Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə237/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   233   234   235   236   237   238   239   240   ...   243

lələrin  hamısı  az-çox   müasir   keyfiyyətə  malikdir.     Bunların   hər 

birini müvafiq müasir həyati hadisəyə tətbiq etmək olar. Xüsusilə 



Bin söylərsən, birisini quymaz. Adını bən verdüm,  yaşını 

allah   versün.   Tənri   verdi,   tənri   aldı.   Mən   aşağa   qulpa 

yapışuram, sən yuqarı qulpa yapışursan

  kimi məsəllər mü-

əyyən dəyişikliklərlə xalq arasında gündəlik işlənən məsəllərdir.

Tabesiz mürəkkəb cümlə şəklində qurulmuş məsəllərin bir 

qismində   təkrar   olunan   xəbərlərdən   birincisinin   (və   ya   xəbərin 

təkrar   olunan   hissəsinin)   ellipsisi   dastanın   dilində   qanuni 

hallardandır: 

Ayağım başmaq, yüzim yaşmaq görmədi.

  (33)

Əski tonın biti,  öksüz oğlanın dili acı olur.



  (111)

At ayağı külük, ozan dili çevik olur



. (36)

Başıma qaxınc, yüzimə toxınc olmasun.

 (85)

İlk iki cümlədə xəbərlər, sonrakı cümlələrdə isə xəbərin bir 



hissəsi (

olmaq

  sözü) ixtisar edilmişdir. Bunlar müasir dilimizin 

cümlə quruluşu tələblərinə tam müvafiqdir.

Dastanların   dilində   sadə   hikmətamiz   cümlə-məsəllərdə 

xəbərlik   şəkilçisinin   ixtisarı   halları   da   müasir   normalara 

müvafiqdir: 



Qonşı həqqi – tənri həqqi

. (34) 


Ana həqqi – tənri həqqi

. (47)


Məsəllər içərisində atalar sözünə yaxın olanları dildə daha 

çox sabitləşmişdir və «deyərlər» sözü ilə işlənə bilən məsəllərdir: 

Su həq didarın görmüşdir. (44)

Qurd yüzi mübarəkdir. (44)



Yayanın

 umıdı olmaz.  (71)

Aslan ənigi yenə aslandır. (106)

Oğlan quş yürəklü olur. (107)

Alp ərə qorqu vermək eyb olur. (108)

Oğuzun arsızı türkmanın dəlüsinə bənzər. 

(108)

At qulağı 



saq

 olur. (113)

Dəpəgən 

 köbini  



süsəgən

 yırtar. (113)

Bizə gen 



yazuyı

 tar göstərər. (113)



Yayan

 – piyada, 

saq

 – oyaq, həssas, 

dəpəgən 

– vurağan, 

süsəgən

  –  buynuzlayıb vuran, 

yazı

  –  çöl, səhra deməkdir. Bu 

346



məsəllərin hamısı lazım olduqda dirildilə bilər. Məsələn, son məsəl 

dilimizdə «Gen yerini dar elədi» şəklində işlənməkdədir. Birinci iki 

məsəl isə xalq dilində indi də qalır.  

Yalnuz yigit alp olmaz – 

məsəli


  İgid   də   yalnız   olmasın   –  

şəklində   işlənir.  

Anlar   bir 

yedigində sən iki yegil

 (47), 

Başında olan bit ayağında dərildi 



tipli 

məsəllərin də xalq arasında mənası, məzmunu qalmaqdadır.  



Yo-

şan dibi bərk olmaz

 (108)-məsəli

  

atalar sözü səviyyəli məsəldir.

XVI əsrin sonu,  XVII əsrin əvvəllərində başqa daha qədim 

bir   mənbədən   köçürüldüyü   güman   edilən   və     «Əmsali-

Məhəmmədəli»,   yaxud   «Məcməül-əmsali-Məhəmmədəli»   adı   ilə 

məşhur   olan   «Oğuznamə»də   (10)   2000-ə   qədər   atalar   sözü, 

məsəl,   qanadlı   ifadə   və   aforizm   toplanmışdır.   Kitabla   tanışlıq 

göstərir ki,  topludakı atalar sözləri, məsəllər, aforizmlər əksəriy-

yət   etibarilə   çox   qədimdir   və   yazıyaqədərki   dövrün   dil 

xüsusiyyətlərini əks etdirmək baxımından geniş maraq doğurur: 

«Şübhə yoxdur ki, «Oğuznamə»də toplanmış atalar sözü və mə-

səllərin  böyük əksəriyyətinin dili  tarixən əvvəlki dövrlərə  (IX-XI 

əsrlər) aiddir… Ədəbi-tarixi varislik  əlaqəsi baxımından  «Oğuzna-

mə»     (eləcə   də   onun   ilk   əlyazması)   Yazıçıoğlunun   əsərindən, 

hətta   «Kitabi-Dədə   Qorqud»un   əlyazma   nüsxələrindən     daha 

qədim   olmalı   idi.   Çünki   bu   mənbələrdə   rast   gəlinən   paremik 

vahidlər     bütövün   –   küllün     (burada   «Oğuznamə»nin)   cüzi 

hissələridir».(10, 6-8) Bu kitabda toplanmış, «xalqın əqli birliyinin 

təntənəsi», «xalqın tarixə, tarixin də xalqa  verdiyi ibrət dərsinin 

hamı tərəfindən qəbul və təsdiq edilən   nəticəsi» (10, 11) kimi 

çıxış edən  atalar sözləri və məsəllər  onu hasilə gətirən xalqın da 

tarixi keçmişi, dil və təfəkkürünün qədimliyi, erkən orta əsrlərdə 

mövcud olan bədii qüdrəti barədə (10, 11) məlumat verir.

«Oğuznamə»nin və «Kitabi-Dədə Qorqud»un verdiyi faktlar 

əsasında S.Əlizadə mühüm bir cəhəti müşahidə edərək yazmışdır: 

«Oğuznamə»də «Ər ləqəbilə anılur» kimi məsəlin varlığı təsdiqləyir 

ki,  oğuzlar arasında ər  (igid) sayılan adam  üçün ləqəb qazanmaq 

zəruri imiş. Ləqəb şəxsiyyətin kamilliyini müəyyənləşdirən   vacib 

titul sayılırmış – el ağsaqqalı ozan-kahinin təklifi ilə  hamının təqdir 

və   təsdiq   etdiyi   ictimai   ad   kimi   başa   düşülürmüş».(10,   15)   Bu 

cəhəti   biz   e.ə.   III-II   minilliklərin   antroponimlərini   nəzərdən 

347



keçirərkən   də   müşahidə   etmişik   və   müşahidə   nəticəsində   qeyd 

etmişik ki,  həmin dövrə aid şəxs adları əslində ad deyil, əksəriyyət 

etibarilə ləqəblərdən ibarətdir.(1, 150-408) 

S.Əlizadənin aşağıdakı fikri də onun faktlardan aldığı qənaət 

kimi, tarixi həqiqəti düzgün əks etdirir: «Oğuznamə» sübut edir ki, 

IX-XII əsrlərdə  - Azərbaycanda ərəb və fars dillərinin  zorakı yazılı 

dil hüququnu  ələ keçirdiyi bir vaxtda, hətta çox-çox əvvəllər oğuz 

dili   ədəbi-bədii   fəaliyyətdə   olmuş,   zəngin   bəşəri   mündəricəsi, 

ictimai-tarixi kəsəri, yüksək ədəbi-estetik səviyyəsi ilə  seçilən ədə-

biyyat yaratmışdır». (10, 15) Bu fikri biz həmişə demişik və digər 

həssas dilçilər də söyləmişlər. Lakin hələlik mühafizəkar konsepsiya 

özünü önə soxur. Buradakı «Oğuz dili» ifadəsi ilə müəllif, təbii ki, 

Azərbaycan   ərazisində   işlənən,   daim   «türk   dili»,   «azəri   dili» 

ifadələri ilə anılan dili nəzərdə tutmuşdur.

İndi «Oğuznamə»nin verdiyi faktlara diqqət yetirək. Ə.Dəmir-

çizadə   folklor   materiallarından   dilimizin   tarixini   öyrənmək   üçün 

necə   istifadə   edilməsi   məsələsindən   danışarkən   aşağıdakı   tipli 

misallar vermişdir: 

Aydan 

arı 

– sudan duru. (təmiz)

Gec gələn qonaq 

ağır

 oturar. (hörmətli)



Ulu

 sözünə baxmayan ulaya-ulaya qalar.

Min gün 

yaraq,

 bir gün gərək.

Qorxan 

bazırgan

 olmaz.


Dəvənin biri bir 

dəngə

, vay 


dəng 

dərdi.


Balıq başdan 

qoxuyar.

Tülək

 tərlan yerinə 



sar

 bağlamaq olmaz.

Borcludan bir 

güvəc 

al, vur yerə sındır. 

Misallardakı bir qismi arxaikləşmiş, bir qismi məhdudlaşmış 

olan (xüsusi nəzərə çarpdırılan) sözlər, professorun fikrincə,  tarixi 

izləri aşkara çıxarmaq üçün material verir.(5, 46)

Bu cəhətdən yanaşdıqda, «Dədə Qorqud»un da, «Oğuzna-

mə»nin   də   dili   yazıyaqədərki   dövrü   öyrənmək   üçün   tükənməz 

xəzinə sayıla bilər. «Dədə Qorqud»un dilinə nəzər saldığımız kimi, 

«Oğuznamə»yə   də   diqqət   yetirmək   lazım   gəlir   və   müqayisələr 

göstərir ki, tarixi keçmişi əks etdirmə baxımından bunlar eyni də-

rəcədə qiymətli mənbələrdir.

348



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə