Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə241/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   235   236   237   238   239   240   241   242   243

Başqa bir məsəldə milli heysiyyat üstün tutulur. «Bin şəlam-

əleykdən   bir   əleyk-əs-səlam   yegdir»   (69)   məsəlində   milli   dilə 

hörmət vardır.

«Bəslə   it   ənigin,   axır   baldırın   yırtar»     (700)   -     məsəli 

formaca müəyyən dərəcə köhnəlmiş olsa da, məzmunca bizim 

klassik ədəbiyyat üçün də gərəkli olmuşdur:



Laş verib bəslədim hər küçüyü dəhrdə,

Ta   ki   gəlib   oldu   it,   dutdı   qıçımdan   mənim. 

(S.Ə.Şirvani) 

«Bəgi el yavuz edər, qışı yel yavuz edər» (71) – məsəli də 

arxaik fonda keçmişdir. Lakin  maraqlı məzmunu ilə diqqəti cəlb 

edir.  İkinci komponenti aydındır, lakin birinci tərəfi ilə nə demək 

istənilir – bəyi el nə üçün qəzəbli edir, qəzəbləndirir, bilinmir. Öz 

haqqını tələb etdiyi üçün, yoxsa bəyə boyun əymədiyi üçün? 



Çoq  aqçadan çoq  dil  yegdir

  (89) məsəlində  



dil

  sözü 


ürək və ya danışıq mənasında izah oluna bilir. Əslində, birlikdə 

hər iki mənanı ifadə edir: insanlar üçün çox pulu olan yox, yaxşı 

ürəyi, şirin dili olan adamlar faydalıdır. Bunu  

Övrətə bir ətək 

aqçadan bir tatlu dil yegdir

  (138) – məsəli də təsdiq edir.

«Qəza   gəlicək   göz   bağlanır»   (142),   «Qəza   görükülməz» 

(143) kimi məsəllər də real düşüncənin məhsuludur. «Qız oğlanla 

övrətin fərqi bir gecədir» (154), «Qissədən hissə al» (154) kimi 

atalar   sözlərinin   zərif   mənaları   vardır.   «Varmaq   iradət   ilə   olur, 

getmək icazət ilə olur» (182) – məsəlinin  maraqlı məntiqi vardır. 

Müasir dilimizdə bu sözlər (

varmaq

  və  


getmək

) sinonim  sayılır. 

Fərq orasındadır ki, 

varmaq


 sözü arxaik rəng almışdır.  Hazırda bu 

sözlərdə   məsəldə   göstərilən   çalar   yoxdur.   Görünür,   tarixən 

fərqlənmişlər. 

Varmaq


 – sözündəki son 

–r

 səsi 


–l

 səsinə yaxındır 

və görünür, bu söz məsəl yarandığı dövrdə 

–r 

səsi ilə qayıdış məna 

çalarını (öz istəyi ilə getmək) saxlamışdır. 

Getmək

 – sözündə isə 



–t

 icbar şəkilçisinin qalığıdır və başqasının göstərişi ilə hərəkət bil-

dirir.

«Oğuznamə»də müəllifi naməlum bir sıra beytlər verilmişdir 



ki, bunlar dünya barədə insanların ən ümumiləşdirilmiş fikirlərini 

ifadə edir. Məsələn:



Dünya üçün oda düşüp yananın

Su yerinə qanın içər ruzigar

  (107) –

357



misralarında dünya haqqında uzun tarixi təcrübə əsasında  müd-

rik fikir söylənmişdir.

Dilin   və   təfəkkürün   təbiiliyi   məsəllərin   vulqarlığında   da 

özünü göstərir. Məsələn: 



Dəvəyə dikən yarar, övrətə…

 (107)


Bir sıra məsəllərdə türkün xarakterinin əlamətdar  cizgiləri 

ifadə olunmuşdur: 



Türk ucuz bulduğun murdar sanır.(84)

Türkə yüz vermə kim, cahanı yıqar.(85)

Türk şərlünün qulıdır.(86)

Toquz qaftan bir kürk, toquz şərlü bir türk.(121)

Türk atının samanı bol gərək.(86).

Şəhərlü   aqça   bulsa,   evlər   yapar,   türk   aqça   bulsa, 

tavara verər. (120)

Kölənin   sufisindən,   türkün   avamından     qorqmaq 

gərək.(158)

Ərəb toyunca yeyər, türk ölüncə yeyər.(137)

Bu misallarda türkün varlı həyatı, igidliyi, qəhrəmanlığı, çöl 

adamı   olması,     doqquz  şəhərlinin   bir   türkə  dəyməməsi,     əsas 

silahı   olan   atına   münasibəti,   daha   çox   heyvandarlıqla   məşğul 

olması, lap avamının da yeri gələndə güclü çomağı olduğu, igidliyi 

kimi,   yeməyinin   də   yaxşı   mənada   dəhşətli   olduğu   ifadə 

olunmuşdur. Atalar sözləri və məsəllər içərisində, az da olsa,  fars 

dilində olanlar və hətta tərkibində rus sözləri işlənənlər də vardır:



Aqçacığın var ikən «dobra yunaq» dedilər,

Aqçacığın yedilər, «Poydi z boqom!» dedilər

. (22)


Eşək – zəfəran çe başəd?

 (65) 


Balatər əz siyəhi-rəngi-digər nəbaşəd

 (72) – 


Qaradan 

da qatı başqa rəng olmur

. Müasir dildə: «Qaradan artıq rəng 

yoxdur».


Çon qonah əst, bari-kəbir əst 

 (89) –


Bir halda ki günahdır, 

yükü böyükdür.



Cani-cahil  besihhəti-ərzani 

 (91) – 


Cahilin canına ucuz 

(yüngül, dəyərsiz) sağlamlıq nəsib olsun.



Kar pa  noubət əst 

 (160) - 

(Hər) iş növbə ilə olur

.

358




Məqsud   hosne-tost     digərha     bəhane   əst

  (176)   - 

Məqsəd sənin gözəlliyindir, qalan şeylər bəhanədir.

Birinci misaldan aydın olur ki, slavyanlarla türklərin əlaqə 

və   münasibətləri   bizim   hazırkı   elmi   ədəbiyyatda   deyildiyindən 

daha   qədimdir:  «Tarixdən   məlumdur     ki,   1X-X  əsrlərdə   Oğuz 

dövlətinin şimal sərhədləri Volqaboyu düzənliklərinə çatmış, bəzi 

oğuz tayfaları Kiyev Rus dövləti ilə ittifaqda olmuşdur. Həmin 

nümunənin   məzmunu   bir   oğuzun   el-obasından   didərgin 

düşəndən   sonrakı qəriblik, peşmançılıq və məyusluq duyğuları 

ilə aşılansa da, kifayət qədər sürəkli birgə yaşayış təcrübəsini əks 

etdirir». (10, 16)

Sonrakı     misallar   farscadır:   «Eşşək   –   zəfəran   nə   olur?» 

Müasir dilimizdə: «Eşşək nə bilir zəfəran nədir?» şəklində işlənir.

Misallardan belə nəticəyə gəlmək olur ki, Azərbaycan dilində 

bir məsəl kimi anlaşıldığından həmin nümunələr hər iki dildə işlək ol-

muşdur.

İrəvan   müəllimlərindən   Məmmədvəli   Qəmərlinin   1899-cu 



ildə tərtib və çap etdirdiyi «Atalar sözü» kitabında da bir sıra 

qədim atalar sözləri və məsəllər işlənmişdir. (7) Məsələn:



Kəndi_düşən_ağlamaz.(42)_Nə'>Aş   daşanda   çömçə   baha   olur.(27)   Gədadan   ağa, 

küllükdən təpə olmaz.(42) Kəndi düşən ağlamaz.(42) Nə 

dəvənin   südünü   istə,   nə   ərəbin   üzünü   gör.(44)   Molla 

olmaq asandır, adam olmaq çətin.(43) Yoruldun sarvana, 

acdın çobana. (47) Dilənçinin üzü qara olur, torbası dolu.

(38)

Aş 

– xörək mənasındadır. Bu məsəl indi «Aş daşandan sonra 

çömçə axtarır» şəklində işlənir.  «Küllükdən təpə olmaz» - «Dədə 

Qorqud»u xatırladır. 



Kəndi

 və 


düşən

 sözlərinin hər ikisi arxaikdir; 



düşən

  – sözü «Dədə Qorqud»dakı kimi «yıxılan» mənasındadır. 

«Ərəbin   üzünü   görməmək»   -   ərəb   işğalı   dövrünün   yadigarıdır. 

«Molla» sözü daha sonralar «alim» sözü ilə əvəz edilmişdir. O biri 

məsəllər də məzmunca qədimdir.

Folklorşünas İ.Abbasov  bu kitabın yeni nəşrinə geniş ön söz 

yazmış   və Qəmərlinin   çap   etdirdiyi  atalar   sözləri  və  məsəllərlə 

«Oğuznamə»dəki   paremiyalar   arasında   bir   sıra   müqayisələr 

aparmışdır. Bizim də müşahidələr göstərir və müəllif də qeyd edir 

359



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə