Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR



Yüklə 250,4 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix13.12.2017
ölçüsü250,4 Kb.
#15461
1   2   3   4   5   6

15 yanvar 2016-cı il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Yanvarın  1-dən  Azər-

baycan da  yeni  diridoğulma 

meyarlarının  tətbiqinə  baş-

lanılıb.  Bununla  əlaqədar 

Səhiyyə  Nazirliyinin  İctimai 

Səhiyyə  və  İslahatlar  Mərkəzi 

(İSİM)  mütəmadi  olaraq  diri-

doğulmanın  beynəlxalq  me-

yarlarına  keçidlə  əlaqədar 

ictimai  maarifləndirmə  işləri 

həyata keçirir. 

Azərbaycan  Tibb  Uni-

versiteti,  Azərbaycan  Dövlət 

Pedaqoji  Universiteti,  Bakı 

Qızlar Universiteti, 1 nömrəli 

Bakı Tibb Kolleci və 2 nömrəli 

Bakı  Baza  Tibb  Kollecində 

tələbə  heyəti  ilə  İSİM-in 

həkim  və  kommunikasiya 

mütəxəssislərinin  görüşləri 

keçirilib.

Reproduktiv 

yaşda 


olan  qadınlar  üçün  keçirilən 

görüşlərdə  ana  və  uşaqla-

rın  sağlamlığının  qorunması 

istiqamətində  zəruri  addım-

lara  diqqət  yetirilib.  Qeyd 

olunub  ki,  Azərbaycan  Res-

publikasında  yeni  diridoğul-

ma  meyarlarının  tətbiqinə 

başlanılması  ölkədə  çox  az 

çəkili  yenidoğulmuşların  ya-

şamasına ümid verir.

Vurğulanıb  ki,  düzgün 

həyat tərzi keçirmək və zərərli 

vərdişlərdən  uzaq  olmaq, 

erkən  yaşda  hamiləlikdən 

çəkinmək,  hamiləliyin  3  ay-

lığından  etibarən  mütəmadi 

həkim  nəzarətində  olmaq 

vaxtından  əvvəl  doğuşların 

qarşısının  alınmasına  kömək 

edir.  İnteraktiv  şəkildə  qu-

rulan 


təqdimatların 

so-


nunda  mövzu  ilə  əlaqədar 

maarifləndirmə  materialları 

paylanılıb.

Analoji  maarifləndirmə 

tədbirləri  2016-cı  ilin  yan-

var-fevral 

ayları 

üçün 


nəzərdə  tutulub.  Tədbirlər 

“Ana  və  uşaqların  sağlam-

lığının 

yaxşılaşdırılmasına 

dair 2014-2020-ci illər üçün 

Dövlət  Proqramı”nın  həyata 

keçirilməsi  üzrə  Səhiyyə  Na-

zirliyinin  Tədbirlər  Planına 

və  Səhiyyə  Nazirliyi  ilə  BMT-

nin  Uşaq  Fondunun  (UNICEF) 

Azərbaycan  nümayəndəliyi 

arasında  imzalanmış  birgə 

Fəaliyyət Planına müvafiq ola-

raq həyata keçirilir.

Vaxtından əvvəl doğulan körpələrin 

yaşamaq ehtimalı artır



T

ibbin bütün sahələrində 

olduğu kimi sanitariya-

epidemioloji xidmətinin 

fəaliyyətinin müxtəlif 

istiqamətləri üzrə davamlı 

inkişafına nail olunub.  

Yoluxucu 

xəstəliklərlə 

mübarizə və onların profilak-

tikası beynəlxalq təşkilatlarla 

əməkdaşlıq şəraitində həyata 

keçirilir. Bu istiqamətdə apa-

rılan  tədbirlərin  nəticəsində 

bir çox ölkələrdə və region-

da  qeyd  edilən  epidemioloji 

gərginliyə baxmayaraq, res-

publikada  epidemioloji  sa-

bitlik qorunub saxlanılıb.

Profilaktik  və  əksepidemik 

tədbirlərin  səmərəli  həya-

ta  keçirilməsi,  müasir  im-

munlaşdırma 

strategiya-

ların  tətbiqi  və  çevik  epi-

demioloji  nəzarət  siste-

minin  təşkili  nəticəsində 

bu  gün  difteriya,  polio-

mielit,  qızılca,  məxmərək, 

göyöskürək  xəstəliklərinin 

ölkədə  müşahidə  edilmə-

məsi,  görülmüş  işlərin  bariz 

nümunəsidir.

Poliomielit 

xəstəliyinin 

dün ya  miqyasında  ləğvi-

nin  yekun  mərhələsi  kimi 

peyvənd  təqviminə  yeni 

inaktivləşdirilmiş  poliomie-

lit  vaksininin  əlavə  edilməsi 

və  2016-cı  ilin  aprel  ayın-

da  3-valentli  poliomie-

lit  peyvəndinin  2-valentli 

vaksinlə əvəz edilməsinə ha-

zırlıq  işlərinin  başa  çatması 

önəmli hadisələrdən biridir.

Ölkədə  həyata  keçirilmiş 

genişmiqyaslı  tibbi-profi-

laktika tədbirləri nəticəsində 

artıq 3 ildir ki, malyariyanın 

yerli  yoluxması  baş  vermir 

ki, bu da səhiyyəmizin böyük 

uğurudur.

Son  illərdə  epidemiya  və 

pandemiyaların  baş  verməsi 

təhlükəsinin  qarşısının  alın-

ması istiqa mətində yoluxucu 

xəs təliklərin monitorinqi ak-

tual məsələyə çevrilib.

Bu səbəbdən 2010-cu ildən 

tətbiqinə  başlanılmış  Yo-

luxucu  Xəstəliklərin  Elekt-

ron Müşahidə Sistemi daima 

yenilənir  və  təkmilləşdirilir. 

Bu  sistem  vasitəsi  ilə 

ölkəmizdə  qeydə  alınan  hər 

bir yoluxucu xəstəlik hadisəsi 

barədə  onlayn  rejimində 

məlumat  almaq,  operativ 

tədbirləri  həyata  keçir mək, 

epidemioloji  vəziy yəti,  hətta 

rayon  səviyyəsində  təhlil 

etmək  im kanları  mövcud-

dur. Qeyd etmək lazımdır ki, 

müvafiq  məlumatların  bir-

başa  Ümumdünya  Səhiyyə 

Təşkilatına 

ötürülməsi 

təşkilat  tərəfindən  dəstək-

lənmiş  və  artıq  mütəmadi 

olaraq bu proses həyata ke-

çirilir.


Respublika  əhalisinin  sani-

ta riya-epidemioloji salamat-

lığının  qorunması  sahəsində 

təhlükəsiz  ərzaq  məhsulları 

və  su  ilə  təchizatı  müstəsna 

rol  oynayır.  Bu  məqsədlə 

Səhiyyə  Nazirliyi  tərəfindən 

alınan  ən  müasir  laborator 

avadanlıq,  kadrların  yenidən 

hazırlanması 

hesabına 

mikrobioloji  və  toksikolo-

ji  müayinələrin  beynəlxalq 

standartlar 

səviyyəsində 

aparılması təmin olunur.

Görüşdə  ATU-nun  beynəl-

xalq əlaqələr üzrə şöbə mü-

diri Nadir Zeynalov da iştirak 

edirdi.


Ölkədə epidemioloji durum 

nəzarət altındadır

 ATU-nun Tədris Cərrahiyyə 

Klinikasında hələ ana bətnində 

qastroşizis patologiyası aşkar edilən 

körpə doğulan kimi əməliyyat 

olundu. 

A

zərbaycan  Tibb  Universıtetinin 



(ATU)  Tədris  Cərrahiyyə  Klini-

kasında hələ ana bətnində qast-

roşizis patologiyası aşkar edilən körpə 

qeysəriyyə  üsulu  ilə  doğulub.  Dünya-

ya  gələn  kimi  körpənin  bağırsağında 

əməliyyat aparılıb.

ATU-nun  Tədris  Cərrahiyyə  Klinika-

sının  mama-ginekologiya  şöbəsinin 

müdiri  Turab  Canbaxışovun  sözlərinə 

görə,  xəstə  hamiləliyin  ilk  günündən 

sözügedən  klinikada  müayinə  olunub. 

Hamiləliyin  8-ci  həftəliyində  ultrasəs 

müayinəsi  (USM)  zamanı  qadında  dö-

lün  ürək  döyüntüsü  normal  izlənilib  və 

o, müəyyən analizlər verib: “Daha sonra 

qadın bütün hamilələr kimi hər ay ardıcıl 

olaraq  müayinələrə  çağırılıb.  Növbəti  ay 

baş  tutan  müayinə  zamanı  (hamiləliyin 

12-ci  həftəsində)  belə  bir  patologiya 

aşkar  edilib:  ana  bətnindəki  körpənin 

bütün  nazik  bağırsağı  və  yoğun  bağır-

sağın  bir  hissəsi  vücuddan  kənara  çı-

xıb.  Bu  patologiyanın  adı  qastroşizisdir. 

Yəni, uşağın bağırsağı bədənindən çöldə, 

qarnının  üstündədir.  Adətən  bağırsağın 

çölədönmə hərəkəti hamiləliyin 10-11-ci 

həftələrində bərpa olunur, bağırsaq içəri 

daxil olur. Lakin xəstədə bu proses baş 

verməyib.”

T.Canbaxışovun sözlərinə görə, hamiləli-

yin 28-29-cu həftəsində dölyanı mayenin 

möhtəviyyatı    dəyişdiyi  üçün  körpənin 

bağırsaqlarına ziyan dəyə bilərdi: “Bunun 

qarşısını almaq üçün biz hamiləliyin 28-

ci həftəsindən etibarən hər 3-4 həftədən 

bir  düz  4  dəfə  xəstənin  ana  bətninə 

müdaxilə edərək, dölyanı mayeni 500 ml 

litrdən 700 ml litrə qədər dəyişdik. Yəni 

bu mayeni porsiyalarla çəkib, əlavə ma-

yeni  durulaşdırdıq  ki,  bağırsağa  heç  bir 

zərər gətirməsin. Bu prosedur ilk olaraq 

yerli keyitmə vasitəsilə, digər 3 prosedur 

isə  xəstəni  ümumi  yatızdırmaqla  30-35 

dəqiqə  müddətində  icra  olundu”.  Həkim 

bildirib  ki,  bu,  olduqca  riskli  bir  prose-

durdur,  çünki,  ana  bətninə 

qarın  nahiyəsindən  giri-

lir:  “Ana  bətninə  bir  iynə 

ilə  müdaxilə  edirik  və  bu 

müdaxilə  çox  vaxt  erkən 

doğuşa  səbəb  olur.  Amma 

bütün  bu  təhlükələrdən 

uğurla  keçdik.  Hamiləliyin 

37-ci  həftəsi  tamamlan-

dıqdan  sonra  qadının  san-

cıları  başlayıb.  Qeysəriyyə 

əməliyyat  hazırlığında  26 

nəfərə  yaxın  tibbi  perso-

nal  iştirak  etdi.  Xəstə  gecə 

saat 1-də əməliyyata alındı 

və  əməliyyat  5-də  tamam-

landı. Əməliyyatxanada ana 

bətnindən  azad  edilən  körpə  1-2  saat 

özünə gəldikdən sonra uşaq cərrahlarının 

öhdəsinə verildi”.

    ATU-nun  uşaq  cərrahiyəsi  şöbəsinin 

müdiri Ramiz Poluxovun sözlərinə görə, 

qastroşizis  qarnın  ön  divarının  inkişaf 

qüsurudur  və  yaranma  səbəbi  qarın  di-

varının  qidalanmasının  pozulmasıdır: 

“Belə  qüsurların,  patologiyaların  aşkar-

lanması üçün Azərbaycanda xəstəyə tam 

yardım  göstərməsi  mümkün  olan  klini-

kalardan biri də bizim Tədris Cərrahiyyə 

Klinikasıdır  ki,  burada  həm  mama-gi-

nekoloji,  həm  cərrahi,  həm  də  neona-

toloji  xidmət  göstərilir.  İlk 

olaraq  xəstə  təbii  ki,  bizim 

ginekoloqlara  müraciət  edib, 

müayinələr zamanı Turab dok-

tor  bu  xəstədə  qastroşizisin 

olduğunu müəyyənləşdirdi. Biz 

məsləhətləşdik və doğuşa qədər 

aparılmalı  olan  bütün  mani-

pulyasiyalar  ginekoloqlarımız 

tərəfindən 

müvəffəqiyyətlə 

həyata  keçirildi.  Belə  uşaqlar 

mütləq  qeysəriyyə  üsulu  ilə 

doğulmalıdırlar”.

R.Poluxovun bildirdiyinə görə, 

ana bətnində əməliyyat olunan 

uşaqda  qastroşizisin  ağır  for-

ması olub (ən böyük deffekt 4 sm sayılır) 

və  doğulan  kimi  körpəyə  neonatoloqlar 

tərəfindən yardım göstərilib: “Bütün çöldə 

olan  orqanlar  steril  plyonkaya  bükülüb 

və  uşağın  əməliyyat  üçün  hazırlanması 

gözlənilib. Burada əsas məqsəd o idi ki, 

orqanlar yerinə qaytarılsın, deffekt bərpa 

olunsun. Körpə üzərində əməliyyat uğur-

la keçirilib, heç bir fəsad baş verməyib”.

Hazırda  ATU-nun  həkim  briqadasının 

nəzarətində olan bu körpə tam sağlam-

dır.    Uşağın  qidalanması  da  tez  bir  za-

manda bərpa olunub.



Tədris Cərrahiyyə Klinikasında daha bir 

uğurlu əməliyyat keçirildi


Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə