Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə22/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   18   19   20   21   22   23   24   25   ...   243

Müəllifin üslubu, hadisələri gözü ilə görürmüş kimi təsvir 

etməsi,   yeri   gəldikcə   hadisələrə   şəxsi   münasibətini   bildirməsi 

göstərir   ki,   o,   kitabələr   haqqında   mənbələrə   yaxşı   bələd 

olmuşdur.

Ə.Haqverdiyev qeyd edir ki, Rusiya Elmlər Akademiyası bu 

abidələrlə gec maraqlandı, lakin az vaxtda daha çox iş gördü: 

«Rusiya   Elmlər   Akademiyası   kitabələrlə   yalnız   1889-cu   ildə 

maraqlandı.   N.M.Yadrinsevin   ekspedisiyası,   Stralenberq 

tərəfindən   müəyyən   edilmiş   kitabələrdən   əlavə,   daha   qiymətli 

abidələr aşkara çıxardı». O. N.M.Yadrinsevin tapdığı yazılı daş 

sütunların   təsvirini   verir,   bu   ikidilli   abidələrdəki   çin   yazılarının 

urqili müəllim tərəfindən oxunduğunu qeyd edir. Ə.Haqverdiyev 

kitabələrin   tədqiqi   və   öyrənilməsi   sahəsində   akademik 

V.V.Radlovun xidmətlərini yüksək qiymətləndirir.

Ə.Haqverdiyevin   kitabələrə   dərin   marağını   göstərən 

faktlardan biri də budur ki, o, bu yazıların oxunmasını böyük bir 

xoşbəxtlik sayır və əlavə edir ki, «bu xoşbəxtlik Orxon yazılarını 

1892-ci   ildə   oxumuş   Kopenhagen   türkoloqu   Tomsenə   nəsib 

oldu».   Ədib   kitabələrin   məzmunu   və   tarixi   haqqında   yığcam 

məlumat verir, yazıları Bilgə xanın ölümünə qədərki türk xalqının 

tarixi hesab edir.

Ə.Haqverdiyev   türk   dillərinin   qədim   abidələri   haqqında 

məqalə yazmaq məqsədini qarşıya qoymamışdı. O, bu məqaləni 

yeni əlifbanın – latın əlifbasının altı illiyi münasibətilə yazmışdır. 

Bu,   sərlövhənin   altındakı   «Yeni   türk   əlifbasının   altı   illiyi 

münasibətilə»   sözlərindən   də   aydın   olur.   Bununla   belə,   əlifba 

tarixindən bəhs edərkən, türk runik yazıları haqqında ötəri, lakin 

səhih   məlumat   verməsi   və   bir   az   əvvəl   qeyd   etdiyimiz   kimi, 

abidələrdən misallar gətirməsi, tərcümə və şərhləri türk dillərinin 

formalaşma   və   inkişaf   tarixinə,   onun   qədim   yazılı   abidələrinə 

Ə.Haqverdiyevin müəyyən dərəcə bələd olduğunu, bu sahədəki 

mövcud ədəbiyyatla ədibin yaxından tanışlığını aydındaşdırmaq 

üçün kifayətdir.

Ə.Haqverdiyev dram sənətində və başqa sahələrdə olduğu 

kimi, ərəb əlifbasına qarşı mübarizədə də M.F.Axundovun işini 

сящ. 144.

65



ləyaqətlə   davam   etdirmişdir.   Onun   qeydlər   dəftərində   rast 

gəldiyimiz  

«…ərəb   əlifbası,   Mirzə   Mülküm   xan,   Mirzə   Fətəli 

Axundov, latın əlifbası…»

  sözlərindən və yaxud: «

ərəb əlifbası, 

ərəbi   və   türki   sövtlər,   dilin   xüsusiyyətləri

»   kimi   qeydlərdən 

məlum olur ki, o, ərəb əlifbasının nöqsanlarını və bu əlifbaya 

qarşı mübarizə tarixini çox yaxşı bilmiş, onun yeni əlifba ilə əvəz 

edilməsi   uğrunda   mübarizəyə   kömək   etmişdir.   Fərhad 

Ağazadənin   Azərbaycanda   yeni   əlifba   tərəfdarları   –   latınçılar 

adından yazdığı aşağıdakı sözlər təsadüfi deyildir:

«

Yoldaş Əbdürrəhim bəy



Bu gün otuz ildir ki, Azərbaycan türklərinin səhnəsində çalı-

şırsınız.   Ustadi-möhtərəmin   olan   Mirzə   Fətəli   Axundovun 

səhnəmizdə   tərbiyələndirib   meydana   gətirdiyi   şagirdlərinin   ən 

böyüyü Sizsiniz – desək, yanılmamışıq zənnindəyik. Mirzə Fətəli 

Axundov  birinci  teatr   əsərini  yazarkən əlifbamızın   nöqsanlarını 

düşündü. Arzu edərdik ki, ustadi-möhtərəmin müqəddəs amalını 

qövlən və felən intişar etməkdə mürşidinizdən geridə qalmayıb, 

səhnəçilik fəaliyyətinizdə daha da müstəqim, daha da ciddiyyətlə 

çalışasınız, əfəndim.

Latınçılar komisyonunun sədri: 

Fərhad Ağazadə.

28 fevral 1922-ci il»

14

Ə.Haqverdiyev ərəb əlifbası haqqında fikirlərini «Böyük is-



lahat», «Mirzə Fətəli və ərəb  əlifbası» və başqa məqalələrində 

şərh etmişdir. O, «Böyük islahat» məqaləsində göstərir ki, ərəb 

əlifbası türk xalqlarının boyuna anadangəlmə biçili olmamışdır, 

hələ   ərəblərdən   çox-çox   qabaqlar   «türk   xalqlarının   qədim 

mədəniyyəti olduğu kimi, xüsusi əlifbaları da olmuşdur». Ədib 

türk   runik   əlifbası   haqqında   məlumat   verdikdən   sonra   uyğur 

əlifbası   və   onun   formalaşması   tarixindən   danışır,   bu   əlifbanın 

«hətta Teymurilərə qədər təntənəli hallarda, fərmanların dilində, 

xanların   müraciətnamələrində   işləndiyini»   və   hər   iki   əlifbanın 

ərəb əlifbası tərəfindən sıradan çıxarıldığını qeyd edir.

Hələ əvvəllər də bir sıra türk xalqları özləri üçün ərəb əlif-

basından fərqli əlifbalar əldə etmək təşəbbüsündə olmuşlar və 

buna görə də türk dillərində elə mətnlər vardır ki, onlar latın 

(Codex   comanicus),   yunan   (Türkiyədə   bəzi   türkcə   kitablar), 

14

 

 



.: 

 



 

 



.  108/1803.

Бах Азярб ССР ЕА ялйазмалары фонду инв №

66



bolqar və s. əlifbaları ilə yazılmışdır. Ə.Haqverdiyevin fikrincə, bu 

hal ondan irəli gəlirdi ki, «ərəblər tərəfindən zorla qəbul etdirilmiş 

əlifba,   təbii   olaraq,   onu   qəbul   etmək   məcburiyyətində   qalmış 

xalqların ruhuna uyğun gələ bilməzdi və bu xalqlar ərəb əlifbası ilə 

yazılmış mətnlərdən baş açmaq imkanlarını heç olmasa bir qədər 

asanlaşdırmaq üçün indiyə qədər müxtəlif yollar axtarmışlar».

15

Bu əlifbanın, məlum olduğu kimi, təhsil və tədris işini çətinlə-



şdirən çox ciddi qüsurları var idi və o, Azərbaycan dilinin təbiətinə 

uyğun deyildi. Azərbaycan dilinin fonetik sistemi üçün zəruri olan 

bəzi saitlərə dair bu əlifbada hərflərin olmaması, həmcins samitlilik 

tədris işini ağırlaşdırırdı. Ə.Haqverdiyev yazırdı: «Ərəb əlifbasının 

türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin bu 

əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazıl-

mış kitabları oxumaq nəinki cocuqlar, hətta savadlı şəxslərin çoxları 

üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi-müsəvvi-

tənin yazılmamasıdır».

16

O, konkret misal əsasında izah edir ki, saitləri əvəz etmək 



üçün sözlərin altında və üstündə qoyulan işarələr olmadıqda bu 

əlifba ilə yazılmış mətnləri oxumaq daha da çətinləşir, təkcə 

kitab 

sözü hər birinin ayrıca mənası olan aşağıdakı formalarda oxunur



kataba,   kutiba,   katbun,   katbin,   katbu,   katbi,   katba,   kutab, 

kuttabun.

  Ərəb   əlifbasının   bu   çətinliklərini   nəzərə   alaraq,   onun 

islahına   çalışanlar   çox   olmuşdur,   lakin   bunlardan   fərqli   olaraq, 

M.F.Axundov kimi «cəsur adamlar ruhanilərin və fanatik kütlələrin 

lənətlərindən qorxmayaraq Avropa əlifbaları tipli yazı təklif edir-

dilər».


Ə.Haqverdiyev   Axundovun   dediyi   «…taifeyi-islamın…   dalda 

qalmasına səbəb əvvəl dini-islam, və ikinci, əlifbayi-ərəbdir» - söz-

lərini doğru hesab edir və ona görə də böyük mütəfəkkirin yeni 

əlifba uğrunda mübarizəsini haqlı sayır. Ə.Haqverdiyev göstərir ki, 

Mirzə Fətəli əslində soldan sağa yazılan əlifbanın – Avropa əlifbaları 

tipində   əlifbanın   tərəfdarı   idi,   lakin   dinin   və   fanatizmin   hökm 

sürdüyü bir mühitdə birdən-birə belə bir təklif mümkün deyildi, «…

çünki soldan sağa yazmaq təklifinə avam kütlə müsəlman dininin 

əsasını pozmaq kimi baxa bilərdi».

17

15



  .                . 

 

. «



…», 

.145


А А х в е р д о в Великая реформа Известия

сящ


.

16

  .                      . 



 

   


 

, «


Я Щ а г в е р д и й е в Мирзя Фятяли вя яряб ялифбасы Маариф 

», 1928,  3, 

.14.

ишчиси


№ сящ

17

  .                      . 



 

 

 



 

Я Щ а г в е р д и й е в Мирзя Фятяли Ахундовун щяйаты вя 

. «

 

», 2-  



, 1957, 

.363.


фяалиййяти Сечилмиш ясярляри

ъи ъилд


сящ

67



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə