndirmək, sabitləşdirmək xətti yeridən» yazıçı 

kimi qiymətləndirir.

 «Ə.Haqverdiyev və ədəbi dil» mövzusu ilə bağlı tədqiqat 

obyektinin   çox   geniş   olduğunu   nəzərə   alan   müəllif   öz 

mülahizələrini və nəzəri-filoloji qənaətlərini əsaslandırmaq üçün 

yazıçının konkret bir əsərinin – «Dağılan tifaq» faciəsinin dilini 

predmetləşdirir.   Mövzuya   belə   yanaşma   üsulu   bir   qədər   lokal 

görünsə də, Q.Kazımovun araşdırmalarına məhdudluq gətirmir. 

Əksinə, tədqiqatçı bir əsərin timsalında problemin dərin qatlarına 

enərək,   məzkur   pyesin   leksik,   üslubi,   semantik   və   frazeoloji 

xüsusiyyətlərinin əhatəli tədqiqinə nail olur. O, ədəbi dilin nəzəri 

problemlərinə   Ə.Haqverdiyevin   münasibəti,   xüsusilə,   XX   əsrin 

20-ci   illərində   elmi-ictimai   və   mədəni-siyasi   mühitdə   qızğın 

müzakirə   və   mübahisə   predmetinə   çevrilmiş   dil   məsələlərinin 

həllində   konstruktiv   fikirlərlə   iştirakı,   əməli   fəaliyyəti   – 

ölkəşünaslıq   cəmiyyətində   türkoloji   yarımbölməyə   rəhbərliyi, 

tarix-etnoqrafiya bölməsinə sədrliyi, N. Aşmarin, V.Tomaşevski, 

Y.Baybakov, V.İvanov, V.Sısoyev, V.Ryumin və başqa görkəmli 

alimlərlə yaxın əlaqə və əməkdaşlığına dair ətraflı elmi məlumat 

verməkdən başqa, yazıçının ədəbi dil və mətbuat dili haqqında 

mülahizələrinin təhlilinə də geniş yer ayırır.

Əsərin «Yazıçı duyğusu və dilçi əməliyyatı» adlanan ikinci 

fəsli   Q.Kazımovun   ağır   tədqiqatçı   zəhmətinin,   Sizif   əməyinin 

məhsuludur.   Bu   fəsildə   o,   təkcə   istedadlı   dilçi   yox,   həm   də 

mətnlə   işləməyin   ciddi   məsuliyyətini   dərk   edən,   bu   işin 

əzablarına böyük sevgi ilə qatlaşan və söz sənətinin incəliklərini 

duyan həssas bir mətnşünas-alim kimi görünür. Xüsusilə «Ayın 

şahidliyi»   hekayəsinin   və   «Dağılan   tifaq»   faciəsinin   müxtəlif 

nəşrlərini   tutuşdurmaqla   onların   nüsxə   fərqlərinin 

müəyyənləşdirilməsi müəllifin tədqiqatçı ciddiliyindən xəbər verir. 

Şivə sözlərinin bədii mətndən çıxarılaraq ədəbi dil vahidləri ilə 

əvəzlənməsi, söz sırasının sintaktik normalara uyğunlaşdırılması, 

əvəzetmələr,   əlavələr,   ixtisarlarla   bağlı   Q.Kazımovun   üzə 

çıxardığı   zəngin   faktlar   Ə.Haqverdiyevin   öz   əsərlərinin   dili 

üzərində   necə   işlədiyini,   bütövlükdə   onun   sənətkar   qayğılarını 

göz önünə gətirən elmi təfərrüatlardır.

9



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə