Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə6/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   ...   243

etnosların   yaşadığı   bölgələr   olmuşdur.   Albaniyada   türk   dili 

ləhcələri… qədim yerli türk dili ilə bir müddət yanaşı öz  varlığını 

saxlamış, tədricən alban (arran) türk dilinin yaranmasına gətirib 

çıxarmışdır.   Təsadüfi   deyil   ki,   erkən   orta   əsr   qaynaqlarında, 

toponimiya və antroponimi- yasında türk sözləri əks olunmuş-

dur».(


Qəzənfər Kazımov. Azərbaycan dilinin tarixi. səh.343

)

Q.Kazmov   albanları   qafqazdilli   tayfalar   hesab   edən 



müəlliflərlə   də   tam   əks   mövqedə   dayanır.   Xüsusilə   akademik 

İqrar Əliyevin mülahizələrini elmi baxımdan əsassız hesab edir 

və öz fikirlərini sübuta yetirmək üçün dil və folklor faktorlarına, 

bugünkü   türksoylu   xalqlar   arasında   «alban»   adlı   tayfaların 

olması amilinə söykənir. «Albanların türk mənşəli geniş yayılmış 

tayfalardan biri olduğunu sübut edən mühüm bir dəlil də ondan 

ibarətdir   ki,     türkmənlər,   qazaxlar,   qırğızlar,   qaraqalpaklar   və 

özbəklər arasında  bu gün də «alban» adlı türkmənşəli tayfalar 

vardır.   Qazaxlar   arasında   «mataj»   və   «alban»   tayfaları   daha 

qədim hesab olunur. Bir sıra türk epos qəhrəmanları «Alban» 

(ağıllı,   güclü,   müdrik   mənalarında)   adı   daşıyır.   Tarixi   izlər 

əsasında   müəyyən   edilmişdir   ki,   alban   adlı   tayfa   eramızın 

əvvəllərində hunların da tərkibində olmuşdur».

Kitabda   alban   dilinin   mənşəyi   və   alban   yazısı   barədə 

deyilənlər də elmi baxımdan əsaslıdır. Məlumdur ki, albanların 

etnik   mənsubiyyəti,   onların   tarixi   taleyi,   dilinin   və   əlifbasının 

mənşəyi   haqda   elmdə   müxtəlif   mülahizələr   var;   bəzi 

tədqiqatçılar alban dilini Qafqaz dilləri qrupuna aid edir, özlərinin 

isə   başqa   etnoslar   içərisində   əriyib   getdiyini   bildirirlər.   Bu 

alimlərin fikirlərinə tənqidi yanaşan Q.Kazımov elə onların özünə 

istinadən yazır: «Albanların digər etnosların içərisində əriyərək, 

heç bir iz qoymadan məhv olması haqqında mülahizələr doğru 

deyil. Azərbaycanın antik və orta əsrlər  mədəniyyətini yaradan 

etnosların – azərbaycanlı türklərin əcdadlarının biri albanlardır… 

Alban dili yeni minilliyin başlanğıcından başqa türk etnoslarının 

dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan-türk dili idi».

Alban   əlifbasının   mənşəyini   isə   tədqiqatçı   bir   çox 

müəlliflərin əksinə olaraq, Mesrop Maştotsun adı ilə yox, sünixli 

tərcüməçi   Beniaminin   adı   ilə   bağlayır:   onun   fikricə,   Mesrop 

Maştots  alban   əlifbasının   tərtibçisi   deyil,   bu  əlifbanı  bir   qədər 

19



dəyişdirən   –   «təzələyən»   adamdır.   Alban   əlifbası   M.Maştotsa 

qədər mövcud olmuşdur. Q.Kazımov K.V.Trever, Ə.Sumbatzadə 

kimi alimlərin fikirlərinə istinadən yazır ki, bizim eranın V əsrinin 

başlanğıcında   «Albaniyada   hansısa   köhnə   bir   əlifba   vardı   və 

Maştots onu təzələdi…» Alban dilinin yazısı V əsrə deyil, daha 

əvvəllərə   aiddir.   Hətta   «V   əsrin   sonu,   VI   əsrin   əvvəllərində 

albanlar   öz  yazılarından  artıq   beynəlxalq  yazışmalarda   istifadə 

edirdilər».

Tədqiqatçı sübut edir ki, albanlar kimi atropatenalılar da 

türk mənşəlidir. Onlar mannalıların, madayların varisləridir. E.ə. 

V-IV əsrlərdə Azərbaycana qayıdan türk tayfaları ilə birləşərək 

güclənmiş,   türk   mənşəli     xalq   kimi   formalaşma   prosesi 

keçirmişlər. Bu prosesdə Atropatena   ərazisində yaşayan kaspi, 

kadusi, ariak, qarqar, aran kimi türksoylu   və türkdilli tayfalar 

aparıcı mövqedə durmuşlar. Onların konsolidasiyası xeyli müddət 

davam etmiş və bizim eranın III-V əsrlərində Azərbaycan xalqı 

və ümumxalq Azərbaycan-türk dili formalaşmışdır. «Erkən orta 

əsrlərdə türk tayfaları ümumi «hun» adı ilə tanınmışlar. VI əsrin 

ortalarında «türk» adı ümumiləşdirici ad-etnonim kimi işlənməyə 

başlamışdır:   Göytürk   xaqanlığı   «türk»   sözünü   ilk   dəfə   rəsmi 

dövlət adı olaraq qəbul etmiş, boy və başçılarının adı ilə anılan 

bütün türklərə, bütün bir millətə advermə şərəfini qazanmışlar»

Azərbaycan   xalqının   və   dilinin   təşəkkül   tarixi   haqqında 

söylənmiş   çox   müxtəlif   fikir   və   mülahizələri   tənqidi   təhlildən 

keçirən Q.Kazımov onları ümumiləşdirərək yazır: «III-V əsrlərdə 

Azərbaycan xalqı  və ümumxalq Azərbaycan dili formalaşmışdır… 

V əsrdən sonra gələn türklər Azərbaycan ərazisində tayfalarla və 

ya   tayfa   dilləri   ilə   deyil,   hazır   xalqla   və   onun   artıq   təşəkkül 

tapmış   dili   ilə   qarşılaşmışlar…   XI-XIII   əsrlərdə   gələn   səlcuq 

oğuzları Azərbaycanda Azərbaycan dili formalaşdırmayıb. Onlar 

gələndə   artıq   bu   xalq   (Azərbaycan   xalqı   –

Z.Ə


.)   və   onun   dili 

vardı».


Kitabda   ümumxalq   Azərbaycan   dilinin   təşəkkülü   ilə 

yanaşı,     Azərbaycan   ədəbi   dilinin   də   təşəkkül   tarixi     və 

mərhələləri   müasir   elmin   metodoloji   prinsipləri   əsasında 

araşdırılır.   Q.Kazımovun   fikricə,   ümumxalq   Azərbaycan   dilinin 

inkişafı   tarixində   iki   böyük   mərhələ   bir-birindən   fərqlənir:   1) 

20



Qədim   Azərbaycan   dili   mərhələsi;   2)   Yeni   Azərbaycan   dili 

mərhələsi.

Monoqrafiyada «Kitabi-Dədə Qorqud» dastanı ümumxalq 

Azərbaycan   dilinin   təşəkkül   dövrünün   abidəsi   kimi   öyrənilir. 

Kitabın   yaranma   tarixindən   ətraflı   söhbət   açan   tədqiqatçı 

eposda   çoxlu   qam-şaman   elementləri   görür,   Dədə   Qorqudla 

bağlı   epizodlara   istinad   edib,   onları   mifik   dövrlə   əlaqələndirir. 

Müəllifə görə, qədim zamanlarda Qam həm dövlət başçısı, həm 

də dini rəhbər olmuşdur. Özü də «qam sənəti, kahinlik təhsil və 

öyrənmə yolu ilə deyil, irsən atadan oğula keçirmiş. Qam sirlərini 

yalnız qamlar bilirmiş».

«Kitabi-Dədə Qorqud»da təsvir edilən Oğuz elinin başçısı 

Bayandur   xan   Qam   Ğanın   oğludur.   Lakin   o,   qam-şaman 

vəzifəsini   yox,   siyasi   rəhbər   -   dövlət   başçısı   vəzifəsini   yerinə 

yetirir. Qam-şaman vəzifələrini isə Dədə Qorqud həyata keçirir; 

ağsaqqallıq edir, elçiliyə gedir, müşkül işləri yoluna qoyur və s. 

Bu fakta istinad edən Q.Kazımov yazır ki, kitabda   hadisələrin 

təsvir   edildiyi   dövr   –   ozan   sənətinin   çiçəklənmə   dövrüdür. 

Ozansız heç bir məclis keçmir.   Ozan xeyir-duası olmadan heç 

bir tədbirə əl atılmır. Ən çətin, ən müşkül məsələləri ozan həll 

edir…   Deməli,   dastanlar   qamla   ozanın   tədricən   ayrılmağa, 

birincinin   zəifləməyə,   ikincinin   güclənməyə   başladığı   dövrün 

məhsuludur. 

Tarix   etibarilə   bu   dövr   bizim   eranın   VI-VIII   əsrlərinə 

uyğun gəlir və tədqiqatçılar da boyların şifahi şəkildə elə həmin 

dövrdə – VI-VIII əsrlərdə formalaşdığını, VII-IX əsrlərdə isə tam 

təşəkkül tapdığını söyləmişlər (bax: 

«Kitabi-Dədə Qorqud», Bakı, 

1988, s.17

) Ancaq «Dədə Qorqud» epos kimi 200-300 il müd-

dətində yox, daha uzun, bəlkə də minillik bir zaman kəsiyində 

formalaşmışdır.   Ona   görə   VI-VIII   əsrləri   «Dədə   Qorqud» 

boylarının şifahi olaraq tam formalaşıb təşəkkül tapdığı dövr kimi 

səciyyələndirmək doğru olardı. Formalaşmanın ilkin mərhələsi – 

əvvəli isə Q.Kazımova  görə  çox  qədimlərdən – e.ə. ikinci  mi-

nillikdən başlanır. Bu fikir tədqiqatçıya başqa bir mühüm nəticəni 

söyləmək üçün əsas verir: ümumxalq Azərbaycan dilinin şifahi 

qolunun   formalaşma   prosesi   bizim   eranın   VI-VIII   əsrlərində 

deyil, daha əvvəlki dövrlərdən başlanır.

21



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə