Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə4/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   ...   243

ideyanın   estetik   şərhinə   xidmət   etdiyini   özünəməxsus   elmi 

təmkinlə   sübuta   yetirir.   Felyetonların   başlanğıc   və   sonluqları, 

müqayisə   və   tipikləşdirmə   üsulları   haqqında   deyilənlər   isə 

C.Məmmədquluzadənin   fərdi   üslubu   haqqında   tamam   yeni 

sözdür və buna görə də müəllifini sevdirə bilir.

Bütün bu keyfiyyətlərinə görə «Yazıçı və dil» kitabı elmi 

ictimaiyyət tərəfindən maraqla qarşılanmış və mətbuatda yüksək 

qiymətləndirilmişdir. Görkəmli dilçi-alim Zərifə Budaqova yazırdı: 

«İki unudulmaz sənətkarın dil sahəsindəki xidmətlərinin bir sıra 

yeni cəhətləri ilə bizi tanış edən kitab… müvafiq ali məktəblərin 

tələbə və müəllimləri, gənc elmi işçilər üçün dəyərli vəsaitdir». 

(

Zərifə   Budaqova.   Yazıçı   və   dil.   «Ədəbiyyat   və   incəsənət» 



qəzeti, 25 sentyabr 1976

)

***

Q.Kazımov   dilçiliyin   müxtəlif   sahələri   ilə   məşğul   olan 

çoxpredmetli   bir   tədqiqatçı-alimdir.   Onun   müasir   Azərbaycan 

dilinin sintaksisi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşünaslıq 

və  qrammatika   məsələlərinə  dair   sanballı  araşdırmaları  vardır. 

Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliy-

yətinin  ilk dövründə nisbətən yaxın  tarixi keçmişə üz tutaraq, 

Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli 

dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər 

sonra   Azərbaycan   dili   tarixini   yenidən   dövrləşdirmiş,   ayrı-ayrı 

dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi 

Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıl 

Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında 

elmi   məqalələr   yazaraq,   Azərbaycan   ədəbi   dilinin   inkişafında 

onların xidmətlərini müəyyənləşdirməyə çalışmışdır. Bu sahədə 

apardığı   tədqiqatların   başlıca   nəticəsi   isə   belə   olmuşdur: 

«Azərbaycan milli ədəbi dilinin başlanğıc dövrü XVI əsrə 

aiddir».

Dil tarixçisi kimi Q.Kazımov məşhur alman dilçisi Avqust 

Şleyxer   nəzəriyyəsinə   tərəfdar   çıxır.   O,  bütün   dünya   dillərinin 

mənşə   etibarilə   bir   kökdən   yaranması   barədə   konsepsiyanı 

doğru   sayır   və   müdafiə   edir.   «Qapalı   dünyanın   sirri   və   ya 

13



etnoteolinqvistik nəzəriyyə», «Müasir türk, rus, ingilis, ərəb və 

fars   dillərində   eyniköklü   sözlər»,   «Ulu   dilin   yaranması   və 

protodillərə   parçalanması»   məqalələrində   tədqiqatçı   bütün 

dillərin vahid Ulu dildən yaranması haqda nəzəriyyəni yeni fakt 

və mülahizələrlə zənginləşdirməyə çalışır. O, dünya dillərində çox 

qədim zamanlardan mövcud olan oxşar sözləri kontakt əlaqəsinə 

şamil edən alimlərlə əks mövqedə dayanır və bir-biri ilə qohum 

olmayan   müasir   dünya   dillərinin   bir   çoxunda   nəzərə   çarpan 

leksik, morfoloji və sintaktik əlamətlərin eyniliyini həmin dillərin 

vahid kökdən – Ulu dildən yaranması ilə bağlayır.

Tədqiqatçının   dil   tarixinə   dair   ən   sanballı   əsəri 

«Azərbaycan   dilinin   tarixi»   (2003)   monoqrafiyasıdır.   Doğma 

ünsiyyət vasitəsinin ən uzaq keçmişdən başlayaraq, bizim eranın 

XIII əsrinə qədər keçdiyi yolun tarixi mərhələlərini aydınlaşdıran 

bu  kitabda   müəllif   bəşər   tarixinin  ən   qədim   qatlarına   enərək, 

yenə A.Şleyxer nəzəriyyəsinə istinadən türk dilinin də mənşəyini 

Ulu dilə bağlayır. Tədqiqatçıya görə, Ulu dil 35-40 min illik bir 

müddət   ərzində   böyük   inkişaf   yolu   keçərək   protodillərə 

parçalanmış,   protodillərin   inkişafı   isə   yeni   dil   ailələrinin 

yaranması   ilə   nəticələnmişdir.   Bu   hadisə   «ibtidai   cəmiyyətin 

dağılması dövründə baş vermişdir». (

Qəzənfər Kazımov.Azərbay-

can dilinin tarixi. Bakı, 2003, s.16)

Daha doğrusu,  miladdan əvvəl təxminən «XII minillikdən 

dilin   inkişafında   ikinci   böyük   mərhələ   –   protodillərin 

parçalanması mərhələsi başlamış» və e.ə. XII-VI minilliklərdə dil 

ailələri   təşəkkül   tapmışdır.   Məhz   bu   dövrdə   dillər   morfoloji 

quruluşuna   görə   bir-birindən   ayrılaraq,   köksözlü,   flektiv   və 

aqlütinativ dillər kimi formalaşmışlar.

Tədqiqatçının   düşüncələrinə   görə,   prototürkün 

parçalanması da bu dövrə aiddir və bu proses elə Ön Asiyanın 

hüdudları daxilində baş vermişdir: «Altay türklərin beşiyi, ilkin 

vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır». Onların Şərqə və 

Qərbə  doğru ilk hərəkəti  –  miqrasiyaları  buradan başlamışdır; 

türklər   Azərbaycana   Orta   Asiyadan   və   Altaydan   gəlməmişlər, 

əksinə, onlar Altaya və Orta Asiyaya Ön Asiyadan getmişlər.

Monoqrafiyada  türk-şumer   əlaqələrinə – vəhdətinə dair 

deyilənlər də maraqlı və əhəmiyyətlidir. Məlumdur ki, lap qədim 

14



zamanlardan Dəclə-Fərat çaylarının arasında yerləşən və buna 

görə   İkiçayarası   (Mesopotamiya)   adlanan   yerdə   məskunlaşan 

şumerlərin     etnik   mənsubiyyəti   həmişə   mübahisələrə   səbəb 

olmuşdur. Bir sıra tədqiqatçılar onların etnik baxımdan türklərlə 

heç bir yaxınlığı olmadığını söyləyirlər. Bu mülahizələrin əksinə 

olaraq,   Q.Kazımov   tarixçi   və   şərqşünas     alimlərin   fikirlərinə 

söykənərək   sübut   edir   ki,   şumerlər   İkiçayarasına   şərqdən   və 

şimal-şərqdən,   Zaqroş   dağlarının   ətəklərindən,   Azərbaycan 

ərazilərindən   gələn əkinçi və maldar tayfalar olmuşlar. Şərqdə 

və şimal-şərqdə   yaşayan əkinçi və maldar tayfalar isə türklər 

idilər.   Onlar   daha   yaxşı   əkin   yerləri   və   otlaqlar   qazanmaq 

məqsədilə Zaqroş dağlarından İkiçayarasına enmiş, lakin burada 

yaşadıqları zaman  «köçüb gəldikləri ərazi ilə əlaqəni kəsməmiş, 

tikinti   şeylərini,   xüsusilə   meşə   materiallarını     İkiçayarasına 

gəldikləri dağlardan gətirməli olmuşlar».  Onlar uzun müddət İki-

çayarasında   yaşayıb,   özlərinə   məxsus   mədəniyyət   və   dövlət 

qurduqdan  sonra   akkadların   hücumlarına   və  istilalarına   məruz 

qalaraq,  yenidən əvvəlki yaşayış məskənlərinə - «İran yaylasının 

şimal-qərbinə,   Azərbaycan   ərazilərinə,   öz   qədim   vətənlərinə 

çəkilmişlər».

Kitabda   Şumer   –   Azərbaycan   mədəni-iqtisadi   əlaqələri 

arxeologiya   elminin   nailiyyətlərinə   istinadən   izah   edilir. 

Q.Kazımova   görə,   şumerlərin     Azərbaycanla   əlaqəsi       neolit 

dövründən başlanır və orta tunc dövründə  daha da genişlənir. 

İlk dövrlərdən mayasında dostluq, qardaşlıq  duyulan bu əlaqələ-

rin     ruhu   sonralar   da   qorunur   və   güclənirdi.   Şumer   ərazisi 

Azərbaycanın  kuti, lullubi, kassi dövlətləri ilə mədəni-siyasi  əla-

qələrini daha da möhkəmləndirir, qardaşlıq şəraitində yaşayırlar. 

Belə   tarixi   ekskurslar   müəllifə   şumer   dilinin   dövrlərini 

müəyyənləşdirmək,   mixi   yazılar   haqqında   söhbət   açmaq   üçün 

lazım   olur.   Dilçi   və   tarixçilərin   yazdıqlarına   istinadən   şumer 

dilinin beş dövrünü fərqləndirən Q.Kazımov   bu dövrlərin qısa 

səciyyəsini  də şumerşünas  alimlərin  fikirləri  əsasında  verir.  O, 

mixi yazılara istinad etməklə şumer dilinin quruluşundan söhbət 

açaraq, bu dilin fonetikası, morfologiyası və sintaksisi haqqında 

konkret   məlumat   verir.   Şumer   dilinin     bəzi   qrammatik 

xüsusiyyətlərinin – morfoloji quruluşunun türk dilinin morfoloji 

15



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə