allah yerdə qoymaz. (21)
allah yerdə qoymaz. (52)
Belə əlavələr nəticəsində cümlə qrammatik deyil, daha çox
üslubi cəhətdən qazanmış olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada olduğu kimi, III növ
təyini söz birləşməsinin də əvvəlində konkret kəmiyyət təyini
olduğu halda, birinci komponent cəmləşmişdir:
İki balaca u ş a q qolundan
İki balaca u ş a q l a r ı
n qollarından
dutub daxil olur. (36)
dutmuş daxil olur. (52)
Ümumiliyi və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün
uşaq
sözünə artırılmış yiyəlik hal şəkilçisi yerinə düşür. Çünki
cümlədəki
balaca
sözü, yiyəlik halın şəkilçisi olmadıqda, daha çox
qol
sözü ilə əlaqələnir və ilk varantdan az qala belə məna çıxır ki,
gələn şəxs özü ilə uşaq deyil, uşaq qolu gətirirmiş. İkinci nəşrdə
bu qüsur aradan qaldırılsa da,
uşaq
sözünün cəmlənməsi ilə
qrammatik səhvə yol verilmişdir.
Kəmiyyət şəkilçisinə nisbətən, yiyəlik halın şəkilçisindən ədib
daha müvəffəqiyyətlə istifadə etmiş, ikinci növ təyini söz birləşmə-
sinin xüsusi isimlə ifadə olunmuş birinci tərəfinə bu şəkilçini artır-
maqla canlı danışıqda işlənən formanı ədəbi dil üçün normal vəziy-
yətlə əvəz etmişdir:
… bu, Süleyman bəydir, N ə c ə f …bu, Süleyman bəydir, N ə c
ə f
b ə y o ğ l u. (31)
b ə y i n o ğ l u. (43)
Dilimizin inkişaf tarixindən məlumdur ki, III şəxs
mənsubiyyət şəkilçili sözlərdə çox zaman təsirlik halın məzmunu
yalnız
-n
şəkilçisi ilə ifadə olunmuşdur. Bu hal indi də canlı
danışıq dilində qalmaqdadır. Lakin XVIII əsrdən başlayaraq,
-ı
şəkilçili forma üstünlük qazanmış, sovet dövründə isə yazılı ədəbi
dilimizdə bir qanun kimi sabitləşdirilmişdir. Bu sahədə düzəliş
apararaq, 20-yə qədər cümlədə mənsubiyyət şəkilçili sözə
-ı
102
şəkilçisi artıran ədtb, görünür, həmin inkişaf istiqamətini nəzərə
almışdır; məsələn:
Süleyman bəy x ə n c ə r i n versə… Süleyman bəy x ə n c ə r i n i
(28)
versə… (41)
Q o l u n qısır çiyninə. (6)
Q o l u n u qısır çiyninə. (12)
Mal yemiyənin m a l ı n
Mal yemiyənin m a l ı n ı
yeyərlər. (7)
yeyərlər. (4)
Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. cümlənin məz-
mununun asanlıqla və düzgün başa düşülməsinə səbəb olur.
Yazıda isə formal qrammatik vasitələrdən – şəkilçilərdən daha
çox istifadə edilir. Elə buna görə də şifahi nitq intonasiyası
əsasında qurulmuş bəzi cümlələrə ədib sual ədatı, şərt şəkilçisi
və s. artırmış, cümlələri ədəbiləşdirməyə çalışmışdır; məsələn:
İstul-filan h a z ı r o l u b? İstul-filan h a z ı r o l u b d u r
m u?
(13)
(20)
Harada g i z l ə y i b l ə r tapıb
Harada g i z l ə y i b l ə r
s ə, tapıb
aparıb tapşırarsan atasına. (25)
aparıb tapşırarsan
atasına. (37)
İkinci nəşrdə sözlərin əlavəsi daha çox dəqiqləşdirmə, qeyri-
müəyyənliyi aradan qaldırma məqsədi güdür. Bu xüsusiyyət
isimlərin əlavə edilməsinə daha çox aiddir. Məsələn, ədib
aşağıdakı cümlələrdə mötərizələrdəki sözləri sonradan əlavə
etmişdir:
Gərək bu gün İmamverdinin qızı qayıtsın (atasının)
evinə
(36);
İndi iki yüz manat
(borc) vermək istəmir
(48);
Məşədi (Cəfər) baş əyib çıxır
(51);
Onların (gözlərinin) yaşını
tökmə
(31) və s. Əlavə edilmiş əvəzliklər də konkretləşdirmə
mahiyyəti daşıyır:
Gözünü dikib (o) dörd divara
(56);
Gətirim
(sənin) gözüyün qabağına
(52) və s.
Ədib Məşədi Cəfərin dilindəki
«Xub, ver görüm»
-
cümləsinə
asandır
sifətini artırmışdır:
Xub, ver görüm, asandır.
103
(22) Məşədi Cəfər bəylərə müamilə ilə pul verir və bu hesaba
xeyli gəlir əldə edir. Nökər Cavad bu məqsədlə Məşədi Cəfərə
pul verir və həmin pulu bəylərə birtəhər «sırımasını» xahiş edir.
Bunun müqabilində Məşədi Cəfər
«asandır»
deməklə bəylərin
vəziyyətini, qumardan məst olmuş bu adamların bir tərəfdən də
müamilə yolu ilə necə müflisləşdiklərini göstərmiş olur, bir söz
vəziyyətin aydınlaşmasına daha çox kömək edir. Lakin ədib
sifətlərdən həmişə belə muvəffəqiyyətlə istifadə edə bilməmişdir.
Məsələn, Əbdülün dilində
«Yaxşı, Nəcəf bəyin bir oğlu var idi,
necə oldu?
cümləsinə
oğlu
sözünün təyini kimi təzədən
yaxşı
sö-
zünün əlavəsi lazım deyildi. Əvvələn, həmin cümlədə
yaxşı
ədatı
olduğundan təkrara yol verilmiş olur, digər tərəfdən, Əbdülün
sonrakı replikasında bu söz işlənmişdir
(«Allah rəhmət eləsin,
yaxşı oğlan idi»)
və nəhayət, Əbdül tərifləsə də, hadisələr
göstərir ki, Süleyman bəyə «yaxşı» demək o qədər də doğru
deyildir.
Mətnə əlavə edilmiş
istəmək, etmək
felləri də ədəbi dilin
xeyrinə olaraq loru danışıq dili ifadə tərzindən qaçmaq meylinin
nəticəsidir:
104