eyni zamanda, bu qədər qədim tarixə malik olmaları dilimizin
frazeoloji qatının daha qədim dövrlərdə təşəkkül tapmış
olduğunu sübut edir.
(anın) könlinə ilham edərdi, əllərindən almıya,
sözün tutıb (təmam edərlərdi), namaz qılan, qulaq urıb
(dinləyəndə)
(32) – ifadələrinin hamısında frazeoloji məna
vardır
Könlünə ilham etmək
– ilham vermək, bir şey haqqında
qəlbinə duyğular yeritməkdir;
əlindən almaq
– hakimiyyəti ələ
keçirməkdir
; sözün tutmaq
– sözünə, məsləhətlərinə
baxmaqdır;
qulaq urmaq
– dinləməkdir, eşitməkdir – indi
qulaq
vermək
şəklində işlənir.
Yaqan,la boğazından tutayınmı, (qaba) ön,cəm
altına salayınmı
(35) – ifadələrində frazeoloji məna zəif, ilkin
məna əsas olsa da, birləşmələr artıq frazeoloji inkişaf yolundadır.
Birləşmələrin ümumi mənası öldürmək, məhv etməkdir.
Elə birləşmələr var ki, onların hələ çox sonralar frazeoloji
vahidə çevriləcəyi hiss olunur. Məsələn,
Bunlu qoca ilə Yapağlu
qocayı Dəpəgözə verün, aşın pişürsün –
cümləsində
aşını
bişirmək
birləşməsi hələ həqiqi mənadadır, fraza izləri yoxdur –
hələ birisinə kələk gəlmək, birisini ağır vəziyyətə salmaq məna-
larını qazanmayıb.
Frazeoloji vahidlərin bir qisminin komponentlərində həqiqi
məna izləri qaldığından tərəflər arasına müxtəlif sözlər daxil ol-
muşdur.
Qara tırnaq ağ yüzümə çalayınmı
(76) - cümləsində
fraza «tırnaq çalmaq»dır. Lakin onun birinci tərəfi öz təyini, ikinci
tərəfi obyekti ilə işlənmişdir:
qara tırnaq
,
ağ yüzünə çalmaq
.
Bağır basmaq, yandı bağrım, göynədi içim
kimi ifadələr də
fiziki əsasına yaxındır.
Əl götürdilər, hacət dilədilər. (
35) İnsanın göz açdığı
ilk gündən göylərə tapındığını nəzərə aldıqda bu ifadələr daha
qədim ola bilər. Lakin islam dininin təsiri ilə daha işlək olmuşlar.
Əl götürmək, dua etmək, hacət diləmək
sinonim ifadələri bizim
günlərdə yenə də aktuallaşmaqdadır.
Əcəl aldı
(42) - öldü, (qardaşını)
həqqinə qodı
– dəfn
etdi – ifadələrinin də islam dini ehkamları ilə bağlı yarandığını
güman etmək olar. Lakin, şübhəsiz, ifadə etdiikləri anlayışlara
görə tarixən daha qədimdir.
318
Ölmək, öldürmək
anlayışlarının çoxu müəyyən vasitə ilə
reallaşan prosesi bildirir:
qol-bud olup yer yüzinə
düşməyincə
(38),
oxa düşdi, şəhid oldı
(46),
at ayağı
altında qalmasun
(48),
ər bögürdən
(49), (kafərə)
qırğın
girdi
(50), (on iki bin kafər)
qılıcdan keçdi,
(baş kəsübdir),
qan dökipdir
(69), (Əzrayıl ol yigidin)
canın aldı, canını xır-
latğıl
(79),
canın verərmisən, xırlamağa başladı
, (dilədi ki)
olanı həlak qılaydı, canımı alasan
(82),
ödi sındı
(100). Bir
qismi təbii ölüm anlayışını bildirir:
can verdi
(öldü) (100)
can
vermədi
(yəni canını sənə vermədi),
gözlərin uyxu almış
(ölüm yuxusu) (39),
canın seyranda imiş
(ruhu göylərdə
olmaq mənasında),
canın varsa
(dirisənsə) (39),
yer gizlədi
(41) və s,
Ağlı başından çıxmaq, huşunu itirmək, çətin vəziyyətə
düşmək mənalarında işlədilmiş frazeoloji vahidlər də əsaslı
dəyişikliyə uğramadan dilimizdə yaşamaqdadır:
ah etdi, əqli
başından getdi, dünya-aləm gözinə qaranu oldı, dünya-
aləm (kafərin) başına qaranu oldı
(44),
başım bunaldı
(45),
ah eylədi, başından əqli getdi, əqlim-usum dərə
bilmən.
(44)
Bu misallarda
qaranu
– qaranlıq,
bunaldı
– zəiflədi,
us
–
ağıl mənalarındadır və dəyişiklik bunlardan ibarətdir.
Qazan bəg yola getdi
(44) cümləsində
yola getdi
ifadəsi
eyni mətndə işlənmiş
yola düşdi
ifadəsi ilə sinonimdir.
Düşdi
feli zəif şəkildə «yıxıldı» mənasını da ifadə edir, bu məna dilimizdə
arxaikləşdikcə
getdi
sözü
düşdü
sözü ilə əvəz edilmişdir.
«Kitabi-Dədə Qorqud»un dilində işlənmiş frazeoloji vahid-
ləri komponentlərinin mənşəyinə görə qruplaşdırdıqda türk mən-
şəli sözlərdən yaranmış frazeoloji vahidlərin təbii üstünlüyü
müşahidə olunur. Müasir dilimizdə olduğu kimi, dastan boylarının
dilində də feli frazeoloji vahidlər aparıcıdır.
Frazeoloji vahid tərkibində şəxsli fellər felin müxtəlif
şəkillərindədir.
Feli komponent əmr şəklindədir.
Fel əmr şəklinin əksər
şəxslərində özünü göstərir.
1-ci şəxs təkdə – qara
tırnaq
ağ yüzümə
çalayınmı
(76),
(yigidin)
canın qurtarayım;
(82)
319