Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə72/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   68   69   70   71   72   73   74   75   ...   243

axtarmaqdan xilas edib belə səlisləşdirmək olardı:  

Gördüm bizim 

həyətdə çox böyük və gözəl bir ağac bitib.

Başqa cümlə üzvlərinə nisbətən, zərfliyin xəbərdən sonra 

işlənməsi halları pyesin dilində daha çox nəzərə çarpır. Bu cəhət 

bütün   zərfliklərə   deyil,   daha   çox   yer   zərfliyinə   aiddir.   Pyesdə 

zərfliyin  digər növlərinin də xəbərlə inversiyası müşahidə edilir, 

lakin   bunlar   yer   zərfliyi  ilə   xəbərin   inversiyası   qədər   çox   fakt 

vermir.   Maraqlı   cəhətlərdən   biri   də   budur   ki,   yer   zərflikləri 

içərisində yönlük halda olanlar inversiyaya daha çox uğramışdır. 

Məsələn:

Bircə başını qalxız qoy d i z i m i n   ü s t ü n ə.

 (14) 

…öz 


nökərindən göndərir N ə c ə f  b ə  y i n  e v i n ə.

  (59) 


Di yeri 

gedək  i r ə l i.

 (44) 

Əlacım ona qalıbdır ki, həmişəlik göndərim k ə  



n d ə.

 (15) 


Yaxşı, get, indi mən gəlirəm  s ə n i n   y a n ı n a

. (29) 


Budur,  mən səkkiz ildən artıqdır ki, getmişəm İ r a n a 

(55) və s.

Az hallarda yerlik halda olan zərfliklərin xəbərlə inversiyasına 

da rast gəlmək olur.   

Sən   allah, Pəri, tez-tez gəl-get mənim 

yanıma, yoxsa dustaq kimi qalmışam d ö r d  d i v a r ı n  a r a s ı  

n d a.

 (26)


Məlumdur   ki,   təyinlə   tərzi-hərəkət   zərfliyi,   əsasən,   aid 

olduqları   üzvə   görə   müəyyənləşir;   təyin   ad   bildirən   sözlərin, 

zərflik hərəkətin əlamətini bildirir. Danışıq zamanı fasilə, vurğu, 

avaz   və   s.   hesabına   zərflik   də   öz   qanuni   yerini   dəyişə   bilir. 

Məsələn,   Səlim   bəyin   dilindəki   «

Mənim   duam   Mirzənin 

dualarından yaxşı allaha çatar»

  -   cümləsində  

yaxşı

  sözü  


allah 

sözünü təyin   etmir, işin icra tərzini bildirir.  Bu cümlədə üslubi 

cəhət  də  yoxdur,  yalnız  danışıq   dilinə   aludəçilik    vardır.    Belə 

vəziyyət  aşağıdakı  misalda  



atlı

   sözünə  də  aiddir: 

Heç, anacan, istəyirəm bir  a t l ı  şəhərdən çölə gəzməyə  

çıxam


. (24) Hətta bəzən frazeoloji vahidlə ifadə olunmuş zərflik 

də belə bir qeyri-dəqiq məqamda işlədilmişdir: 

Xudaya, bilirəm, 

qiyamət günü y ü  z ü   q a r a dərgahına gələcəyəm.  

(61) Bu 

cümlədə  

yüzü qara

  ifadəsi  

dərgah  

sözünü təyin etmir, xəbərin 

tərzini bildirir.

Əsərdə az hallarda məqsəd zərflikləri ilə xəbərin inversiyasına 

da rast gəlirik. 

Çıxmışdım şəhərdən çölə  b i l d i r ç i n  d u t m a ğ  

a

. (39)


208


Göründüyü kimi, pyesdə cümlə üzvlərinin inversiyası xəbər 

zonası  üçün   daha   xarakterikdir.   Bu   hal   hətta   sabit   söz 

birləşmələrinin   komponentləri   arasında,   ismi   və   feli 

komponentlərin yerləşməsində də özünü göstərir. Adətən ədəbi 

dildə   frazeoloji   vahidlərin   adlardan   ibarət   olan   tərəfləri   feli 

tərəfdən əvvəl gəldiyi halda, pyesdə işlənmiş bir çox cümlələrdə 

feli tərəf əvvəl yerləşmişdir. Məsələn: 

Kişi  q u r ş a n ı b  qumara.

  (24)  

Olub-qalanı  v e r d i n  bada. 

…bəlkə  əqli  başına  gəldi,  qumarı  q o y d u  yerə.

 (26)  


…can y ı ğ ı l 

ı b boğazıma.

 (46)

Cümlə   üzvlərinin   inversiyasına   yalnız   dialoqlarda   deyil, 



remarkalarda, müəllifin öz dilində də təsadüf olunur. Lakin bu 

hal obrazların dilində olduğu qədər geniş yayılmamışdır. Konkret 

şəkildə göstərmək olar ki, remarkalarda inversiya imkanı olan 92 

sadə geniş nəqli cümlədən yalnız 17-də cümlə üzvlərinin sırası 

pozulmuşdur. Qəribə cəhət burasıdır ki,  həmin 17 cümlədən 16-

da yer zərfliyi ilə xəbər öz yerini dəyişmişdir. Burada isə yönlük 

halda olan yer zərflikləri üstünlük təşkil edir:

Özünü  yıxır   

k ü r s ü n ü n  ü s t ü n ə

. (37) Gəlir çökür  

S o n 

a   x  a-   n ı m ı n  b a ş ı n ı n    ü s t ü n d ə.



 (54) Süleyman bəy 

avçının  köməyi  ilə  başını  qavzıyıb qoyur   o n u n   d i z i n i n  ü s t 

ü n ə.(44) Əyləşir 

b a ş ı n ı n   ü s t ü n d ə

. (44) Boynundan tutub 

itəliyir o biri 

o t a ğ a.

 (52) Nəcəf bəy tökür 

ç a y a

. (92) Pulu qoyur 



c i b i n ə

. (51)  Yeriyir  

i r ə l i.

  (33)  Təməssükü  və  girovu  alıb 

qoyur   

c i b i n ə

. (51) Atasının qolundan dutub çəkir   

ç ö l ə


. (35) 

Keçir o biri  

o t a ğ a.

 (34) Kərim yeriyir 

q a b a ğ a

. (35) Yeriyirlər  

a b a ğ a



. (44) Yüyürür   

N ə c ə f  b ə y i n  d a l ı n c a.

 (53) Mücrü-

nü atır  

o t a ğ ı n  o r t a s ı n a.

 (51)


Müəllifin dilindəki   inversiya tipləri canlı danışıq dilində indi 

də geniş şəkildə müşahidə olunur. Remarkalarda söz sırası ədəbi 

dil qaydalarına daha yaxındır. Müəllif dilində yalnız bir cümlədə 

mübtəda ilə xəbərin inversiyasına rast gəlirik ki,  bu  da  məntiqi 

vurğu ilə əlaqədardır: Nümayan  olur   

S o n a   x a n ı m ı n   o t  

a   ğ   ı.

  (23)   Məhz   başqa   məkan   deyil,   növbəti   şəkildə   Sona 

xanımın   otağının   nümayan   olduğunu   göstərmək   üçün   cümlə 

üzvləri bu şəkildə sıralanmışdır.

209



Cümlə üzvlərinin sırası ilə əlaqədar maraqlı cəhətlərdən biri 

də   cümlələrdə   qoşulma     konstruksiyaların     işlənməsidir.   Bu 

cəhətdən pyesin dili üçün aşağıdakı cümlələr xarakterikdir:

Amma  onun nökəri Cavad indi olub Ağa Cavad,  s ö v d a g  

ə r i- m ə ş h u r.

 (56) 


Qədim  vaxt  murov  vədəmdə  görürdün 

ətraf bəyləri cəm olub av binası qoyurdular, q u ş  a v ı  y a     q a  

b a n  a v ı

 (9) 


Buranın  yerindən,  havasından  əlavə, suyu  çox  

içməlidir, b u z    k i m i      y ü r ə k   s ə r i n i d ə n. 

(40) 

Xub, 


ağa  İsmayıl, siz  bana  bir  bunu söylüyün görüm, Nəcəf   bəyin 

yaxşı dost-aşnaları  var  idi.  

 

D ö v l ə t l i     ş ə x s l  ə r.



 

Məgər 


heç onlardan binəvayə bir kömək çatmır?

 (58) və s.

Təsəvvür etmək mümkündür ki, nitq prosesində müəyyən 

hadisə, əlamət, xüsusiyyət unudulur və cümlənin sonunda yada 

düşür,   müəyyən   fasilə   və   intonasiya   ilə   ayrılsa   da,   yenidən 

cümləyə qoşulur. 

Cümlə   üzvlərinin   sırası   ilə   əlaqədar   bu   qısa   qeydlərdən 

aydın   olur   ki,   Ə.Haqverdiyev   öz   dram   dilini   bu   sahədə 

ədəbiləşdirməyə   çalışsa   da,   onun   əsərlərində   canlı   dilin 

xüsusiyyətləri çox güclü olduğundan ədib bunların yalnız cüzi bir 

hissəsinə əl gəzdirə bilmiş, cümlə üzvlərinin sırası ilə əlaqədar bir 

sıra   cəhətlər   xalq   danışıq   dilinin   canlı   izləri   və   bədii   dilin 

tələblərindən irəli gələn mühüm bir vasitə kimi onun əsərlərində 

mühafizə olunub saxlanmışdır.



MÜRƏKKƏB CÜMLƏ

Ədəbi dili ümumxalq danışıq dilinə yaxınlaşdırmaq meyli ən 

iri   sintaktik   birləşmələrdən   olan   mürəkkəb   cümlələrin 

quruluşunda da qabarıq şəkildə təzahür edir. Pyesin mürəkkəb 

cümlə   fondunu   diqqətlə   nəzərdən   keçirdikdə   məlum   olur   ki, 

M.F.Axundova   qədərki   klassik   ədəbi   dil   çox   sürətlə   öz   yerini 

danışıq   dili   əsasında   qurulmaqda   olan   milli   ədəbi   dilə 

verməkdədir.   Pyesdə   mürəkkəb   bağlayıcılarla   düzələn   saysız-

hesabsız mürəkkəb cümlələrə təsadüf olunmur və demək olar ki, 

belə cümlələr yox dərəcəsindədir. Sadə bağlayıcıların özləri də 

(«ki» və «amma» müstəsna olmaqla) az işlənmişdir.

210



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə