Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə240/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   235   236   237   238   239   240   241   242   243

bir halda deyə bilərik ki, «Oğuznamə» «Dədə Qorqud» mövcud 

olduğu bütün zamanlarda mövcud olmuşdur. «Dədə Qorqud»un 

isə Homerin yaşıdı olduğu sübut olunur. (bax: 4, 31-78) Bunu 

«Dədə  Qorqud»da   olmayan,  lakin  «Oğuznamə»də   «Dədə  Qor-

qud»un üslubuna müvafiq şəkildə qurulmuş aşağıdakı nümunələr 

də təsdiq edir:



Oğlı-qızı olmaz övrətdən əski xasır yegdir.(20)

Oğlan ağlamayınca məmə verməzlər.(28)

Uzaq yoquşı yorğun bilür.(31)

Ulu-ulu tağları keyiklər bilür.(31) 

Altun qiymətin sərraf bilür. (31)

Oğlı-qızı olan ev yıqılmaz.(32)

Axır zamanda əgri ağac qalmaya, saban ola; tana-

tolubı qalmaya, öküz ola; dərə-dəpə qalmaya, tarla ola.

(32) 

Alçaq yerdə dəpəcik kəndüzini tağ sanur.(38)

Əcəlsizə ölüm yoq.(40)

Adın ruspi olsa, ətməgin  qurı yem.(41)

Ağırlayanı ağırlarlar.(42) 

İt issinə ürməz.(66)

Ər qara gərək, at Turı gərək.(42)

Öksüzün qarnı toymaz.(57)

Acın işi onmaz.(57)

Ər ləğəbilə anılur.(63)

Haram yeyici önmaz.(93)

Haram nəsnə sinməz (sınmaz).(94)

Dil ögündə yoquş olmaz.(99)

Könül kimi sevərsə, görklü oldur.(170)

Yerin alçağun su bilür.(201)

Yer gedigün yel bilür.(201)

Yer qolayın yerlu bilür  (202) və s.

Maraqlıdır ki, «Dədə Qorqud»da konkret müqayisə obyekti 

ilə   bağlı   işlənən   məsəl   «Oğuznamə»də   daha   ümumiləşdirici 

xarakterdədir.   «Dədə   Qorqud»da    Bəkil   ilə   Qazan   xanın 

mübahisəsinə səbəb olan «At işlər, ər ögünər» məsəli burada «Alət 

işlər, ər ögünür» (33) şəklindədir və «Kitabi-Dədə Qorqud»da onu 

hadisəyə uyğunlaşdırmışlar.

354



Atalar sözləri və məsəllərin bir qismi cəmiyyətin inkişafı ilə 

əlaqədar məzmunca arxaikləşdiyi üçün işləkliyini də məhdudlaş-

dırmışdır. Belələrindən: 

          



Ər ünlü övrət udsuz olur.(27)

Ər bunalmayınca mərd irməz.(42)

Baxıl uçmağa girməz.(81)

Tütünlü ev tonmaz.(85)

Dövlətsizin   oğlı   olmaqdan     dövlətlünün     qulı   olmaq 

yegdir.(100)

Dövlətlünün evi tütünündən bəllüdür.(103)

Dəvət   var,   çomaqdan   artıqdır,   dəvət   var,   uçmaqdan 

artıqdır. ((103)

Bindüklü bindügi Buraq sanır.(82)

Yedi yaşında qız ya ərdə, ya yerdə gərək (202) -

kimi nümunələri göstərmək olar. Bu cəhətdən küyəgü (kürəkən) 

və bir misalda şagird haqqında fikirlər  ailədə kürəkənin, şagirdin 

vəziyyətini öyrənmək, onlara münasibəti  aydınlaşdırmaq baxımın-

dan maraq doğurur:

Eşəgün yoq isə, küyəgün də mi yoq? (65)

Qulun yoğ isə, küyəgün də mi yoq?! (150)

Kölən yoq isə, küyəgün də mi yoq?

Küyəgün yoq isə, köpəgin də mi yoq?

Köpəgin  yoq isə, şagirdin də mi yoq? (157)

Küyəgü   eşək   qoduğu   kibi     sevgilücə   olur.

(165)

Amma bunlarla yanaşı, bəzən küyəgü qayınata ilə bərabər 

tutulur: 

Küyəgü qayınata toprağındandır

.(166)

Qadına münasibətdə arxaik rəng almış məsəllər də çoxdur:



Övrətə inanma, suya tayanma.(138)

Övrətin ətməgi dizindədir.(138)

Övrətin saçı uzun, əqli qısadır.(138)

Övrətdən vəfa gəlməz.(138)

Son   nümunədəki   fikir   Nizamidə   mənfi   obrazın   dilindən 

daha kəskin söylənmişdir:

Qadında kişidən çoxdur ehtiras,

355



Ölsə də, dünyada muradsız qalmaz.

Qadın, doğrudan da, səni çox sevər,

Səndən yaxşısını tapana qədər.

Əhdü vəfa sözü yazıldığı dəm

Qadınlar adana çəkildi qələm.

Lakin atalar sözləri və məsəllər içərisində qadın cəsarəti, 

qadın ürəyi barədə yaxşı, uca sözlər də var:

Övrət   yapduğı   ev   yıqılmaz,   övrət   yıqdığı   ev 

yapılmaz.(138)

Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir.(138)

Bir sıra nümunələr mühüm bir fikir ifadə etməklə yanaşı, 

şirin yumoru ilə də diqqəti cəlb edir:  

Ögümə aş qo, iki əlim boş qo;

Yeməz isəm, başıma taş qo. (51)

At dəpişsə, arada eşək ölür.(28)

Otlayan bilməzsə, gödən bilür.(39)

Eşək   quyruğı   kibi   olma,   yəni   art,   əksilmə,   taş,   - 

dökülmə.(48)

Boş oturan, işsiz insanın itlə müqayisəsi: 

Oturan adamdan 

yalar köpəg yegdir

.(49) Bu motiv müvafiq şəkildə Nizamidə də 

vardır. İşsiz adama xatırlatmaq məqsədilə şair demişdir:



Mədəsi ac olan işsiz bir köpək

Boş-boş oturmaqla taparmı yemək?

Təbii   ki,   məsəllərdə   dövrün   dünyagörüşü   öz   ifadəsini 

tapmışdır.     Müsbət   cəhətlərlə   yanaşı,   insana   münasibətdə 

dövrün dini-fəlsəfi ideologiyası ilə bağlı geriliklər də müşahidə 

olunur. Məsələn, «Oğuznamə»dəki ilk məsəllərdən biri belədir: 

«Atalar:  «Babam öldi, iş başına düşmiş» demişlər; «atam öl-

di,   öksüz   olmuşsan»   demişlər;   «Oğlum   öldi,   yürəginə   oq 

toqunmuş» demişlər; «amma «qızım öldi, xərcdən qurtulmuşsan» 

demişlər;   «övrətim   öldi,   döşəgim   yenilənmiş»   demişlər».(18) 

Burada qıza və qadına mənfi münasibət vardır. Orxan Şaiqin «De-

dem   Korkutun   kitabı»   (İstambul,   1973)   əsərində   bu     məsələ 

«Qonşun   öldi,   demişlər,   tanışıqçun   getmiş,-dedilər»   cümləsi   də 

əlavə edilmişdir. (10,  206)

356



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə