Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə235/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   231   232   233   234   235   236   237   238   ...   243

Məlumdur ki, türk tayfalarının ən məşhur totemlərindən biri 

qurddur.   



Qurd üzü mübarəkdir

  – məsəli bu baxımdan çox 

qədim   olmalıdır.   Bununla     yanaşı,  

Qurddan   qorxan   qoyun 

saxlamaz

  məsəli də vardır. 

B.Şəfizadə   türklərin   məşhur   Boz   qurd   toteminin   yalan   və 

uydurma   olduğunu   göstərir.   Müəllifin   fikrincə,   əslində,   bu 

məsəllərdə  «qurd» sözü yox, tarixən  

qut 

 -  od  sözü, 

boz qurd 

yox, 


boz qut

 – boz od  işlənib. 

Boz qurd haqqında əfsanədə qurdun insana  yol göstərməsi 

mart ayına təsadüf edir.  Bu, dilimizdəki «boz ay» ifadəsinə uyğun 

gəlir. Qurdun «mavi bir şüa, işıq» şəklində endiyi göstərilir. Bu da 

qurd   yox,   sözün  

qut

  –   od   olduğunu   göstərir.  



Boz   qut

  mart 


ayında dörd ünsürün yenidən canlanması deməkdir. Müəllif yazır: 

«Qaldı   «Kitabi-Dədə   Qorqud»dakı     Qurdla   bağlı   mülahizələrə, 

bunu da «Qurd üzü mübarəkdir» kimi yox, «Qut üzü mübarəkdir» 

kimi başa düşmək  lazımdır.   Aydındır ki, od üzü mübarək olar. 

Eyni zamanda «Gözünün qurdunu öldürmək» - «gözünün  qutunu 

öldürmək, gözünün odunu almaq» ifadəsi də qutla bağlıdır… «Qa-

ra başım qurban olsun, Qurdum sana» - yox, «Qara başım qurban 

olsun, Qutum, sana»  kimi oxunmalıdır bu sözlər. Dilimizdə təhrif 

olaraq «Qurdnan qiyamətə qalmaq» ifadəsi də var. Bu da «Qutnan 

qiyamətə   qalmaq»     kimi   başa   düşülməlidir   ki,   mənası     ruhun 

qiyamətə qalması deməkdir… 

Qiyamət 

sözünün mənası da  «qi-

yam odu» deməkdir. İnsan cismən öləndə onun ruhu qiyam eləyib 

bədəndən çıxır». (13, 129)

B.Şəfizadə burada qeyd etdiyimiz fikrə «Avesta»nın tədqiqi 

prosesində   gəlmişdir.   Qurd   özü   bir   totem   kimi   çox   qədimdir. 

Əgər   həqiqətən   müəllifin   dediyi   kimi,   qurddan   yox,   qutdan 

söhbət gedirsə, onda o məsəllərin tarixi daha qədim olur. Çünki 

odun   insan məişətində rolu   insan nitqinin formalaşmasından 

çox-çox qabaqdır və bizim ərazidə Azıxdan tapılan od yerinin 700 

min illik tarixi vardır.

Bir şeyi baha qiymətə aldıqda deyirlər: «Odu qiymətinə almış-

am».   Bu məsəl, heç şübhəsiz, ən qədim mal mübadiləsi dövrünün 

yadigarıdır. Və məsəldən aydın olur ki, odun əldə edilməsinin çətin 

olduğu   dövrlərdə   qəbilələr   arasında     od   ən   qiymətli   mübadilə 

vasitəsi olmuşdur.

340



Əzablı bir işin öhdəsindən gəldikdə və ya həyatının müəyyən 

səhifələrini son dərəcə çətinliklə yaşadıqda «Kipriyimlə od götür-

müşəm» deyərlər.  Bu məsəl də ilkin mərhələdə od alveri ilə bağlı 

olmuşdur   –   odun   zərif   şəkildə   oğurlanmasına   işarədir.   Lakin 

tədricən  ümumiləşərək   əzablı   və   üzücü   həyat   mənası   almışdır. 

«Oddan kül törər» ifadəsi   bacarıqlı, qabiliyyətli atadan fərəməz 

oğul meydana çıxmasına işarədir. «Od kimi işləyir» ifadəsi insanın 

sürətli və faydalı əməyinə işarədir. «Od yanmasa, tüstü çıxmaz» 

məsəli   də   çox   qədim   müşahidənin   nəticəsidir.   Atalar   göz   açıb 

görüblər ki, «Odla oynamaq olmaz» və s.

«Oğuznamə»də  

Od

  ilə   bağlı  aşağıdakı   nümunələrə   rast 



gəlirik:

Odunsuz ocaq olur, külsüz ocaq olmaz.(63)

Od küllə saqlanur.(63)

Od imandandır.(63)

Qış gününün yemişi oddur.(154)

«Kitabi-Dədə Qorqud»un dili   atalar sözləri və məsəllərlə 

çox   zəngindir.   Dastan   Dədə   Qorqud   öyüdləri,   insana,   həyata 

münasibətini ifadə edən  hikmətli sözlərlə başlayır. Burada atalar 

sözlərindən daha çox istifadə edilmişdir.

«Dədə Qorqud»un dilində işlənmiş atalar sözlərinin, demək 

olar ki, hamısı məzmunca müasirdir. Hətta bir qismi leksik-qram-

matik formasına görə də tam müasirdir: 



Ölən adam dirilməz.

Çıxan can gerü gəlməz. 

Təkəbbürlük eyləyəni tənri sevməz. 

Yad oğlı saqlamaqla oğul olmaz, - 

böyüyəndə 

                             salur-gidər, gördüm diməz.

Kül təpəcik olmaz.

Küyəgü oğul olmaz. 

Əski panbuq bez olmaz.

Qarı düşmən dost olmaz. 

(31)


Dünya şirin, can əziz

. (81)


Gög ıraq, yer qatı

.  (106)


Könlin yuca tutan ərdə dövlət olsvz

.(31)


341


Bu misallardakı bir neçə fonetik dəyişməni nəzərə almasaq, 

atalar sözləri və məsəllər həm məzmun, həm də formaca bu gün 

də xalq dilində işlənməkdədir. 

 

Anlaşılmaz kimi görünən



 küyəgü 

sözü «kürəkən» deməkdir.

Dastanın dilində şərtli tərkiblərin  iştirakı ilə qurulan atalar 

sözləri əsasən etiqad və dinlə bağlıdır:



Allah, allah diməyincə işlər onmaz.

Qadir tənri verməyincə ər bayımaz

. (31)


Bu cür atalar sözlərində  

onmaz

  (yaxşılaşmaz),  



bayımaz 

(varlanmaz) kimi arxaik sözlər o qədər də çətin başa düşülmür.

Atalar   sözlərinin   bu   cür   strukturu   dünyəvi   hadisələrin 

ümumiləşdirilməsi üçün də gərəkli olmuşdur:



Qız anadan görməyincə ögit almaz.

Oğul atadan görməyincə süfrə çəkməz. 

Qarağuca qıymayınca yol alınmaz.

Qara polad uz qılıcı  çalmayınca qırım dönməz.

Ər, malına qıymayınca adı çıqmaz

.  (31)


Üçüncü misalda  

yol alınmaz

 –yol üzülməz, başa çatmaz, 

dördüncü   misalda  

qırım   dönməz

  –   döyüş,   qırım   dəyişməz 

mənasındadır.

«Kitab»ın   dilində   həm   dini,   həm   də   dünyəvi   hadisələrin 

aforistik ümumiləşdirilməsi     üçün  şərt   və  qarşılaşdırma   budaq 

cümləli tabeli mürəkkəb cümlələrə daha çox müraciət edilmişdir: 



Əzəldən yanılmasa, qul başına qəza  gəlməz.

Ulaşuban sular taşsa, dəniz tolmaz.

Qara eşək başına üyən ursan, qatır olmaz.

Qaravaşa ton geyürsən, qadın olmaz.

Yapa-yapa qarlar yağsa, yaza qalmaz.

Dövlətlü oğul qopsa, ocağının közidir.

Bir yigidin qara tağ yumrısınca malı olsa,

yığar-dərər, tələb eylər, nəsibindən artuğın  yeyə 

bilməz. 

(31)


Atalar   sözləri   dövrün   dünyagörüşünü   əks   etdirir, 

Qaravaşa   ton   geyürsən,   qadın   olmaz  

tipli   atalar   sözləri 

kənizdən arvad olmaz mənasını ifadə edir. 

342



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə