Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə29/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   25   26   27   28   29   30   31   32   ...   243

Beləliklə,   aydın   olur   ki,   Ə.Haqverdiyev   öz   əsərini   kitab 

halında   nəşrə  hazırlayarkən,   onu   bir   daha   nəzərdən   keçirmiş, 

yerinə   düşməyən   söz,   ifadə   və   cümlələri   təshih   etmişdir. 

Düzəlişlərin müsbət xarakterdə olması da bunu təsdiq edir. Elə 

buna   görə   H.Əfəndiyev   özü   də   təshihlərin   əhəmiyyəti   barədə 

bəzən tərəddüdlə danışır.

Əslində,   burada   bizi   maraqlandıran   cəhət   sovet 

hakimiyyətinə qədərki dövrdə ədibin öz əsərlərinin dili üzərində 

işinin dairəsi, xarakteridir. Nəzərdən keçirdiyimiz bir sıra başqa 

faktlar   da   göstərir   ki,  Haqverdiyev  otuz  ilə  qədər   bir   müddət 

ərzində yazıçı duyğusunun tələbləri çərçivəsində hərəkət etmiş, 

imkan dairəsində dil vasitələrinin ən yaxşısını, sinonim  söz və 

ifadələrdən daha müvafiqlərini seçib götürmək, səlislik, ifadəlilik, 

lakonizm,   bədiilik   prinsiplərini   əsas   tutmuş,   öz   əsərlərinin   dili 

üzərində bu prinsiplər əsasında iş aparmışdır.

İndi də «Dağılan tifaq»ın 1899-cu il Peterburq və 1926-cı il 

Bakı nəşrlərinin dilinə diqqət yetirək.

ŞİVƏÇİLİYƏ  QARŞI

Yaradıcılığının   inqilaba   qədərki   dövründə   Ə.Haqverdiyev 

məhdud məhəlli dil vasitələrinə öz əsərlərində nisbətən geniş yer 

vermişdir.   Sovet   dövründə   ədibin   rəhbərliyi   ilə   aparılan 

dialektoloji işlər onun öz yaradıcılığına da təsir etmiş, o, ədəbi dil 

ilə dialektlərin əlaqə və münasibətini daha dərindən anlamağa 

başlamış, buna görə də vaxtilə nəşr olunmuş əsərlərinin dilini 

lüzumsuz şivə xüsusiyyətlərindən təmizləməyə, əsərlərinin dilini 

ədəbi dil normalarına uyğunlaşdırmağa çalışmışdır. Ədibin özü 

də   daxil   olmaqla   bir   neçə   nəfərin   məruzəsi   əsasında   qəbul 

edilmiş tezislərdə oxuyuruq: «Ayrı-ayrı Azərbaycan ləhcələrində 

bəzi   səslərin   dəyişmələri   müxtəlif   sərfi   şiddətlər   ilə   bağlıdır; 

məsələn, Qarabağ şivəsində… «dır»ın «dı» surətdə tələffüzü və 

sair kibi».

32

 Bu xüsusiyyəti dialektoloji yeniliklərin təsiri ilə Haq-



32

 

 



 

 

,



Цмумазярбайъан юлкяшцнаслыг гурултайынын тезисляри  

.18.


сящ

86



verdiyev özü müşahidə etmişmi, başqaları göstərmişmi -   bunu 

müəyyənləşdirmək çətindir. Lakin bir faktdır ki, ölkəşünaslıq qu-

rultayından   sonra,   ədib   bu   hadisənin   ədəbi   dil   üçün   xarakter 

olmadığını nəzərə alaraq, səkkiz cümlədə qanuni vəziyyəti bərpa 

etmişdir; məsələn:

İki yüz manat nə p u l d u ki…(34)      İki yüz manat nə artıq p u l d u r 

ki…(49)

33

O d u  genə gəlir.  (43)                  O d u r   genə gəlir  (61)  və s.



Düzəlişlərə   baxmayaraq,   bu   xüsusiyyət   Ə.Haqverdiyevin 

dili   üçün   səciyyəvi   bir   xüsusiyyət   kimi   qalmış   və   canlı   dilə 

məxsus mühüm bir əlaməti mühafizə edib saxlamışdır.

Əsərin ilk nəşrində sıra sayı düzəltmək üçün bəzi dialekt və 

şivələrimizdə, o cümlədən Qarabağ dialektində müşahidə olunan 

–  

minci

  şəkilçisindən istifadə edilmiş, həm müəllif dilində (re-

maarkalarda), həm də obrazların dilində işlənmiş bu şəkilçi 17 

sözdə ədəbi dil forması ilə əvəz olunaraq ikinci nəşrdə əsərdən 

tamamilə çıxarılmışdır:

İ k i m i n c i  məclis.  (16)

İ  k  i   n   c   i     məclis. 

(23)


İ k i m i n c i s i n ə  qalan

İ   k   i   n   c   i   s   i   n   ə 

qalan 

yerdə…  (7)                                      yerdə…  (12) və s.



Birinci nəşrdə şivə çalarlı başqa şəkilçilərə də rast gəlirik; 

məsələn:  

Məşədi əyləşir  yerdən  (34); Xəncərimi odun qırmaq 

bəhanəsinə  aldılar, qaçdılar (32); O şer bunların müqabilində 

bir bilayiq şeydir

 (8) – cümlələrindən birincisində canlı danışıq 

dili üçün səciyyəvi olan çıxışlıq hal şəkilçisi ədəbi dildə işlənən 

forma   ilə   –   yerlik   hal   şəkilçisi   ilə,   ikinci   misaldakı   yönlük   hal 

şəkilçisi ədəbi dildə bu məqamda işlənən  

ilə

  qoşması, sonuncu 



33

 

 



 

  1899-


 

,  


  1926-

 

 



Сол сцтцнда пйесин

ъу ил саьда

ъы ил няшринин 

 

сящифяляри верилмиш



.

дир


87


misaldakı   alınma   şəkilçi   ümumişlək   alınma   şəkilçi   ilə   əvəz 

edilmişdir:  

Məşədi əyləşir  yerdə

  (49);  

Xəncərimi odun qırmaq 

bəhanəsi ilə  alıb qaçdılar

  (45);   

O şe`r bunların müqabilində 

bir nalayiq şeydir

 (13)

III  növ  təyini   söz   birləşməsinin   ikinci   tərəfi   kimi   işlənib, 



yerlik   hal   şəkilçisi   ilə   formalaşmalı   olan  

üst


  sözü   əsərin   ilk 

nəşrində, canlı danışıq dilində olduğu kimi, yalnız yönlük halın 

şəkilçisi ilə birləşmənin ikinci tərəfi kimi çıxış etmiş, yeni nəşrdə 

ədəbiləşdirilmişdir:

Çökür başının ü s t ə.   (38)

         Çökür başının ü s t ü 

n d ə.   (54)

Ot kökünün ü s t ə bitər.  (10)      Ot kökünün ü s t ü n d ə 

bitər. 

          (16) və 



s. 

Ədib   morfoloji   vahidlərlə   yanaşı,   leksik   vahidləri   də 

nəzərdən keçirmiş, ilk nəşrdəki  

küy, dənə, səfər, dədə, əhatə, 

neçün, həməsalah, ayam, indən belə, oqqədri, nə qayırım

  və s. 


kimi söz və ifadələri mətndən çıxararaq,  

səs, ədəd, dəfə, ata, 

həyət, nə üçün, mayehtac, əyyam, bundan belə, o qədər, necə 

eləyim


 kimi söz və ifadələrlə əvəz etmişdir:

Eşikdən k ü y  gəlir.  (37

Eşikdən s ə s gəlir.  (53)

D ə d ə, gəl gedək.  (24)

A t a,  gəl gedək.  (35)

Amma i n d ə n  b e l ə  nə olsun? Amma b u n d a n  b e lə nə 

olsun?      

 (23)                                                                 (33)

Pyesin   ilk   nəşrində   müraciət   bildirən   söz   kimi   işlənmiş 

balam


 və 

bacı 


sözləri daha müvafiq sözlərlə əvəz olunmuşdur:

      Bir də, b a l a m, mən… (5)

              Bir də, c a n ı m, 

mən… (8)


        Heç, b a c ı, istəyirəm bir ava

              Heç, a n a c a n, 

istəyirəm  bir… (24)

        çıxam.   (16)

 

88



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə