Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə7/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   2   3   4   5   6   7   8   9   10   ...   243

Lakin arxaik elementlərin çoxluğuna görə «Kitab»ın dili 

monoqrafiyada VI-VIII əsrlərin dil faktı kimi tədqiqata cəlb edilir. 

Müəllif əsərin fonetik, leksik və morfoloji xüsusiyyətlərini konkret 

bir   boyun   –   «Dirsə   xan   oğlu   Buğac   xan»   boyunun   əsasında 

nəzərdən keçirib şərh edir. Həmin boyda işlənmiş onlarca arxaik 

isim,   sifət,   say,   əvəzlik,   fel,   zərf,   habelə   feli   bağlama 

formalarının,   fel   şəkilləri   və   köməkçi   nitq   hissələrinin   tarixi-

morfoloji təhlilini verir. Tədqiqatçı yazır: «Kitabi-Dədə Qorqud» I 

minilliyin əvvəllərində – III-V əsrlərdə təşəkkül tapmaqla, əldən-

ələ, eldən-elə gəzə-gəzə, tayfa dillərini ümumiləşdirmək, özünü 

zənginləşdirmək yolu ilə, orta üslubun nümunəsi kimi, ümumxalq 

Azərbaycan dilinin formalaşmasında misilsiz rol oynamış, VI-VIII 

əsrlərdə   vahid   Azərbaycan   ədəbi   dilinin   kamil   abidəsi   kimi 

cilalanmış, saysız mədəni abidələrimizin məhvinə səbəb olmuş 

ərəb-islam caynağından qoparaq, bu günümüzə qədər gəlib çata 

bilmişdir».(

Qəzənfər Kazımov. Azərbaycan dilinin tarixi. səh

.460)


Monoqrafiyada «Kitabi-Dədə Qorqud»un sintaksisi daha 

ətraflı   araşdırılır.   Q.Kazımov   eposun   dilində   sintaktik   əlaqələr, 

söz birləşmələrinin struktur modelləri, cümlələrin quruluş növləri, 

baş və ikinci dərəcəli üzvlər, cümlə daxilində aktual üzvlənmənin 

rolu, mürəkkəb cümlənin tipləri haqqında geniş söhbət açmaqla 

Azərbaycan   dili   sintaksisinin   bütün   tarixi-struktur   modellərini 

nəzərdən   keçirir.   O,   elmi   müşahidə   və   ciddi   araşdırmalara 

əsasən,   «Dədə   Qorqud»   boylarının   dili   ilə   müasir   Azərbaycan 

ədəbi   dilinin   sintaktik   quruluşu   arasında   möhkəm   varislik, 

mənşə,   kök   birliyi,   kamil   sələf   və   zəngin   xələf   münasibətləri 

olduğunu,   nəhayət,   hələ   ilkin   feodalizm   dövründə   Azərbaycan 

dilinin yüksək bir inkişaf səviyyəsində durub, ünsiyyətin bütün 

formalarını hərtərəfli təmin etdiyini sübuta yetirir. Aydın olur ki, 

1500-2000 il bundan əvvəl formalaşan Azərbaycan türkcəsinin 

«fonetik sistemi də, lüğət tərkibi də, qrammatik quruluşu da… 

özünü əsaslı və mükəmməl şəkildə mühafizə edib saxlayıb».

Birinci   minilliyin   ortalarındakı yazı dili əsasında qələmə 

alınan   bu   «dastandakı   obrazlarda   şumerlərin,   arattalıların, 

kutilərin,   lulluların,   turukkilərin,   mannalıların,   madayların, 

albanların, atropatenalıların ruhu və nitqi yaşayır».

22



1300   il   bundan   əvvəl   ərəblərin   «Azərbaycan» 

adlandırdıqları   məkan   vahid   və   bütöv   bir   ölkə   olmuşdur.   Bu 

ölkənin   əhalisi,   başlıca   olaraq,   türklərdən   ibarət   idi   və   onun 

ünsiyyət   vasitəsi   də   türk   dili   idi.   Lakin   türklər   təkcə 

Azərbaycanda yox, «Qara dənizin və Xəzərin şimalında, bütün 

orta Asiyada, Altaydan Balkana qədər geniş ərazidə yayılmışdı. 

Ona görə də fərqləndirmək üçün əvvəllər «Azərbaycan» dedikləri 

bu   ərazidə   işlədilən   dili   «əl-azəriyyə»   -  



azəri   dili 

adlandırırdılar».

Başqa   bir   səhifədə   tədqiqatçı   fikirlərini   daha   da 

dəqiqləşdirərək yazır: «Azəri» sözü az işlənsə də,  unudulmurdu. 

Azərbaycan   dilini   ilk   dəfə   rəsmi   dövlət   dili   elan   edən   Şah 

İsmayıl…   Anadolu   türkləri   ilə   qarışmamaq   üçün   osmanlıların 

sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı,  döv-

lət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə – 

xalqın işlətdiyi kimi çatdırır və bu hal «azəri dili» termininin daha 

çox məhdudlaşdırılmasına səbəb olur. Eyni anlayış haqqında  iki 

termindən     «türk   dili»nin   üstünlük   qazanmasında,   həqiqətən, 

Şah İsmayılın xidməti böyükdür».

Monoqarfiyada elmi şərhini tapan mühüm problemlərdən 

biri də belədir: bütün türk xalqlarının dili türk dili olduğu halda, 

nə üçün təkcə azərbaycanlılar – Azərbaycan türkləri öz dillərini 

həmişə «türk dili» adlandırmışlar? Q.Kazımov bu məsələni xalqın 

və dilin genezisi və ictimai-siyasi  amillərlə izah edir: «Bütün ilkin 

türk tayfaları   Ön Asiyada doğulduğu kimi,   türk  sözü də Ön 

Asiyada   doğulmuşdur».   Sonralar   Şərqə   yayılmış     və   yenidən 

«güclü bir tufan kimi bütün Qərbə, o cümlədən Cənubi Qafqaza 

və   daha   aşağılara»   qayıtmışdır.   XI-XII   əsrlərdə   Azərbaycanın 

ərazilərində, demək olar, başdan-başa türklər yaşayırdılar. Onları 

həm özləri, həm də xarici səyyah və tarixçilər türk, dillərini isə 

türk dili adlandırırdılar.XIII əsrin sonlarında  Anadoluda  Osmanlı 

dövləti yaranmışdı və bu dövlətin   dili rəsmi olaraq «Osmanlı 

dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə ümumi 

halda türk adlanan hər bir xalqın xüsusi adı vardı və ona görə də 

azərilər öz dillərini onlardan ayırmaq üçün «türk dili» adlandırır 

və bu zaman heç bir rəqabətlə qarşılaşmırdılar.

23



E.ə.   IV   əsrdə   Azərbaycanın   şimalında   Albaniya, 

cənubunda   Atropatena   dövləti   mövcud   olmuş,   bu   dövlətlərin 

ərazilərində   yaşayan   əhalinin   əksəriyyətini   türksoylu   tayfalar 

təşkil etmişdir. E.ə. III əsrdə böyük Hun imperiyasının meydana 

çıxması ilə bağlı «türklərin Orta Asiyadan qərbə yeni axınları baş-

lamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını 

qəbul etməli olmuşdur».

Azərbaycan dilinin «lüğət tərkibi və qrammatik quruluşu 

Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa 

dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir». Müasir 

Azərbaycan dilinin «fonetik sistemi, lüğət tərkibi və qrammatik 

quruluşu   1-ci   minilliyin   birinci   yarısının   məhsuludur.   İlkin 

feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül 

tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla 

yanaşı hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa 

dillərinin böyük rolu olmuşdur». (

Qəzənfər Kazımov. Azərbaycan 

dilinin   tarixi,s.577

)   «Ərəblər   Azərbaycana   daxil   olarkən   artıq 

vahid Azərbaycan xalqı və onun vahid dili inkişaf prosesi keçirirdi 

–   ümumiləşməkdə,   müxtəlif   türkdilli   etnosların   şivə   xü-

susiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi və türk-azəri 

dilinin   ədəbiləşməsində   ən   böyük   işi   folklor   nümunələri 

görürüdü… Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış 

olduqları   əsatir,   əfsanə,   rəvayət,   nağıl   və   dastanları   böyük 

məhəbbətlə   bir-birinə   ötürür   və   bu   prosesdə   dilin   de-

mokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də 

ümumiləşir   və   bir   tayfanın,   bir   etnosun   yaradıcılıq   məhsulu 

olmaqdan çıxaraq, bütün xalqın mədəniyyət, ədəbiyyat abidəsinə 

çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı, 

əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar 

sözlərinin,   məsəllərin,   alqışların,   qarğışların,   vulqar   ifadələrin, 

tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök etibarilə 

həmin dövrün yadigarlarıdır».

Q.Kazımov   folklorun   ümumiləşməsini   şifahi   ədəbi   dilin 

formalaşmasının yekunu hesab edir; Dədə Qorqud boylarını VI-

VIII əsrlərdə Azərbaycan ədəbi dilinin zənginliyini və gözəlliyini 

nümayiş etdirən misilsiz abidə kimi dəyərləndirir. Bu cür böyük 

miqyaslı   elmi   gəzişmələr,   tarixə   obyektiv   baxış   isə   ona     öz 

24



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə