Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə5/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   ...   243

quruluşu   ilə   eyni   olması,   bəzi   əlamətlərin   Azərbaycan   dilində 

müşahidə edilməsi haqqında deyilənlər orijinal səslənir. 

E.ə.   XXIII   yüzil   akkad   mənbələrində   adı   çəkilən   və 

haqqında məlumat verilən kuti, lullubi, subi, turukki, kassi, hurri 

tayfalarının   etnik   və   dil   mənsubiyyəti   haqqında   deyilənlər   də 

tarixi faktlara və elmi məntiqin gücünə əsaslanır. Bu tayfaların 

qədim   Azərbaycan   ərazisinin   aborigenləri   olduğunu   inamla 

bildirən   müəllif   həmin   etnonimlərin   etimologiyasına,   tayfaların 

«türk»   adlandırılması   tarixinə   həssaslıqla   yanaşır.   O,   tarixçi 

alimlərin,   xüsusilə   Y.B.   Yusifovun   fikirlərinə   söykənərək   yazır: 

«E.ə. III minilliyə dair hadisələrdə qeydə alınmış   t u r u k k i 

sözü «türk» etnoniminin qədim forması idi… Mərkəzi Asiyada bu 

sözün   V   əsrdə   meydana   çıxmasının   türklərin   tarix   etibarilə 

qədimliyinə dəxli yoxdur… Əksinə, 



türk

 sözünün 3 min il sonra 

Orta Asiyada meydana çıxması bir daha göstərir ki, Xəzərin şərq 

sahillərinə türklər Ön Asiyadan yayılmışlar… və 



türk

 sözü qədim 

«turukki»nin   səlisləşmiş   formasıdır».(

Q.Kazımov.   Azərbaycan 

dilinin tarixi, Bakı, 2003, s.191

)

«Türk»   kəlməsinin   etimologiyası   haqqında   düşünərkən, 



Q.Kazımov   onu   «to»,   «do»   sözü   ilə   bağlayır.   Bu   sözün 

«törəmək», «doğmaq», «yayılmaq» kimi mənalar verdiyini qeyd 

edir: «Türklərin sürətlə doğub-törəməsi, sürətlə çoxalması və bir 

qisminin öz yurdlarını tərk edərək ekvator boyunca yayılması bu 

adın   onların   xarakterinə   uyğun   olduğunu   və   qonşu   tayfalar 

tərəfindən verildiyini güman etməyə əsas  verir».

Aratta, kuti, lullubi, turukki, kassi, subi tayfalarının türk 

mənşəli   olduğunu   sübuta   yetirmək   üçün   tədqiqatçının   dil 

faktlarına   müraciət   edərək,   həmin   tayfalarla   bağlı   etnonim, 

toponim və antroponimlərdən söz açması əsaslı görünür. Çünki 

söz-ad   tarixdir;   onun   hər   səsində   keçmişin   gizli   sirri,   mənalı 

səhifəsi   yatır.   Q.Kazımov   həmin   səhifələri   səriştəli   bir   alim-

etimoloq kimi oxuyur, qeyrətli vətəndaş kimi mənalandırır. Elə 

buna görə onun təhlillərində 



Aratta, Uti, Tukriş

 toponimlərinin, 



Tirikan,   Kariantaş,   Kara   Xartaş,   Kandaş,   Nattaş, 

Ulamburiaş,   Kurum,   Abiqattaş

  antroponimlərinin   sözaçımı 

tarixdə olanları təkcə dil faktları ilə göstərmək yox, ilk növbədə 

çağdaş   türkün   sümüyünü   və   iliyini   silkələmək,   onun   etnik 

16



enerjisini, milli mənlik və kişilik yaddaşını  oyatmaq baxımından 

faydalı görünür.

E.ə. III-II minilliklərdə Ön Asiyada, eləcə də Azərbaycan 

ərazilərində   yaşayan   tayfaların   türksoylu,   ünsiyyət   vasitəsinin 

türkcə   olduğunu   sübut   etmək   üçün   Q.Kazımovun   söykəndiyi 

tutarlı   yerlərdən   biri   də   onlardan   qalan   onomastik   leksikanın 

fonetik və qrammatik xüsusiyyətləridir. Monoqrafiya müəllifi yeri 

gəldikcə   tədqiqata   cəlb   etdiyi  onomastik  vahidlərin   fonetik   və 

qrammatik   xüsusiyyətlərindən   söz   açır;   yer,   tayfa   və   şəxs 

adlarında   ahəng   qanununa   riayət   olunduğunu,   bunun   türk 

dillərinin     morfonoloji   təbiətinə   uyğun   gəldiyini,   bəzi   sözlərdə 

müşahidə   edilən   metateza   və   eliziya   hadisələrinin   təzahür 

formalarını   göstərir.   Bu   fəsildə   həmçinin   Manna   və   Madanın 

etnik tərkibi, onların sərhədləri daxilində yaşayan tayfaların dil 

xüsusiyyətləri  ətraflı təhlil edilir.

Monoqrafiyada   türk   tayfalarının     Ön   Asiyadan,   o 

cümlədən   Azərbaycandan   miqrasiyası   ilə   yanaşı,   onların 

Azərbaycana   qayıdışı   (əks   miqrasiyası)   da   geniş   planda   şərh 

olunur.   Tədqiqatçının   elmi   qənaətlərinə   görə,   türk  tayfalarının 

Azərbaycana ilkin gəlişini bizim eranın III-V əsrlərinə aid edən və 

Azərbaycan-türk dilinin XI-XIII əsrlərdə formalaşdığını söyləyən 

müəlliflərin   iddiaları   kökündən   səhvdir.   O,   dünya   elminin 

arxalandığı arxeoloji tədqiqatların əldə etdiyi nəticələrə istinad 

edərək qətiyyətlə bildirir ki, «türklərin ilkin vətəni Sayan-Altay 

əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan 

başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə 

o yerlərdə artıb-çoxalaraq, yeni əlverişli yaşayış sahələri axtarışı 

ilə yenidən geriyə – öz ilkin yurdlarına dönmüşlər». 

Belə  dönüşlər   e.ə.  VIII-VII  əsrlərdə  (kimmer,   skif,  sak 

tayfalarının gəlişi), bizim eranın I-V əsrlərində (hunların gəlişi) və 

XI-XII   əsrlərdə   (səlcuq-oğuzların   gəlişi)   baş   vermişdir.   Bu 

tayfalar  (yaxud  xalqlar) bir  müddət  aborigen türk tayfaları ilə 

qonşuluq   münasibətlərində   olsalar   da,   tədricən   «onlarla 

qaynayıb-qarışmış, e.ə. I minilliyin ortalarından başlayaraq, daha 

əsaslı   şəkildə   konsolidasiya   prosesi   keçirərək   Azərbaycan 

xalqının və dilinin təşəkkülündə iştirak etmişlər… Onlar  zaman-

zaman Azərbaycanda türk etnoslarının və türk dilinin mövqeyini 

17



gücləndirmək,   yerli   türk   tayfa     dillərinin   ümumiləşməsinə, 

ümumxalq   Azərbaycan   dilinin   təşəkkülünə   xüsusi   təsir   gös-

tərmişdir».

.

Bu tayfalar içərisində  kimmerlər, skiflər və saklar mühüm 



yer tutur.   Onlar bəlkə də Azərbaycana qayıdan ilk qədim türk 

tayfalarıdır.   Ona   görə   Q.Kazımov   bu   tayfaların   mənşəyi, 

Azərbaycan ərazisində yerləşməsi və dilləri barədə qismən ətraflı 

bəhs  edir.  Həmin  tayfaların  adlarını  bildirən  sözlərin leksik və 

etimoloji   izahından   başlamış,   fonetik   və   qrammatik 

xüsusiyyətlərinə qədər bir sıra incə məsələlərə toxunub  ətraflı 

izah və şərh edir. Bütün bu təhlillərdə Q.Kazımovun dil tarixçisi 

kimi tədqiqatçılıq istedadının konturları üzə çıxır. 



O, təhlillərini 

tarixçi kimi başlayır, dilçi kimi davam etdirir, vətəndaş 

kimi tamamlayır

. Tədqiqat predmetinə belə yanaşma üsulu dil 

faktlarını     tarixi   faktlarla   əlaqələndirməyə,   onların   ayrılan   və 

birləşən,   kəsişən   və   çarpazlaşan   məqamlarını   görmək   üçün 

araşdırıcıya yaxşı imkan verir və Q.Kazımov da həmin imkandan 

gözəl faydalanır.

Monoqrafiyada Azərbaycan dilinin əmələ gəlməsi xüsusi 

fəsildə öyrənilir. Albaniya və Atropatena dövlətlərinin yaranması, 

onların ərazilərinə və etnik tərkibinə dair elmi-tarixi ekskurslar 

fikirlərini əsaslandırmaq üçün tədqiqatçıya möhkəm dayaq olur. 

Q.Kazımov albanları çox geniş yayılmış türk tayfalarından hesab 

edir.   Ölkədə   albanlarla   yanaşı,   digər   türk   tayfalarının   da 

yaşadığını   nəzərə   çatdıran   tədqiqatçı   həmin   tayfaların   adlarını 

xatırladır   və   onların   guya   26   dildə   danışdığını   söyləyən 

müəlliflərin fikirlərinə tənqidi yanaşır. O, Azərbaycan tarixçilərinin 

son   araşdırmalarına   istinadən   yazır:   «26   dil»   anlayışını 

Albaniyanın aran və onu bürüyən dağ və dağətəyi hissələrinə 

şamil   etmək   mümkün   deyildir.   Ya   Strabonun  istifadə   etdiyi 

mənbədə məlumat    düzgün qeydə alınmamış, ya da «26 dil» 

anlayışı   Albaniyanın   şimalında   (Cənubi   Dağıstanda)   yaşayan 

əhalinin   dil   şəraitini   nəzərdə   tutmuşdu…   Albaniyanın   mərkəz 

hissəsində,   Kür   çayının   sağ   və   sol   sahili   ərazilərində   yaşayan 

əhali   arasında   bu   cür   dil   müxtəlifliyi   nəzərə   çarpmırdı… 

Albaniyanın   mərkəz   və   aran   rayonlarının   əhalisi   əsasən   türk 

etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də Qafqaz-iberdilli 

18



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə