Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə239/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   235   236   237   238   239   240   241   242   243

dəyişmələri başqa nümunələrdə də vardır:  

İt itə buyursa, it 

də quyruğuna buyurar

   (43) məsəli indi «Tülkü tülküyə bu-

yurdu, tülkü də quyruğuna» şəklində işlənir. Bəzən obyekt dəyiş-

məsi ilə yanaşı, məsəl lakonikləşdirilmişdir: 



Bir alma bin aqçaya 

olursa, qabın soy, bin xiyar bir aqçaya olsa, qabın soyma 

(70) – məsəli əvəzinə indi  



Almanı soy ye, armudu say ye 

məsəli işlənir – həm qafiyəli, həm də yığcamdır, lakin məzmununu 

«Oğüznamə»dəkindən almışdır.

5

.Qağırduqları     yerə   var,   ərinmə,   qağırmadıqları 



yerdə   görünmə,   əgər   dedigümün   əksini   edərsən,   xar 

olursan

.(152)  


Arqalı   köpək   qurt   dutar,   arqasız   köpək 

çignin oynadur

  (65) – kimi misallardan aydın olur  ki, məsəl 

nəticə ilə birlikdə işlənmişdir. Nəticəni dinləyən şəxs özü çıxarmalı 

olduğundan   sonrakı   dövrlərdə   həmin     hissə   ixtisar   edilmişdir. 

Odur   ki   bu   nümunələrin   müasir   şəklində   «…əgər   dedigümün 

əksini edərsən, xor olursan», «arqasız köpək çignin oynadur» his-

sələri yoxdur.

6.Sual cümləsi şəklində olan məsəl əmr cümləsi şəklinə sa-

lınmaqla hökm qətiləşdirilmişdir: 

Buğda   ətməg   yoq   isə,  buğda  dilin  də   mi  yoqdur? 

(71) – 


Buğda çörəyin yoxdur, buğda dilin olsun. 

Bəzən də əmr cümləsi nəqli cümlə şəklinə salınmaqla  hökm 

gücləndirilmiş, məsəl cilalanmışdır:

Köçdük   yurdun   qədrini     qonduq   yurdda   allah 

bildirməsün

    (163)   –  



Köhnə   yurdun   qədri   təzə   yurdda 

bilinər

.

7.Atalar sözləri və məsəllərin bir qismində zərif semantik 



dəyişmələr olmuşdur. Məsələn:

Bir kişinin adı  çıqıncayadək göni çıqar

.(77)

Bin ölç, bir kəs



.(83)

Çıraq dibi qaranu olur

.(91)

Kölgəsində yatacaq ağacı budama



.(165)

«Göni çıqar» - ölməkdir, indi bunun əvəzinə «canı çıxar» ifadə-

si işlənir. «Bin ölç, bir kəs» əvəzinə indi «Min ölç, bir biç» işlənir. 

«Biç» sözü daha müvafiqdir. «Çıraq dibi qaranu olur» əvəzinə «Çıraq 

dibinə işıq salmaz» daha məntiqidir. Ağacı budamaq başqa şeydir, 

kəsmək başqa şey. 

351



8.   Zahirən   adama   elə   gələ   bilər   ki,   «Dəgirmançı   qızlıq 

görməz» (108) məsəlində «z» səsi orfoqramdır. Əslində isə bu 

hərf qədim 

dz 

səs birləşməsinin tələffüz qalığıdır. Bizim dildə 



d(t) 

variantı üstün olmuşdur: 



Dəyirmançı qıtlıq görməz.

9.Bir sıra məsəllərdə xitabların yeri dəyişməklə ahəng daha 

da səlisləşmişdir:

Sənə  söylərəm,  qızım,    sən  eşit,  gəlinüm

    (117)  – 



Qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Başqa   üzvlərin,   hətta   komponentlərin   sırasında   da   belə 

dəyişmələr olmuşdur:

Qavışar   adam-adama,   amma   qavışmaz   tağ-tağa 

(153) – 


Dağ dağa qovuşmaz, adam adama qovuşar.

10.Bəzən   məzmun   saxlanılmış,   forma   tam   dəyişmiş   və 

gücləndirilmişdir:

Kəlbi andıqca ağacı yanına qo

   (167) –



İt ilə yoldaş 

ol, çomağı yerə qoyma.

Nərdiban ayaq-ayaq   çıqılur

   (179) –  



Ayağı bir-bir 

qoyarlar nərdivana.

Yaxşı söz ilə yılan indən çıqar

 (190) – 



Şirin dil ilanı 

yuvasından çıxarar.

Aşağıdakı misallarda da müvafiq dəyişikliklər olmuşdur:



Əvvəl təam, andan kəlam  

(27)


 – Əvvəl təam, sonra 

kəlam.

Əgri otur, toğru söylə  

(33)


 – Əyri otur, düz danış.

İti   öldürən   sürüyü   bilür    

(35)


  –   İti   öldürənə 

sürüdərlər.

İt dişi donuzun dərisinə münasibdir   

(45)


 – İtin dişi 

– donuzun dərisi.

Azacıq aşım, qovğasız başım   (53) – Azacıq aşım,  

ağrımaz başım.

Utananın   oğlu-qızı   olmaz  

(56)


  –   Utananın   oğlu 

olmaz.

Bal   deməklə   ağız   tatlu  olmaz  

(76)


  –   Bal   deməklə 

ağız şirin olmaz.

Bir söylə, bir eşit 

(83) 


- Birin de, birin eşit.

352



Tutulmayan   oğrı   –   bəgdən   toğrı  

 

(133)


  – 

Tutulmayan oğru – bəydən, xandan doğru.

Varın   verən   yad   olmamışdır    

(183)


  –   Varın   verən 

utanmaz.

«Oğuznamə»dəki atalar sözləri və məsəllərin bir qismi «Ki-

tabi-Dədə Qorqud»un dilində də işlənmişdir. Hər iki mənbəni çapa 

hazırlayan   və  mənbələrə  yaxşı  bələd   olan  S.Əlizadə  yazmışdır: 

«Oğuznamə» ideya-məzmun, linqvistik nöqteyi-nəzərindən   türk 

və Azərbaycan atalar sözü və zərbi-məsəllərinin təməli sayılmağa 

layiq   mənbələrdəndir.   Təsadüfi   deyil   ki,   «Oğuznamə»dəki   bəzi 

nümunələrə ilk dəfə ya eynilə, ya da cüzi fərqlərlə  «Kitabi-Dədə 

Qorqud»un dilində, XV əsr türk tarixçisi  Yazıçıoğlu Əlinin  «Səl-

cuqnamə» əsərində və başqa mənbələrdə rast gəlirik». (10, 7) 

Müəllif dediyinə müvafiq bir sıra nümunələr də vermişdir.

  «Oğuznamə»dəki   atalar   sözləri   və   məsəllərdən   «Kitabi-

Dədə Qorqud»da aşağıdakılara rast gəlmək olur: 

Allah-allah deməyincə işlər onmaz

. (19)


Atılan oq yenə dönməz. (25)

İssiz yerləri keyiklər

 

bilür.

 (30)

Uzaq-uzaq yol salımın yollar bilür

. (30)


Əski   düşman   dost   olmaz,   əski   dost   düşman 

olmaz. 

(42)


Uzun yaşın ucı ölümdür

. (60)


Qadir tanrı verməyincək ər  bayımaz

. (145)


Qarı qısrağa binməz

. (145)


Qonşu haqqı – tanrı haqqı

. (145)


Qaravaşa ton geyürsən, qadın olmaz

.(149)


Güyəgü oğul olmaz

. (169)


Kül dəpəcik olmaz

. (169) 


Göründüyü kimi, bunların az bir qismində cüzi dəyişikliklər 

də  vardır.   Amma   bunlar   göstərir   ki,   «Oğuznamə»dəki   atalar 

sözləri   və   məsəllər     «Dədə  Qorqud»la   yaşıddır   və  bəlkə   daha 

qədimdir.   Bunlar   keçən   minilliklər   ərzində   eyni   dərəcədə   xalqa 

xidmət etmişdir. Belə güman etmək olar ki, «Kitabi-Dədə Qor-

qud»un   son     formalaşma   zamanı   (eramızın   1-ci   minilliyinin 

əvvəlləri)   «Oğuznamə»nin   də   əlyazması   var   imiş   və 

müqəddimənin tərtibi prosesində ondan istifadə edilmişdir.   Hər 

353



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə